Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1181/2020 19.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olan xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra cavabeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə qarışılıqlı iddia ərizəsi təqdim edərək, barışıq üçün müddət verilmədən onunla cavabdeh İddiaçı arasında xx xxxxxx 2013-cü il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 1173 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında həm ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, həm də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə ilə müraciət edərək, müvafiq olaraq ilk və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdilər. Eyni zamanda, hər iki tərəf onlara qarşı qaldırılmış iddianın baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişdilər. Məhkəmə iddiaçıların müvafiq olaraq ilk və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizələrini, habelə qaldırılmış iddia ərizəsinə (ilk və qarşılıqlı) mahiyyəti üzrə baxımasını tələb etməmələrini nəzərə alıb, belə qənaətə gəlir ki, ilk və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının MPM-in 170-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsini geri götürə bilər. MPM-in 170-ci və 259.0.11-cı maddələrinin əlaqəli izahına görə bu əsasla ərizənin baxılmamış saxlanılması ərizə icraata qəbul ediləndən sonra işə mahiyyəti üzrə baxılana kimi mümkündür. iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğun olsa da cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyə haqlıdır. İddia ərizəsinin qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması barədə iddiaçının ərizəsi hələ özü-özlüyündə həmin iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olmur. Bu halda iddia ərizəsinin baxılmamış saxlanılması cavabdehin ona münasibətindən asılıdır. Belə ki, yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi onun davranışının passiv formasıdır və mülki işin materiallarında onun belə tələbinin olduğunu təsdiq edən sübutun (işə mahiyyətçə baxılması tələbini ifadə edən ərizənin, vəsatətin, məhkəmə iclası protokoluna imzasının və s.) olmaması vəziyyəti cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirmək üçün kifayətdir. Beləliklə, məhkəmə, iddiaçıların ilk və qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə ərizələrini, eyni zamanda cavabdeh qismində qaldırılmış iddia ərizəsinə (ilk və qarşılıqlı) mahiyyəti üzrə baxımasını tələb etməmələrini nəzərə alaraq hesab edir ki, ilk və qarşılıqlı iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi, əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1181/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1181/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver