Məhkəmə qərarları › İş №2(001)-1092/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1092/2021

25.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1092/2021 25.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun və Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.199 manat dəyərində olan cehiz əşyalarının, 5.390 manat dəyərində şəxsi geyim əşyalarının, 5.500 manat dəyərində qızıl-zinət əşyalarının, cəmi 37.089 manat dəyərində əmlakın, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə, Cavabdeh1 etiraf etdiyi və ona qaytarmağa hazır olduğu əmlaklardan başqa, 11.159 manat dəyərində olan cehiz əmlakların, 1.290 manat dəyərində şəxsi paltarların, 5.500 manat dəyərində qızıl-zinət əşyalarının, cəmi 17.949 manat dəyərində əmlakın, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehlər Cavabdeh1 və Sərdarov Əmirxan Namaz oğlundan alınaraq ona qaytarılması, birgə nikah dövründə əldə edilmiş “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı və “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin satış məbləğinin 2/3 hissəsinin Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddianı təmin etmə tədbiri barədə məhkəmənin 28.09.2021-ci il tarixli qərardadı icra edilən zaman iddia üzrə tələb etdiyi bir neçə əmlakı, o cümlədən şəkil albomunu, dəyəri 1.000 manat olan samsung markalı televizoru, ümumi dəyəri 200 manat olan 2 ədəd velosipedi götürmüş və tərəfindən götürülmüş bütün əmlaklar barədə icra məmuru tərəfindən qeyd aparılmışdır. Digər əşyalar ona məxsus olmasına baxmayaraq cavabdehlərin istifadə və sahibliyindədir. Bu səbəbdən onlardan alınmalıdır. İddia üzrə tələb edilən dəyəri 2.300 manat olan yataq dəsti, dəyəri 2.000 manat olan qonaq dəsti, dəyəri 1.000 manat olan divan və kreslolar, dəyəri 700 manat olan stol, 6 ədəd stullar onunla cavabdehin birgə gəlirləri hesabına deyil, onun anasının və qardaşının vəsaiti hesabına “Embawood” mebel mağazasından alınmışdır. Bu səbəbdən bu əşyalar da cavabdehlərdən alınaraq ona verilməlidir. İddia üzrə tələb edilən qızıl-zinət əşyaları, yəni dəyəri 2.000 manat olan 750 əyarlı 1 ədəd briliant qaşlı badam sırğa, dəyəri 3.000 manat olan 750 əyarlı briliant qaşlı 1 ədəd kolye (boyunbaq və qolbaq) və dəyəri 500 manat olan briliant qaşlı üzük hazırda cavabdehlərin istifadə və sahibliyindədir. Həmin qızıl-zinət əşyaları evin təmirinin həyata keçirilməsi məqsədi ilə satılmamışdır. Bu əşyaların satılması barədə iddia ərizəsində qeyd edilən fikirlər isə həqiqəti əks etdirmir və texniki səhv nəticəsində yanlış olaraq bu qaydada qeyd edilmişdir. Evin alınması və təmiri üçün isə onda olan digər qızıl-zinət əşyaları satılmışdır. Həmin qızıl-zinət əşyalarının fotoşəkili iddia ərizəsinə əlavə edilmişdir. Belə ki, onlar 2018-ci ilin sentyabr ayında ev almışlar və 2019-cu ilin mart ayında həmin evi təmir etdirdikdən sonra oraya köçmüşlər. Həmin dövrdə də məhz iddia ərizəsinə əlavə edilmiş fotoşəkildə onun üzərində olan qızıl-zinət əşyaları satılmışdır. Ümumiyyətlə evin alınması və təmiri ilə bağlı xərclər onun anası və keçmiş həyat yoldaşının atası, yəni Cavabdeh2 tərəfindən qarşılanmışdır. Qeyd etdiyi qızıl-zinət əşyaları da məhz bu məqsədlər üçün satılmışdır. Cavabdeh1 heç vaxt maddi imkanı olmamışdır. Belə ki, aralarında nikah bağlandıqdan sonra bir müddət qaynatasının evində yaşamışlar, sonradan Bakı şəhərinə qayıdaraq, bir müddət onun atasının evində yaşamışlar. 2013-cü ilin mart ayında Zəhra adlı qızları olmuş və bundan bir neçə ay sonra, təxminən 2013-cü ilin ortalarında həmin evi tərk etmişlər və 2014-cü ilin sonunadək kirayə əsaslarla başqa ünvanda yaşamışlar. Bundan sonra isə maddi imkansızlıqları səbəbindən, yəni kirayə haqqını ödəyə bilmədiklərindən yenidən atasının evinə qayıtmışdılar və 2019-cu ilin mart ayına kimi, yəni qeyd edilən evin təmiri bitənədək, atasının həyətində artıq inşa edilmiş ayrıca evdə yaşamışdılar. İddiada göstərilən nəqliyyat vasitələri isə Cavabdeh1 tərəfindən alınmışdır. Belə ki, cavabdeh daim pulun olmadığını bildirmiş, hətta bir sıra hallarda çörəyin pulunu da onun anasından almışdır. Lakin özü gizli şəkildə pul vəsaiti toplamış və həmin avtomobilləri almışdır. Avtomobillərin cavabdehin istifadə və sahibliyində olması tarixini dəqiq xatırlamır. Xatırlayır ki, “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toy mərasimində iştirak etmək üçün 2019-cu ilin noyabr ayında Gürcüstan Respublikasına getmişdilər. Cavabdeh də həmin avtomobili bu hadisədən bir neçə ay əvvəl idarə etməyə başlamışdır. “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil isə ondan əvvəl əldə edilmişdir. Bu avtomobili idarə etməyə başlayanda onların kiçik uşaqları Ramal yeni doğulmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı və iddiaçının mövqeyini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının tələb etdiyi əşyalardan yataq dəsti, qonaq dəsti, kreslolar, stol-stul, 2 ədəd balış, taxt döşəyi, 1 ədəd pakrıval, onun tərəfindən alınmış pərdə, gümüş qablar, fujerlər, bogema meyvə qabı, duz qabları, aş bulud qabları, xrustal meyvə qabları, ağ meyvə qabları, konfet qabı, xrustal güldan, bogema çay dəsti, yemək dəsti, kofe dəsti, sok bakal dəsti, araq rümkaları, dördkünə yemək dəsti, versace yemək dəsti, iki ədəd çaynik, mürəbbə qabları, bıçaq dəsti, ağ-qara süfrə, dəsmal dəsti, çay dəsmalları, 1 ədəd ütü, blender, paltaryuyan maşın, soyuducu, mikser, qızdırıcı (pitiminutka), qaz peçi, moyka, qazan dəsti, televizor, paltar dolabı, soba, toster, aspirator, 1 ədəd çilçıraq, ətçəkən maşın, 1 ədəd çəhrayi xalça mövcuddur və onların, habelə qırmızı-qara mətbəx mebelinin və 1 ədəd stol, 6 ədəd stulun iddiaçıya təhvil verilməsinə etiraz etmir. İddiaçıya məxsus olmaqla hazırda onların evində olan əşyalar iddianı təmin etmə tədbirinin görülməsi barədə qərardadın icrası zamanı icra məmurları tərəfindən də siyahıya alınmışdır. Həmin vaxt iddiaçı bir sıra əşyaları, o cümlədən uşaqlara məxsus velosipedləri, televizoru, 1 ədəd ütünü, 1 ədəd tefal markalı çayniki aparmış və icra məmuru tərəfindən həm aparılmış, həm də mövcud olmayan bütün əşyalar qeyd edilmişdir. Bu əşyaların aparılması nəzərə alınmaqla, hazırda evdə olan və iddiaçıya məxsus olan hər bir əşyanın ona təhvil verilməsinə razıdır. “Embawood” mebel mağazasından mebel dəsti onun vəsaiti hesabına alınmış və ödənişlər onun tərəfindən aparılmışdır. Bu səbəbdən həmin əşyalar iddiaçıya verilə bilməz. İddiaçının şəxsi geyim və əşyaları iddiaçının qohumlarına, uşaqlara aid olan əşyalar isə 43-cü Polis bölməsində Rəşad adlı polis kapitanının iştirakı ilə iddiaçıya təhvil verilmişdir. İddiaçıya məxsus olan hər hansı qızıl-zinət əşyası onda qalmamışdır. İddiaçı özü də iddia ərizəsində bildirmişdir ki, qızıl-zinət əşyaları evin təmiri zamanı satılmışdır. Digər qızıl-zinət əşyaları isə hazırda da iddiaçının özündədir. Bu hal fotoşəkillərlə də öz təsdiqini tapır. Onun mülkiyyətində olmuş “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı və “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillər isə onun və ya onunla iddiaçının vəsaiti hesabına deyil, onun atasının, yəni Cavabdeh2 vəsaiti hesabına və müqavilədə göstərilən müddətdən xeyli əvvəl alınmışdır. Bu hal həmin avtomobillərin idarə olunması ilə bağlı ona verilmiş etibarnamələrlə də təsdiq edilir. Belə ki, “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil 08.11.2014-cü il tarixdə atasının müvafiq kredit təşkilatından götürdüyü kredit hesabına, “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 01.08.2019-cu il tarixdə mülkiyyətlərində olmuş torpağın satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Bu səbəbdən həmin avtomobillərin satışından əldə edilmiş hər hansı vəsait iddiaçının xeyrinə tutula bilməz. Avtomobillərin alqı-satqı müqaviləsində göstərilən məbləğlər də reallığı əks etdirmir və formal olaraq yazılmışdır. Həmin avtomobillərin hər ikisi nasaz vəziyyətdə olmuş və bu səbəbdən o, avtomobilləri real dəyərinə sata bilməmiş, daha aşağı qiymətə satmış və müqavilədə göstərilən qiymətlərdən məlumatlı olmamış, yalnız məhkəmə araşdırması zamanı müqavilələrdə qiymətlərin yüksək yazıldığını görmüşdür. Həmin avtomobillərin hər ikisinin alqı-satqısından əvvəl o, avtomobilləri texniki baxışdan keçirmiş və bu zaman mövcud olan nasazlıqlar müəyyən edilmişdir. Belə ki, “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil satılan zaman nasaz vəziyyətdə olmuş, avtomobilin mühərrikinin və sürət qutusunun əsaslı təmirinə, habelə çilingər, rəngsaz və dəmirçi işinin görülməsinə ehtiyac olmuşdur. Bu nasazlıqlar nəzərə alınmaqla "xxxx" MMC-nin Texniki təminat departamenti tərəfindən 10.01.2021-ci il tarixinə avtomobilin təmirinə 2.700 manat məbləğində pulun tələb edildiyi müəyyən edilmişdir. Bu hal həmin cəmiyyət tərəfindən təqdim edilmiş sənədlə təsdiq edilir. Bundan sonra o, avtomobili X5 adlı şəxsə 2.200 manat pula satmışdır. Bu halı alıcı özü də təsdiq edə bilər. “Opel Astra” minik markalı, **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobil də satılan zaman nasaz olmuş avtomobilin mühərrikinin əsaslı təmirinə, habelə çilingər, rəngsaz və dəmirçi işinin görülməsinə ehtiyac olmuşdur. Bu nasazlıqlar nəzərə alınmaqla "xxxx" MMC tərəfindən avtomobillə bağlı 2.480 manat məbləğində təmir işlərinin görülməsinə ehtiyacın olduğu müəyyən edilmişdir. Bu hal həmin cəmiyyət tərəfindən təqdim edilmiş sənədlə təsdiq edilir. Bundan sonra o, həmin avtomobili 3.700 manat pula satmışdır. Avtomobillərin satış vaxtı real dəyəri "xxxx" MMC tərəfindən tərtib edilmiş arayışla da təsdiq edilir. Avtomobillərin satışından əldə edilmiş vəsait hesabına o, həmçinin birgə nikah dövründə kredit təşkilatlarından götürülmüş kredit məbləğini ödəmişdir və ödənişlər etməkdə davam edir. Halbuki, 2020-ci ilin sentyabr ayından birgə təsərrüfat aparmırlar. Bu səbəbdən ondan hər hansı məbləğdə pul tutulduğu halda, 2020-ci ilin oktyabr ayından, yəni artıq ayrı təsərrüfat aparmağa başladıqları vaxtdan onun tərəfindən ödənilmiş kredit borcunun yarısı ondan iddiaçının xeyrinə tutulacaq məbləğdən çıxılmalıdır. Göstərilənlərin və iddiaya qarşı münasibətinin nəzərə alınmasını və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 Cavabdeh1 mövqeyini, o cümlədən yazılı etirazı müdafiə edərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 28 aprel 2012-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından 20.03.2013-cü il tarixdə X2 və 05.02.2015ci il tarixdə X4 doğulmuşdur. 2020-ci ilin sentyabr ayında iddiaçı ilə cavabdeh faktiki olaraq ayrılmışlar. Onların arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5932/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının himayəsinə verilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Cavabdeh2 Cavabdeh1 atası, iddiaçının isə qaynatasıdır. Hazırda iddiaçı nikaha daxil olan zaman və birgə nikahda olan dövrdə cavabdehlərlə yaşadığı evlərə (həm Xaçmaz rayonunda, həm də Bakı şəhəri Binəqədi rayonunda yerləşən) özünə məxsus olan müxtəlif şəxsi geyim, məişət və digər əşyalar gətirərək yerləşdirdiyini, həmçinin, ona qızıl-zinət əşyalarının hədiyyə edildiyini, lakin artıq nikahlarının pozulmasına və ayrı yaşamaqlarına baxmayaraq, həmin əşyaların ona qaytarılmadığını iddia edir və bu əşyaların, onlar olmadıqda isə onların dəyərinin cavabdehlərdən alınmasını tələb edir. Eyni zamanda, birgə nikah dövründə birgə gəlirlər hesabına iki avtomobilin alındığını və artıq ayrıldıqdan sonra ondan xəbərsiz olaraq cavabdeh tərəfindən satıldığını bildirir və uşaqların mənafeyinin nəzərə alınmasını və avtomobillərin satış qiymətinin 2/3 hissəsinin Cavabdeh1 onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul edir, iddia ərizəsində göstərilən əşyaların bir hissəsinin evdə olduğunu, onların, habelə qırmızı-qara mətbəx mebelinin və 1 ədəd stol, 6 ədəd stulun götürülməsinə etiraz etmədiyini bildirir. İddia tələbini qalan hissədə qəbul etmədiyini, “Embawood” mebel mağazasından mebel dəstinin onun vəsaiti hesabına alındığını və ödənişlərin onun tərəfindən aparıldığını, iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının onda olmadığını, həmin əşyaların satıldığını, bu barədə iddia ərizəsində iddiaçının özü tərəfindən qeyd edildiyini, avtomobillərin isə birgə gəlirlər hesabına alınmadığını, həqiqətdə müqavilələrdə göstərilən tarixlərdən daha əvvəl və onun atasının vəsaiti hesabına alındığını, sonradan isə alqı-satqı müqavilələrində olan qiymətə deyil, nasaz olması səbəbindən daha aşağı qiymətə satıldığını, alqı-satqı müqaviləsində satış qiymətinin formal göstərildiyini və onun müqavilədə göstərilən qiymətlərdən məlumatı olmadığını, eyni zamanda, avtomobillərin satışından əldə edilmiş vəsait hesabına, həmçinin birgə nikah dövründə götürülmüş kredit borcunu ödədiyini bildirir və ondan hər hansı məbləğ tutulduğu təqdirdə 2020-ci ilin oktyabr ayından, yəni artıq ayrı təsərrüfat aparmağa başladıqları vaxtdan onun tərəfindən ödənilmiş kredit borcunun yarısının ondan iddiaçının xeyrinə tutulacaq məbləğdən çıxılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər; 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu (özü ilə birlikdə cavabdehlərin Xaçmaz rayonunda və Bakı şəhərində olan evlərinə gətirdiyini, öz vəsaiti hesabına aldığını və ya ona hədiyyə edildiyini), sonra isə bu əşyaların hazırda cavabdehlərin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli idi. İddiaçı iddia üzrə xeyli sayda şəxsi geyim, məişət, mebel və digər əşyalarının nikahdan əvvəl və nikah dövründə alındığını, həmin əşyaların ona məxsus olduğunu, bu əşyaların cavabdehlərin evlərində qaldığını, nikahları pozulsa da bu əşyaların ona təhvil verilmədiyini iddia edir. Cavabdeh tərəf 2 ədəd balışın, taxt döşəyinin, 1 ədəd pakrıvalın, gümüş qabların, fujerlərin, bogema meyvə qabının, duz qablarının, aş bulud qablarının, xrustal meyvə qablarının, ağ meyvə qablarının, konfet qabının, xrustal güldanın, bogema çay dəstinin, yemək dəstinin, kofe dəstinin, sok bakal dəstinin, araq rümkalarının, dördkünc yemək dəstinin, versace yemək dəstinin, iki ədəd çaynikin, mürəbbə qablarının, bıçaq dəstinin, ağ-qara süfrənin, dəsmal dəstinin, çay dəsmallarının, 1 ədəd ütünün, blenderin, paltaryuyan maşının, soyuducunun, mikserin, qızdırıcının (pitiminutka), qaz peçinin, moykanın, qazan dəstinin, televizorun, paltar dolabının, sobanın, tosterin, aspiratorun, 1 ədəd çılçırağın, ətçəkən maşınən, 1 ədəd çəhrayi xalçanın mövcud olduğunu və pərdə istisna olmaqla (özü aldığını bildirir) iddiaçıya məxsus olduğunu etiraf edir və onların iddiaçıya təhvil verilməsinə etiraz etmir. İddiaçının ərizəsi əsasında məhkəmənin müvafiq qərardadı ilə iddianı təmin etmə tədbiri qaydasında iddia üzrə tələb edilən əşyaların özgəninkiləşdirilməsi və onlardan istifadə edilməsi qadağa edilmiş və həmin qərardadın icrası zamanı icra məmurları tərəfindən tərtib edilmiş aktlarda Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən evdə qızıl-zinət əşyalarının, dəyəri 80 manat olan güllü toy donunun, dəyəri 100 manat olan cəhrayi rəngli donun, ümumi dəyəri 260 manat olan 4 ədəd donun və dərs kitablarının və ləvazimatlarının olmadığı, 1 ədəd Samsung televizorun, Beko markalı soyuducunun, LG markalı paltaryuyan maşının, masaj aparatının, paltar ütüsünün, 1 ədəd tozsoranın, 1 ədəd ətçəkənin, 1 ədəd samovarın, 1 ədəd tefal çaynikin, 1 ədəd sokçəkən aparatının, 1 ədəd mikserin, 1 ədəd florlu qızdırcı-kalonkanın, 1 ədəd qaz plitəsinin, qazan dəstinin, paltar dolabının, çəhrayi rəngli xalçanın, 3 ədəd balaca xalçanın, tosterin, aspiratorun, masaj aparatının, Xaçmaz rayonu ərazisində yerləşən evdə yataq dəstinin, qonaq dəstinin, 2 ədəd kreslonun, 1 ədəd stol, 6 ədəd stulun, 1 ədəd xalçanın, taxt üst örtüyünün, qümüş qablar dəstinin, fujer dəstinin, 3 dəst bagema meyvə qablarının, xrustal meyvə qablarının, fosfor çay dəstinin, xrustal çıl-çırağın, xrustal güldanın, bagema dolçanın, aş bulud qabları dəstinin, xrustal konfet qabları dəstinin, ağ verkal meyvə qablarının, 4 ədəd xrustal konfet qabının, 1 ədəd xrustal güldanın, bagema çay dəstinin, rumka dəstinin, 1 ədəd paltar ütüsünün, 1 ədəd tefal markalı çaynikin, yataq otağının pərdəsinin və 1 ədəd çəhrayı rəngli xalçanın olduğu göstərilmişdir. Həmçinin, icra zamanı iddiaçı tərəfindən iddia üzrə tələb edilən əmlaklardan şəkil albomu, qaşıq-bıcaq dəsti, Samsung markalı televizor, qallaksi markalı ütü və tefal markalı çaynik təhvil alınmışdır. Bu barədə müvafiq iltizam tərtib edilmişdir. İddiaçı iddia üzrə tələb edilən 2 ədəd velosipedin də təhvil aldığını etiraf edir. Cavabdeh qırmızı-qara mətbəx mebelinin və 1 ədəd stol, 6 ədəd stulun iddiaçıya təhvil verilməsinə etiraz etmir. Bununla belə, məhkəmə iddia üzrə tələb edilən əşyaları nəzərdən keçirib, bu əşyaları cavabdeh tərəfin iddiaya qarşı təqdim etdiyi yazılı etirazda, habelə icra məmurlarının aktlarında əks etdirilmiş əşyalarla müqayisəli şəkildə təhlil edib, eyni zamanda, icra zamanı iddiaçı tərəfindən təhvil alınan və cavabdeh tərəfindən verilməsi etiraz edilməyən əşyaları nəzərə alıb, belə qənaətə gəlir ki, iddia üzrə tələb edilən əşyalardan ümumi dəyəri 200 manat olan 4 ədəd yastıq, ümumi dəyəri 1.000 manat olan 2 dəst pərdə, dəyəri 100 manat olan 50 lt həcmində qazan, dəyəri 100 manat olan salfetka qabları, dəyəri 50 manat olan armudu stəkan dəsti, dəyəri 30 manat olan 1 ədəd çaynik, dəyəri 100 manat olan dantel (qüpür) işləməli ağ süfrə, dəyəri 80 manat olan ağ atlaz süfrə, dəyəri 100 manat olan saç feni və ütü, ümumi dəyəri 150 manat olan 6 ədəd tək yorğan, ümumi dəyəri 200 manat olan 6 ədəd yastıq, ümumi dəyəri 120 manat olan 4 ədəd tək nəfərlik üst örtüyü (pakrıval), dəyəri 80 manat olan güllü toy donu, dəyəri 100 manat olan çəhrayı rəngli don, ümumi dəyəri 260 manat olan 4 ədəd don, habelə dərs kitabları və dərs ləvazimatları aşkar edilməmişdir. İddiaçı da öz növbəsində bu əşyaların mövcud olmasını təsdiq edən hər hansı sübutlar təqdim etməmişdir. Bununla belə, hüquqi nəticə etibarı ilə bu əşyaların nəinki cavabdehlərdə olması, həmçinin ümumiyyətlə mövcud olması öz təsdiqi tapmır. Bu səbəbdən məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəyəri 700 manat olan stol və 6 ədəd stulun, dəyəri 500 manat olan 1 ədəd xalça, dəyəri 150 manat olan taxt döşəyi, dəyəri 300 manat olan taxt üst örtüyü, dəyəri 600 manat olan gümüş qablar dəsti, dəyəri 200 manat olan fujer dəsti, ümumi dəyəri 400 manat olan 3 dəst bagema meyvə qabları, dəyəri 300 manat olan xrustal meyvə qabları, dəyəri 500 manat olan fosfor çay dəsti, dəyəri 500 manat xrustal çılçıraq, dəyəri 300 manat olan xrustal güldan, dəyəri 200 manat olan bagema dolça, dəyəri 100 manat olan bagema duz qabları, dəyəri 300 manat olan aş bulud qabları dəsti, dəyəri 300 manat olan xrustal konfet qabları dəsti, dəyəri 100 manat olan ağ verkal meyvə qabları, ümumi dəyəri 250 manat olan 4 ədəd xrustal konfet qabı, dəyəri 150 manat olan 1 ədəd xrustal güldan, dəyəri 250 manat olan bagema çay dəsti, dəyəri 200 manat olan bagema yemək dəsti, dəyəri 100 manat olan kofe dəsti, dəyəri 150 manat olan bakal dəsti, dəyəri 100 manat olan rumka dəsti, dəyəri 250 manat olan dördkünc yemək dəsti, dəyəri 200 manat olan versace çay fincan dəsti, ümumi dəyəri 30 manat olan 1 ədəd çaynik, dəyəri 50 manat olan razetka qabları, dəyəri 150 manat olan ağ-qara işləməli süfrə, dəyəri 200 manat olan əl-üz dəsmallar dəsti, dəyəri 150 manat olan çay dəsmalları dəsti, dəyəri 80 manat olan masaj aparatı, dəyəri 200 manat olan 1 ədəd paltar ütüsü, dəyəri 100 manat olan 1 ədəd tozsoran, dəyəri 150 manat olan 1 ədəd ətçəkən, dəyəri 200 manat olan 1 ədəd elektrik samovar, dəyəri 100 manat olan 1 ədəd sokçəkən aparatı, dəyəri 100 manat olan 1 ədəd blender, dəyəri 1.000 manat olan paltaryuyan maşın, dəyəri 50 manat olan mikser, dəyəri 1.000 manat olan Beko markalı soyuducu, dəyəri 200 manat olan florlu qızdırcı-kalonka, dəyəri 200 manat olan qaz plitəsi, dəyəri 40 manat olan qab yuyan yeri, dəyəri 200 manat olan qazan dəsti, dəyəri 300 manat olan qapılı paltar dolabı, dəyəri 200 manat olan yataq otağı pərdəsi, dəyəri 400 manat olan 1 ədəd çəhrayı rəngli xalça, ümumi dəyəri 200 manat olan 3 ədəd balaca xalça, dəyəri 150 manat olan soba, dəyəri 80 manat olan toster, dəyəri 300 manat olan aspirator, dəyəri 3.429,90 manat olan yataq və qonaq dəsti, dəyəri 1.000 manat olan mətbəx mebeli, dəyəri 150 manat olan taxt döşəyi, dəyəri 150 manat olan taxt yorğanı, ümumi dəyəri 200 manat olan 2 ədəd döşək və 2 ədəd yastıq, ümumi dəyəri 250 manat olan 3 ədəd 2 nəfərlik pastel dəsti, dəyəri 100 manat olan 6 ədəd 1 nəfərlik pastel dəsti, dəyəri 100 manat olan taxt üst örtüyü (pakrıval), ümumi dəyəri 250 manat olan 2 ədəd uşaq üçün qalın üst örtüyü (odeyal), dəyəri 100 manat olan qara rəngli toy donu, dəyəri 200 manat olan yaşıl rəngli atlaz toy donu, dəyəri 200 manat olan lak boyalı hündürdaban ayaqqabı, dəyəri 100 manat olan bej rəngli açıq yay ayaqqabısı, dəyəri 150 manat olan qara rəngli, kabluklu çəkmə, dəyəri 50 manat olan bardovı rəngli çəkmə, ümumi dəyəri 150 manat olan 3 ədəd əl çantası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Məhkəmə, müştərəkliklə bağlı qeyd edir ki, bu əşyaların bir hissəsi Cavabdeh2 mülkiyyətində olan evdə, bir hissəsi isə Cavabdeh1 istifadə və sahibliyində olan evdə yerləşir. Bu cavabdehlərin hər ikisi üçün hər iki ev əlçatımlıdır. Bu da qeyd edilən əşyaların evlərin hansında yerləşməsindən asılı olmayaraq, hər iki cavabdeh tərəfindən istifadə edilməsini və onlara sahiblik etməsini (özündə saxlamasını) mümkün edir. Digər tərəfdən bu əşyaların cavabdehlərin hər hansı birində olması qənaətinə gəldikdən sonra, digərində olmasının müəyyən edilməsi qətnamənin icrası zamanı çətinliklər yaratmış, hətta icranı geyri-mümkün etmiş olacaqdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən əşyaların qaytarılması üçün cavabdehlər müştərək qaydada məsuliyyət daşımalıdır. Məhkəmə onu da nəzərə alır ki, bu əşyalarının cavabdehlərdən alınmalı olan zaman onların hər hansı səbəbdən mövcud olmaması halı da istisna deyil və belə olan halda cavabdehlərdən həmin əşyasının dəyəri alınmalıdır. Məhkəmə, onu da qeyd edir ki, bu tələbə hüquqi qiymət verilərkən hazırda cavabdehlərdə olan dəyəri 2.300 manat olan yataq dəstinə, dəyəri 2.000 manat olan qonaq dəstinə, dəyəri 1.000 manat olan divan və kreslolara münasibət bildirilməmişdir. Belə ki, iddiaçı bu əşyaları, o cümlədən dəyəri 700 manat olan stol və 6 ədəd stulun nikah dövründə onun anası və qardaşının vəsaiti hesabına “Embawood” mebel mağazasından alındığını, Cavabdeh1 isə onun vəsaiti hesabına alındığını və dəyərinin onun tərəfindən ödənildiyini bildirir. İddiaçı tərəfindən təqdim edilmiş qaimə fakturada məhz iddiaçının adı, soyadı və atasının adı qeyd edilmişdir. Eyni zamanda, iddiaçı üzərində onun anasının adı, soyadı və atasının adı göstərilən qaimə faktura da təqdim edir. Lakin həmin qaimə fakturanın üzərində 20.04.2012-ci il tarixi göstərilmişdir. Halbuki, bu əşyalar 16.12.2018-ci il tarixdə əldə edilmişdir. Digər tərəfdən həmin qaimə faktura nəticə etibarı ilə bu əmlakın dəyərinin iddiaçının anası tərəfindən ödənilməsini deyil, bu əmlakların onun tərəfindən təhvil alınmasını təsdiq edir. Başqa sözlə, iddiaçı bu əşyaları onun anası və qardaşının vəsaiti hesabına alınmasını təsdiq edə bilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, bu əşyalar tərəflərin birgə nikahda olduğu dövrdə və onların birgə gəlirləri hesabına alınmışdır. Bu səbəbdən onların ümumi birgə mülkiyyətlərini təşkil edir və dəyəri 700 manat olan stol və 6 ədəd stul istisna olmaqla (cavabdeh bu əmlakı iddiaçıya verilməsinə razılıq verir) cavabdehdən alınaraq iddiaçıya təhvil verilə bilməz. Bu əşyaların hər birinin ayrı-ayrılıqda bölünməsi mümkün olmadığından onun hər hansı hissəsinin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi də mümkün deyil. Bununla bağlı tərəflərə məsələnin kompensasiya məbləğinin ödənilməsi yolu ilə (hər hansı məbləğ ödəməklə əmlakı təhvil alma və ya hər hansı məbləği qəbul etməklə əmlakı təhvil vermə), habelə əvəzləşdirmə qaydasında (hər hansı əşyanı saxlamaqla, digərini təhvil vermə) həll edilməsi təklif olunsa da, tərəflər buna razı olmamış, iddiaçı təkidlə bütün əmlakın ona təhvil verilməsini tələb etmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə hazırki tələb təmin edilə bilməz. Lakin məhkəmənin hazırki mövqeyi tərəflərin payına uyğun olaraq bu əmlakın dəyərinin digər tərəfdən tələb edilməsi, bu mümkün olmadığı təqdirdə isə əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin paya uyğun bölünməsinin tələb edilməsi barədə iddia qaldırmaq hüququnu istisna etmir. Məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərdən dəyəri 2.000 manat olan 750 əyarlı 1 ədəd briliant qaşlı badam sırğanın, dəyəri 3.000 manat olan 750 əyarlı briliant qaşlı 1 ədəd kolyenin (boyunbaq və qolbaq) və dəyəri 500 manat olan briliant qaşlı üzüyün alınmasını tələb edir. Halbuki, bilavasitə özü və vəkili tərəfindən imzalanmış iddia ərizəsinin ikinci səhifəsinin ikinci abzasında (iş materiallarının 4-cü səhifəsi) məhz bu qızıl-zinət əşyalarının təxminən 6.300 manat pula satıldığını və əldə edilmiş vəsait hesabına evlərini təmir etdiklərini qeyd etmişdir. İddiaçının vəkili və nümayəndəsi də 07.12.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında eyni mövqedən çıxış etmiş və onun bu barədə fikirləri məhkəmə iclasının protokolunda əks etdirilmişdir (iş materiallarının 48-ci səhifəsi). İddiaçı həmin qızıl-zinət əşyalarının evin təmirinin həyata keçirilməsi məqsədi ilə satılmadığını, bu əşyaların satılması barədə iddia ərizəsində qeyd edilən fikirlərin isə həqiqəti əks etdirmədiyini və texniki səhv nəticəsində yanlış olaraq bu qaydada qeyd edildiyini, həqiqətdə həmin əşyaların cavabdehlərdə olduğunu, evin alınması və təmiri üçün isə onda olan digər qızıl-zinət əşyalarının satıldığını, həmin qızıl-zinət əşyalarının fotoşəkilinin iddia ərizəsinə əlavə edildiyini bildirir və qeyd edir ki, onlar 2018-ci ilin sentyabr ayında ev almışlar və 2019-cu ilin mart ayında həmin evi təmir etdirdikdən sonra oraya köçmüşlər. Həmin dövrdə də məhz iddia ərizəsinə əlavə edilmiş fotoşəkildə onun üzərində olan qızılzinət əşyaları satılmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə iclasında göstərdiyi və iş materiallarının 26-cı səhifəsində olan fotoşəkil 30.11.2019-cu il tarixdə çəkilmişdir. Bununla belə 2018-ci ilin sentyabr - 2019-cu ilin mart ayını əhatə edən dövrdə satılmış qızl-zinət əşyaları bu tarixdən təxminən 8 sonra, yəni 30.11.2019-cu il tarixdə iddiaçının istifadə və sahibliyində olmaqla onun üzərində olması qeyri-mümkündür. Təbii ki, iddiaçı həmin əşyaların satıldığı şəxsə sonradan müraciət edib, onların müvəqqəti istifadə edilməsi üçün ona verilməsini xahiş etməmişdirsə (lakin bu barədə hər hansı fikir bildirilmir). Bu səbəbdən məhkəmə hesab edir ki, iddia üzrə tələb edilən qızıl-zinət əşyaları həqiqətdə iddiaçının özünün razılığı ilə satılmış və əldə edilmiş vəsait onların birgə yaşadıqları evin təmirinə sərf edilmişdir. Başqa sözlə, bu əşyalar hazırda cavabdehlərin istifadə və sahibliyində deyil. Bu da öz növbəsində bu tələbin əsassız olması səbəbindən rədd edilməsini şərtləndirir. Məhkəmə, iddia tələbinin “avtomobillərin satışından əldə edilmiş vəsaitin 2\3 hissəsinin cavabdehdən alınması” hissəsi ilə bağlı ilk növbədə qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Araşdırma zamanı müəyyən edildiyi kimi, həm “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı (12.08.2016-cı il), həm də “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil (14.05.2020-ci il) tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Cavabdeh1 bu avtomobillərin alqı-satqı tarixindən əvvəl alındığını, sadəcə olaraq sonradan rəsmiləşdirildiyini bildirir və bununla bağlı təqdim edilmiş sənədlərdən (fotoşəkil, etibarnamələr, iddiaçının bildirdiyi fikirlər) belə qənaətə gəlmək olur ki, “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil 08.11.2014-cü il tarixdə, “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 01.08.2019-cu il tarixdə faktiki olaraq alınmış, sadəcə olaraq alqı-satqı müqaviləsi sonradan rəsmiləşdirilmişdir. Lakin bu halda da hər iki avtomobil müddət etibarı ilə yenə də tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş olur. Cavabdeh1 bu avtomobillərin iddiaçı ilə onun deyil, onun atasının gəlirləri hesabına alındığını bildirsə də, bu halı təsdiq edə bilmir, bununla bağlı təqdim etdiyi sənədlər isə belə qənaətə gəlmək üçün əsas yaratmır (hər bir halda, cavabdehin iddia etdiyi torpaq sahəsi 12.09.2019-cu il tarixdə satılmış “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarnamə isə cavabdehə 01.08.2019-cu il tarixdə, yəni 1 ay əvvəl verilmişdir). Lakin onun mövqeyinin əsaslı olması iddiaçının bildirdiyi fikirlərlə təsdiq edilir. Belə ki, iddiaçı ümumiyyətlə evin alınması və təmiri ilə bağlı xərclərin onun anası və keçmiş həyat yoldaşının atası, yəni Cavabdeh2 tərəfindən qarşılandığını, bu məqsədlər üçün qızıl-zinət əşyalarının da satıldığını, Cavabdeh1 heç vaxt maddi imkanının olmadığını, aralarında nikah bağlandıqdan sonra bir müddət qaynatasının evində yaşadıqlarını, sonradan Bakı şəhərinə qayıdaraq, bir müddət onun atasının evində yaşadıqlarını, 2013-cü ilin mart ayında Zəhra adlı qızları olduqdan bir neçə ay sonra, təxminən 2013-cü ilin ortalarında həmin evi tərk etdiklərini və 2014-cü ilin sonunadək kirayə əsaslarla başqa ünvanda yaşadıqlarını, bundan sonra isə maddi imkansızlıqları səbəbindən, yəni kirayə haqqını ödəyə bilmədiklərindən yenidən atasının evinə qayıtdıqlarını, 2019-cu ilin mart ayına kimi, yəni qeyd edilən evin təmiri bitənədək, atasının həyətində artıq inşa edilmiş ayrıca evdə yaşadıqlarını, cavabdehin daim pulunun olmadığını, hətta bir sıra hallarda çörəyin pulunu da onun anasından aldığını bildirir, eyni zamanda, iddiada göstərilən nəqliyyat vasitələrinin Cavabdeh1 tərəfindən alındığını, bu avtomobillərin pulunu gizli şəkildə topladığını və həmin avtomobilləri aldığını qeyd edir. Bununla belə, iddiaçının cavabdehin maddi imkanın olmaması barədə fikirləri ilə onun gizli pul toplaması barədə fikirləri biri digərini istisna edir. Nəticə etibarı ilə bu avtomobillərin tərəflərin birgə gəlirləri hesabına əldə edilməməsini sübut etməyə hər hansı zərurət yoxdur, iddiaçı özü bunu etiraf edir. Hər bir halda, atasının (iddiaçının dediyinə görə həm də onun ailəsinin) maddi köməkliyi və qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait hesabına 2019-cu ilin sentyabr ayında ev alan şəxsin bu hadisədən bir ay əvvəl, yəni 2019-cu ilin avqust ayında “Opel Astra” minik markalı, **-OG- *** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün pul vəsaitinə malik olması inandırıcı deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən avtomobillər tərəflərin birgə nikahda olduğu dövrdə əldə edilsə də, onların birgə gəlirləri hesabına əldə edilməmiş, cavabdehin atası, yəni digər Cavabdeh2 vəsaiti hesabına əldə edilmişdir. Lakin nəzərə alınmalıdır ki, bu avtomobillər faktiki əldə edildiyi gündən satıldığı günədək Cavabdeh1 istifadə və sahibliyində olmuş və nəticədə də onun tərəfindən özgəninkiləşdirilmişdir. Cavabdeh bu avtomobilin özgəninkiləşdirməsindən əldə edilmiş vəsaiti də atasına verdiyini bildirmir. Burdan belə qənaətə gəlir ki, həmin vəsaitə də özü sərəncam vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin avtomobillər cavabdehin atası tərəfindən onun ailəsinə, yəni iddiaçıya və Cavabdeh1 hədiyyə edilmişdir. Bu səbəbdən onların ümumi birgə mülkiyyəti hesab edilməlidir. Hüquqi nəticə etibarı ilə iddiaçının həmin avtomobillərin ½ hissəsinə pay hüququ yaranmışdır. Belə ki, Ailə Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri baxımından birgə mülkiyyəti təşkil edən bu əmlakların bölünməsi zamanı payları bərabər bölməmək və cavabdehin daha çox paya hüququnun tanınması üçün hər hansı əsas da müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh iddiaçının da payı olduğu avtomobili ondan xəbərsiz özgəninkiləşdirməklə, iddiaçını bu əmlaka olan həmin həcmdə payından məhrum etmişdir. Bu da öz növbəsində iddiaçının avtomobillərdə olan payının dəyərini tələb etmək hüququnu yaradır. Məhkəmə əmlakların dəyəri ilə bağlı qeyd edir ki, alqı-satqı müqavilələrinə əsasən “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil 7.800 manat pula, “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 4500 manat pula satılmışdır. İddiaçı bu məbləği əsas götürür. Cavabdeh1 isə avtomobillərin bu qiymətə satılmadığını, həmin qiymətin müqavilələrdə formal olaraq göstərildiyini və müqavilələrdə bu qiymətlərin olmasını məhkəmədə gördüyünü, avtomobillərin hər ikisinin satış zamanı nasaz olduğunu və təmirə ehtiyaclarının olduğunu, satışdan əvvəl onları texniki baxışdan keçirdiyini və “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin əsaslı təmirinə, habelə çilingər, rəngsaz və dəmirçi işinin görülməsinə ehtiyacın olduğunu, bunun üçün 2.480 manat məbləğində vəsaitin tələb edildiyini, “Vaz- 21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin və sürət qutusunun əsaslı təmirinə, habelə çilingər, rəngsaz və dəmirçi işinin görülməsinə ehtiyacın olduğunu, bunun üçün 2.700 manat məbləğində vəsaitin tələb edildiyini bildirir və bununla bağlı "xxxx" MMC-nin aktlarını təqdim edir. Həmin aktlarda qeyd edilən avtomobillərdə olan qüsurlar göstərilməklə onların təmirinə müvafiq olaraq 2.480 manat və 2.700 manat məbləğində vəsaitin tələb edildiyi qeyd edilir. Bu səbəbdən avtomobili dəyərindən aşağı qiymətə satmaq məcburiyyətində qaldığını və nəticədə “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili 3.700 manata, “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 2.200 manata satdığını qeyd edir. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş arayışa əsasən avtomobillərdə olan nasazlıqlar və qüsurlar nəzərə alınmaqla satış tarixinə “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 3.720 manat, “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 2.200 manat təşkil edir. Məhkəmə, xeyli istismar müddəti olan və sərnişin daşımada istifadə edilən avtomobillərin sazlıq vəziyyəti və satış gününə olan qiyməti ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş sənədləri mötəbər sübut kimi qiymətləndirib və əsas götürüb, avtomobillərin satış gününə məhz alqı-satqı müqavilələrində göstərilən dəyərdə olmasını təsdiq edən hər hansı sübutun iddiaçı tərəfindən təqdim edilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti qismində 3.720 manat, “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti qismində isə 2.200 manat məbləği əsas götürülməli, məhz bu məbləğin ½ hissəsi, yəni (3.720 + 2.200 = 5.920 / 2 = 2.960) 2.960 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə o halı da nəzərə alır ki, tərəflər faktiki olaraq 2020-ci ilin sentyabr ayından ayrı yaşayır və ayrı təsərrüfat aparır. Tərəflər birgə təsərrüfat aparan zaman, yəni 16.05.2019-cu il tarixdə cavabdeh "xxxx" ASC-dən 2.000 manat məbləğində kredit götürmüş və həmin məbləğ ailənin ehtiyaclarına xərclənmişdir (bu məbləğin cavabdehin şəxsi ehtiyaclarına xərclənməsini təsdiq edən hər hansı sübut mövcud deyil). Tərəflər ayrı yaşadıqları dövrdən başlayaraq, yəni 16.10.2020-ci il tarixdən 07.05.2021-ci il tarixədək həmin müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə (16.10.2020-ci il 100 manat, 16.11.2020-ci il 50 manat, 17.11.2020-ci il 50 manat, 15.12.2020-ci il 50 manat, 18.01.2021-ci il 120 manat, 16.02.2021-ci il 100 manat, 16.03.2021-ci il 100 manat, 16.04.2021-ci il 130 manat, 03.05.2021-ci il 30 manat, 05.05.2021-ci il 40 manat, 06.05.2021-ci il 15 manat) 785 manat məbləğində kredit borcu ödənilmişdir. Məhkəmə, kredit məbləğinin birgə nikah dövründə götürüldüyünü və ailənin ehtiyaclarına xərcləndiyini nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər ayrı yaşamağa başladıqdan sonra həmin müqavilə üzrə qalan borc məbləğinin ödənilməsinə görə də tərəflər bərabər məsuliyyət daşıyır və aparılmış ödənişlərin yarısı (785/2=392,50), yəni 392,50 manat cavabdehə aid edilməli və bu məbləğ avtomobillərin satışından əldə edilmiş vəsaitin cavabdehə aid edilmiş hissəsindən, yəni 2.960 manat məbləğində puldan çıxılmalı (2.960-392,50=2.567,50) qalan 2.567,50 manat cavabdeh Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, dəyəri 700 manat olan stol və 6 ədəd stul, dəyəri 500 manat olan 1 ədəd xalça, dəyəri 150 manat olan taxt döşəyi, dəyəri 300 manat olan taxt üst örtüyü, dəyəri 600 manat olan gümüş qablar dəsti, dəyəri 200 manat olan fujer dəsti, ümumi dəyəri 400 manat olan 3 dəst bagema meyvə qabları, dəyəri 300 manat olan xrustal meyvə qabları, dəyəri 500 manat olan fosfor çay dəsti, dəyəri 500 manat xrustal çılçıraq, dəyəri 300 manat olan xrustal güldan, dəyəri 200 manat olan bagema dolça, dəyəri 100 manat olan bagema duz qabları, dəyəri 300 manat olan aş bulud qabları dəsti, dəyəri 300 manat olan xrustal konfet qabları dəsti, dəyəri 100 manat olan ağ verkal meyvə qabları, ümumi dəyəri 250 manat olan 4 ədəd xrustal konfet qabı, dəyəri 150 manat olan 1 ədəd xrustal güldan, dəyəri 250 manat olan bagema çay dəsti, dəyəri 200 manat olan bagema yemək dəsti, dəyəri 100 manat olan kofe dəsti, dəyəri 150 manat olan bakal dəsti, dəyəri 100 manat olan rumka dəsti, dəyəri 250 manat olan dördkünc yemək dəsti, dəyəri 200 manat olan versace çay fincan dəsti, ümumi dəyəri 30 manat olan 1 ədəd çaynik, dəyəri 50 manat olan razetka qabları, dəyəri 150 manat olan ağ-qara işləməli süfrə, dəyəri 200 manat olan əl-üz dəsmallar dəsti, dəyəri 150 manat olan çay dəsmalları dəsti, dəyəri 80 manat olan masaj aparatı, dəyəri 200 manat olan 1 ədəd paltar ütüsü, dəyəri 100 manat olan 1 ədəd tozsoran, dəyəri 150 manat olan 1 ədəd ətçəkən, dəyəri 200 manat olan 1 ədəd elektrik samovar, dəyəri 100 manat olan 1 ədəd sokçəkən aparatı, dəyəri 100 manat olan 1 ədəd blender, dəyəri 1.000 manat olan paltaryuyan maşın, dəyəri 50 manat olan mikser, dəyəri 1.000 manat olan Beko markalı soyuducu, dəyəri 200 manat olan florlu qızdırcı-kalonka, dəyəri 200 manat olan qaz plitəsi, dəyəri 40 manat olan qab yuyan yeri, dəyəri 200 manat olan qazan dəsti, dəyəri 300 manat olan qapılı paltar dolabı, dəyəri 200 manat olan yataq otağı pərdəsi, dəyəri 400 manat olan 1 ədəd çəhrayı rəngli xalça, ümumi dəyəri 200 manat olan 3 ədəd balaca xalça, dəyəri 150 manat olan soba, dəyəri 80 manat olan toster, dəyəri 300 manat olan aspirator, dəyəri 3.429,90 manat olan yataq və qonaq dəsti, dəyəri 1.000 manat olan mətbəx mebeli, dəyəri 150 manat olan taxt döşəyi, dəyəri 150 manat olan taxt yorğanı, ümumi dəyəri 200 manat olan 2 ədəd döşək və 2 ədəd yastıq, ümumi dəyəri 250 manat olan 3 ədəd 2 nəfərlik pastel dəsti, dəyəri 100 manat olan 6 ədəd 1 nəfərlik pastel dəsti, dəyəri 100 manat olan taxt üst örtüyü (pakrıval), ümumi dəyəri 250 manat olan 2 ədəd uşaq üçün qalın üst örtüyü (odeyal), dəyəri 100 manat olan qara rəngli toy donu, dəyəri 200 manat olan yaşıl rəngli atlaz toy donu, dəyəri 200 manat olan lak boyalı hündürdaban ayaqqabı, dəyəri 100 manat olan bej rəngli açıq yay ayaqqabısı, dəyəri 150 manat olan qara rəngli, kabluklu çəkmə, dəyəri 50 manat olan bardovı rəngli çəkmə, ümumi dəyəri 150 manat olan 3 ədəd əl çantası, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməli, birgə nikah dövründə götürülmüş kredit üzrə Cavabdeh1 tərəfindən aparılmış ödənişlər də nəzərə alınmaqla, əldə edilmiş əmlakın (“Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı və “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil) real dəyərinin ½ hissəsi, yəni ümumilikdə 2.567,50 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəyəri 700 (yeddi yüz) manat olan stol və 6 ədəd stul, dəyəri 500 (beş yüz) manat olan 1 ədəd xalça, dəyəri 150 (bir yüz əlli) manat olan taxt döşəyi, dəyəri 300 (üç yüz) manat olan taxt üst örtüyü, dəyəri 600 (altı yüz) manat olan gümüş qablar dəsti, dəyəri 200 (iki yüz) manat olan fujer dəsti, ümumi dəyəri 400 (dörd yüz) manat olan 3 dəst bagema meyvə qabları, dəyəri 300 (üç yüz) manat olan xrustal meyvə qabları, dəyəri 500 (beş yüz) manat olan fosfor çay dəsti, dəyəri 500 (beş yüz) manat xrustal çılçıraq, dəyəri 300 (üç yüz) manat olan xrustal güldan, dəyəri 200 (iki yüz) manat olan bagema dolça, dəyəri 100 (bir yüz) manat olan bagema duz qabları, dəyəri 300 (üç yüz) manat olan aş bulud qabları dəsti, dəyəri 300 (üç yüz) manat olan xrustal konfet qabları dəsti, dəyəri 100 (bir yüz) manat olan ağ verkal meyvə qabları, ümumi dəyəri 250 (iki yüz əlli) manat olan 4 ədəd xrustal konfet qabı, dəyəri 150 (bir yüz əlli) manat olan 1 ədəd xrustal güldan, dəyəri 250 (iki yüz əlli) manat olan bagema çay dəsti, dəyəri 200 (iki yüz) manat olan bagema yemək dəsti, dəyəri 100 (bir yüz) manat olan kofe dəsti, dəyəri 150 (bir yüz əlli) manat olan bakal dəsti, dəyəri 100 (bir yüz) manat olan rumka dəsti, dəyəri 250 (iki yüz əlli) manat olan dördkünc yemək dəsti, dəyəri 200 (iki yüz) manat olan versace çay fincan dəsti, ümumi dəyəri 30 (otuz) manat olan 1 ədəd çaynik, dəyəri 50 (əlli) manat olan razetka qabları, dəyəri 150 (bir yüz əlli) manat olan ağ-qara işləməli süfrə, dəyəri 200 (iki yüz) manat olan əl-üz dəsmallar dəsti, dəyəri 150 (bir yüz əlli) manat olan çay dəsmalları dəsti, dəyəri 80 (səksən) manat olan masaj aparatı, dəyəri 200 (iki yüz) manat olan 1 ədəd paltar ütüsü, dəyəri 100 (bir yüz) manat olan 1 ədəd tozsoran, dəyəri 150 (bir yüz əlli) manat olan 1 ədəd ətçəkən, dəyəri 200 (iki yüz) manat olan 1 ədəd elektrik samovar, dəyəri 100 (bir yüz) manat olan 1 ədəd sokçəkən aparatı, dəyəri 100 (bir yüz) manat olan 1 ədəd blender, dəyəri 1.000 (bir min) manat olan paltaryuyan maşın, dəyəri 50 (əlli) manat olan mikser, dəyəri 1.000 (bir min) manat olan Beko markalı soyuducu, dəyəri 200 (iki yüz) manat olan florlu qızdırcı-kalonka, dəyəri 200 (iki yüz) manat olan qaz plitəsi, dəyəri 40 (qırx) manat olan qab yuyan yeri, dəyəri 200 (iki yüz) manat olan qazan dəsti, dəyəri 300 (üç yüz) manat olan qapılı paltar dolabı, dəyəri 200 (iki yüz) manat olan yataq otağı pərdəsi, dəyəri 400 (dörd yüz) manat olan 1 ədəd çəhrayı rəngli xalça, ümumi dəyəri 200 (iki yüz) manat olan 3 ədəd balaca xalça, dəyəri 150 (bir yüz əlli) manat olan soba, dəyəri 80 (səksən) manat olan toster, dəyəri 300 (üç yüz) manat olan aspirator, dəyəri 3.429,90 (üç min dörd yüz iyirmi doqquz manat, doxsan qəpik) manat olan yataq və qonaq dəsti, dəyəri 1.000 (bir min) manat olan mətbəx mebeli, dəyəri 150 (bir yüz əlli) manat olan taxt döşəyi, dəyəri 150 (bir yüz əlli) manat olan taxt yorğanı, ümumi dəyəri 200 (iki yüz) manat olan 2 ədəd döşək və 2 ədəd yastıq, ümumi dəyəri 250 (iki yüz əlli) manat olan 3 ədəd 2 nəfərlik pastel dəsti, dəyəri 100 (bir yüz) manat olan 6 ədəd 1 nəfərlik pastel dəsti, dəyəri 100 (bir yüz) manat olan taxt üst örtüyü (pakrıval), ümumi dəyəri 250 (iki yüz əlli) manat olan 2 ədəd uşaq üçün qalın üst örtüyü (odeyal), dəyəri 100 (bir yüz) manat olan qara rəngli toy donu, dəyəri 200 (iki yüz) manat olan yaşıl rəngli atlaz toy donu, dəyəri 200 (iki yüz) manat olan lak boyalı hündürdaban ayaqqabı, dəyəri 100 (bir yüz) manat olan bej rəngli açıq yay ayaqqabısı, dəyəri 150 (bir yüz əlli) manat olan qara rəngli, kabluklu çəkmə, dəyəri 50 (əlli) manat olan bardovı rəngli çəkmə, ümumi dəyəri 150 (bir yüz əlli) manat olan 3 ədəd əl çantası, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Birgə nikah dövründə götürülmüş kredit üzrə Cavabdeh1 tərəfindən aparılmış ödənişlər də nəzərə alınmaqla, əldə edilmiş əmlakın (“Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı və “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil) real dəyərinin ½ hissəsi, yəni ümumilikdə 2.567,50 (iki min beş yüz altmış yeddi manat, əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar