Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1179/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi (vəkili) X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə nikaha daxil olarkən valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarının, nikah zamanı cavabdehlər tərəfindən ona hədiyyə verilmiş geyim əşyalarının və birgə nikah dövründə uşaq üçün alınmış əşyaların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girərək ailə qurmuş və cavabdehlərin yaşadıqları evə gəlin köçmüşdür. Birgə yaşayış dövründə xx xxxxxx 2019-cu il tarixdə bir uşaqları doğulmuşdur. Uşaq doğulduqdan sonra cavabdehlər onu Fatmayidə yerləşən bağ evinə aparmışlar. Həmin vaxtlarda münasibətləri yaxşı olmuş, sonra yaranan anlaşılmamazlıqlar nəticəsində münasibətləri tam pozulmuş və cavabdehlər onu azyaşlı uşaqla birlikdə 2020-ci ilin mart ayında həmin bağ evindən qovmuşlar. Hazırda cavabdeh Quluzadə X3 Rayon Məhkəməsinə nikahın pozulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehlə nikaha daxil olarkən valideynləri tərəfindən ona dəyəri 10.000 (on min manat) olan yataq mebel dəsti, dəyəri 7.500 (yeddi min beş yüz) manat olan qonaq mebel dəsti, dəyəri 2.500 (iki min beş yüz) manat olan yumşaq mebel dəsti, dəyəri 600 (altı yüz) manat olan mətbəx mebel dəsti, dəyəri 2.000 (iki min) manat olan dəhliz dolabı, dəyəri 500 (beş yüz) manat olan çarpayı döşəyi, dəyəri 2.000 (iki min) manat olan iki otaq üçün pərdələr, dəyəri 2.000 (iki min) manat olan soyuducu, dəyəri 3.500 (üç min beş yüz) manat olan televizor, dəyəri 1.800 (bir min səkkiz yüz) manat olan paltaryuyan maşın, dəyəri 1.820 (bir min səkkiz yüz iyirmi) manat olan kondisioner, dəyəri 120 (yüz iyirmi manat) olan soba, dəyəri 180 (bir yüz səksən) manat olan elektrik samovarı, dəyəri 60 (altmış) manat olan elektrik çayniki, dəyəri 350 (üç yüz əlli) manat olan ütü dəsti, dəyəri 500 (beş yüz) manat olan tozsovuran, dəyəri 250 (iki yüz əlli) manat olan mikser, dəyəri 150 (yüz əlli) manat olan şirə çəkən, dəyəri 190 (yüz doxsan) manat olan ətçəkən, dəyəri 50 (əlli) manat olan qəhvə üyüdən, dəyəri 250 (iki yüz əlli) manat olan mətbəx kombaynı, dəyəri 5.000 (beş min) manat olan yorğan-döşək, dəyəri 5.000 (beş min) manat olan yataq üzlükləri və dəsmallar, dəyəri 2.000 (iki min) manat olan yataq örtüyü, dəyəri 1.000 (bir min) manat olan yun odeyallar, dəyəri 1.800 (bir min səkkiz yüz) manat olan böyük kovrolit, dəyəri 900 (doqquz yüz) manat olan üç ədəd balaca xalçalar, dəyəri 200 (iki yüz) manat olan parla işləyən ütü, dəyəri 500 (beş yüz) manat olan qaşıq dəsti, dəyəri 50 (əlli) manat olan balaca şirəçəkən, dəyəri 250 (iki yüz əlli) manat olan divan örtüyü, dəyəri 100 (bir yüz) manat olan yay yorğanları, dəyəri 350 (üç yüz əlli) manat olan dörd ədəd süfrələr, dəyəri 9.500 (doqquz min beş yüz) manat olan üç növdə qazan dəstləri, dəyəri 2.000 (iki min) manat olan iki növdə servis dəstləri, dəyəri 2.500 (iki min beş yüz) manat olan qəhvə servisi dəsti, dəyəri 700 (yeddi yüz) manat olan iki ədəd büllur gülqabıları, dəyəri 900 (doqquz yüz) manat olan iki ədəd büllur meyvə qabları, dəyəri 160 (bir yüz altmış) manat olan iki ədəd büllur külqabıları, dəyəri 600 (altı yüz) manat olan on iki ədəd bokallar, dəyəri 600 (altı yüz) manat olan on iki ədəd büllur stəkanlar, dəyəri 400 (dörd yüz) manat olan on iki ədəd mürəbbə qabları, dəyəri 500 (beş yüz) manat olan on iki ədəd nəlbəkilər, dəyəri 500 (beş yüz) manat olan on iki ədəd büllur armudu stəkanlar, dəyəri 160 (bir yüz altmış) manat olan 2 ədəd salfetka qabları, dəyəri 160 (bir yüz altmış) manat olan balaca gülqabı, dəyəri 640 (altı yüz qırx) manat olan dörd ədəd büllur konfet qabları, dəyəri 360 (üç yüz altmış) manat olan altı ədəd büllur stəkan və su qabı dəsti, dəyəri 720 (yeddi yüz iyirmi) mat olan altı ədəd büllur mürəbbə qabları, dəyəri 360 (üç yüz altmış) manat olan iki ədəd bogema meyvə qabları, dəyəri 500 (beş yüz) manat olan saat, dəyəri 160 (bir yüz altmış) manat olan büllur şam qabıları, dəyəri 300 (üç yüz) manat olan iki ədəd büllur suvenirlər, dəyəri 400 (dörd yüz) manat olan bogema bokal dəsti, dəyəri 40 (qırx) manat olan çaydan, dəyəri 400 (dörd yüz) manat olan podnoslar, dəyəri 500 (beş yüz) manat olan on iki ədəd parçalar, dəyəri 600 (altı yüz) manat olan on iki ədəd büllur stəkanlar, dəyəri 100 (bir yüz) manat olan paltar qurudan, dəyəri 20 (iyirmi) manat olan zibilqabı, dəyəri 50 (əlli) manat olan döşəməsilən, dəyəri 50 (əlli) manat olan çörəkqabı, dəyəri 170 (bir yüz yetmiş) manat olan bıçaq çömçə dəsti, dəyəri 150 (bir yüz əlli) manat olan qranit tava dəsti, dəyəri 100 (bir yüz) manat olan iki ədəd keramika soba qabları, dəyəri 180 (bir yüz səksən) manat olan iki ədəd büllur kül qabılar, dəyəri 50 (əlli) manat olan 2 ədəd paltar səbətləri, dəyəri 40 (qırx) manat olan qranit keks qabı, dəyəri 100 (bir yüz) manat olan hamam dəsti, dəyəri 460 (dörd yüz altmış) manat olan müxtəlif məişət əşyaları cehiz verilmişdir. Eyni zamanda o, Cavabdeh1 ilə nikaha daxil olarkən ona dəyəri 3.000 (üç min) manat olan şuba, dəyəri 1.700 (min yeddi yüz) manat olan iki ədəd palto, dəyəri 1.200 (min iki yüz) manat olan iki ədəd plaş, dəyəri 750 (yeddi yüz əlli) manat olan gödəkçə, dəyəri 4.000 (dörd min) manat olan on iki ədəd donlar, dəyəri 1.700 (min yeddi yüz) manat olan üç cüt uzunboğaz ayaqqabılar, dəyəri 1.000 (bir min) manat olan 4 cüt qış ayaqqabıları, dəyəri 2.000 (iki min) manat olan beş cüt yay ayaqqabıları, dəyəri 2.200 (iki min iki yüz) manat olan altı cüt ayaqqabılar, dəyəri 300 (üç yüz) manat olan dəri çanta, dəyəri 700 (yeddi yüz) manat olan beş ədəd çantalar, dəyəri 600 (altı yüz) manat olan dörd ədəd balaca çantalar, dəyəri 1.000 (bir min) manat olan dörd dəst kostyum, dəyəri 2.000 (iki min) manat olan on ədəd donlar, dəyəri 1.000 (bir min) manat olan on beş ədəd koftalar, dəyəri 1.000 (bir min) manat olan on iki ədəd şalvarlar, dəyəri 500 (beş yüz) manat olan altı ədəd sviterlər, dəyəri 300 (üç yüz) manat olan beş ədəd yubkalar, dəyəri 1.000 (bir min) manat olan on beş dəst idman kostyumları, dəyəri 2.000 (iki min) manat olan beş ədəd ətirlər və dəyəri 1.000 (bir min) manat olan kosmetika naboru hədiyyə verilmişdir. Bu səbəbdən ona valideynləri tərəfindən verilmiş cehiz əşyaları və nikaha daxil olarkən cavabehlər tərəfindən verilmiş hədiyyələr ona qaytarılmalıdır. Bundan başqa birgə nikah dövründə dəyəri 850 (səkkiz yüz əlli) manat olan uşaq çarpayısı, dəyəri 40 (qırx) manat olan uşaq çarpayısının döşəyi, dəyəri 1.000 (bir min) olan uşaq yorğan-döşək dəsti alınmışdır. Azyaşlı uşaq onunla qaldığı üçün ona məxsus olan əşyalar da ona verilməlidir. Göstərilən cehiz əşyaları cavabdehlərin yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsindəki 11 N saylı evin 111 saylı mənzilinə aparılmışdır, hazırda da həmin mənzildədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) X5 iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, iddiaçı əşyaların hansı vəziyyətdə olduğunu bilmir. Belə ki, uzun müddət keçdiyindən ola bilər ki, əşyalar yararlı vəziyyətindən çıxmışdır. Odur ki, iddiaçı məhkəmə qətnaməsinin qəbul edilməsindən dərhal sonra həmin əmlakları götürmək istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, cavabdeh iddia ərizəsində qeyd etdiyi əmlakların bir qismini götürmüş, digər qismi yəni, 1 (bir) ədəd yataq mebel dəsti, 1 (bir) ədəd qonaq mebel dəsti, 1 (bir) ədəd yumşaq mebel dəsti, 1 (bir) ədəd mətbəx mebel dəsti, 1(bir) ədəd dəhliz dolabı, 1(bir) ədəd çarpayı döşəyi, iki otaq üçün pərdələr, 1 (bir) ədəd soyuducu, 1 (bir) ədəd televizor, 1(bir) ədəd paltaryuyan maşın, 1 (bir) ədəd kondisioner, 1 (bir) ədəd soba, 1 (bir) ədəd elektrik samovarı, 1 (bir) ədəd elektrik çayniki, 1 (bir) ədəd tozsovuran, 1 (bir) ədəd yorğan-döşək, yataq üzlükləri və dəsmallar, 1 (bir) ədəd yataq örtüyü, yun odeyallar, 1 (bir) ədəd böyük kovrolit, 3 (üç) ədəd balaca xalçalar, 1 (bir) ədəd qaşıq dəsti, 1 (bir) ədəd divan örtüyü, yay yorğanları, 4 (dörd) ədəd süfrələr, 3 (üç) növdə qazan dəstləri, 2 (iki) növdə servis dəstləri, 1 (bir) ədəd qəhvə servisi dəsti, 2 (iki) ədəd büllur gülqabıları, 2 (iki) ədəd büllur meyvə qabları, 2 (iki) ədəd büllur külqabıları, 12 (on iki) ədəd bokallar, 12 (on iki) ədəd büllur stəkanlar, 12 (on iki) ədəd mürəbbə qabları, 12 (on iki) ədəd nəlbəkilər, 12 (on iki) ədəd büllur armudu stəkanlar, 2 (iki) ədəd salfetka qabları, 1 (bir) ədəd balaca gülqabı, 4 (dörd) ədəd büllur konfet qabları, 16 (on altı) ədəd büllur stəkan və su qabı dəsti, 16 (on altı) ədəd büllur mürəbbə qabları, 1 (bir) ədəd saat, 1 (bir) ədəd çaydan, podnoslar, 1 (bir) ədəd zibilqabı, 1 (bir) ədəd döşəməsilən, 1 (bir) ədəd çörəkqabı, 1 (bir) ədəd bıçaq çömçə dəsti, 1 (bir) ədəd qranit tava dəsti, 2 (iki) ədəd paltar səbətləri, 1 (bir) ədəd qranit keks qabı, 2 (iki) ədəd plaş, 12 (on iki) ədəd donlar, 3 (üç) cüt uzunboğaz ayaqqabılar, 1 (bir) ədəd dəri çanta, 4 (dörd) dəst kostyum, 10 (on) ədəd donlar, 15 (on beş) ədəd koftalar, 15 (on beş) ədəd yubkalar, 5 (beş) dəst idman kostyumları, 1 (bir) ədəd uşaq çarpayısı, 1 (bir) ədəd uşaq çarpayısının döşəyi, 1 (bir) ədəd uşaq yorğan-döşək dəsti hal-hazırda onda olduğunu etiraf edir. O, həmin əşyaları siyahıya aldıraraq kirayələdiyi anbara saxlanca vermişdir. Hazırda qeyd etdikləri əmlakları qaytarmağa hazırdır. Əmlakların dəyəri isə şişirdilmiş formada qeyd edilmiş, habelə əmlakların dəyərini təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, qeyd etdiyi əmlakların götürülməsi ilə bağlı iddiaçıya dəfələrlə müraciət etsə də, iddiaçı əmlaklarını götürməmişdir. Digər cavabdeh onun anasıdır, əmlaklar isə anasında deyil, qeyd etdiyi kimi onun özündədir. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsinə, yəni qeyd etdiyi əmlakların ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsinə hər hansı bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının digər cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-3577/2020 saylı qətnaməsindən görünür ki, ilk və qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh1 ilə Quluzadə (Fəyyazova) Fəridə Əflatun qızı arasında bağlanmış və 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2017-ci il tarixdə 2314 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş xx xxxxxx 2019-cu il təvəllüdlü X1 İddiaçı yanında qalması, xx xxxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan bir övladları - xx xxxxxx 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Daha sonra tərəflər arasında münasibətlər korlanmış və onlar arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-3577/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Həmçinin, həmin qətnamə ilə tərəflərin birgə nikahından olan uşaqları ananın, hazırki iş üzrə iddiaçının yanında qalmış və uşağın saxlanılması üçün Cavabdeh1 iddiaçının xeyrinə aliment tutulmuşdur. Digər Cavabdeh2 isə Cavabdeh1 anasıdır, başqa sözlə iddiaçının keçmiş qaynanasıdır. Hazırda iddiaçı iddia ərizəsində dəyəri göstərilmiş əmlakların cavabdehlərdən alınıb ona qaytarılmasını xahiş edir, Cavabdeh1 isə iddianı qismən qəbul edərək iddia ərizəsində qeyd edilmiş əmlakların bir qisminin onda olduğunu etiraf edir və həmin əmlakların ondan alınıb iddiaçıya verilməsinə etiraz etmir. Lakin, əmlakların göstərilmiş dəyərləri ilə isə razı olmadığını bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində dəyəri göstərilmiş əmlakların hamısının cavabdehlərdə olduğunu bildirərək, həmin əmlakları cavabdehlərdən tələb etsə də, lakin iddia ərizəsində qeyd edilmiş əmlakların dəyəri barədə, habelə onların hamısının cavabdehlərdə olduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də, məhkəmə Cavabdeh1 iddia ərizəsində qeyd edilmiş əmlakların bir qisminin onda olması barədə etirafını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 1 (bir) ədəd yataq mebel dəsti, 1 (bir) ədəd qonaq mebel dəsti, 1 (bir) ədəd yumşaq mebel dəsti, 1 (bir) ədəd mətbəx mebel dəsti, 1(bir) ədəd dəhliz dolabı, 1(bir) ədəd çarpayı döşəyi, iki otaq üçün pərdələr, 1 (bir) ədəd soyuducu, 1 (bir) ədəd televizor, 1(bir) ədəd paltaryuyan maşın, 1 (bir) ədəd kondisioner, 1 (bir) ədəd soba, 1 (bir) ədəd elektrik samovarı, 1 (bir) ədəd elektrik çayniki, 1 (bir) ədəd tozsovuran, 1 (bir) ədəd yorğan-döşək, yataq üzlükləri və dəsmallar, 1 (bir) ədəd yataq örtüyü, yun odeyallar, 1 (bir) ədəd böyük kovrolit, 3 (üç) ədəd balaca xalçalar, 1 (bir) ədəd qaşıq dəsti, 1 (bir) ədəd divan örtüyü, yay yorğanları, 4 (dörd) ədəd süfrələr, 3 (üç) növdə qazan dəstləri, 2 (iki) növdə servis dəstləri, 1 (bir) ədəd qəhvə servisi dəsti, 2 (iki) ədəd büllur gülqabıları, 2 (iki) ədəd büllur meyvə qabları, 2 (iki) ədəd büllur külqabıları, 12 (on iki) ədəd bokallar, 12 (on iki) ədəd büllur stəkanlar, 12 (on iki) ədəd mürəbbə qabları, 12 (on iki) ədəd nəlbəkilər, 12 (on iki) ədəd büllur armudu stəkanlar, 2 (iki) ədəd salfetka qabları, 1 (bir) ədəd balaca gülqabı, 4 (dörd) ədəd büllur konfet qabları, 16 (on altı) ədəd büllur stəkan və su qabı dəsti, 16 (on altı) ədəd büllur mürəbbə qabları, 1 (bir) ədəd saat, 1 (bir) ədəd çaydan, podnoslar, 1 (bir) ədəd zibilqabı, 1 (bir) ədəd döşəməsilən, 1 (bir) ədəd çörəkqabı, 1 (bir) ədəd bıçaq çömçə dəsti, 1 (bir) ədəd qranit tava dəsti, 2 (iki) ədəd paltar səbətləri, 1 (bir) ədəd qranit keks qabı, 2 (iki) ədəd plaş, 12 (on iki) ədəd donlar, 3 (üç) cüt uzunboğaz ayaqqabılar, 1 (bir) ədəd dəri çanta, 4 (dörd) dəst kostyum, 10 (on) ədəd donlar, 15 (on beş) ədəd koftalar, 15 (on beş) ədəd yubkalar, 5 (beş) dəst idman kostyumları, 1 (bir) ədəd uşaq çarpayısı, 1 (bir) ədəd uşaq çarpayısının döşəyi, 1 (bir) ədəd uşaq yorğan-döşək dəsti Cavabdeh1 alınaraq İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1 (bir) ədəd yataq mebel dəsti, 1 (bir) ədəd qonaq mebel dəsti, 1 (bir) ədəd yumşaq mebel dəsti, 1 (bir) ədəd mətbəx mebel dəsti, 1(bir) ədəd dəhliz dolabı, 1(bir) ədəd çarpayı döşəyi, iki otaq üçün pərdələr, 1 (bir) ədəd soyuducu, 1 (bir) ədəd televizor, 1(bir) ədəd paltaryuyan maşın, 1 (bir) ədəd kondisioner, 1 (bir) ədəd soba, 1 (bir) ədəd elektrik samovarı, 1 (bir) ədəd elektrik çayniki, 1 (bir) ədəd tozsovuran, 1 (bir) ədəd yorğan-döşək, yataq üzlükləri və dəsmallar, 1 (bir) ədəd yataq örtüyü, yun odeyallar, 1 (bir) ədəd böyük kovrolit, 3 (üç) ədəd balaca xalçalar, 1 (bir) ədəd qaşıq dəsti, 1 (bir) ədəd divan örtüyü, yay yorğanları, 4 (dörd) ədəd süfrələr, 3 (üç) növdə qazan dəstləri, 2 (iki) növdə servis dəstləri, 1 (bir) ədəd qəhvə servisi dəsti, 2 (iki) ədəd büllur gülqabıları, 2 (iki) ədəd büllur meyvə qabları, 2 (iki) ədəd büllur külqabıları, 12 (on iki) ədəd bokallar, 12 (on iki) ədəd büllur stəkanlar, 12 (on iki) ədəd mürəbbə qabları, 12 (on iki) ədəd nəlbəkilər, 12 (on iki) ədəd büllur armudu stəkanlar, 2 (iki) ədəd salfetka qabları, 1 (bir) ədəd balaca gülqabı, 4 (dörd) ədəd büllur konfet qabları, 16 (on altı) ədəd büllur stəkan və su qabı dəsti, 16 (on altı) ədəd büllur mürəbbə qabları, 1 (bir) ədəd saat, 1 (bir) ədəd çaydan, podnoslar, 1 (bir) ədəd zibilqabı, 1 (bir) ədəd döşəməsilən, 1 (bir) ədəd çörəkqabı, 1 (bir) ədəd bıçaq çömçə dəsti, 1 (bir) ədəd qranit tava dəsti, 2 (iki) ədəd paltar səbətləri, 1 (bir) ədəd qranit keks qabı, 2 (iki) ədəd plaş, 12 (on iki) ədəd donlar, 3 (üç) cüt uzunboğaz ayaqqabılar, 1 (bir) ədəd dəri çanta, 4 (dörd) dəst kostyum, 10 (on) ədəd donlar, 15 (on beş) ədəd koftalar, 15 (on beş) ədəd yubkalar, 5 (beş) dəst idman kostyumları, 1 (bir) ədəd uşaq çarpayısı, 1 (bir) ədəd uşaq çarpayısının döşəyi, 1 (bir) ədəd uşaq yorğan-döşək dəsti Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1179/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1179/2021
05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver