Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 16(3-9)-90/2026 06.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, İddiaçı Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Hacıqabul Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla cavabdeh Cavabdeh İlham qızına qarşı “nikahın pozulması və uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair mülki üzrə ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh İlham qızına qarşı ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə onun arasında bağlanmış Şirvan şəhər Qeydiyyat şöbəsinin ## #### 2015-ci il tarixli, *** nömrəli akt qeydinin pozulması, ##.##.2021-ci il təvəllüdlü X2 cavabdehdən alınıb, iddiaçının himayəsinə verilməsi, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X3 ataları Ərizəçi himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Orxan Bayramov) iddia qismən təmin edilmiş, Ərizəçi ilə Cavabdeh İlham qızı arasında ##.##.2015-ci il tarixdə Şirvan Şəhər Qeydiyyat Şöbəsində *** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2021-ci il təvəllüdlü X2 cavabdeh Cavabdeh İlham qızının yanında saxlanılması və ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X3 iddiaçıdan alınaraq cavabdeh Cavabdeh İlham qızının himayəsinə verilməsi, yetkinlik yaşına çatmayan ##.##.2021-ci il təvəllüdlü X2 üçün ##.##.2026-cı il tarixdən, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X3 üçün isə uşaqların faktiki olaraq anaya verildiyi tarixdən başlayaraq iddiaçı Ərizəçi cavabdeh Cavabdeh İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində (üç uşağa görə ümumilikdə minimum əmək haqqının 1,12 misli həddində) sabit pul məbləğində alimentin tutulması,iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi,ödənilmiş dövlət rüsumunun iddiaçı Ərizəçi aid edilmasi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 90 (doxsan) manatın ½ hissəsi olan 45 (qırx beş) manatın iddiaçı Ərizəçi və ½ hissəsi olan 45 (qırx beş) manatın cavabdeh Cavabdeh İlham qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qətnaməsi ilə аpellyasiya şikayətinin təmin edilməməsi və Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında e-*(*-*)-***/**** saylı işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alıb, icra edilənə kimi cavabdeh Cavabdeh İlham qızının himayəsində olan, Cavabdeh İlham qızının iştirakı olmadan ##.##.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 17:00-a kimi ünsiyyətdə olmağına, hər hansı bir maneəçilik edilməsinin iş üzrə cavabdeh Cavabdeh İlham qızı və yaxın qohumlarına qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin rəsmi nikahlarından ##.##.2015-ci il təvəllüdlü X4, ##.##.2017-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 adlı üç uşaqları olmuşdur. ##.##.2015-ci il təvəllüdlü X4, ##.##.2017-ci il təvəllüdlü X3 – ataları iş üzrə ərizəçi Ərizəçi, ##.##.2021-ci il təvəllüdlü X2 isə - anaları iş üzrə cavabdeh Cavabdeh İlham qızının himayəsində olmaqla yaşayırlar. Hal-hazırda iş üzrə cavabdeh Cavabdeh İlham qızı himayəsində olan ##.##.2021-ci il təvəllüdlü X2 ilə ərizəçi Ərizəçi ünsiyyətdə olmasına Cavabdeh İlham qızı və onun qohumları maneə yaradır və ərizəçinin hədələyir. Hesab edir ki, işə tam, obyektiv və hərtərəfli baxılması və gələcəkdən qəbul ediləcək məhkəmə aktının icra edilməsi üçün cavabdeh Cavabdeh İlham qızının himayəsində olan, Cavabdeh İlham qızının iştirakı olmadan ##.##.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 17:00-a kimi ünsiyyətdə olmağına, hər hansı bir maneəçilik edilməsi iş üzrə cavabdeh Cavabdeh İlham qızı və digər şəxslərə qadağan edilməsi çox vacibdir. İşə Şirvan Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilməlidir. Belə ki, azyaşlı uşağın atası ilə uzun müddət ünsiyyətdən məhrum qalması onlar arasında mövcud olan mənəvi və emosional bağlılığın zəifləməsinə, hətta pozulmasına səbəb ola bilər. Hazırkı qətnamə qanuni qüvvəsini alıb icra edilənədək və ya gələcəkdə həmin qətnamə dəyişdirildiyi, ləğv edildiyi, yaxud uşaqla ünsiyyət hüququna dair ayrıca iddia qaldırıldığı təqdirdə belə, bu müddət ərzində yaranmış ünsiyyət boşluğunun sonradan aradan qaldırılması çətin və bəzi hallarda mümkün olmaya bilər. Buna görə də, uşağın mənafeyinin qorunması və ata ilə mövcud ailə bağlarının saxlanılması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi zəruridir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, valideynlərin qayğısından yararlanmaq uşağın hüququ olduğu kimi, uşağın təlim-tərbiyəsi ilə onun şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılmasını təmin etmək valideynin borcudur. Bu vəzifənin yerinə yetirilməsini valideynlər birgə yaşaması şəraitindən əlavə ayrı yaşadıqları halda da təmin etməlidirlər. Çünki, övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam, mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar. Uşağa valideyn qayğısı yalnız onun üçün maddi-məişət tələbatının ödənilməsi (məsələn: aliment ödəməsi, əlavə xərclər çəkməsi və.s) ilə kifayətlənmir, buraya mənəvi cəhətdən də formalaşması, anası kimi atası ilə də ünsiyyətdə olaraq bir şəxsiyyət kimi normal yaşaması üçün onunla ünsiyyətin qurulmasını ehtiva edir. Bu həm də, ona görə vacibdir ki, valideynlər ayrılsalar da, onların uşaqları ilə ünsiyyətdə olması uşağın valideynlər haqqında gələcəkdə mənfi obrazın formalaşmasına təsir etməsin. Bundan başqa uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Bu vəzifənin yerinə yetirilməsinə isə dövlət nəzarət edir. Eyni zamanda, ərizəçinin tələb etdiyi kimi uşaqla hər həftənin bazar günü saat 11:00-dan 17:00dək ünsiyyət hüququnun müəyyən edilməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, azyaşlı uşağın yaşı, gündəlik rejimi və üstün mənafeyi nəzərə alınmaqla, həftədə 5 saatlıq ünsiyyət müddəti valideyn-uşaq münasibətlərinin qorunması üçün kifayət hesab edilə bilər. Bundan başqa, bazar günü istirahət günü olmaqla yanaşı, uşağın daimi yaşadığı mühitdən həmin gün uzun müddət kənarda qalması onun gündəlik rejiminə mənfi təsir göstərə bilər. Həmçinin, uşağın uşağın baxçaya getmə prosesi və digər hallar nəzərə alınaraq bazar gününün uşağın gündəlik rejiminin və istirahətinin qorunması baxımından əhəmiyyət daşıdığı nəzərə alınaraq, ünsiyyətin şənbə günü həyata keçirilməsi daha məqsədəuyğundur. Buna görə də, müvəqqəti təminat tədbiri qismən təmin edilərək, ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək müəyyən edilməsi uşağın mənafeyinə daha uyğun hesab edilir. Həmçinin müəyyən edilmiş ünsiyyət hüququnun real və maneəsiz həyata keçirilməsinin təmin edilməsi, eləcə də gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması məqsədilə cavabdeh Cavabdeh İlham qızına və digər şəxslərə ərizəçinin azyaşlı uşaqla məhkəmə tərəfindən müəyyən edilmiş qaydada ünsiyyətinə hər hansı maneə yaratmaları qadağan edilməlidir. Belə qadağanın müəyyən edilməsi müvəqqəti təminat tədbirinin səmərəli icrasına, məhkəmə tərəfindən müəyyən edilmiş ünsiyyət qaydasının təmin olunmasına, eləcə də azyaşlı uşağın hər iki valideyni ilə şəxsi münasibətlərinin və birbaşa təmasda olmaq hüququnun qorunmasına xidmət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.4-cü maddəsinə əsasən məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli */**** saylı qərarının 2-ci bəndində məhkəmələrə nəzərə аlmаq tövsiyə edilmişdir ki, qаnunvericilik uşаqlаrlа ünsiyyət hüququnun birbаşа məhkəmə müdаfiəsi qаydаsı yаlnız аyrı yаşаyаn vаlideynlərə аid etmişdir. Məhkəmələr uşаqlа ünsiyyətdə olmа vаxtını müəyyən edərkən işin bütün hаllаrını, o cümlədən аilədə neçə uşаğın olmаsını, onlаrın yаşını, bаğçаyа, yаxud məktəbə gedib-getməməsini, səhhətini, hаnsı vаlideynə dаhа çox bаğlılığını, onun mənəvi, psixi və fiziki inkişаfınа təsir edən аmilləri nəzərə аlmаlıdır. Tərəflərin qаrşılıqlı münаsibətləri, işin fаktiki hаllаrı nəzərə аlınmаqlа məhkəmənin qətnаməsində uşаqlа görüşün (ünsiyyətin) yeri, vаxtı, hаnsı şərаitdə keçirilməsi, eyni zаmаndа görüşdə iştirаk edən şəxslərin dаirəsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.5.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə əsaslandırılmalıdır. 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək barədə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 160.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. 160.2-ci-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardad icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərardad əsasında icra vərəqəsi verilir. Qərardad və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər. Məhkəmə tərkibi eyni zamanda qeyd edir ki, uşaqla ünsiyyətin həyata keçirilməsi cavabdeh Cavabdeh iştirakı olmadan həyata keçirilməlidir. Belə ki, tərəflərin münasibətləri gərgindir, belə olan halda atanın uşağı ilə görüşlərində ananın iştirak etməsi psixoloji gərginliyin daha da artmasına səbəb ola bilər. Həm də nəzərə alınsa ki, tərəflər arasında olan bu gərginlik və münaqişə uşağın iştirakı ilə və onun yanında baş verə bilər, onda məhz bu vəziyyətin uşağın emosional və psixoloji durumuna təsir edəcəyi ehtimalı daha artıqdır. Ona görə də görüş ananın iştirakı olmadan keçirilməlidir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ##.##.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək Cavabdeh İlham qızının iştirakı olmadan 1 (bir) ay müddətində ünsiyyət saxlamaq hüququ müəyyən edilməli, iş üzrə cavabdeh Cavabdeh İlham qızına və digər şəxslərə Ərizəçi azyaşlı X2 ilə bu qərardadla müəyyən edilmiş vaxt və qaydada ünsiyyətinə maneçilik törətmələri qadağan edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə Hacıqabul rayonu, Kolanı kəndində həftənin şənbə günü 11:00-da cavabdeh Cavabdeh İlham qızı tərəfindən iddiaçı Ərizəçi, həmin gün saat 16:00-da isə eyni ünvanda iddiaçı Ərizəçi tərəfindən cavabdeh Cavabdeh İlham qızına təhvil verilməli, qərardad dərhal icra edilməlidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan şikayət vermə hüququ nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilsin. Ərizəçi ##.##.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək Cavabdeh İlham qızının iştirakı olmadan 1 (bir) ay müddətində ünsiyyət saxlamaq hüququ müəyyən edilsin. İş üzrə cavabdeh Cavabdeh İlham qızına və digər şəxslərə Ərizəçi azyaşlı X2 ilə bu qərardadla müəyyən edilmiş vaxt və qaydada ünsiyyətinə maneçilik törətmələri qadağan edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə Hacıqabul rayonu, Kolanı kəndində həftənin şənbə günü 11:00-da cavabdeh Cavabdeh İlham qızı tərəfindən iddiaçı Ərizəçi, həmin gün saat 16:00-da isə eyni ünvanda iddiaçı Ərizəçi tərəfindən cavabdeh Cavabdeh İlham qızına təhvil verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-9)-90/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-9)-90/2026
06.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver