Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1046/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçı nın nümayəndəsi X3, Cavabdeh Cavabdeh Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən cehiz əmlakın – ümumi dəyəri 9937 manat olmaqla, 1) qiyməti 1250 manat olan açıq qəhvəyi rəng 1 ədəd iki nəfərlik taxt çarpayının, 2 ədəd tumbanın, 1 ədəd güzgülü kamodun, 1 ədəd güzgülü kupe dolabın, 1 ədəd “Çiçəkli” ortopedik döşəkdən ibarət olan “Venesiya” mebel yataq dəstinin; 2) qiyməti 42 manat olan 2 ədəd yastığın, 2 ədəd yastıq üzünün, 1 ədəd örtükdən ibarət qırmızımtıl ipək örtük dəstinin; 3) qiyməti 52 manat olan 2 ədəd qırmızı ipək örtüyünün; 4) qiyməti 30 manat olan 1 ədəd ipəküzlü əl işi yun döşəyin; 5) qiyməti 40 manat olan 2 ədəd qırmızımtıl ipəküzlü əl işi yastıq və 1 ədəd sintepon yastıqdan ibarət yastıq dəstinin; 6) qiyməti 60 manat olan 2 ədəd çəhrayı tüklü yorğanın; 7) qiyməti 22 manat olan 4 ədəd yataq dəstinin (işlənmiş); 8) qiyməti 75 manat olan 3 ədəd yastıq dəstinin (yeni); 9) qiyməti 72 manat olan 10 ədəd süfrə dəstinin; 10) qiyməti 72 manat olan 15 ədəd hamam dəsmal dəstinin; 11) qiyməti 78 manat olan 25 ədəd mətbəx dəsmal dəstinin; 12) qiyməti 10 manat olan 2 ədəd stol üstü lampanın; 13) qiyməti 40 manat olan 2 ədəd ayaqaltı xalçanın; 14) qiyməti 46 manat olan 2 ədəd “Madonna” güldanın; 15) qiyməti 52 manat olan 4 ədəd tül pərdənin; 16) qiyməti 40 manat olan 3 ədəd divar saatının; 17) qiyməti 40 manat olan 1 ədəd 6 şamdanlı, gümüşü rəngli çılçırağın; 18) qiyməti 45 manat olan 1 ədəd “Siemens” markalı başlıqlı saç qurudanın; 19) qiyməti 32 manat olan 1 ədəd “Siemens” markalı epilyatorun; 20) qiyməti 10 manat olan 1 ədəd elektrikli saç ütüsünün; 21) qiyməti 12 manat olan 1 ədəd elektrikli saç buran feninin; 22) qiyməti 98 manat olan 1 ədəd (3x5) xalçanın; 23) qiyməti 90 manat olan 1 ədəd “Tefal” ütünün; 24) qiyməti 40 manat olan 1 ədəd ütü masasının; 25) qiyməti 20 manat olan 1 ədəd paltar quruducusunun; 26) qiyməti 50 manat olan 1 ədəd “Samsung” markalı tozsoranın; 27) qiyməti 45 manat olan 1 ədəd mobil ev telefonunun; 28) qiyməti 280 manat olan 1 stol və 6 stuldan ibarət masa dəstinin; 29) qiyməti 120 manat olan 1 ədəd qədimi tarixi (2x3) xalçanın; 30) qiyməti 380 manat olan 1 ədəd ağ rəng və 2 kameralı olan “Schaub Lorenz” markalı soyuducunun; 31) qiyməti 310 manat olan 1 ədəd ağ rəngli “Schaub Lorenz” markalı paltaryuyanın; 32) qiyməti 260 manat olan 1 ədəd gümüşü-qara rəngli “Schaub Lorenz” markalı soba-şkafın; 33) qiyməti 195 manat olan 1 ədəd ağ rəng və 4 gözlü, “Schaub Lorenz” markalı bişirmə qaz panelinin; 34) qiyməti 112 manat olan 1 ədəd gümüşü rəngli aspiratorun; 35) qiyməti 202 manat olan 1 ədəd 24 diaqonal televizorun; 36) qiyməti 280 manat olan 1 stol və 6 stuldan ibarət 1 ədəd masa dəstinin; 37) qiyməti 300 manat olan ”Roksi” markalı divanın; 38) qiyməti 70 manat olan 1 ədəd “Tefal” markalı şirəçəkənin; 39) qiyməti 90 manat olan 1 ədəd “Tefal” markalı ətçəkənin; 40) qiyməti 30 manat olan 1 ədəd “Tefal” markalı mikserin; 41) qiyməti 64 manat olan “Tefal” markalı elektrikli çaynikin; 42) qiyməti 95 manat olan 1 ədəd (3x4) xalçanın; 43) qiyməti 92 manat olan 6 ədəd fincan, 6 ədəd nəlbəki, 1 ədəd böyük kofe çayniki, 1 ədəd süd qabı, 1 ədəd şəkər qabından ibarət 1970 – 1980-cı illər alman istehsallı, ağ-çəhrayı rəngli serviz kofe dəstinin; 44) qiyməti 25 manat olan 6 ədəd fincan, 6 ədəd nəlbəki, 1 ədəd şəkər qabı, 1 ədəd dəm çaynikindən ibarət 1970 – 1980-cı illər istehsallı serviz çay dəstinin; 45) qiyməti 175 manat olan 2 ədəd 1960 – 1970- ci illər istehsallı qızıl örtüklü konfet qabının; 46) qiyməti 100 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü stəkan altının; 47) qiyməti 110 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü tort götürənin; 48) qiyməti 90 manat olan 1 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü çömçənin; 49) qiyməti 25 manat olan 1 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü limon götürənin; 50) qiyməti 173 manat olan 6 ədəd 1960 – 1970-ci illər istehsallı çay qaşığının; 51) qiyməti 30 manat olan 1 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü duz qaşığının; 52) qiyməti 140 manat olan 1960 – 1970-ci illər istehsallı 2 ədəd güldan, 2 ədəd konfet qabı, 1 ədəd külqabı,1 ədəd duzqabı, 6 ədəd stəkandan ibarət 1 ədəd qızıl örtüklü büllur dəstinin; 53) qiyməti 70 manat olan 12 ədəd 1960 – 1970-ci illər istehsallı melxior xörək qaşığının; 54) qiyməti 30 manat 6 ədəd 1960 – 1970-ci illər istehsallı melxior çay qaşığının; 55) qiyməti 68 manat olan 12 ədəd 1960 – 1970-ci illər istehsallı melxior çəngəlinin 56) qiyməti 40 manat olan 6 ədəd 1960 – 1970-ci illər istehsallı melxior yağ bıçağının; 57) qiyməti 12 manat olan 6 ədəd 1960 – 1970-ci illər istehsallı melxior duz qabının; 58) qiyməti 12 manat olan 6 ədəd 1960 – 1970-ci illər istehsallı duz qaşıqlarının; 59) qiyməti 195 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” gülqabının; 60) qiyməti 170 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” dairəvi meyvəqabının; 61) qiyməti 120 manat olan 1 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” qayıq formalı meyvəqabının; 62) qiyməti 120 manat olan 3 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” vazanın; 63) qiyməti 110 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” konfet qabının; 64) qiyməti 130 manat olan 1 dolça və 6 ədəd stəkandan ibarət 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” dəstinin; 65) qiyməti 134 manat olan 18 ədəd 1960 – 1970-ci illər istehsallı 3 müxtəlif formalı büllur “Bagema” badə dəstinin; 66) qiyməti 120 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı 2 müxtəlif formalı büllur “Bagema” külqabının; 67) qiyməti 42 manat olan 18 ədəd 1960 – 1970-ci illər istehsallı müxtəlif formalı büllur, naxışlı nəlbəki-stəkan dəstinin; 68) qiyməti 78 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” zanbaq formalı salfetka qabın; 69) qiyməti 165 manat olan 12 ədəd fincan, 12 ədəd nəlbəki, 12 ədəd boşqab, 1 ədəd iri çaynik, 1 ədəd küçik çaynik, 1 ədəd süd qabı, 1 ədəd yağ qabı, 1 ədəd qapaqlı qənd qabından ibarət 1960 – 1970-ci illər istehsallı mavi rəngli, farfor serviz çay dəstinin; 70) qiyməti 109 manat olan 6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd ikiqulplu şəkər qabı, 1 ədəd yağ qabından ibarət perlamutr rəngli farfor serviz çay dəstinin; 71) qiyməti 110 manat olan 6 ədəd böyük ölçülü boşqab, 6 ədəd orta ölçülü boşqab, 6 ədəd kiçik ölçülü boşqab, 6 ədəd dərin boşqab, 1 ədəd iri dairəvi bulud, 1 ədəd iri qayıq formalı bulud, 1 ədəd kiçik qayıq formalı bulud, 2 ədəd dərin buluddan ibarət 1960 – 1970-ci illər istehsallı ağ çəhrayı rəng farfor nahar dəstinin; 72) qiyməti 40 manat olan 6 ədəd 1960 – 1970-ci illər Yaponiya istehsallı farfor, naxışlı dərin şorba qabının; 73) qiyməti 870 manat olan 1 cüt zerkonyum daşlı, 585 əyyar, 4.07 qram olan qızıl sırğa; 1 ədəd zerkonyum daşlı, 585 əyyar 2.37 qram olan qızıl üzük; 1 ədəd zerkonyum daşlı, 585 əyyar, 1.08 qram olan qızıl klon; 1 ədəd 585 əyyar, 45 sm uzunluqda, 4.34 qramm olan qızıl sep; 1 ədəd 585 əyyar, 2.23 qramm, 15 sm uzunluqda olan qızıl qolbaqdan ibarət dızıl dəstinin 74) qiyməti 970 manat olan 1 ədəd yeddi brilyant qaşlı, 585 əyyar, SSRİ istehsalı olan qızıl üzüyün alınaraq ona geri verilməsi və ya sadalanan əmlakların əvəzi kimi onların ümumi dəyəri olan 9937 manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 05.01.2019-cu ildə rəsmi nikah bağlamışlar. Həmin dövrdə iddiaçıya bir çox qızıl-zinıt əşyaları hədiyyə olmuşdur. Lakin tərəflər arasında olan nikah münasibətləri korlanmış və nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. Lakin cavabdeh iddiaçıya hədiyyə olunmuş və iddiaçının mülkiyyətində olan qızıl-zinət və digər əşyaları qaytarmaq niyyətində deyil. İddiaçı özünə məxsus əşyaları götürərkən qızıl-zinət əşyalarını və digər əşyalarını tələb etmiş, lakin cavabdeh həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Qəmbərov iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan 7 brilliant qaşlı 583 əyyarlı SSR istehsalı olan qızıl üzüyü dəqiqləşdirərək 583 əyyarlı SSR istehsalı olan qızıl kimi qeyd olunması və digər iddia ərizəsində qeyd olunan əmlaklarla birlikdə cavabdehdən alınaraq iddiaçıya verilməsi barəqə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan cehiz əşyalarının onun mənzilindən götürülməsinə etiraz etmədiyini, iddia ərizəsində qeyd olunan sirkon qaşlı qızıl komplekt (sırğa, üzük, klon, sep və qolbaq) və SSR istehsalı olan 3 qramlıq 583 əyarlı fianit qaşlı qızı üzüyün onda olduğunu, qətnamə qəbul olunduqda sonra icra mərhələsində həmin əşyaları iddiaçıya təhvil verilməsinə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Seyidova Cavabdeh izahatına uyğun izahat vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 05.01.2019cu il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan 09.01.2020-ci il tarixdə Amir adlı uşağı olmuşdur. -iddiaçı tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş fotoşəkillərdə iddiaçıya hədiyyə edilmiş və iddia tələbində göstərilən qızıl zinət əşyalarının iddiaçının üzərində olduğu aydın olur. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1965/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 05 yanvar 2019-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 № ilə qeyd edilmiş nikahın pozulması, 09 yanvar 2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək anaları İddiaçı himayəsində saxlanılması, 09 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 18 iyun 2020-ci il tarixdən hesablanmaqla uşaq üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilməsi, 09 yanvar 2020-ci il təvəllüdlü X9 üç yaşına çatanadək 18 iyun 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 50 (əlli) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6488/2020 saylı, 05.11.2020-ci il tarixli qərardadı ilə, iddianın təmin etmə tədbiri barədə ərizəyə əsasən, iddiaçı tərəfindən iddia ərizəsində sadalanan əmlakların üzərinə həbs qoyulması qərara alınaraq, icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmiş və icra məmurunun qərarına əsasən iddianın təmin etmə tədbiri barədə qərardadda qeyd edilən əmlaklar həmin mənzildə icra məmuru tərəfindən müəyyən edilərək, siyahıya alınmış və üzərinə həbs qoyulmuşdur. -Məhkəmə Ekspertiza Mərkəzinin 29.03.2021-ci il tarixli, 9/105 nömrəli ekspert rəyinə əsasən, iddia ərizəsində göstərilən 1 adda qızıl-zinət əşyasının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1056,75 manat müəyyən edilmişdir. SSRİ istehsalı olan 585 əyarlı yeddi brilyant qaşlı qızıl üzüyün çəkisi müəyyən olmadığından qiymətləndirmə aparılmamışdır. İddia ərizəsində adları sadalanan 72 adda əşyanın hal-hazırda orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 6043,0 manat müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən və dindirilən X4 ifadə verərək bildirmişdir ki, iddiaçının anası X7 onun yaxın rəfiqəsidir. O, iddiaçının toy mərasimində yaxından iştirak etmişdir. 2018-ci ilin noyabr ayının axırı idi. Lətifə ona zəng edərək cehiz əşyalarının qablaşdırılması üçün kömək istəmiş, o da dekabrin 2-də Lətifəgilin evinə getmişdir. Evdə cehizlik əyşaları yığan zaman Cavabdeh gəlmiş, Lətifə onun, Aygünün və xalalarının yanında Ruslana 500 manat verərək alınmış oturacaqların pulu olduğunu qeyd etmiş, daha sonra 2000 manat verərək mətbəx üçün texnika alınmalı olduğunu bildirmişdir. Cavabdeh pulu götürərək İddiaçı ilə birlikdə gedərək soyuducu, paltaryuyan maşın, qaz sobası, qabyuyan maşın və televizor alaraq şəkillərini ona atmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AR Ailə Məcəlləsinin: -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, digər cehiz əmlakını isə cehiz kimi apardığından mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakıdır. Buna görə də İddiaçı göstərilən qızıl-zinət əşyalarının və digər əmlakınların mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Odur ki, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Sadalanan qanunvericilik aktı normalarına və mülki işin məhkəmə tərəfindən yuxarıda qeyd edilən müəyyən edilmiş hallarına istinad edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mövcudluğunu və ona hədiyyə olunduğunu sübuta yetirə bildiyi, hazırki iddiası ilə tələb etdiyi cehiz əşyalarını, qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda 6043 manat pul məbləği,585 əyarlı zerkonyum daşlı qızıl dəst-sırğa, üzük, klon, sep, qolbağ və SSSR istehsalı olan 585 əyarlı qaşlı qızıl üzük, həmin qızıl-zinət əşyaları mövcud olmadığı halda 1056,75 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1) qiyməti 800 manat olan açıq qəhvəyi rəng 1 ədəd iki nəfərlik taxt çarpayının, 2 ədəd tumbanın, 1 ədəd güzgülü kamodun, 1 ədəd güzgülü kupe dolabın, 1 ədəd “Çiçəkli” ortopedik döşəkdən ibarət olan “Venesiya” mebel yataq dəstinin; 2) qiyməti 30 manat olan 2 ədəd yastığın, 2 ədəd yastıq üzünün, 1 ədəd örtükdən ibarət qırmızımtıl ipək örtük dəstinin; 3) qiyməti 40 manat olan 2 ədəd qırmızı ipək örtüyünün; 4) qiyməti 25 manat olan 1 ədəd ipəküzlü əl işi yun döşəyin; 5) qiyməti 20 manat olan 2 ədəd qırmızımtıl ipəküzlü əl işi yastıq və 1 ədəd sintepon yastıqdan ibarət yastıq dəstinin; 6) qiyməti 40 manat olan 2 ədəd çəhrayı tüklü yorğanın; 7) qiyməti 20 manat olan 4 ədəd yataq dəstinin (işlənmiş); 8) qiyməti 60 manat olan 3 ədəd yastıq dəstinin (yeni); 9) qiyməti 50 manat olan 10 ədəd süfrə dəstinin; 10) qiyməti 45 manat olan 15 ədəd hamam dəsmal dəstinin; 11) qiyməti 50 manat olan 25 ədəd mətbəx dəsmal dəstinin; 12) qiyməti 10 manat olan 2 ədəd stol üstü lampanın; 13) qiyməti 30 manat olan 2 ədəd ayaqaltı xalçanın; 14) qiyməti 40 manat olan 2 ədəd “Madonna” güldanın; 15) qiyməti 40 manat olan 4 ədəd tül pərdənin; 16) qiyməti 30 manat olan 3 ədəd divar saatının; 17) qiyməti 30 manat olan 1 ədəd 6 şamdanlı, gümüşü rəngli çılçırağın; 18) qiyməti 30 manat olan 1 ədəd “Siemens” markalı başlıqlı saç qurudanın; 19) qiyməti 25 manat olan 1 ədəd “Siemens” markalı epilyatorun; 20) qiyməti 10 manat olan 1 ədəd elektrikli saç ütüsünün; 21) qiyməti 10 manat olan 1 ədəd elektrikli saç buran feninin; 22) qiyməti 70 manat olan 1 ədəd (3x5) xalçanın; 23) qiyməti 40 manat olan 1 ədəd “Tefal” ütünün; 24) qiyməti 25 manat olan 1 ədəd ütü masasının; 25) qiyməti 20 manat olan 1 ədəd paltar quruducusunun; 26) qiyməti 40 manat olan 1 ədəd “Samsung” markalı tozsoranın; 27) qiyməti 25 manat olan 1 ədəd mobil ev telefonunun; 28) qiyməti 180 manat olan 1 stol və 6 stuldan ibarət masa dəstinin; 29) qiyməti 100 manat olan 1 ədəd qədimi tarixi (2x3) xalçanın; 30) qiyməti 300 manat olan 1 ədəd ağ rəng və 2 kameralı olan “Schaub Lorenz” markalı soyuducunun; 31) qiyməti 250 manat olan 1 ədəd ağ rəngli “Schaub Lorenz” markalı paltaryuyanın; 32) qiyməti 220 manat olan 1 ədəd gümüşü-qara rəngli “Schaub Lorenz” markalı soba-şkafın; 33) qiyməti 120 manat olan 1 ədəd ağ rəng və 4 gözlü, “Schaub Lorenz” markalı bişirmə qaz panelinin; 34) qiyməti 80 manat olan 1 ədəd gümüşü rəngli aspiratorun; 35) qiyməti 150 manat olan 1 ədəd 24 diaqonal televizorun; 36) qiyməti 220 manat olan 1 masa və 6 oturacaqdan ibarət 1 ədəd masa dəstinin; 37) qiyməti 200 manat olan ”Roksi” markalı divanın; 38) qiyməti 40 manat olan 1 ədəd “Tefal” markalı şirəçəkənin; 39) qiyməti 45 manat olan 1 ədəd “Tefal” markalı ətçəkənin; 40) qiyməti 15 manat olan 1 ədəd “Tefal” markalı mikserin; 41) qiyməti 35 manat olan “Tefal” markalı elektrikli çaynikin; 42) qiyməti 70 manat olan 1 ədəd (3x4) xalçanın; 43) qiyməti 70 manat olan 6 ədəd fincan, 6 ədəd nəlbəki, 1 ədəd böyük kofe çayniki, 1 ədəd süd qabı, 1 ədəd şəkər qabından ibarət 1970 – 1980-cı illər alman istehsallı, ağ-çəhrayı rəngli serviz kofe dəstinin; 44) qiyməti 20 manat olan 6 ədəd fincan, 6 ədəd nəlbəki, 1 ədəd şəkər qabı, 1 ədəd dəm çaynikindən ibarət 1970 – 1980-cı illər istehsallı serviz çay dəstinin; 45) qiyməti 150 manat olan 2 ədəd 1960 – 1970- ci illər istehsallı qızıl örtüklü konfet qabının; 46) qiyməti 80 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü stəkan altının; 47) qiyməti 70 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü tort götürənin; 48) qiyməti 55 manat olan 1 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü çömçənin; 49) qiyməti 15 manat olan 1 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü limon götürənin; 50) qiyməti 150 manat olan 6 ədəd 1960 – 1970-ci illər istehsallı çay qaşığının; 51) qiyməti 20 manat olan 1 ədəd 1960 – 1970-ci illər istehsallı qızıl örtüklü duz qaşığının; 52) qiyməti 120 manat olan 1960 – 1970-ci illər istehsallı 2 ədəd güldan, 2 ədəd konfet qabı, 1 ədəd külqabı,1 ədəd duzqabı, 6 ədəd stəkandan ibarət 1 ədəd qızıl örtüklü büllur dəstinin; 53) qiyməti 60 manat olan 12 ədəd 1960 – 1970-ci illər istehsallı melxior xörək qaşığının; 54) qiyməti 24 manat 6 ədəd 1960 – 1970-ci illər istehsallı melxior çay qaşığının; 55) qiyməti 60 manat olan 12 ədəd 1960 – 1970-ci illər istehsallı melxior çəngəlinin 56) qiyməti 30 manat olan 6 ədəd 1960 – 1970-ci illər istehsallı melxior yağ bıçağının; 57) qiyməti 12 manat olan 6 ədəd 1960 – 1970-ci illər istehsallı melxior duz qabının; 58) qiyməti 12 manat olan 6 ədəd 1960 – 1970-ci illər istehsallı duz qaşıqlarının; 59) qiyməti 180 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” gülqabının; 60) qiyməti 160 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” dairəvi meyvəqabının; 61) qiyməti 80 manat olan 1 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” qayıq formalı meyvəqabının; 62) qiyməti 120 manat olan 3 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” vazanın; 63) qiyməti 100 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” konfet qabının; 64) qiyməti 100 manat olan 1 dolça və 6 ədəd stəkandan ibarət 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” dəstinin; 65) qiyməti 120 manat olan 18 ədəd 1960 – 1970-ci illər istehsallı 3 müxtəlif formalı büllur “Bagema” badə dəstinin; 66) qiyməti 90 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı 2 müxtəlif formalı büllur “Bagema” külqabının; 67) qiyməti 45 manat olan 18 ədəd 1960 – 1970-ci illər istehsallı müxtəlif formalı büllur, naxışlı nəlbəki-stəkan dəstinin; 68) qiyməti 50 manat olan 2 ədəd 1960 – 1970-ci illər istehsallı büllur “Bagema” zanbaq formalı salfetka qabın; 69) qiyməti 150 manat olan 12 ədəd fincan, 12 ədəd nəlbəki, 12 ədəd boşqab, 1 ədəd iri çaynik, 1 ədəd kiçik çaynik, 1 ədəd süd qabı, 1 ədəd yağ qabı, 1 ədəd qapaqlı qənd qabından ibarət 1960 – 1970-ci illər istehsallı mavi rəngli, farfor serviz çay dəstinin; 70) qiyməti 90 manat olan 6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd ikiqulplu şəkər qabı, 1 ədəd yağ qabından ibarət perlamutr rəngli farfor serviz çay dəstinin; 71) qiyməti 100 manat olan 6 ədəd böyük ölçülü boşqab, 6 ədəd orta ölçülü boşqab, 6 ədəd kiçik ölçülü boşqab, 6 ədəd dərin boşqab, 1 ədəd iri dairəvi bulud, 1 ədəd iri qayıq formalı bulud, 1 ədəd kiçik qayıq formalı bulud, 2 ədəd dərin buluddan ibarət 1960 – 1970-ci illər istehsallı ağ çəhrayı rəng farfor nahar dəstinin; 72) qiyməti 30 manat olan 6 ədəd 1960 – 1970-ci illər Yaponiya istehsallı farfor, naxışlı dərin şorba qabının; 73) qiyməti 1056,75 manat olan 1 cüt zerkonyum daşlı, 585 əyyar, 4.07 qram olan qızıl sırğa; 1 ədəd zerkonyum daşlı, 585 əyyar 2.37 qram olan qızıl üzük; 1 ədəd zerkonyum daşlı, 585 əyyar, 1.08 qram olan qızıl klon; 1 ədəd 585 əyyar, 45 sm uzunluqda, 4.34 qramm olan qızıl sep; 1 ədəd 585 əyyar, 2.23 qramm, 15 sm uzunluqda olan qızıl qolbaqdan ibarət qızıl dəsti və SSSR istehsalı olan 585 əyyarlı qaşlı qızıl üzük alınaraq İddiaçı verilsin. Qətnamə icra olunan vaxt həmin cehiz əşyalar mövcud olmadığı halda 6043 (altı min qırx üç) manat; qızıl-zinət əşyaları mövcud olmadığı halda 1056,75 (bir min əlli altı manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada İddiaçı 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1046/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1046/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver