Məhkəmə qərarları › İş №2(001)-1185/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1185/2023

15.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1185/2023 15.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya” Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı “əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya” Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı “əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.500 manat verilməyən əmək haqqının və 123,25 manat son haqq-hesabın verilməyən hissəsini ümumilikdə 1.623,25 manat və mediasiya üçün ödəmiş olduğu 52 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində 17 il müxtəlif vəzifələrdə işləmişdir. 30 mart 2020-ci il tarixində Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və X3 transfer edilmiş və Observatoriyanın “Əmək bazarının təhlili və monitorinqi'’ şöbəsində mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İşə qəbul edilərkən onunla heç bir əmək müqaviləsi bağlanılmamışdır. 29 iyun 2020-ci ildə onu işə çağırdılar. Orada ona bildirdilər ki, işə qəbul zamanı imzalamalı olduğu əmək müqaviləsini indi imzalamaq lazımdır. Ona əmək müqaviləsini oxumağa imkan vermədən qol çəkdirdilər. O cümlədən, əmək müqaviləsinin bir nüsxəsini ona vermədilər. 30 iyun 2020-ci il tarixdə o, qeyri-qanuni olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Observatoriyanın rəhbərliyi tərəfindən əmək müqaviləsinin bir nüsxəsi ona verilmədiyi üçün o, 3 saylı Asan Xidmətə və 1 saylı DOST agentliyinə müraciət edərək, əmək müqaviləsi bildirişlərini əldə etmişdir. Əldə etdiyi əmək müqaviləsi bildirişlərindən ona məlum oldu ki, Observatoriyanın rəhbərliyi əmək müqaviləsi bildirişində əmək haqqının 1000 manat olduğu halda ona 500 manat əmək haqqı vermişdir. Daha sonra o, Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Observatoriyanın 30 iyun 2020-ci il tarixli **********3 nömrəli əmri və əmək haqqının natamam ödənilməsi, son haqq-hesabın düzgün hesablanmaması və gecikdirilməsi ilə bağlı iddianı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində mübahisələndirmişdir. Binəqədi Rayon Məhkəməsi iddianın əmək haqqı ilə bağlı hissəsinə baxmamışdır, məhkəmə 2(001)-1734/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnamənin 7 vərəqinin 7-ci abzasında qeyd etmişdir ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3822/2022 nömrəli, 13 may 2022-ci qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, onun “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X17 əvvəlki vəzifəsinə - Əmək bazarının təhlili və proqnozlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Observatoriya Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3822/2022 nömrəli, 13 may 2022-ci qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına kasassiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasında işə baxılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası 2(102)-4455/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X21 kasassiya şikayəti təmin edilməsin. Hal-hazırda Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı Yasamal rayon icra və probasiya şöbəsində icraatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4455/2022 nömrəli 24 oktyabr 2022-ci il tarixli qərarının işə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat bölməsinin 14-cü bəndində qeyd edilmişdir ki, həmçinin hazırki işə əlavə olunan əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən işə götürən əmək haqqı ödəməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyən etmişdir. Bu isə, hüquqların əlavə olaraq kobud pozuntusudur. Həmin bölmənin 23-cü bəndində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. O, 2022-ci ilin yanvar ayında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X22ə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. X16 iş materiallarını araşdıraraq hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla mübahisə olduğundan hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bu barədə e-2(001)- 1497/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardad çıxarmışdır. Hesab edir ki, Observatoriya tərəfindən əmək haqqının natamam ödənilməsi, son haqq-hesabın düzgün hesablanmaması və gecikdirilməsi ilə bağlı iddiası keçirilən məhkəmə proseslərində mübahisələndirilmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X22ə qarşı “pul” tələbinə dair iddia ərizəsinə yenidən baxılmalıdır. Cavabdeh onu işə cəlb edib, əmək haqqını ödəmədiyinə görə maddi məsuliyyətə cəlb edilməli, ödənilməmiş əmək haqqı birdəfəlik ödəniş formasında cavabdeh orqandan tutulmalı və ona ödənilməlidir. Cavabdeh şəxs tərəfindən 2020-ci ilin aprel, may və iyun ayları üzrə hər ay 500 manat olmaqla cəmi 1500 manat əmək haqqını verməmişdir. Binəqədi Rayon Məhkəməsinin hakimi Məhəmməd Rüstəmlinin keçirdiyi məhkəmə iclasında Observatoriyanm nümayəndəsi bildirmişdir ki, əmək müqaviləsi bildirişində əmək haqqı 1000 manat olmağına baxmayaraq, əmək haqqı 500 manat vəzifə maaşından, 500 manat mükafat hissəsindən ibarətdir. Ona əmək haqqının vəzifə maaşı verilmişdir. 500 manat mükafat hissəsi verilməmişdir. Əmək müqaviləsinin Əmək şəraitinin şərtləri bölməsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, işçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun verilir. Əmək müqaviləsi bildirişinə uyğun olaraq vəzifə maaşı 1000 manat olmuşdur. Əmək haqqı vəzifə maaşından, əlavələrdən və mükafatların məcmusundan ibarətdir. Əmək müqaviləsinin nümunəvi formasında göstərilmişdir ki, işəgötürən həmin müqavilənin 4.1 bəndində əmək haqqını, 4.2 bəndində vəzifə maaşını, 4.3 bəndində aylıq, illik, rüblük mükafatı və əlavələri qeyd etməlidir. Əlavə olaraq qeyd edir ki, işçiyə mütəmadi olaraq mükafat verilməsi razılaşdırılıbsa, əmək haqqına konkret məbləğdə aylıq mükafat əlavə olunursa, bunun üçün hökmən əmək müqaviləsinə əlavə razılaşma tərtib edilməli və ya əmək müqaviləsinin 8.2 və 8.3 bəndlərində əlavə etmək lazımdır. Lakin, onun əmək müqaviləsində əmək haqqı, vəzifə maaşı, mükafat və əlavələr həmçinin 8.1, 8.2 bəndində razılaşma haqqında məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 2020-ci il 15 saylı Qərarında hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı X21 (statusu Azərbaycan Respublikası qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki X22lər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərməsindən əldə etdiyi vəsaitin (o cümlədən, tutulan xidmət haqqlarının) həmin X21 sərəncamında qalan hissəsindən istifadə qaydası müəyyən edilmişdir. Əmək bazarı və Sosial Məsələlər üzrə Milli Observatoriya nazirliyin tabeliyində olan müəssisə olduğundan X22lərin sərəncamında qalan vəsaitin istifadə qaydası bu qayda ilə müəyyən edilə bilməz. Bu qaydanın 1.4 bəndində qeyd edilmişdir ki, X21 vəsaiti dövlət vəsaiti hesab olunur. Observatoriyanın da büdcəsinin maliyyələşməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edildiyinə görə, Observatoriyanın büdcə vəsaiti dövlət vəsaiti hesab olunur. Ona görə də, Observatoriyanın şçilərinin vəzifə maaşına aylıq mükafat əlavə edilə bilməz. Bununla da sübut olunur ki, əmək müqaviləsi bildirişində onun əmək haqqı vəzifə maaşından ştat cədvəlinə uyğun olaraq 1000 manatdır. Lakin Observatoriyanın rəhbərliyi tərəfindən Observatoriyada işlədiyi 3 ay müddətində əmək haqqı və son haqq-hesabı kəsrlə verilmişdir. Əmək haqqı və son haqq-hesabı hesablanaraq ona ödənilməlidir. Qeyd etdiyi kimi, cavabdeh şəxs tərəfindən 2020-ci ilin aprel, may və iyun ayları üzrə hər ay 500 manat olmaqla cəmi 1500 manat əmək haqqı verilməmişdir. Ona görə də hesab edir ki, 1500 manat əmək haqqı cavabdeh tərəfindən ona ödənilməlidir. Hazırda onun iddiası əmək müqaviləsi bildirişində əmək haqqının 1000 manat göstərildiyi halda 500 manat hesablanması ilə bağlıdır. Bunun nəticəsində 3 ay müddətində aylıq 500 manat əmək haqqı hesablayıb vermiş eyni zamanda, son haqq-hesabı və digər ödənişləri də 500 manat əmək haqqına uyğun olaraq hesablayıb gecikdirmə ilə ödəmişlər. Hesab edir ki, onun üçün 2020-ci ilin aprel, may iyun ayları üzrə hesablanmış cəmi məbləğ 3000 manat, son haqq-hesaba düşən gün 7.5 gün, 1 günə düşən məbləğ 32,96 manat, cəmi hesablanmış son haqq-hesab 247.7 manat hesablanmalıdır. Son haqq-hesabının verilməyən hissəsi 123,25 manat cavabdeh tərəfindən ona ödənilməlidir. 19 yanvar 2023-cü il tarixdə cavabdeh “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının 2(001)-1185/2023 saylı mülki iş üzrə iddia tələbi əsassız olduğundan rədd edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən 30 iyun 2020-ci il tarixədək Observatoriyada Əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş, 30 iyun 2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı xitam verilmiş və son-haqq hesab aparılmaqla işdən azad edilmişdir. Beləliklə iddiaçı iddia ərizəsində iddia etdiyi hüququnun ehtimal etdiyi pozuntusunu faktiki olaraq onunla işdən çıxdığı gün, yəni 30 iyun 2020-ci il tarixdə son-haqq hesab aparılması nəticəsində əmək haqqı kartına (bank hesabına) müvafiq pul vəsaitinin köçürülməsi ilə bilmişdir. Lakin hazırki iddia tələbini isə bundan 2 ildən artıq müddət keçdikdən sonra, yəni 23 dekabr 2022-ci il tarixdə irəli sürmüşdür. İddiaçının iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüş və iddia müddətinin üzrlü səbəblərdən ötürülməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda eyni tərəflər arasında Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçının cavabdehə qarşı “işə bərpa və pul tələbinə dair” iddiasına baxılması ilə bağlı 2(001)-1734/2021 saylı mülki iş üzrə materiallardan da göründüyü kimi iddiaçı hazırki iddia ərizəsində göstərdiyi xüsusatları həmin iş üzrə iddia ərizəsinin təsviri hissəsində də qeyd etsə iddia ərizəsinin tələb hissəsində bununla bağlı hər hansı bir konkret iddia tələbi irəli sürməmiş, işə baxan məhkəmə də haqlı olaraq 10 fevral 2021-ci il tarixli Qətnamənin əsaslandırıcı hissəsində aşağıdakıları vurğulamışdır: “Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər.” Doğrudur Binəqədi Rayon Məhkəməsinin 2(001)-1734/2021 saylı 10 fevral 2021-ci il tarixli qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən ləğv edilsə də Məhkəmə Kollegiyası Binəqədi Rayon Məhkəməsinin iddiaçının hazırki iddia tələbi üzrə (işlədiyi dövrdə əmək haqqının natamam ödənilməsi və s.) məhkəmədə iddia qaldırmalı olması və bu xüsusatları tələb irəli sürmədən işə bərpa və s. tələblə bağlı iddia ərizəsinin təsviri hissəsində göstərməklə kifayətlənməli olmaması barədə mövqeyini təkzib etməmişdir. Başqa sözlə, iddiaçı cavabdehə qarşı daha əvvəl “işə bərpa, məcburi işburaxma müddəti üzrə əmək haqlarının ödənilməsi” tələbi ilə iddia qaldırsa da həmin iddia ərizəsində hazırki tələbinin əsaslarını təşkil edən xüsusatları iddia ərizəsinin təsviri hissəsində ümumi şəkildə göstərməklə kifayətlənmiş, iddia ərizəsinin nəticə (tələb) hissəsində bununla bağlı hər hansı bir tələb irəli sürməmiş, habelə 2(001)-1734/2021 saylı iş üzrə iddia tələbinin həcminin artırılması ilə bağlı da hər hansı ərizə ilə müraciət etməmiş və ya ayrıca iddia qaldırmamış, məhkəmə də haqlı olaraq MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə konkret tələb həcmində baxmışdır. Həmçinin, İddiaçı məcburi işburaxma müddəti üzrə əmək haqqlarının ödənilməsi tələbi işə bərpa tələbindən asılı olsa da, onun hazırki tələbi, yəni cavabdehdə işlədiyi dövrdə ödənilmiş əmək haqlarının və son haqq-hesabın məbləğinin mübahisələndirilməsi işə bərpa tələbindən asılı olmayan və prosessual baxımdan müstəqil surətdə irəli sürülməsi mümkün olan tələbdir. Beləliklə, iddiaçı hətta bundan sonra belə yenə də Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş iddia müddətinə riayət etməmiş, 2(001)-1734/2021 saylı iş üzrə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə müraciət etmək və ya bununla bağlı ayrıca iddia qaldırmaq imkanına malik olduğu halda belə bir prosessual addım atmamışdır. Doğrudur İddiaçı 2021-ci ilin dekabr ayında hazırki iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək iddia qaldırmış, lakin Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1497/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli Qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1734/2021 saylı 10 fevral 2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Həmin iş üzrə verilmiş kassasiya şikayəti icraata qəbul edildiyindən məhkəmə MPM-in 259.0.4-cü maddəsinə əsaslanaraq (eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla mübahisə üzrə işin məhkəmə icraatında olması) iddia ərizəsini baxılmamış saxlamışdır. Lakin bununla belə, iddia ərizəsinin baxılmamış saxlanılması barədə Binəqədi Rayon Məhkəməsi tərəfindən e-2(001)-1497/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardad qəbul edilsə də həmin iş üzrə iddiaçı tərəfindən 2022-ci ilin dekabr ayında məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən artıq Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş iddia müddəti ötürülmüşdü. Belə ki, iddiaçı iddia ərizəsində istinad etdiyi hallar və ehtimal etdiyi hüquqlarının iddia etdiyi pozuntusunun baş verməsindən 1 il 6 ay sonra bununla bağlı müəyyən edilmiş qaydada Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və bu iddia baxılmamış saxlanılmışdır. Odur ki, iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsini və hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh eyni tarixdə məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı 2(001)-1185/2023 saylı mülki iş üzrə iddia tələbi əsassız olduğundan rədd edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Belə ki, iddia ərizəsinin dəlilləri ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən 30 iyun 2020-ci il tarixədək Observatoriyada Əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş, 30 iyun 2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı xitam verilmiş və son-haqq hesab aparılmaqla işdən azad edilmişdir. İddiaçı hesab edir ki, Observatoriyada işlədiyi müddətdə ona əmək haqqı kəsrlə ödənilmiş, belə ki, X10 Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində əmək haqqının məbləği 1000 manat göstərildiyi halda ona 3 aylıq əmək haqqı 500 manatdan cəmi 1500 manat ödənilmiş və son-haqq hesab da bu məbləğ üzərindən hesablanaraq aparılmışdır. İddiaçının iddia ərizəsində istinad etdiyi həmin dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, İddiaçı ilə Observatoriya arasında bağlanmış 30 mart 2020-ci il tarixli Əmək müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, “İşçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir”. Tərəflər arasındakı Əmək müqaviləsinin istinad olunan müddəasından göründüyü kimi tərəflər arasında bununla bağlı hər hansı konkret məbləğ razılaşdırılmamış, sadəcə olaraq İşəgötürən müqavilədə əmək haqqı qismində iddiaçıya məhz ştat cədvəlinə uyğun olaraq müəyyən edilən aylıq vəzifə maaşını ödəmək öhdəliyi götürmüşdür. Başqa sözlə, tərəflər arasında bağlanmış istinad olunan əmək müqaviləsindən görünür ki, işəgötürənin müqavilənin məbləği (aylıq əmək haqqı) ilə bağlı imperativ öhdəliyi yalnız ştat cədvəli üzrə aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 mart 2020-ci il tarixli **********2 saylı əmrinə əsasən X9 təsdiq olunmuşdur. X20 əsasən iddiaçının işlədiyi ştat vahidi, yəni Əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə müəyyən edilmiş aylıq vəzifə maaşı 500 manat məbləğdən ibarət olmuşdur. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin əmək haqqı ilə bağlı müddəasının blanket dispozisiyasında qurumun Ştat Cədvəlinə istinad olunmuş, cavabdehin həmin əmək müqaviləsi üzrə imperativ öhdəliyi aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur ki, həmin məbləğ 500 manat təşkil etmişdir. Məsələ burasındadır ki, Ştat cədvəlində aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin və aylıq əmək haqqı fondunun ödənildiyi halda mümkün maksimal məbləği də göstərilmiş, lakin aylıq vəzifə maaşına əlavələr tərəflər arasındakı Əmək müqaviləsinin istinad olunan əmək haqqının məbləğini müəyyən edən 4.1 -ci bəndindən göründüyü kimi işəgötürənin imperativ öhdəliyi olmamış, işəgötürən müqavilə üzrə həmin məbləğlərin mütləq şəkildə ödənilməsi öhdəliyi daşımamışdır. Başqa sözlə işəgötürənin işçi qarşısında iddiaçıya aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin ödənilməsi kimi müqavilə öhdəliyi mövcud olmamış, ştat cədvəlində müəyyən edilmiş aylıq vəzifə maaşına əlavələr dispozitiv xarakter daşımışdır. İddiaçının istinad etdiyi X10 Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində isə işçinin aylıq əmək haqqının məbləği qrafasında sadəcə olaraq Ştat Cədvəlinə uyğun olaraq işçinin işlədiyi ştat vahidi üzrə mümkün aylıq əmək haqqı fondunun ümumi məbləği, yəni aylıq vəzifə maaşı ilə yanaşı vəzifə maaşına əlavələrin mümkün maksimal həddinin cəmi göstərilmişdir ki, həmin əlavələr qurumun maliyyə vəziyyətinə uyğun olaraq perspektivdə işçiyə ödənildiyi halda mümkün vergi, mühasibatlıq, statistik və s. hesabatlılıqda çaşqınlıq yaranmasın. Başqa sözlə iddiaçı tərəfindən istinad olunan əmək müqaviləsi bildirişində işəgötürənin işçi qarşısında maliyyə öhdəliyi deyil, ümumilikdə ştat vahidi üzrə əmək haqqı fondunun cəmi məbləği göstərilmiş, ştat vahidi üzrə aylıq əmək haqqı fondunun yalnız aylıq vəzifə maaşı hissəsi tərəflər arasındakı əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işəgötürənin işçi qarşısında imperativ öhdəliyi olmuş, vəzifə maaşına əlavələrin verilməsi isə qurumun maliyyə vəziyyətindən asılı olaraq onun səlahiyyəti dairəsində olmuşdur. Məlumat üçün qeyd etməyi zəruri hesab edir ki, Observatoriyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X21 yaradılması haqqında” 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarının 5-ci hissəsinə əsasən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılır. Observatoriyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına 1 nömrəli Əlavə ilə təsdiq edilmiş Nizamnaməsinin 5.2ci bəndinə əsasən Observatoriyanın əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, işsizlikdən sığorta vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-18-ci maddələrindən görünür ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri və onun hesablanma qaydası qanunla müəyyən olunur. Başqa sözlə, Observatoriyanın fəaliyyətinin maliyyə əsaslarını və qurumun saxlanma xərclərinin, o cümlədən əmək haqqı fondunun əsas maliyyə mənbəyi işsizlikdən sığorta fondunun vəsaitlərindən ibarətdir ki, bu da təbii iqtisadi inkişaf qanunauyğunluqlarına müvafiq olaraq mütəhərrik olmaqla ölkə üzrə məşğul əhalidən tutulan sığorta haqları hesabına formalaşır. Belə ki, tərəflər arasında əmək münasibətlərinin yarandığı dövrdə qüvvədə olan “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1698- VQ saylı Qanunun 2-ci maddəsindən göründüyü kimi Fondun gəlir mənbəyini İşsizlikdən sığorta üzrə sığorta haqları təşkil etmişdir ki, bu maliyyə proqnozunun icra mümkünlüyü də əmək bazarındakı cari və perspektiv vəziyyətdən, məşğul əhalinin say dinamikası və iqtisadi göstəricilərdən asılı olmuşdur. Bu baxımdan fəaliyyəti və saxlanma xərcləri, o cümlədən əmək haqqı fondu qeyd olunan mənbədən maliyyələşən Observatoriyanın həmin dövrdə işçilərlə, o cümlədən iddiaçı ilə bağladığı əmək müqaviləsində müvafiq ştat vahidi üzrə aylıq əmək haqqı fondunun yalnız aylıq vəzifə maaşının ödənilməsi hissəsində imperativ öhdəlik götürməsi, vəzifə maaşına əlavələrin isə fondun büdcə proqnozlarının icrasından asılı olmaqla və yeni yaranmış qurumun maliyyə vəziyyəti nəzərə alınmaqla şərti və diskresion xarakter daşıması büdcə vəsaitlərinin qənaətli, səmərəli və təyinatı üzrə istifadəsi baxımından qanuni və əsaslı olmuşdur. Təsadüfi deyildir ki, Observatoriyanın Nizamnaməsinin 4.5.16-cı yarımbəndinin tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən Observatoriyanın Aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin əməkhaqqı fondunun və işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək idarə Heyətinin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Observatoriyanın Nizamnaməsinin 4.11.11 -ci yarımbəndinə əsasən İdarə Heyətinin sədri Observatoriyanın, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir. Qurumun Nizamnaməsinin istinad olunan müddəalarından göründüyü kimi işçilərə vəzifə maaşına əlavələrin verilməsi, habelə onlar barəsində digər həvəsləndirmə tədbirlərinin görülməsi qurumun vəzifəsi və ya öhdəliyi deyil, səlahiyyətidir. Odur ki, iddiaçının tərəflər arasında bağlanmış əmək müqaviləsində razılaşdırılmış aylıq vəzifə maaşı məbləğindən əlavə olaraq müqavilədə verilməsi şərtləşdirilməmiş vəzifə maaşına əlavələrin tutularaq iddiaçıya ödənilməsi barədə tələbi qanuni və müqavilə əsası olmadığından tamamilə əsassızdır. İddianın mahiyyəti ilə yanaşı maddi hüquqi və prosessual məsələlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəfilərindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqinə dair ərizənin məzmunundan da göründüyü kimi iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Beləliklə, iddiaya etirazdakı izahat, mülahizə və dəlillərin nəzərə alınmasını, İddiaçı Observatoriyaya qarşı əmək münasibətləri ilə bağlı pul tələbinə dair hazırkı iş üzrə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 yanvar 2023-cü il tarixdə iddiaçı məhkəməyə etiraz ünvanlayaraq cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə cavab olaraq bildirmişdir ki, o, cavabdehlə bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, həmin tarixdən 30 iyun 2020-ci il tarixədək Observatoriyada "Əmək bazarının təhlili və proqnozlaşdırılması" departamentinin "Əmək bazarının monitorinqi və təhlili" şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. 30 iyun 2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ”b" bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilmişdir. İşdən azad olduğu vaxt ona əmr əmək kitabçası təqdim edilməmişdir. İşdən azad olunduqdan sonra Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Hətəmzadənin sədrliyi ilə keçirilən məhkəmədə 19 fevral 2021-ci il tarixli. 2(001)- 1734/2021 nömrəli qətnamə çıxarılmışdır. Məhkəmə iddia ərizəmin pul tələbi hissəsinə baxmamışdır. Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Hətəmzadənin sədrliyi ilə keçirilən məhkəmədə 19 fevral 2021-ci il tarixli. 2(001)-1734/2021 nömrəli qətnaməsinin 7ci vərəqinin 8-ci abzasında məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Sonra o, əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbi ilə mediasiyaya müraciət etmişdir. Cavabdeh tərəf mediasiyada iştirak etməkdən imtina etdiyinə görə, o, Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin hakimi Məhəmməd Rüstəmimin sədrliyi ilə keçirilən məhkəmədə 16 fevral 2022-ci il tarixli, e-2(001)-1497/2022 nömrəli qərardad çıxarılmışdır. X12 sədrliyi ilə keçirilən məhkəmə prosesində Observatoriyanın nümayəndəsi də iştirak etmişdir. Qətnamənin çıxarılmasına cavabdehin nümayəndəsi etiraz etməmişdir. Qətnamənin qərar hissəsində deyilir ki, İddiaçı cavabdeh, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X14rşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdıraraq hesab etmişdir ki, hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla mübahisə olunduğundan hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2022-ci il 2(102)—1455/2022 nömrəli qərarının 5-ci vərəqinin 1-ci abzasında qeyd edilmişdir ki, həmçinin hazırki işə əlavə olunan əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən, işəgötürən əmək haqqı ödənilməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyən etmişdir. Bu isə hüquqların əlavə olaraq kobud pozuntusudur. Cavabdehin hazırki əməlləri nəticəsində iddiaçı bu gün də əmək kitabçasını əldə edə bilməmişdir. Buna görə də, hazırki günə qədər başqa iş yeri ilə əmək müqaviləsi bağlamaq iddiaçının imkanı xaricindədir. Təbii ki, bu da bir başa cavabdehin təqsiri ucbatından baş vermişdir. Həmin qərarın 6-cı vərəqinin 1-ci abzasında göstərilmişdir ki, birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edərsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinin əsassız hesab edilməsini və onun pul tələbinə dair iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin eyni tarixdə məhkəməyə “etiraz və izahatlar” ünvanlayaraq bildirmişdir ki, əmək müqaviləsinin bir nüsxəsi ona verilməmişdir. O, əmək müqaviləsinin surətini məhkəmə proseslərində əldə etmişdir. Observatoriyada işlədiyi müddətdə ona əmək haqqı kəsrlə ödənilmişdir. Belə ki, X11 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində əmək haqqı məbləği 1000 manat göstərildiyi halda ona 3 aylıq əmək haqqı 500 manatdan, cəmi 1500 manat ödənilmiş və son haqq-hesabı da bu məbləğ üzərindən hesablanaraq aparılmışdır. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi, əmək müqaviləsi bildirişinin X5 qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra baş verir. Observatoriyanın keçmiş rəhbərliyi Əmək Məcəlləsinin 43-cü, 44-cü maddəsinin və Əmək müqaviləsinin nümunəvi formasının tələblərinə əməl etməyərək əmək müqaviləsi bağlamışdır. Əmək haqqı məbləği əmək müqaviləsində qeyd edilməmişdir. Observatoriyanın hazırladığı əmək müqaviləsinin əmək şəraitinin şərtləri bölməsinin 4.1. bəndində qeyd edilmişdir ki. işçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir. Halbuki, əmək müqaviləsinin nümunəvi formasında, əmək şəraitinin şərtləri bölməsinin 4.1. bəndində qeyd edilməlidir ki, işçiyə hər ay 1000 manat məbləğində əmək haqqı ödənilir. Həmçinin 4.2. bəndində qeyd edilmişdir ki, əmək haqqı ayda bir dəfə ödənilir. Halbuki, 4.2. bəndində qeyd edilməli idi ki, əmək haqqı 500 manat məbləğində tarif haqqından (vəzifə maaşından) və 500 manat əlavədən ibarətdir. Paradoksal haldır ki, işəgötürən əmək müqaviləsində əmək haqqını manatla qeyd etmədiyi halda X7 gücləndirilmiş elektron imza ilə daxil edərkən əmək haqqını 1000 manat məbləğində göstərmişdir. Cavabdeh tərəfindən əmək haqqının hansı səbəbdən kəsrlə verilməsi barədə ona məlumat verilməmişdir. Elektron imza işəgötürənin işçilə imzaladığı və möhürü ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəsini saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. Elektron imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi hər iki tərəfin hüquqlarını müdafiə edərək məsuliyyətdən yayınmasının qarşısını alır. Observatoriyanın keçmiş rəhbərliyinin X7 gücləndirilmiş elektron imza vasitəsilə daxil etdiyi məlumatlar, tərtib etdiyi əmək müqaviləsi ilə eynilik təşkil etmir. Cavabdehin etirazında qeyd etdiyi kimi Miilki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə bağlanılır. Observatoriyanın onunla bağladığı əmək müqaviləsi Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən X5 qeydiyyata alınmasından sonra qüvvəyə minir. X5 qüvvəyə minmiş əmək müqaviləsində əmək haqqı 1000 manat olmuşdur. Tərəflər arasındaki elektron imza ilə X7 yüklənmiş əmək müqaviləsindən görünür ki, işəgötürənin, müqavilənin məbləği (aylıq əmək haqqı 1000 manat) ilə bağlı impreativ öhdəliyi olmuşdur. Observatoriyanın imperativ öhdəliyi cavabdehin təqdim etdiyi ştat cədvəli üzrə aylıq vəzifə maaşı 500 manat, vəzifə maaşına əlavə 500 manat, ümumilikdə aylıq əmək haqqı fondunun məbləği 1000 manat olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 mart 2020- ci il tarixli **********2 saylı əmrinə əsasən X9 təsdiq olunmuşdur. X20 əsasən onun işlədiyi ştat vahidi, yəni “Əmək bazarının təhlili və proqnozlaşdırılması" departamentinin “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssis vəzifəsi üzrə müəyyən edilmiş aylıq əmək haqqı fondunun məbləği 1000 manat olmuşdur. Beləliklə, işəgötürənlə onun arasında bağlanılmış əmək müqaviləsində, əmək müqaviləsi bildirişinə və ştat cədvəlinə uyğun olaraq işəgötürənin imperativ öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını, bu Məcəllənin 172-ci maddəsilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən, qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Hesab edir ki, cavabdeh onu işə cəlb edib, əmək haqqını ödəmədiyinə görə maddi məsuliyyətə cəlb edilməli, ödənilməmiş əmək haqqı birdəfəlik ödəniş formasında cavabdeh orqandan tutulmalı və ona ödənilməlidir. Cavabdeh etirazında qeyd edir ki. Observatoriyanın işçilərinin aylıq əmək haqqı fondu “İşsizlikdən Sığorta Fondu”nun vəsaiti hesabına formalaşır” Cavabdeh tərəf onun vəzifə maaşına əlavənin verilməməsini həm də onunla əsaslandırmışdır ki, işsizlikdən sığorta fondunun gəlir mənbəyi, məşğul əhalinin say dinamikası və iqtisadi göstəricilərindən həmçinin, vəzifə maaşına əlavələrin, fondun büdcə proqnozlarının icrasından asılı olduğundan, yeni yaranmış qurumun (Observatoriyanın) maliyyə vəziyyəti nəzərə alınmaqla şərti və diskresion xarakter daşıması, büdcə vasitələrinin qənaətli və səmərəli istifadəsi baxımından qanuni və əsaslı olmuşdur. Bildirir ki, cənab nazir Sahil Babayevin 24 mart 2020-ci il tarixdə təsdiq etdiyi ştat cədvəlinə uyğun olaraq, Observatoriyanın 70 ştat vahidi sayında əmək haqqı fonduna 103800.00 manat məbləğində pul ayrılmışdır. Həmçinin, mütəxəssis vəzifəsinin aylıq əmək haqqı, ştat cədvəlində göstərildiyi kimi 1000 manat olmuşdur. Azərbaycan Respublikası “İşsizlikdən sığorta haqqında" Qanununun 4-cü maddəsinə əsasən işsizlikdən sığorta məcburidir. Bu qanunla müəyyən edilmiş qaydada işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminat verir. Dövlət Statistika Komitəsinin bu ilin dekabrın 1-nə olan məlumatına əsasən, ölkədə 4 milyon 192 min 700 nəfər məşğul əhali vardır. Əmək müqaviləsilə işləyən işçilərdən 0.5%. işəgötürənlərdən 0.5%, cəmi 1% işsizlikdən sığorta haqqı məcburi surətdə tutularaq İşsizlikdən Sığorta Fonduna keçirilir. Qeyd edilənlərdən məlum olur ki, iqtisadi göstəricilər əhalinin say dinamikası yüksələn xətlə inkişaf edir. Maliyyə vəziyyəti şərti olmadığından (əmək haqqı fonduna 103800.00 manat məbləğində pul ayrıldığından). Observatoriyanın rəhbərliyi imperativ öhdəlik götürdüyündən, işçiyə büdcədən ayrılmış əmək haqqı fondundan, büdcə vəsaitlərinə qənaət etmək qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X22lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması"nda X22lərin öhdəliklərini müəyyən edilmişdir. Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır. Belə ki, X21 Nazirlik qarşısındakı öhdəlikləri aşağıdakı kimi müəyyənləşdirilir: -vəsaitlərin təyinatı üzrə istifadə edilməsini təmin etmək; -vəsaitlərdən istifadə barədə hesabatları bu müqavilənin 5-ci hissəsilə müəyyən olunmuş qaydada tərtib və təqdim etmək. X1 idarə olunması bölməsinin 4.11.10 bəndində qeyd edilmişdir ki, Observatoriyanın işçilərinin vəzifə maaşlarının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əmək haqqı fondu çərçivəsində təşkil edir. Observatoriyanın Nizamnaməsinin 1.3. bəndində qeyd edilir ki, Observatoriya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, digər Normativ hiiquqi aktları və Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur. Lakin Observatoriyanın keçmiş rəhbəri X23 Məcəlləsinin bir sıra maddələrinin tələblərinə, Observatoriyanın Nizamnaməsinin 1.3. bəndində və 4.11.10 bəndində qeyd edilən öhdəliklərə əməl etməyərək, cənab nazir Sahil Babayevin təsdiq etdiyi ştat cədvəlinə uyğun olaraq Observatoriyanın işçilərinə ayrılmış əmək haqqı fondunu təyinatı üzrə istifadə etməmiş və Nazirlik qarşısında üzərinə götürdüyü öhdəliyi pozaraq əmək haqqlarını, əmək haqqı fondu çərçivəsində təşkil etməyərək onun əmək haqqı əmək portalında 1000 manat olduğu halda 500 manat ödəmişdir. Cənab nazir X8 keçmiş rəhbəri Elşən Əsədovu işlədiyi müddətdə kobud hüquq və maliyyə pozuntularına yol verdiyi üçün işdən azad etmişdir. Cavabdeh tərəf etirazında bildirmişdir ki, işçilərə və vəzifə maaşlarına əlavələrin verilməsi habelə, onlar barəsində digər həvəsləndirmə tədbirlərinin görülməsi Observatoriyanının vəzifəsi və ya öhdəliyi deyil, səlahiyyətidir. Qeyd etmək istərdi ki, Observatoriyanın nizamnaməsinin 4.11.10 bəndinə əsasən işçilərin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin əmək haqqı fondu çərçivəsində təşkil edildiyindən, işçilərin vəzifə maaşı, vəzifə maaşına əlavələrin və aylıq əmək haqqı fondunun cənab nazir tərəfindən təsdiqləndiyinə görə işəgötürənin elektron imza vasitəsilə X7 daxil etdiyi əmək müqaviləsinə əsasən, verilən əmək müqaviləsi bildirişində əmək haqqı 1000 manat olduğu üçün onun vəzifə maaşına verilən əlavə cavabdehin səlahiyyəti deyil, vəzifəsi və öhdəliyidir. Odur ki, X2 Sisteminə elektron imza vasitəsilə daxil etdiyi əmək müqaviləsinə əsasən Asan xidmət tərəfindən verilən əmək müqaviləsi bildirişində qeyd olunan 1000 manat əmək haqqından 500 manat tutulması kobud hüquq və maliyyə pozuntusu olduğuna görə cavabdehdən tutularaq ona ödənilməlidir. Maraqlıdır ki, cavabdeh tərəf iddiaya etirazında elektron imza ilə X7 daxil etdiyi əmək müqaviləsinə deyil, “əmək müqaviləsi nümunəvi forması”nın qaydalarını pozaraq X5 olan əmək müqaviləsilə eynilik təşkil etməyən kağız üzərindəki qanuna zidd əmək müqaviləsinə və ştat cədvəlinə istinad edir. Ölkədə bütün əmək mübahisələri, əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsaslanaraq həll edildiyi halda, cavabdeh iddiaya etirazında mülahizələrini Əmək Məcəlləsi ilə əsaslandırmamışdır. Göstərilənlərə əsasən etiraz və izahat, mülahizə və dəlillərinin nəzərə alınmasını, cavabdeh tərəfin etirazının əsassız olduğunu nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunlarda izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçıya “vəzifə maaşı ştat cədvəli” təqdim edilməmiş və ümumiyyətlə tanış edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazlarında qeyd olunan məzmunlarda izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, onlarda “vəzifə maaşı ştat cədvəli”nin iddiaçıya təqdim edilməsi barədə hər hansı sübut yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İddiaçı arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-də “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir. 4.2-ci bəndinə əsasən əmək haqqı ayda bir dəfə ödənilir. 4.3-cü bəndinə əsasən əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır. Elektron Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X17 “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1.000 manatdır, həmin məbləğin altında isə 500 manat göstərilmişdir. e-sosial xidmətdən Əmək müqaviləsinin bildirişindən çıxarışdan görünür ki, İddiaçı “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X17 mütəxəssis vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1.000 manatdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X22 tərəfindən verilmiş 30 iyun 2020-ci il tarixli, **********3 nömrəli əmrin surətindən görünür ki, İddiaçı – “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əsas: əmək müqaviləsinin müddətinin qurtarması, xidməti məruzə. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından çıxarışdan görünür ki, birincinin hesabına 18 may 2020-ci il tarixdə 500,81 manat əmək haqqı, 22 may 2020-ci il tarixdə 440,5 manat əmək haqqı, 30 iyun 2020-ci il tarixdə 440,5 manat əmək haqqı, 31 avqust 2020-ci il tarixdə isə 119,04 manat məbləğində əmək haqqı köçürülmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(001)- 1734/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı “işə bərpa, məcburi işəburaxma müddətinə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi, habelə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin ödənilməsi” tələblərinə dair iddiası təmin edilməmişdir. Sözügedən qətnamədə qeyd edilmişdir ki, “iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər” Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(001)- 1497/2022 saylı qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı pul tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.4cü maddəsinə əsasən (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır) baxılmamış saxlanılmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, iddiaçının cavabdehə qarşı sonuncu tərəfindən əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona tam olaraq ödənilməməsi tələbinə dair mülki iş üzrə yekun qərar qəbul edilməmişdir, yəni mülki iş hal-hazırda kassasiya instansiyası məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2022-ci il tarixli, 2(103)-3822/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(001)-1734/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin olunması, iddiaçı "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ Şəxsinə əvvəlki vəzifəsinə - “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2022ci il tarixli, 2(102)-4455/2022 saylı qərarının surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X21 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3822/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin naziri Sahil Babayev tərəfindən 24 mart 2020-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli X9ndən görünür ki, “Əmək bazarının monitorinqi və təhlili” şöbəsi üzrə mütəxəssislərin aylıq vəzifə maaşı 500 manat, vəzifə maaşına əlavələr 500 manat olaraq göstərilmişdir. X4 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 52 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, hazırki iş üzrə tərəflər arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 30 iyun 2020-ci il tarixdə bitmişdir. Cavabdeh 30 iyun 2020-ci il tarixli, **********3 nömrəli əmr ilə “Əmək bazarının montironqi və təhlili” şöbəsində mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanan əmək müqaviləsinə 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir. Bundan sonra iddiaçı “işə bərpa, məcburi işəburaxma müddətinə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi, habelə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin ödənilməsi” tələblərinə dair iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərək, apellyasiya şikayəti qismən təmin olunmuş və iddiaçının "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ Şəxsinə əvvəlki vəzifəsinə - “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə görə əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; 9-cu maddəsinin “n” bəndinə görə işçinin iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq hüququ vardır; 9-cu maddəsinin “o” bəndinə görə X5n onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək hüququ vardır. 43-cü maddəsinin “ə” bəndinə görə işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində mütləq göstərilməlidir. 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 157.3-cü maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 157.5-ci maddəsinə əsasən əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmçinin, həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən Əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş X5 (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin X7 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması X5 müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7.2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri X7 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bənsinə əsasən əmək müqaviləsi bildirişini X7 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı X7 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin X5 qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsində digər şərtlərlə yanaşı əmək haqqı və ona əlavələr mütləq göstərilməli və həmin əmək müqaviləsinin bağlanması işəgötürən tərəfindən X7 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Məhz bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minir. Lakin işin hallarından isə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində əmək haqqı ilə bağlı bənd “işçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir” məzmunda göstərilmişdir. Halbuki, belə məzmunda şərt “əmək qanunvericiliyində nəzərdə tutulmuş əmək haqqı” anlayışına uyğun deyil və əmək haqqının məbləği kimi qəbul edilə bilməz. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, əmək müqaviləsində istinad edilən “vəzifə maaşı ştat cədvəli” işçiyə təqdim edilməmiş və o, bu cədvəllə ümumiyyətlə tanış olmamışdır. Həmçinin iş materiallarından o da müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi X7 daxil edilmiş və həmin sistemdə əmək müqaviləsi bildirişində iddiaçının aylıq əmək haqqı məbləği 1.000 manat olaraq göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində işçinin əsas hüquqlarından biri də X5n onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etməkdir. Göründüyü kimi, iddiaçı X5n arayış alarkən onun aylıq əmək haqqısının məbləği 1.000 manat olaraq göstərilmiş, başqa sözlə işəgötürən məhz iddiaçıya aylıq 1.000 manat əmək haqqı ödəyəcəyini vəd etmişdir. Çünki, işəgötürən məhz əmək müqaviləsinə uyğun məlumatları X7 daxil edə bilər. Məhz həmin məlumatların düzgünlüyü mühüm əhəmiyyət kəsb edir, belə ki, həmin məlumatlar əsasında işçi zəruri sosial, iqtisadi (kredit və sair) və digər münasibətlərdə aktiv iştirakçıya çevirilir. Belə olan halda məhkəmə göstərilənləri nəzərə alaraq ilk növbədə hesab edir ki, iddiaçının əmək haqqısı 1.000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 2500 manatadək 14% vergi tutulur. Həmin Məcəllənin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində 8000 manatadək – 0%, 8000 manatdan çox olduqda - 8000 manatdan çox olan məbləğin 14 faizi vergi tutulur. Həmin Məcəllənin 102.1.6-ci maddəsinə əsasən Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. “Sosial sğorta” haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. (cədvəldə göstərilir: Sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatdan çox olduqda 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi) “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 9.0.2-ci maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi məbləğində müəyyən edilir. Beləliklə, işçinin 1.000 manat məbləğində əmək haqqısından yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən tutulmalar aparılarsa aşağıdakı məbləğ alınar. Gəlir vergisi: Vergiyə cəlb olunan məbləğ 2500 manatadək olduqda: (Vergiyə cəlb olunan məbləğ - 200) * 14%). 1000-200 (vergidən azad olunan məbləğ)=800, 800x14%=112 manat. DSMF ayırmaları - Hesablanan aylıq əmək haqqı * 3%, 1000x3%=30 manat İşsizlikdən sığorta haqqı = Hesablanan aylıq əmək haqqı * 0.5%, 1000x0.5%=5 manat. Göründüyü kimi, işçinin 1000 manat əmək haqqısından qanunvericilikdə nəzərdə tutulan ödənişlər çıxıldıqdan sonra (1000-112-30-5), işçiyə qalan əmək haqqı məbləği 853 manat təşkil edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icbari tibbi sığorta haqqı işçilərin əmək haqqından məhz xx.xx.2021-ci il tarixindən etibarən tutulması nəzərə alınmış, işçi 2020-ci il üzrə əmək haqqını tələb etdiyindən icbari tibbi sığorta haqqı əmək haqqından çıxılmamışdır. Beləliklə, iddiaçı 2020-ci ilin 3 ayı üçün ona tam ödənilməmiş əmək haqqı olaraq 1500 manat tələb edir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olunduğu kimi, iddiaçıya işlədiyi 3 ay müddət ərzində 500,81 manat, 440,5 manat, 440,5 manat və 119,04 manat məbləğində əmək haqqı olmaqla, cəmi 1500,85 manat məbləğində əmək haqqı köçürülmüşdür. Halbuki, köçürülən məbləğ 853x3 ay=2.559 manat məbləğində olmalı idi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının 3 ay üçün tam ödənilməmiş əmək haqqını tələb etməkdə haqlıdır, lakin iddiaçı 3 ayın əmək haqqısını 1000 manatdan hesablamaqla tələb etdiyinə görə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 1.058,15 manat məbləğində ödənilməmiş əmək haqqı (2.559 (cəmi ödənilməli əmək haqqı) -1500,85 (ödənilmiş əmək haqqı) =1.058,15 ) tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçının digər tələbi isə son haqq-hesabdan qalan 123,25 manat məbləğində pulun ödənilməsidir. Məhkəmə tələbin bu hissəsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, son haqq-hesab əmək münasibətlərinə xitam verildiyi zaman işəgötürən tərəfindən işçiyə ödənilməli olan məbləğdir, hazırda isə iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işə bərpa edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Son olaraq məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Əmək Məcəllənin 296-cı maddəsinə əsasən 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşin hallarından müəyyən olunur ki, iddiaçı “işə bərpa, məcburi işəburaxma müddətinə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi, habelə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin ödənilməsi” tələblərinə dair iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddia Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər”. Sözügedən qətnamə iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş, həmin qətnamə də cavabdeh Observatoriya tərəfindən mübahisələndirilmiş və kassasiya instansiyası tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu ərəfədə iddiaçı hazırki iddiası ilə məhkəməyə müraciət etmiş, lakin ərizəsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır) baxılmamış saxlanılmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, iddiaçının cavabdehə qarşı sonuncu tərəfindən əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona tam olaraq ödənilməməsi tələbinə dair mülki iş üzrə yekun qərar qəbul edilməmişdir, yəni mülki iş hal-hazırda kassasiya instansiyası məhkəməsinin icraatındadır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etmişdir ki, “...iddiaçı cavabdehə qarşı daha əvvəl “işə bərpa, məcburi işburaxma müddəti üzrə əmək haqlarının ödənilməsi” tələbi ilə iddia qaldırsa da həmin iddia ərizəsində hazırki tələbinin əsaslarını təşkil edən xüsusatları iddia ərizəsinin təsviri hissəsində ümumi şəkildə göstərməklə kifayətlənmiş, iddia ərizəsinin nəticə (tələb) hissəsində bununla bağlı hər hansı bir tələb irəli sürməmiş, habelə 2(001)-1734/2021 saylı iş üzrə iddia tələbinin həcminin artırılması ilə bağlı da hər hansı ərizə ilə müraciət etməmiş və ya ayrıca iddia qaldırmamış, məhkəmə də haqlı olaraq MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə konkret tələb həcmində baxmışdır” Cavabdehin ərizəsinin bu dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Belə olan halda, iddiaçının ilk dəfə irəli sürdüyü tələblərin yuxarı instansiya məhkəmələri tərəfindən iddia tələbindən kənara çıxmaqla təmin edilməsi ehtimalı istisna edilmədiyindən, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi iddia müddətinin ötürülməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının ilk dəfə irəli sürdüyü tələblər üzrə kasassiya instansiya məhkəməsinin yekun qərarı 24 oktyabr 2022-ci il tarixdə qəbul edilmişdir. İddiaçı da hazırki iddia ərizəsi ilə 23 dekabr 2022-ci il tarixdə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinin dəlillərini əsassız hesab edir və təmin etmir. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya” Publı̇ k Hüquqı̇ Şəxsindən ödənilməmiş əmək haqqına görə 1.058,15 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1 və 9.1.14-cü maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar, habelə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 52 manat məbləğində mediasiya xərcinin 34 manatı tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya” Publı̇ k Hüquqı̇ Şəxsindən ödənilməmiş əmək haqqına görə 1.058,15 (bir min əlli səkkiz manat, on beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya” Publı̇ k Hüquqı̇ Şəxsindən 34 (otuz dörd) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar