Məhkəmə qərarları › İş №e-2(3-9)-1007/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1007/2026

22.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1007/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı, Tahirzadə (Nəhmətova) Əfsanə Kamil qızının nümayəndələri X4 və X5 iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı və Tahirzadə (Nəhmətova) Əfsanə Kamil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə ##.##.2016-cı il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 200 manat olmaqla, üç uşağa görə cəmi 600 manat sabit pul məbləğində alimentin miqdarının İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunmuş alimentin azaldılaraq, hər ay hər uşağa 0.41 misli olmaqla, üç uşağa cəmi 1.23 misli miqdarında alimentin müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Kosalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində ## ### 2015-ci il tarixində * saylı akt qeydi əsasında nikaha daxil olmuşlar. Birgə nikahdan ##.##.2016-ci il tarixdə Nuray, ##.##.2018-ci il tarixdə Mələk, ##.##.2021-ci il tarixdə isə Malik adlı uşaqları olmuşdur. Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ##.##.2022-ci il tarixdən başlayaraq ##.##.2016-cı il tarixdə doğulmuş X2, ##.##.2018-ci il tarixdə doğulmuş X3 və ##.##.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi üç uşaq üçün 600 manat sabit pul məbləğdə alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra mərhələsində olduğu vaxt Cavabdeh aliment məbləğinin indeksasiyası barədə müraciət etmiş, ərizəsi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilmiş, Lənkəran Rayon Məhkəməsəsinin ##.##.2022 il tarixli qətnaməsi ilə ##.##.2016-cı il tarixdə doğulmuş X2, ##.##.2018-ci il tarixdə doğulmuş X3 və ##.##.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 200 manat olmaqla, üç uşağa görə cəmi 600 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan verdiyi şikayət əsasında məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2022 il tarixli qətnaməsi ilə ##.##.2016 cı il tarixdə doğulmuş X2, ##.##.2018-ci il tarixdə doğulmuş X3 və ##.##.2021ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 200 manat olmaqla, üç uşağa görə cəmi 600 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunması qərara alınmışdır. Daha sonra həmin qərardaddan şikayət etmişdir. Hal-hazırda Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi onu çətin vəziyyətə salmışdır. Birincisi, aldığı əmək haqqının 70% tutulmaqla tələbkara ödənilir və əlavə olaraq üzərinə aliment borcu yığılır. Odur ki, aliment azaldılmalıdır. Yuxarıda göstərilən icra işi halhazırda Lənəkran rayon icra və probasiya şöbəsinin icraatındadır. Əmək haqqından tutulan pullardan əlavə üzərinə borc yığılır ki, bu da onu əlverişsiz vəziyyətə salır. İş üzrə Cavabdeh isə işləyib himayəsində olan uşaqları saxlamağa borcludur. Özü FHN-nin Cənub regional mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasedici vəzifəsində işləməklə aylıq 750 manat əmək haqqı alır. Bu günə kimi xeyli aliment borcu yaranmışdır. Uşaqlar onun özünə zəng edərək, onlara pal-paltar və sair digər əşyaları almağını xahiş edirlər. Ata olaraq onların bu xahişlərini yerinə yetirmək borcu olduğu üçün icra edir. İşin bu halları məhkəmə tərəfindən nəzərə alınıb, işə tam obyektiv və hərətərfli baxılması çox vacibdir. X6 iddia ərizəsinə etiraz ünvanlamışdır. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Elvin Ələsgərov) iddia tələbi qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin azaldılaraq ##.##.2016cı il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində alimentin tutulması, aliment məbləğinin hesablanmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılması, iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən İddiaçı gəlir məlumatlarına dair sorğulardan hər hansı məlumat olmasa da, ##.##.2026-cı il tarixdə İddiaçı tərəfindən verilmiş ərizədən onun etirafına əsasən aylıq 750 manat məbləğdə gəlir əldə etdiyi müəyyən olunur. İş yerindən verilmiş arayışdan isə İddiaçı 799,05 manat əmək haqqı alması müəyyən edilir. Cavabdeh tərəfindən iddiaçının gəlir məlumatları barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İş üzrə aliment təyin edilərkən iddiaçının aylıq gəliri 799,05 manat olaraq nəzərə alınmalı, aylıq gəlirin çox olmaması və uşaqların minimum dolanacaq xərclərinin qarşılanması nəzərə alınmalıdır. Lənkəran Rayon Məhkəməsi tərəfindən alimentin məbləği sabit pul məbləğində qət edilmiş və bu şəkildə də aliment indeksasiya edilmişdir. Hazırda isə iddianın əmək haqqının artması və bunun müqabilində bir nəfər uşaq üçün müəyyən edilmiş yaşayış minimumuna yaxın həddə alimentin iddiaçından tutulması da nəzərə alınmalıdır. Məhkəmə bir nəfər uşağın saxlanılması üçün iddiaçıdan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.52 mislində hər ay hər uşağ üçün tutulmanı ağlabatan hesab edir. İddiaçının alimenti ödəmə qabiliyyəti də diqqətə alınmalı və ağlabatan aliment miqdarının təyin edilməsi ilə alimentin ödənilməsinin fasiləsizliyi təmin edilməlidir. Həmçinin nikah pozulduqdan sonra valideynin himayəsində saxlanılan yetkinlik yaşına çatmayan uşaqlara baxmaq və onların xərclərini qarşılamaq hər iki valideynin vəzifəsidir. Aliment ödəyən şəxs kimi iddiaçının 799,05 manatdan daha artıq gəlirinin olmasına dair sübutun iş materiallarında olmaması, habelə uşaqların yetkinlik yaşına çatanadək müəyyən edilmiş yaşayış minimumuna uyğun dolancaq xərclərini qarşılamaqdan azad etməməsi nəzərə alınmalıdır. Lakin bununla yanaşı təyin edilmiş alimentin miqdarı o həddə müəyyən edilməlidir ki, bu yetkinlik yaşına çatmayan şəxsin saxlanılması xərclərinin qarşılanması ilə bərabər həmin xərclərin daimi ödənilməsinin təmin edilməsi ilə nəticələnsin və arada hər hansı kəsinti, fasilə baş verməsin. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci, 75.1-ci, 75.4-cü, 78.1-ci, 78.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi üç uşaq üçün 600 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödəməyinə maddi imkanı çatmır. Hal-hazırda üzərinə xeyli borc yığılmışdır. Rəsmi iş yeri olmaqla 750 manat əmək haqqı alır və başqa gəliri yoxdur. Qət edilən akta əsasən hər ay hər bir uşağın mənafeyi üçün tutulan 0.52 misli həddində tutun aliment onu əlverişsiz vəziyyətə salır. Göründüyü kimi, məhkəməyaşayış minimumu haqqında qanunu nəzərə almış, Lənkəran rayonu üzrə bir uşaq üçün (3 uşaq üçün) 150-160 manat aliment kəsildiyi halda, ona (hər ay hər bir uşağa görə) 208 manat aliment tutulması qət edilmişdir. İkincisi, iş üzrə cavabdeh işləmədiyini bəhanə gətirərək uşaqları təkbaşına saxlamaqda çətinlik çəkdiyini qeyd edir. Halbuki, Ailə Məcəlləsində ata təkcə uşaqları saxlamaqa borclu deyil, valideynlər uşaqları saxlamağa borcludur. X6 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edillməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ancaq iddiaçının təqdim etdiyi arayışı əsas götürərək alimentin miqdarını azaltmışdır ki, qeyd olunan arayış da alimentin miqdarını azaltmağa əsas verə bilməz. Məhkəmə həmçinin qətnamə qəbul edərkən qətnamənin təsviri və əsaslandırıcı hissəsində mübahisəyə baxarkən məhkəmə araşdırması zamanı nəyi müəyyən etdiyini və nəyə görə qeyd olunan nəticəyə gəldiyini əsaslandırmadan iddiaçının iddia tələbinə səthi yanaşaraq sonda qismən edərək üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi arayışı əsas götürmüş, iddiaçının digər əlavə gəlirlərə malik olub-olmaması barədə heç bir araşdırma aparmamışdır. Hansı ki, iddiaçı qeyd olunan işdən əlavə ustalıqla məşğul olur və bir evdən 4000 manat pul alır. Onun ödədiyi alimentin 300 manatını kirayə ev tutaraq ödəyir. Çünki, iddiaçıdan boşandıqdan sonra o, onu və uşaqlarını hər hansı yaşayış sahəsi ilə təmin etməmişdir ki, onun uşaqları ilə birgə gedib, orada qalsın. Bütün bu hallar məhkəmənin digər qətnaməsində öz əksini tapsa da, həmin hallar hazırkı qətnamə qəbul edilərkən məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyir və aylıq əmək haqqı 750 manat təşkil edir. Hazırda məhkəmə tərəfindən aylıq 630 manat məbləğdə aliment ödənilməsi müəyyən edilmişdir. Əmək haqqından icra qaydasında hər ay 525 manat aliment tutulur. Qalan 105 manat məbləğ isə aliment borcu kimi hesablanaraq yığılır. Mövcud əmək haqqı məbləği nəzərə alınsa, gələcəkdə də ödəmək imkanı olmayacaqdır. Aliment tutulduqdan sonra əmək haqqından faktiki olaraq 225 manat məbləğində vəsait qalır. Bu məbləğ isə gündəlik yaşayış xərclərini və digər zəruri ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Mövcud maddi vəziyyəti nəzərə alınmaqla müəyyən edilmiş 630 manat məbləğdə alimenti ödəmək onun üçün ciddi maliyyə çətinliyi yaradır. Qeyd olunanları nəzərə alaraq, hazırkı maddi və maliyyə vəziyyəti, əmək haqqının məbləği və aliment ödənişindən sonra sərəncamında qalan vəsait nəzərə alınmaqla, müəyyən edilmiş aliment məbləğinin azaldılmasını xahiş edir. X6 nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin qardaşıdır, o, ikinci Qarabağ müharibəsi zamanı yaralanmış və müharibə qazisidir. Həmin döyüşlər nəticəsində hər iki ayağını itirmişdir. Bacısı uşaqları ilə birlikdə kirayə mənzildə yaşayır. Hazırda müəyyən edilmiş 630 manat məbləğində aliment belə uşaqların bütün zəruri ehtiyaclarının qarşılanması üçün kifayət etmir. Belə ki, uşaqların təhsil, geyim, ərzaq və digər gündəlik xərcləri mövcuddur. Öz imkanları daxilində bacısı və uşaqlara maddi köməklik göstərir. Lakin özü də ailəlidir və iki azyaşlı uşağı var. Bu səbəbdən ailəsi və uşaqlarının gündəlik ehtiyaclarını qarşılamaqla yanaşı, əlavə maddi yardım göstərmək imkanları bəzən məhdud olur. Özünün yaşayış evi vardır və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bacısı isə Lənkəran şəhərində kirayə evdə yaşayır. X6 nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı qızı ilə rəsmi nikah münasibətlərinə xitam vermədən üç uşağını da tərk edərək başqa şəxslə ailə qurmuşdur. Hazırda uşaqların saxlanılması və onların gündəlik zəruri ehtiyaclarının qarşılanması əsasən onun üzərindədir. Uşaqların maddi təminatının, o cümlədən onların ərzaq, geyim, təhsil və digər zəruri xərclərinin qarşılanmasını bəzən qazi oğlu təmin edir. Bu səbəbdən, uşaqların mənafeyini və mövcud maddi vəziyyəti nəzərə alaraq, müəyyən edilmiş aliment məbləğinin azaldılmamasını xahiş etdi. ##.##.2015-ci il tarixli Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X6 arasında nikah bağlanmışdır. ##.##.2016-cı il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.2016-cı il təvəllüdlü X2 atası İddiaçı, anası isə Cavabdehdır. ##.##.2021-ci il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.2021-ci il təvəllüdlü X1 atası İddiaçı, anası isə Cavabdehdır. Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, ##.##.2022-ci il tarixdən başlayaraq ##.##.2016-cı il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün bir uşağa görə 200 manat olmaqla cəmi 600 manat, həmçinin ##.##.2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün iddiaçının uşağa qulluq edəcəyinə görə hər ay 100 manat sabit pul məbləğində alimentin İddiaçı alınıb Cavabdeh ödənilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2022 il tarixli qətnaməsi ilə ##.##.2016-cı il tarixdə doğulmuş X2, ##.##.2018-ci il tarixdə doğulmuş X3 və ##.##.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 200 manat olmaqla, üç uşağa görə cəmi 600 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından İddiaçı şikayət vermiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş, qərardad ləğv edilmiş və Cavabdeh alimentin indeksasiya edilməsi barədə ərizəsinə baxılması üçün iş məhkəmə iclasına təyin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə ##.##.2016-cı il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 200 manat olmaqla, üç uşağa görə cəmi 600 manat sabit pul məbləğində alimentin miqdarının İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardaddan borclu İddiaçı şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ## ###### 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (## ######## 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” # #### 2026-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən uşağın üstün mənafeləri – bu Qanuna və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğun olaraq uşağın rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı ilə bağlı mənafeləridir. Qanunun 11-ci maddəsinə əsasən hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir. Qanunun 24.1-24.2-ci bəndlərinə əsasən hər bir uşaq sosial təminat hüququna malikdir. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır. Məhkəmə tərkibi ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, valideynlər övladlarının saxlanılması, onların fiziki, mənəvi və intellektual inkişafı üçün zəruri şəraitin yaradılması üzrə bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan, alimentin məbləği müəyyən edilərkən uşaqların yaşı, gündəlik tələbatları, təhsil, qidalanma, geyim və digər zəruri ehtiyacları, habelə valideynlərin maddi vəziyyəti və gəlir imkanları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər və hərtərəfli şəkildə araşdırmış, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin azaldılaraq alimentin miqdarının hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində müəyyən edilməsi işin müəyyən edilmiş faktiki hallarına uyğundur. Məhkəmə tərkibi İddiaçı apellyasiya şikayətinə münasibətdə bildirir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən uşaqların faktiki himayəsində olduqları X6 hər hansı rəsmi gəlirinin və ya əmlakının mövcud olmadığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, azyaşlıların saxlanılması və gündəlik tələbatlarının ödənilməsi yükü də məhz cavabdehin üzərindədir. Belə olan halda, uşaqların üstün mənafeyi prinsipi, onların normal yaşayış səviyyəsinin təmin edilməsi zərurəti, yaşları ilə paralel olaraq onların artan ehtiyacları, habelə aliment ödəyicisinin övladının saxlanılmasında iştirak etmək vəzifəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləği ağlabatan və ədalətli hesab edilməlidir. Digər tərəfdən məhkəmə tərkibi diqqətə çatdırır ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Odur ki, birinci instansiya məhkəməsi aliment təyin edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq ağlabatan məbləğdə aliment təyin etmişdir. Məhkəmə tərkibi alimentin məbləği üzrə hazırkı qənaətə gələrkən tərəflərin maddi gəlirinin səviyyəsini, habelə digər diqqətəlayiq halları nəzərə alır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə hesab edilir. Apellyasiya şikayətlərinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Diqqətə çatdırılır ki, hazırkı qərarın mövcudluğu onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar