Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-1086/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil, cavabdeh Cavabdeh iştirakları ilə, iddiaçı İsgəndərov Aqil Yurdçu oğlunun cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qətnaməsindən (hakim Orxan Mahmud) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İsgəndərov Aqil Yurdçu oğlu cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə indeksləşdirilərək sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində müəyyən olunmuş, hazırda 380 manata bərəbər aliment məbləğini azaldaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli, 180 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə ərizəçi Cavabdeh ərizəsi təmin olunaraq İmişli Rayon Məhkəməsinin # ####### 2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən bir uşaq üçün müəyyən olunmuş 100 manat alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmuş, bununla alimentin məbləği 100 manatdan 380 manata qaldırılmışdır. Göründüyü kimi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının artması nəzərə alınaraq alimentin məbləği indeksasiya olunub birdən-birə 100 manatdan 380 manata artırılsa da, onun maddi vəziyyəti və diqqətəlayiq olan digər hallar nəzərə alınmamışdır. Halbuki, həm ailə qanunvericiliyinə, həm Konstitusiya və Ali Məhkəmənin Plenum qərarlarına əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd etdiyi kimi maddi vəziyyətində yaxşıya doğru dəyişikliklər olmamışdır. İddiaçıdan ayrıldıqdan sonra ailə qurmuş və həmin evlilikdən ## ####### 2016-cı ildə Məhəmməd və ## ####### 2018-ci ildə Hüseyn adlı iki uşağı olmuşdur. Himayəsində işləməyən həyat yoldaşı və xəstə anası var. Bununla da onun maddi vəziyyətində ağırlaşmalar baş vermişdir. Hal-hazırda da iş olmadığı üçün işləmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İmişli Rayon Məhkəməsinin # ####### 2014-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təyin olunmuş, İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə indeksasiya edilərək iddiaçı İsgəndərov Aqil Yurdçu oğlundan cavabdeh Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, ##.##.2010-cu il təvəllüdlü İsgəndərli Aysel Aqil qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin rədedilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə tam olaraq razı deyil. İmişli Rayon Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Sözü gedən qətnaməyə əsasən cavabdehdən birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,5 misli həddində aliment kəsilmişdir. Həmin məbləğ uşağın maddi ehtiyacını və digər ehtiyaclarını ödəmək üçün kifayət etmir, uşaq böyüyüb, xərcləri artıb və hazırda müəyyən olunmuş aliment məbləği onun xərclərini qarşılamğa yetmir. Uşağın minumum dolancaq məbləğindən az olmayan maddi təminat hüquqnun olmasına baxmayaraq, məhkəmə alimentin məbləğini müəyyən edərkən qanunvercilyin tələblərini nəzərə almamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iddiaçının maddi durumunun pis olmasına dair iddiada qeyd etdikləri həqiqəti əks etdirmir. İşə birinci instansiya məhkəməsində baxılarkən elektron sms bildiriş onun məhv olan telefonuna gəlmiş, məhkəmə iclasından vaxtında məlumat əldə edə və bu səbəbdən iddiaya qarşı münasibətini bildirə bilməmişdir. Əslində iddiaçı ilə 2008-ci ildə, onun 15 yaşı olarkən faktiki ailə qurmuşlar və həmin zaman nikahlarını rəsmiləşdirə bilməmişlər. 2011-ci ildə 18 yaşı tamam olduqdan sonra nikahlarını rəsmiləşdirmişlər. İddiaçının Binə Ticarət Mərkəzində mağazası, həmin ətrafda avtomobil yuma məntəqəsi var. Birlikdə yaşadıqları dövrdə Qobu qəsəbəsində 2 mərtəbəli həyət evi inşa etdirmişdilər. Nikahları pozulan ərəfədə əmlak bölgüsündən yayındırılması məqsədilə iddiaçı həmin evi qısa zaman ərzində qardaşının adına rəsmiləşdirmişdir. Hazırda həmin evdə iddiaçı yeni ailəsi, uşaqları ilə birlikdə yaşayır. Bundan başqa iddiaçının Saatlı rayonunun Məmmədabad kəndində evi, bir ədəd Ford, bir ədəd Mercedes markalı avtomobilləri də vardır. Avtomobilləri anasının adına rəsmiləşdirmişdir. İddiaçı ilə birgə nikahlarından doğulan uşaq hazırda 11-ci sinif şagirdidir, 3 fənn üzrə repetitor yanına hazırlıqlara gedir və hər hazırlıq üçün ayda 50 manat ödəyir. Aliment məbləği indeksasiya olunandan sonra iddiaçı tam deyil, hər ay 200 manat ödəniş etmişdir. Həmin məbləğlə 11-ci sinifdə oxuyan uşağın tələbatlarını qarşılamaq mümkün deyildir, özü işləmir. Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin iddiaçının maddi durumuna dair bildirdikləri həqiqətə uyğun deyildir, cavabdeh bununla bağlı sübut vermir. İddiaçının himayəsində 2 azyaşlı uşağı, xəstə anası vardır. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə qismən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdkılar müəyyən edilir: İddiaçı Cavabdeh cavabdeh İsgəndərov Aqil Yurdçu oğluna qarşı “nikahın pozulması və alimentin tutulması” tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin # ####### 2014-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq tərəflər arasında ## #### 2011-ci ildə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından ## ######## 2010-cu ildə doğulmuş İsgəndərli Aysel Aqil qızının anası Cavabdeh yanında qalması müəyyən edilmiş və ## ###### 2014-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 manat alimentin cavabdeh İsgəndərov Aqil Yurdçu oğlundan tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin # ####### 2014-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə tutulan alimentin məbləği indeksləşdirilərək sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində müəyyən olunmuşdur. AZ-II seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İsgəndərov Aqil Yurdçu oğlu ilə X2 arasında rəsmi nikah ##.##.2017-ci il tarixdə Saatlı RİHB-in Məmmədabad kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “İsgəndərova” soyadı verilmişdir. Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, AZ-III ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsgəndərli Məhəmməd Aqil oğlu ##.##.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası İsgəndərov Aqil Yurdçu oğlu, anası İsgəndərova Ramilə Nazim qızıdır. Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, AZ-IV ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsgəndərli Hüseyn Aqil oğlu ##.##.2018-ci il tarixdə İmişli şəhərində doğulmuşdur, atası İsgəndərov Aqil Yurdçu oğlu, anası İsgəndərova Ramilə Nazim qızıdır. ##.##.2026-cı il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İsgəndərov Aqil Yurdçu oğlu iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin IV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir. Həmin Qanunun 24.2.-ci maddəsinə əsasən uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin ## ###### 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarı ilə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Plenum Qərarına dəyişikliklər edilmişdir. Plenum qərarına əlavə edilmiş 8.4-1. yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0.74 mislində (345 x 0.74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasıının Ali Məhkəməsi tərəfindən rayon(şəhər) və apellyasiya məhkəmələrinə ünvanlanan ## ###### 2025-ci il tarixli *-*-**-*/*-**/**** nömrəli məktubda məhkəmələrə izah edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Minimum əmək haqqı məbləği isə 400 manat məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəfindən ilk dəfə 2014-cü ildə alimentlə bağlı qətnamə çıxarılarkən alimentin məbləği 100 manat müəyyən edilmişdir. Həmin ildə uşaqlar üçün yaşayış minimumu 103 manat, minimum aylıq əməkhaqqı isə 105 manat təşkil etmişdir. 2014-cü ildə təyin olunan alimentin məbləği həmin ildə uşaqlar üçün müəyyən olunan yaşayış minimumunun (100:103=0.97) 97 faizinə, minimum əmək haqqı məbləğinin isə (100:105=0.95) 95 faizinə bərabər olmuşdur. ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadla alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,95 misli həddinə indeksasiya edilmiş və beləliklə İsgəndərov Aqil Yurdçu oğlunun ödəməli olduğu alimentin məbləği 380 manat təşkil etmişdir. Valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, bunun isə öz növbəsində qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas olmasını, tərəflərin maddi və ailə vəziyyətini, işləyib qazanc gətirmək imkanlarını, diqqətəlayiq olan hallar kimi iddiaçının yeni ailə qurmasını və həmin nikahdan 2 uşağının dünyaya gəlməsini, ərzaq və gündəlik tələbat mallarının qiymətlərində nəzərə çarpacaq dərəcədə bahalaşmanın olmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas götürən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək minimum əmək haqqının 0,6 misli həddində müəyyən edilməlidir. Belə ki, qətnamə ilə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment 2026-cı il üçün müəyyən olunan 400 manat minimum əmək haqqı məbləğinə münasibətdə 200 manat olmaqla, həmin il ölkədə uşaqlara görə müəyyən olunan 260 manat yaşayış minimumunun (200:260= 0.769) 77 faizinə bərabərdir. Halbuki 2014-cü ildə təyin olunan alimentin məbləği uşaqlar üçün müəyyən olunan yaşayış minimumunun 97 faizini təşkil edirdi. Yaranan mənzərə onu göstərir ki, qətnamə ilə yaşayış minimumuna münasibətdə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması pirnsipi pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən iddianın təmin olunan hissəsində dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6.-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti (400x0,95=380; 380x12=4560; 400x0.60=240; 240x12=2880; 4560-2880=1680) 1680 manat təşkil edir ki, həmin məbləğ 5000 manatdan azdır. Belə olan halda isə prosessual qanunvericilik hazırki qətnamədən kassasiya şikayəti vermək imkanını tanımır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qətnaməsi ##.##.2010-cu il təvəllüdlü İsgəndərli Aysel Aqil qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində alimentin müəyyən edilməsi hissədə dəyişdirilərək, minimum əmək haqqı məbləğinin 0,6 misli həddində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(3-9)-1086/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-1086/2026
23.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver