Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1024/2022 11.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-605/2018 saylı, 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və ondan Cavabdeh xeyrinə uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilməsinə, 25 avqust 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 100 manat və 27 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 100 manat olmaqla, cəmi 200 manat alimentin tutulması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək ondan tutulan aliment məbləğinin azaldılması və hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehə Əmirxan qızı ilə 16 oktyabr 2017-ci il tarixdə rəsmi nikaha girərək, evlənib ailə qurmuşdur. Birgə nikahdan 25 avqust 2006-cı il təvəllüdlü X8 və 27 iyun 2019-cu il təvəllüdlü X12 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3699/2018 saylı, 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqların Cavabdehə Əmirxan qızının yanında qalması qət edilmişdir.11.09.2019-cu il tarixində nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-605/2018 saylı, 08 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi və 25 avqust 2006-cı il təvəllüdlü X3 və 27 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və əlavə gəlirlərinin 1/3 hissəsinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. O, X7 ilə 08 noyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 25 avqust 2020-ci il təvəllüdlü X9 doğulmuşdur. Həyat yoldaşı işlərmir. Evdə yeganə işləyən özüdür. Həmçinin xəstə atasına da özü baxır, müalicəsinə xeyli vəsait sərf edir. Cavabdeh Fövqəlafə Hallar Nazirliyində işləyir və 600-700 manat maaş alır. Cavabdehin yaşamağı evi və maddi imkanı da vardır. Ondan tutulan aliment məbləği həddindən artıq çoxdur. Bu məbləği ödəmək iqtidarında deyil. Onun başqa gəlir və qazanc yeri yoxdur. Maddi imkanının aşağı olması səbəbindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh 07.01.2022-ci il tarixində iddia ərizəsinə etiraz ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edilən və maddi durumunu ağırlaşdıracaq heç bir hal barədə sübut təqdim etməmişdir. Onun xəstə olan atasına baxması və müalicəsinə xeyli vəsait sərf etməsi barədə iddiaları da heç bir sübutla təsdiqlənmir. Həmçinin, iddiaçının özündən başqa 2 qardaşı da vardır ki, bu da təsdiq edir ki, iddiaçı atasına tək baxmır. Hətta onun guya ayda 700 manat əmək haqqı alması barədə iddiası belə yanlışdır. Belə ki, o 525 manat əmək haqqı alır. Onun aldığı aliment məbləği və əmək haqqı tamamilə uşaqların xərclərinə sərf olunur. Hətta həmin xərcləri ödəyə bilmədiyi üçün "Kapital Bank” ASC-dən 10500 manat kredit də götürmüşdür ki, aylıq ödənişi 378 manatdır. Belə ki, uşaqların hər ikisi həm təhsilləri ilə bağlı aylıq ödənişləri müqabilində əlavə məşğələlərə gedir, həm də idman və musiqi kurslarında iştirak edirlər. Düzdür, uşaqların əlavə xərcləri ilə bağlı qəbzlər təqdim edə bilməsə də, hər kəsə bəllidir ki, bu cür məşğələ və kurslar ödənişlidir. Böyük oğlu X3 hazırkı xərcləri-riyaziyyatdan hazırlıq kursu-60 manat, Azərbaycan dilindən hazırlıq kursu- 80 manat, musiqi təhsili almaq üçün xərcləri-100 manat, yol pulları ve musiqi təhsili ilə bağlı digər xərclər aylıq-100 manat, kiçik oğlu X6 hazırkı xərcləri-riyaziyyatdan hazırlıq kursu-50 manat, Azərbaycan dilindən hazırlıq kursu-40 manat, Karate idman növü ilə bağlı kurs- 30 manat, yol pulu ve digər xərcləri 50 maanat təşkil edir. Dediklərini təsdiq etmək üçün uşaqların naliyyətlərinin olduğunu sübut edən sənədləri ərizəsinə əlavə etmişdir. Bunlardan əlavə uşaqların qida, tibbi, geyim və digər zəruri xərclərini də, özü qarşılayır. Eyni zamanda bildirir ki, şəhid bacısıdır. X1 12.02.1994-cü il tarixində şəhid olmuşdur. Qardaşı şəhid olduqdan sonra anasının səhhətində ciddi problemler baş vermiş ve anası yaşa dolduqca həmin problemlər daha qabarıq surətdə baş qaldırmışdır. Ona görə də anasınn da bəzi xərclərinin çəkilməsində iştirak edir. Qətnamə ilə iddiaçı X4 üzərine qoyulmuş gəlirinin 1/3 hissəsinin tutulması onun yaşayış vəziyyətini ağırlaşdırmır. O, SOCAR şirkətində çalışır va kifayət qədər yüksək əmək haqqı alır. Belə ki, 2021-ci ilin ilk 10 ayının alimentin ödənildiyi bankın çıxarışına nəzər salındıqda görünür ki, iddiaçı 10 ay ərzinde 4642 manat aliment ödəmişdir. Bu isə təxminən aylıq orta hesabla 464 manat edir ki, həmin məbləğlə sadə riyazi hesablama apararaq onun əmək haqqının 1400 manat olduğu müəyyən edilir. Alimenti ödədikdən sonra özünə qalan məbləğ kifayət qədər yüksək olduğu üçün onun özünün və yeni ailəsinin yaşayış xərclərini ödəməyə maddi imkanı çatır. Məhkəmənin iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, dənizdə işləyir və 1400 manat əmək haqqı alır. Alimentin əmək haqqından tutulması səbəbindən iş yerində mühasibatlıq şöbəsində problemlər yaşayır. Hər ay hər uşaq üçün sabit pul məbləğində 193 manat olmaqla aliment ödənilməsini istəyir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin tutulması hissəsində iddia tələbi ilə razılaşır və iddianı etiraf edir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, cavabdehlə eyni mövqedən çıxış edərək, iddia tələbi ilə razılaşır və iddianı etiraf edir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 361413 saylı, 08.11.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında 08.11.2019-cu il tarixində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1047 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qədirova” soyadı verilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 523135 saylı, 27 oktyabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25.08.2020-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 27 oktyabr 2020-ci il tarixində 6733 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X5r. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 11 sentyabr 2019-cu il tarixli, AZ-İ seriyalı, 331924 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18.10.2018-ci il tarixində 398 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(001)- 605/2018 saylı qətnamədən görünür ki, cavabdeh İddiaçı tərəflərin birgə nikahlarından doğulan 25 avqust 2006-cı il təvəllüdlü X3 və 27 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının və əlavə gəlirlərinin 1/3 hissəsinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. "xxxx" tərəfindən verilən hesabdan çıxarış məlumatlarındna görünür ki, Cavabdeh aylıq ödənişi 278 manat olmaqla, 10500 manat məbləğində kredit verilmişdir. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18.10.2018-ci il tarixində 398 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(001)-605/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəflərin birgə nikahlarından doğulan 25 avqust 2006-cı il təvəllüdlü X3 və 27 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının və əlavə gəlirlərinin 1/3 hissəsinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin azaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, uşaqları üçün tutulan aliment məbləğinin sabit pul məbləğində hər uşaq üçün 193 manat olmaqla, 386 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini və rədd edilməsini istədiyini bildirsə də, məhkəmə iclasında iddianı həmin hissədə qəbul edərək, etiraf etmiş və bu barədə yazılı ərizəsini təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsini qanuna uyğun hesab edir və o qənaətə gəlir ki, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd edilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Sadalanan normaların məzmunundan və işin hallarından müəyyən edildiyi kimi iddiaçı dənizdə işləyir və müntəzəm qazanca malik deyildir, belə ki, o bəzi həftlərdə işə çıxmır və həmin ay onun əmək haqqısı aşağı düşür. Qətnamə ilə tutulan aliment isə əmək haqqından hissəvi tutulmalarla icra edilir və həmin məbləğ təqribən iddia tələbində göstərilən məbləğlə eynilik təşkil edir. Ailə Məcəlləsinin 112-ci maddəsi isə hissəvi tutulan alimentin sabit pul məbləğində dəyişdirilməsini istisna etmir və sabit pul məbləğində müəyyən edilməsi xahiş olunan alimentin miqdarı isə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində olmaqla tərəflərin və uşaqların mənafeyinə uyğundur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(001)-605/2018 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 25 avqust 2006-cı il təvəllüdlü X3 və 27 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində həcmində müəyyən edilməli və həmin məbləğ cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(001)- 605/2018 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı 25 avqust 2006-cı il təvəllüdlü X3 və 27 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1024/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1024/2022
11.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver