Məhkəmə qərarları › İş №2(3-1)-130/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-130/2026

07.09.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-130/2026 07.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiyası İddiaçı Bayazıt Bostan oğlunun Cavabdeh qarşı ödənilməmiş əməkhaqqının verilməsi tələbi (Açar sözlər: ödənilməmiş əməkhaqqının verilməsi tələbi, faktiki əmək münasibətləri, əmək müqaviləsi olmadan işləmə, iddia müddətinin tətbiqi, iddia müddətinin bərpasına dair müraciət) iddiaçı İddiaçı Bayazıt Bostan oğlunun və onun vəkili-nümayəndəsi vəkil2 iştirakı ilə, İddiaçı Bayazıt Bostan oğlunun Cavabdeh qarşı ödənilməmiş əməkhaqqının verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı Bayazıt Bostan oğlu ## ###### 2026-cı il tarixdə vəkili-nümayəndəsi vəkil2 vasitəsilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ödənilməmiş əməkhaqqı olan 35725 (otuz beş min yeddi yüz iyirmi beş) manatın və qətnamə qanuni qüvvəsini alana qədər hər gün üçün əməkhaqqının bir faizi olan gecikmə faizinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-06).

2. Bundan başqa iddiaçının vəkili-nümayəndəsi vəkil2 ## #### 2026-cı il tarixdə iddia ərizəsinə dəqiqləşmə edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçının əmək müqaviləsi olmadan işlədiyi 10 ay ərzində ödənilməmiş əməkhaqqı olan 33805 (otuz üç min səkkiz yüz beş) manat və rəsmi olaraq əmək müqaviləsi ilə işlədiyi 5 ay ərzində ödənilməmiş əməkhaqqı olan 20600 (iyirmi min altı yüz) manat olmaqla, ümumilikdə 54405 (əlli dörd min dörd yüz beş) manatın (iddiaçıya 15 ay ərzində ödənilən əməkhaqqı hər ay üçün ortalama 300 manat hesablanılaraq çıxılmışdır), həmçinin qətnamə qanuni qüvvəsini alana qədər hər gün üçün əməkhaqqının bir faizi olan gecikmə faizinin alınaraq iddiaçı İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 73-74).

b) Iddia tələbinin əsaslandırılması.

3. Iddiaçı tələbində göstərmişdir ki, İddiaçı Bayazıt Bostan oğlu 2023-cü ilin oktyabr ayından 2024-cü ilin avqust ayına kimi əmək müqaviləsi olmadan Cavabdeh usta kimi həm birinci növbə (saat 17:00-01:00 aralığı), həm də ikinci növbə (08:00-17:00) üzrə işləmişdir. Iş fəaliyyəti aparatların düzəldilməsi, təmir edilməsindən ibarət olmuşdur. Şirkətin direktoru Cəlal Kərimovla onu, Vəli adlı vasitəçi tanış etmişdir. Əldə olunmuş razılığa əsasən ona ilk 3 ay 1750 dollar, 3 aydan sonra 2000 dollar, daha sonra isə 2600 dollar maaş verilməli idi. Lakin cavabdeh tərəfindən ona ayda 250-500 manat nağd şəkildə pul verilmiş, geri qalan pulu isə ödəyəcəklərini bildirmişdirlər. 2023-cü ilin sonlarında X9 Baş Idarəsi tərəfindən araşdırılma aparılanda şirkətin təzyiqi ilə digər işçilərlə birlikdə onun orada işləmədiyini bildirmişdir. 2024-cü ilin avqust ayı cavabdeh Cavabdeh məcbur qalıb onunla elektron qaydada əmək müqaviləsi bağlamışdır. Iddiaçının savadsızlığından istifadə edib onun telefonuna özləri “Sima" mobil tətbiqini yükləmiş, heç nədən xəbəri olmayan iddiaçı aylıq maaşı 1127 manat olan müqaviləni təsdiqləmişdir. Iddiaçı Türkiyə Respublikası vətəndaşı olduğu üçün azərbaycan dilində tərtib edilmiş sənədlərin mənasını dərk etməmiş, onun əcnəbi olmasına və azərbaycan dilini bilməməsinə baxmayaraq, müqavilə sadəcə azərbaycan dilində tərtib edilmişdir. Əməkhaqqı verilmədiyindən və övladı xəstə olduğundan o, məcbur qalıb 2024-cü ilin dekabr ayında Türkiyə Respublikasına qayıtmışdır. Neçə ay cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh Cavabdeh hər dəfə pulu ödəməkdən yayınmışdır. c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

4. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Aslan Heydarov) ## ### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (iş vərəqə 103-116).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

5. Işə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2023-cü ilin oktyabr ayından 2024-cü ilin avqust ayına kimi əmək müqaviləsi olmadan cavabdeh Cavabdeh usta kimi işlədiyini bildirsə də, bu faktı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, Dövlət Miqrasiya Xidmətinin iş icazəsi vərəqəsində iddiaçının ## ###### 2024-cü ildən etibarən işləməsinə icazə verildiyi göstərilsə də, iddiaçının həmin dövrdə həqiqətən də əmək müqaviləsi olmadan işləməsini təsdiq edən sübut olmamış və onun məcburi əməyə cəlb edilməsi barədə dövlət orqanlarına heç bir müraciəti qeydə alınmamışdır.

6. Məhkəmə iddia müddətinin bərpası ilə bağlı məsələyə münasibətdə isə belə qənaətə gəlmişdir ki, iddiaçının azyaşlı uşağının xəstəliyi anadangəlmə olmuş və iddiaçının işlədiyi dövrdə də mövcud olmuşdur. Həmçinin, iddiaçı Azərbaycandan getdikdən qısa müddət sonra Qazaxıstan Respublikasına işləmək üçün getməyə maddi imkana malik olmuş, lakin mübahisəni başlatmaq üçün vaxtında məhkəməyə müraciət etməmişdir. Buna görə də, məhkəmə iddia müddətinin buraxılmasının üzrlü səbəblərdən qaynaqlanmadığı qənaətinə gəlmişdir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

7. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı tərəf ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnamənin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi (iş vərəqə 122-127).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

8. Iddiaçı tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, əməkhaqqının ödənilməsi tələbinə iddia müddətinin tətbiq edilməməsi məsələsi Naxçıvan Şəhər Məhkəməsinin diqqətinə çatdırılmış, lakin məhkəmə bunu və alternativ olaraq iddia müddətinin bərpası barədə ərizəni nəzərə almadan, habelə Konstitusiya Məhkəməsi Plenumunun və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarlarına zidd olaraq iddianı rədd etmişdir. Şikayətdə vurğulanmışdır ki, məhkəmə iddiaçının əmək müqaviləsi üzrə işlədiyi dövrdə subyektiv hüququnun pozulub-pozulmadığını və müqavilədə göstərilən 1127 manatın iddiaçıya ödənilib-ödənilməməsini araşdırmadan iddianı iddia müddətinin keçməsi əsası ilə rədd etmiş və bununla da ziddiyyətli, əsassız məhkəmə aktı qəbul etmişdir.

9. Iddiaçı qeyd etmişdir ki, iddia müddətinin buraxılması onun Azərbaycan Respublikası sərhədindən kənarda olması, maddi imkanlarının tükənməsi, dil baryeri, övladının xəstəliyi və 6 uşaq atası olması kimi ondan asılı olmayan obyektiv səbəblərdən qaynaqlanmışdır. Qətnamədə iddiaçının Qazaxıstana işləməyə getməsi onun maddi imkana malik olması kimi qiymətləndirilsə də, iddiaçı köməksiz vəziyyətdə olduğunu və bilet xərclərinin Qazaxıstandakı şirkət tərəfindən qarşılandığını təsdiq edən yeni sübutları apellyasiya instansiyasına təqdim edəcəyini göstərmişdir. Həmçinin, məhkəmə xəstəliyin iddia müddətinin son 6 ayında baş verməməsi əsası ilə iddianı rədd edərkən normanı hərfi təfsir etmiş, qanunun məqsədinə uyğun olaraq son 6 ayda davam edən və şəxsi son zaman kəsiyində köməksiz qoyan halları nəzərə almamışdır.

10. Prosessual hüquq normalarının pozulması ilə bağlı iddiaçı bildirmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlər Elnur Novruzov və Ramin Nuriyevin iddiaçının 2023-cü ilin sonlarından Cavabdeh MMC-də hər iki növbə üzrə işləməsi və digər hallarla bağlı izahatlarına qətnamədə ümumiyyətlə münasibət bildirilməmiş və sübutların qiymətləndirilməsi qaydaları pozulmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən ## ###### 2024-cü ildən etibarən iddiaçının Cavabdeh MMC-də işləməsinə icazə verilməsinə baxmayaraq, məhkəmə iddiaçının əmək müqaviləsi olmadan işlədiyini təsdiq edən mötəbər sübutun olmadığını qeyd etmişdir. Həmçinin, işəgötürənin əmək müqaviləsi bağlanmadan 8 ay öncə iş icazəsi almasının zərurəti barədə hakimin sualına cavabdehin vəkili əsaslandırılmış cavab verə bilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasında təqdim etdiyi ödəniş cədvəlindəki imzanın iddiaçıya məxsus olmadığını sonradan özü qəbul etmişdir.

11. Bütün bunlara əsasən, iddiaçı birinci instansiya məhkəməsinin mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmadığını, iş üçün əhəmiyyəti olan halları sübut edilməmiş hesab etdiyini və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini bildirərək qətnamənin ləğv olunmasını və tələbinin tam təmin edilməsini xahiş etmişdir.

12. Şikayət verən şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsası kimi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli anonimləşdirilmiş qətnaməsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə istinad etmişdir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsası kimi isə şikayətçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci və 88-ci maddələrini göstərmişdir.

c) Apellyasiya şikayətinin icraata qəbulu.

13. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “02” iyul 2026-cı ildə daxil olmuş və kollegiyanın "03" iyul 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı izah.

14. Cavabdeh Cavabdeh tərəfindən ## ######## 2026-cı ildə apellyasiya şikayətinə qarşı izahat təqdim edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin izahatı nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Lakin cavabdeh tərəf qanunla müəyyən edilmiş 20 günlük hüquqi müddəti ötürərək izahatını gecikmə ilə təqdim etdiyindən, həmin sənəd məhkəmə tərəfindən icraata qəbul edilməmiş və işin hallarına hüquqi qiymət verilərkən sübut kimi dəyərləndirilməmişdir.

III. Izahatlar və işin gedişatı.

15. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı Bayazıt Bostan oğlu apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, 2023-cü ilin sentyabr ayında cavabdeh müəssisənin dəvəti əsasında cəmiyyətə məxsus nasaz vəziyyətdə olan avadanlıqların (aparatların) təmiri məqsədilə işə cəlb olunmuşdur. O, həmin dövrdə digər bir elektronika mühəndisi ilə birlikdə 10 gün müddətinə müəssisədə fəaliyyət göstərmiş, lakin cavabdeh tərəfindən əcnəbi vətəndaşların fəaliyyəti barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verilmədiyindən, onlardan müvafiq dövlət orqanı tərəfindən izahat alınmışdır. Iddiaçı qeyd etmişdir ki, miqrasiya orqanına aparılmazdan əvvəl cavabdeh şirkətin nümayəndələri tərəfindən onlara təzyiq göstərilərək, müəssisədə faktiki əmək fəaliyyəti ilə məşğul olduqlarını gizlətmələri, əks halda həbs ediləcəkləri və xidmət haqlarını ala bilməyəcəkləri hədəsi ilə ölkədə yalnız görüşmək məqsədilə olduqlarını bildirmələri tələb edilmiş və nəticədə onlar bu məzmunda ifadə vermək məcburiyyətində qalmışlar. Avadanlıqların təmiri işləri davam etdirilsə də, nasazlıq tam aradan qaldırılmamış, təqribən 2023-cü ilin dekabr ayında iddiaçı yenidən təkbaşına müəssisəyə gələrək aparatları sazlamış və işlək vəziyyətə gətirmişdir. Cavabdeh tərəfindən digər mühəndisin xidmət haqqı ödənilsə də, iddiaçıya heç bir ödəniş edilməmiş, əvəzində həmin məbləğin gələcəkdə onun əməkhaqqısına əlavə edilərək ödəniləcəyi barədə vəd verilmişdir. Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində yaşayış evinin dağılması səbəbindən Qaziantep şəhərində yeni inşa etdirdiyi evin borclarını ödəmək və xəstə övladının müalicə xərclərini qarşılamaq məqsədilə cavabdeh şirkətin vədlərinə etibar edərək Azərbaycan Respublikasına gəlmişdir. O, bu məqsədlə Türkiyə Respublikasındakı 10 illik davamlı əmək fəaliyyətinə xitam vermiş və ölkəsinin qanunvericiliyinə əsasən ona çatacaq 10 illik iş stajına görə kompensasiya (təzminat) hüququndan imtina edərək cavabdeh müəssisədə fəaliyyətə başlamışdır. Lakin işə başladıqdan aylar sonra cavabdeh şirkət tərəfindən ona hissə-hissə yalnız 200-300 manat məbləğində ödənişlər edilmiş, qalıq əməkhaqqının isə müəssisənin istehsal etdiyi məhsullar satıldıqdan sonra toplu şəkildə veriləcəyi bildirilmişdir. Iddiaçının sözlərinə görə, cavabdehin ona təqribən 15.000-20.000 ABŞ dolları məbləğində borcu yaranmış və o, bu vəsaitin ödənilməsi vədiylə aylar ərzində əsassız olaraq gözlədilmişdir. Əməkhaqqının verilməməsi iddiaçının ailəsinin maddi vəziyyətini kəskin şəkildə ağırlaşdırmış, ali təhsil müəssisəsinə qəbul imtahanlarına hazırlaşan böyük övladı ailəni dolandırmaq məqsədilə təhsilini yarımçıq qoyaraq tikinti sahəsində fəhlə kimi işləmək məcburiyyətində qalmış və nəticədə universitetə daxil ola bilməmişdir. Eyni zamanda, kiçik övladının müalicə xərcləri qarşılanmamış, ailəsinin maddi ehtiyaclarını təmin etmək üçün istifadə etdiyi bank kreditlərinin borcunu ödəyə bilmədiyinə görə yaşayış evinin üzərinə məhkəmə qaydasında həbs qoyulmuşdur. Cavabdeh müəssisəyə məxsus avadanlığın bəzi ehtiyat hissələri onun şəxsi təşəbbüsü ilə təmir edilsə də, çəkilmiş xərclər ona ödənilməmiş və həmin detallar hazırda özünün yaşayış yerində saxlanılır. Yaranmış vəziyyətlə əlaqədar iddiaçı 2024-cü ilin dekabr ayında ölkəni tərk etmək məcburiyyətində qalmış, əvvəllər çalışdığı şirkətin təklifi ilə Qazaxıstan Respublikasına işləməyə getmiş və orada bir müddət fəaliyyət göstərdikdən sonra Türkiyə Respublikasına qayıtmışdır.

16. Iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, cavabdeh müəssisədə avadanlıqların ümumi təmirini həyata keçirdiyi üçün şirkət rəhbərliyi onun Türkiyə Respublikasına qayıtmasını istəməmişdir. Şirkət rəhbəri Cəlal Kərimovla əvvəlcədən tanışlığı olmasa da, onun verdiyi vədlərə inanaraq Türkiyə Respublikasındakı əvvəlki iş yerindən (harada ki, o, eyni işlə məşğul olaraq təqribən 1500 ABŞ dolları qazanırdı) çıxıb Azərbaycana gəlmiş və sonradan yaranmış məcburiyyətlər səbəbindən burada qalmışdır. Azərbaycanda işlədiyi təqribən 13-14 ay ərzində (bundan əvvəl Azərbaycan Respublikasında iş təcrübəsi olmamışdır) işi tərk edəcəyi təqdirdə digər 20-25 nəfər işçinin qazancsız qalacağı, işləməyə davam etdiyi təqdirdə isə həmin şəxslərin onun sayəsində çörək pulu qazanmağa davam edəcəyi bildirildiyindən o, müəssisədən gedə bilməmişdir. Işəgötürənlə ilkin razılaşmaya əsasən, işə başladığı ilk aydan ona 1750 ABŞ dolları və əlavə olaraq 250 dollar ödənilməli olsa da, bu ödənişlər edilməmişdir. Cəlal Kərimovla aralarındakı razılığa əsasən iddiaçı hər ay 2600 ABŞ dolları məbləğində pul almalı idi. Lakin o, aylıq 2000 dollarlıq ödəniş tələb etsə də, ona hər ay hissə-hissə yalnız kiçik məbləğlərdə ödənişlər edilmişdir. Qalıq məbləği istədikdə isə hər dəfə Bakı şəhərinə məhsul göndərildiyi və həmin məhsulların ödənişi daxil olduqdan sonra onun da pulunun veriləcəyi bəhanə gətirilmişdir. Şirkəti Cəlal Kərimovdan əvvəl Ibrahim adlı şəxs idarə etmiş, həmin dövrdə aparatları isə Vəli adlı şəxs işlətmişdir. Vəlidən usta tapılması xahiş edildikdə o, Cuma adlı şəxsə zəng vurmuş, sonuncu isə onları iddiaçıya yönəltmiş və tanışlıq bu şəkildə yaranmışdır. Iddiaçı həmçinin qeyd etmişdir ki, işlədiyi yerdə ondan başqa Vəli adlı Türkiyə vətəndaşı da olmuş, ilk vaxtlar isə Bayram Köroğlu adlı elektronika mühəndisi də onunla birlikdə fəaliyyət göstərmişdir. "WhatsApp" yazışmalarda cavabdeh tərəfin əlavə olaraq ödədiyini bildirdiyi pul 250 ABŞ dolları olmuşdur. Eyni zamanda, həmin yazışmada onun tələb etdiyi 1500 ABŞ dolları məbləği əməkhaqqı qalığı deyil, aparatın ehtiyat hissələrinin təmiri üçün öz vəsaiti hesabına ödədiyi puldur. Belə ki, cavabdeh tərəf təmir olunması üçün ona 4 ədəd ehtiyat hissəsi vermiş, lakin onlardan yalnız ikisinin pulunu ödədiyindən, iddiaçı digər iki hissəni şirkətə qaytarmamışdır. Iddiaçı əlavə etmişdir ki, hazırda onun evində saxlanılan həmin iki ehtiyat hissəsinin hər birinin dəyəri 2750 avro təşkil edir.

17. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi vəkil2 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, istər Mülki Məcəllədə, istərsə də Əmək Məcəlləsində iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi ilə bağlı halların qəti və məhdud siyahısı müəyyən edilməmişdir. Qanunvericilikdə "digər obyektiv hallar" ifadəsinin istifadə olunması bu halların dairəsinin qeyri-məhdud olduğunu və şəxsin iradəsindən asılı olmayan istənilən obyektiv halın üzrlü səbəb kimi qəbul edilə biləcəyini göstərir. Iddia müddətinin ötürülməsi bilavasitə iddiaçının iradəsindən asılı olmayan səbəblərlə, yəni məhkəməyə müraciət imkanından məhrum olması ilə bağlıdır. Belə ki, iddiaçı maddi və mənəvi baxımdan tamamilə tükənmiş vəziyyətdə öz ölkəsinə qayıtmağa məcbur olmuş, Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün hər hansı hüquqi yardımdan istifadə etmək və məhkəmədə iddia qaldırmaq imkanından məhrum olmuşdur. Bu ağır vəziyyətdən çıxmaq məqsədilə o, Qazaxıstan Respublikasına işləməyə getmiş, həmin səfərlə bağlı bütün xərclər qəbul edən şirkət tərəfindən qarşılanmışdır. Lakin orada da işləri rəvan getmədiyindən iddiaçı yenidən Türkiyə Respublikasına qayıtmışdır. Nümayəndə qanunvericilikdəki "son altı ayda baş vermə" şərtinə toxunaraq qeyd etmişdir ki, bu müddəa əvvəllər başlamış və son altı ayda da davam edən (Mülki Məcəllədə nəzərdə tutulmuş "savadsızlıq" halı kimi) vəziyyətlərə də şamil edilməlidir. Iddiaçının Azərbaycan Respublikasından kənarda olması, maddi və mənəvi resurslarının tükənməsi, eləcə də övladının xəstəliyi iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi üçün kifayət edən əsaslı səbəblərdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən məhkəmə iddia tələbini müddətin buraxılması əsası ilə rədd etsə belə, ilk növbədə subyektiv hüququn şəxsə məxsus olub-olmamasını və həmin hüququn pozulub-pozulmamasını mütləq şəkildə aydınlaşdırmalıdır. Birinci instansiya məhkəməsində iddiaçının cavabdeh müəssisədə avqust ayından dekabr ayınadək rəsmi çalışdığı və bu dövr üçün nəzərdə tutulan aylıq 1127 manat əməkhaqqını almadığı dəfələrlə vurğulanmışdır. Cavabdeh tərəf iddiaçının əməkhaqqını aldığını iddia edərək ödəniş cədvəli təqdim etmiş və iddiaçının 3 ay üçün 3400 manat, digər 3 ay üçün isə əlavə 3400 manat aldığını bildirmişdir. Lakin nümayəndə bunun məntiqsiz olduğunu, eyni siyahıda mühafizəçi kimi işləyən şəxsin 3 aylıq əməkhaqqısının cəmi 150 manat göstərildiyini və cavabdehin nümayəndəsinin bu ziddiyyətə məhkəmədə heç bir tutarlı cavab verə bilmədiyini qeyd etmişdir. O, cavabdeh tərəfin yanlış məlumatlar təqdim edərək məhkəmənin diqqətini yayındırmağa və iddiaçının 6 aylıq əməkhaqqını aldığını sübut etməyə çalışdığını, lakin sənəddəki imzanın iddiaçıya məxsus olmadığını və bu faktın cavabdehin nümayəndəsi tərəfindən də etiraf edildiyini bildirmişdir. Nümayəndə yekunda birinci instansiya məhkəməsinin qeyd edilən dövr üzrə şəxsin subyektiv hüququnun pozulubpozulmaması faktına heç bir hüquqi qiymət vermədiyini vurğulayaraq şikayətin təmin olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti verən şəxsin vəkili-nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, iddiaçının buradakı şəraiti qoyub yenidən Türkiyə Respublikasına geri qayıtması çətin olduğundan və eyni zamanda ona vəd edilən ödənişin bir hissəsi verildiyindən o cavabdeh şirkətlə işləməyə davam edib. Cavabdeh şirkət iddiaçı ilə əmək müqaviləsi bağladığından iddiaçı burada qalaraq işləməyə davam edib. Cavabdeh şirkət uşaq bezləri istehsal edir və iddiaçı həmin aparatları işlətdiyinə görə onun iştirakı olmadan şirkətin fəaliyyət göstərməsi çətin olardı.

19. Cavabdehin vəkili ## ######## 2026-cı ildə kollegiyaya vəsatətlə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdi.

20. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə cavabdeh tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdi.

IV. Işin halları:

21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

22. - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş II № ******* seriyalı iş icazəsi vərəqəsindən İddiaçı ## ###### 2024-cü ildən ## ###### 2025-ci il tarixədək Cavabdeh MMC-də mühəndis-mexanika vəzifəsində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına icazə verilməsi (iş vərəqə 64);

23. - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən (MYI 0731586) Türkiyə Respublikası vətəndaşı İddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən əmək fəaliyyəti əsası ilə ##.##.2024-cü il tarixdə icazə verilməsi və bu icazənin ##.##.2025-ci ilədək etibarlı olması (iş vərəqə 31);

24. - işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 5 ay 25 gün müddətinə bağlanmış əmək müqaviləsindən, işçinin istehsalat bölməsinə mexanik-mühəndis vəzifəsinə qəbul edilməsi və müqavilənin 4.1-ci bəndinə əsasən ona hər ay 1127 manat əməkhaqqı veriləcəyinin müəyyən edilməsi (iş vərəqə 17-26);

25. - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2024-cü ilin avqust ayı üçün tərtib edilmiş əməkhaqqı cədvəlindən istehsalat bölməsində baş usta vəzifəsində işləyən İddiaçılıya 3400 manat məbləğində əməkhaqqının karta köçürülməsi (vurulması) və bununla bağlı cədvəldə müvafiq imzanın olması (iş vərəqə 76);

26. - ## ###### 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron bildirişdən iddiaçı İddiaçı işəgötürənlə olan əmək müqaviləsinə məhz həmin tarixdə xitam verilməsinin əks olunması (iş vərəqə 59);

27. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ##.##.2024-cü il tarixli, *******-L nömrəli qərarından Türkiyə Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi (iş vərəqə 83-84);

28. - "WhatsApp" mobil tətbiqi vasitəsilə Vəli (Veli Bey) adlı şəxslə aparılmış yazışmaların ekran şəkillərindən iddiaçı tərəfindən 1500 ABŞ dolları məbləğində alacağının olması, işə başlayarkən ilk razılaşdırılan məbləğin 1750 dollar, 3 aydan sonra 2000 dollar, daha sonra isə 2600 dollar təşkil etməsi, habelə iddiaçıya ekstradan 250 manat, Ibrahim adlı şəxs tərəfindən isə aydan-aya 250, 300, 500 manat nağd pul verilməsi və Cavabdeh MMC rəhbərliyi ilə bağlı iş şərtlərinə dair müzakirələrin aparıldığının görünməsi (iş vərəqə 28);

29. - "WhatsApp" mobil tətbiqi vasitəsilə aparılmış yazışmaların ekran şəkillərindən 04 və ## ###### 2025-ci il tarixlərini əhatə edən bu yazışmalarda iddiaçı İddiaçı 1500 ABŞ dolları məbləğində ödənilməmiş alacağının qaldığı ("1500 dolar alacağım var") birmənalı şəkildə vurğulanması, qarşı tərəfə ünvanladığı mesajlarda 11 illik əməyinə rəğmən ona verilən vədlərin (ev kirayəsinin ödənilməsi, sığortanın edilməsi və s.) tam yerinə yetirilməməsi, xüsusən də 1500 dollarla bağlı sözə əməl edilməməsi barədə ciddi iradlarını bildirməsi, eyni zamanda, yazışmalarda qarşı tərəfin hesablamaların aparıldığı dəftərin onda olduğunu ("Defter bende duruyo") etiraf etməsi və tərəflər arasında hesabatlılıq-borc məsələlərinə dair müzakirələri aparılmasının öz əksini tapması (iş vərəqə 62-63);

30. -Türkiyə Respublikası Səhiyyə Nazirliyi Gaziantep Şehitkamil Dövlət Xəstəxanasının ##.##.2025-ci il müraciət tarixli və ##.##.2025-ci il protokol tarixli, Azərbaycan dilinə tərcümə olunmuş "Uşaqlar üçün xüsusi ehtiyac protokolu"ndan (ÇÖZGER) ##.##.2018-ci il təvəllüdlü X5 anadangəlmə, irsi genetik xəstəlik olan “Kleefstra” sindromundan əziyyət çəkməsi və irəli dərəcədə xüsusi ehtiyacının olduğunun qeyd edilməsi (iş vərəqə 14-16);

31. - X13 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ## ###### 2026-cı il tarixli, MŞN/**-S-***** nömrəli arayışından və mediasiya xərclərinin ödənilməsini təsdiq edən müvafiq ödəniş qəbzindən tərəflər arasında yaranmış əmək mübahisəsinin məhkəməyəqədər həlli məqsədilə ## ###### 2026-cı il tarixdə mediatora müraciət edildiyi, lakin cavabdeh Cavabdeh MMC-nin ## ###### 2026-cı il saat 12:50-yə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməməsi (iş vərəqə 33);

32. - Tərtib tarixi və üzərində möhür, imza qeyd olunmamış Cavabdeh MMC-yə aid növbətçi cədvəlindən iddiaçı Mövlüt Sarıkayanın usta vəzifəsi üzrə 1-ci növbədə saat 17:00dan 01:00-dək, 2-ci növbədə isə 08:00-dan 17:00-dək işləməsinin göstərilməsi (iş vərəqə 30);

33. - Cavabdeh tərəfin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə və etirazdan onun iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini tələb etməsi aydın olur (iş vərəqə 52-58);

34. Bundan başqa birinci instansiya məhkəməsində dindirilmiş:

35. - şahid X3 ifadəsində bildirmişdi ki, İddiaçıla birlikdə işləmişdir. Həmin şirkətə 2023cü ilin oktyabr ayından gəlmişdir. Aparatlarla bağlı ustadır. Əvvəl 315 daha sonra 400 manat kartdan almış, qalanını isə əldən almışdır. Mevlut 2600 dollar aldığını bildirmiş, lakin o əməkhaqqını almasını görməmişdir. Əvvəl maaşı aylıq almış, daha sonra əməkhaqqını almada gecikmələr yaşanmışdır. Ona görə də əməkhaqqılarda yığılıb qalmalar yaranmışdır. Vəli də sex rəisi vəzifəsində olmuşdur. Bəzən əməkhaqqı ilə bağlı problemlərini Vəliyə də bildirmişdirlər. Mevlut gedəndən sonra iddiaçının işini ona da təklif etmiş, lakin o istəməmişdir. Mevlut gedəndən sonra 2000 manat istəmişdir. Cəlal müəllim də əgər işindən razı qalsalar 2000 manat maaş verəcəyini bildirmiş, daha sonra 2000 manata gücünün çatmadığını, 1500 manat əməkhaqqı verə biləcəyini demiş, lakin 1000 manat vermiş, sonra da 4 aylıq əməkhaqqısı yığışıb qalmışdır. Mevlut saat 6-ya kimi ona kömək etmiş, axşam da öz növbəsində gəlib işləmişdir. Sənəddə olan əməkhaqqını alma ilə bağlı imza da ona aid deyildir. Mevlut bəzən də gileylənərək əməkhaqqının verilmədiyini bildirmiş, hətta evinə icranında gəldiyini qeyd etmişdir. Danışıqdakı kimi əməkhaqqı almadığından işdən gedəcəyini bildirmişdir. Getdikdən sonra da Qazaxıstana gedərək orada işləməyə başlamışdır. Hal-hazırda da İddiaçı Bakı şəhərində işləyir;

36. - şahid X1 isə ifadəsində qeyd etmişdir ki, Mevlut kiraçısı olmuşdur. Mevlut makinaları düzəldirdi. 2024-ün əvvəlindən 2025-ci ilin sonuna qədər həmin evdə kirayədə yaşamışdır. 350 manata həmin evdə kirayə yaşamışdır. Təxminən 1 il bir neçə ay həmin evdə yaşamışdır. Evdən çıxacağı ilə bağlı da burada anlaşa bilmədiyini çıxacağını demiş, daha sonra Əliabbadda bir evdə təxminən 3-4 ay yaşamış və 2 nəfər birlikdə 500 manata kirayə yaşamış daha sonra da getmişdir, lakin getməsi barədə məlumatı olmadığını qeyd etmişlədir.

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.

40. Iddiaçı tərəfin verdiyi apellyasiya şikayətindən aydın olur ki, həmin tərəf sözügedən qətnaməni tam mübahisələndirir.

41. Iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

VI. Apellyasiya şikayətinin həlli ilə bağlı tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42. - 2-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir;

43. - 3-cü maddəsinin 4-1-ci, 8 və 9-cu hissələrinə görə əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Əmək funksiyası əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur;

44. – 7-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən edilir ki, Məcəllənin 7-ci maddəsinin 2-1ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.

45. -7-ci maddəsinin 2-3-cü, 2-3.4-cü və 2-3.7-ci hissələrinin tələbinə görə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir;

46. - 7-ci maddəsinin 2-4-cü hissəsinin tələbinə görə həmin maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır;

47. - 8-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir;

48. - 13-cü maddəsinin 1, 2 və 4-cü hissələrində qeyd edilir ki, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır. Işəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdırlar;

49. - 154-cü maddəsinin mahiyyətinə əsasən əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur;

50. - 157-ci maddəsinin 1,3-6-cı hissələrində qeyd edilir ki, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir;

51. - 296-cı maddəsinin 3 və 4-cü hissələrinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir;

52. - 296-cı maddəsinin 6-cı və "Qeyd" hissəsində göstərilir ki. bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. Işçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

b) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

53. -372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır;

54. - 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;

55. - 377.1-ci maddəsində qeyd edilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

56. - 379.1 və 379.1.6-cı maddələrinin mahiyyətinə görə tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır;

57. - 382-ci maddəsinin tələbinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

58. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

59. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

60. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;

61. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

62. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

63. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

64. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

65. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

66. Kollegiya iş materiallarını, verilmiş apellyasiya şikayətini qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə öyrənərək qeyd edir ki, Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri, o cümlədən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi qaydaları əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin normaları isə əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyini, mənafelərinin ədalətli qorunmasını və qanunun aliliyini təmin etmək məqsədi daşıyır.

67. Iddiaçı tərəf iddia müddətinin buraxılmasının üzrlü hesab edilərək bərpa olunmasına, cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasına dair ərizələr verdiyindən kollegiya bu məqamda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "L.İ.Binnətovanın şikayəti üzrə" # ### 2008-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir. Həmin Qərarda birmənalı olaraq vurğulanmışdır ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır.

68. Buna görə də, kollegiya hesab edir ki, qeyd olunan imperativ hüquqi mövqeyə əsasən, iddia müddətinin tətbiqi və ya bərpası məsələsindən öncə ilk növbədə iddiaçının subyektiv hüququnun (əməkhaqqı tələbinin) mövcud olub-olmaması araşdırılmalı və tərəflər arasındakı münasibətlərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Bu məqsədlə tərəflər arasında yaranmış münasibətlərin təbiəti araşdırılmalıdır.

69. Iddiaçı 2023-cü ilin oktyabr ayından 2024-cü ilin avqust ayına kimi cavabdeh cəmiyyətdə əmək müqaviləsi rəsmiləşdirilmədən usta kimi fəaliyyət göstərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Elnur Novruzov və Ramin Nuriyevin ifadələri ilə iddiaçının məhz qeyd olunan dövrdə cavabdehə məxsus iş yerində usta kimi fəaliyyət göstərməsi, aparatları təmir etməsi, müxtəlif növbələrdə işləməsi və ona nağd qaydada ödənişlərin edilməsi təsdiqlənmişdir.

70. Həmçinin, iş materiallarına əlavə edilmiş və iddiaçı ilə cavabdeh cəmiyyətin nümayəndəsi (şahid Elnur Novruzovun ifadəsində sex rəisi kimi təsdiqlədiyi Vəli adlı şəxs) arasındakı "WhatsApp" yazışmalarının məzmunundan tərəflər arasında davamlı işin görülməsi, aylıq əməkhaqqı məbləğləri barədə müzakirələr və tabelilik xarakteri daşıyan münasibətlərin olduğu aydın görünür. Təqdim edilmiş Cavabdeh aid növbətçi cədvəlləri də iddiaçının müəssisənin iş rejiminin tərkib hissəsi olduğunu sübut edir.

71. Kollegiya bu xüsusda "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair " Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli Qərarındakı mövqeyini vurğulayır. Plenum bildirmişdir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olubolmaması həmin münasibətlərin xarakteri, həqiqi mahiyyəti və işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.

72. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir, bu hallarda yazılı əmək müqaviləsi bağlanmalıdır. Qeyd olunanlara və işin faktiki hallarına (şahid ifadələri, yazışmalar, icra edilən işin mahiyyəti) əsaslanaraq, kollegiya belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında 2023-cü ilin oktyabr ayından etibarən yaranmış faktiki münasibətlər məhz əmək münasibətləridir.

73. Tərəflər arasında yaranmış əmək münasibətlərinin dövrünə (müddətinə) aydınlıq gətirən kollegiya qeyd edir ki, iddiaçı 2023-cü ilin oktyabr ayından 2024-cü ilin avqust ayınadək əmək müqaviləsi olmadan, ## ###### 2024-cü ildən ## ###### 2024-cü ilədək isə rəsmi əmək müqaviləsi əsasında cavabdeh Cavabdehdə fasiləsiz olaraq işləmişdir. Dövlət Miqrasiya Xidmətinin qərarı ilə iddiaçının müvəqqəti yaşamaq icazəsinə isə ## ###### 2024-cü il tarixdə xitam verilmişdir.

74. Tərəflər arasında aparılmış "WhatsApp" yazışmalarında iştirak edən şəxsin (Vəlinin) səlahiyyətli olub-olmaması məsələsinə gəldikdə, kollegiya birinci instansiya məhkəməsində dindirilmiş şahid Elnur Novruzovun ifadəsinə istinad edir. Şahid ifadəsində Vəlinin şirkətdə sex rəisi vəzifəsində olduğunu və işçilərin əməkhaqqı ilə bağlı problemlərini məhz ona bildirdiklərini təsdiq etmişdir. Bu hal birmənalı olaraq sübut edir ki, Vəli adlı şəxs işəgötürənin rəhbər işçisi və səlahiyyətli nümayəndəsi kimi iddiaçının işə qəbulu, əmək şərtləri və maaşla bağlı məsələlərdə cavabdeh cəmiyyəti təmsil etmişdir.

75. Iddiaçının əməkhaqqı tələbinin həcminə gəldikdə, iddiaçı iddia ərizəsinin dəqiqləşdirilmiş halında məhkəmədən ümumilikdə 54405 manat ödənilməmiş əməkhaqqının tutulmasını xahiş etmişdir. Kollegiya vurğulayır ki, əmək qanunvericiliyinə əsasən işəgötürən işçiyə əməkhaqqının tam və vaxtında ödənildiyini mötəbər mühasibat sənədləri ilə sübut etməyə borcludur. Cavabdeh tərəfindən iddiaçının bütün iş dövrü üzrə əməkhaqqının tam ödənildiyini təsdiq edən kifayət qədər sübut təqdim edilmədiyindən, kollegiya iddiaçının ödənilməmiş əməkhaqqını tələb etmək kimi subyektiv hüququnun mövcud olması və bu hüququn pozulması qənaətinə gəlir.

76. Iş materiallarına əlavə edilmiş 04 və ## ###### 2025-ci il tarixli "WhatsApp" yazışmalarında iddiaçının "1500 dollar alacağım var" şəklində ifadəsi yer alsa da, iddiaçı tərəf məhkəmə baxışı zamanı həmin məbləğin əməkhaqqı qalığı deyil, cavabdeh müəssisə üçün əvvəlcədən öz vəsaiti hesabına aldığı ehtiyat hissələrinin pulu olduğunu bildirmişdir. Bu xüsusat həmin yazışmaların sırf ödənilməmiş əməkhaqqının dəqiq məbləğinin müəyyən edilməsində əsaslı sübut kimi dəyərini mübahisələndirir və tərəflər arasında alacağın real həcmi ilə bağlı kəskin ziddiyyət yaradır.

77. Lakin kollegiya hesab edir ki, iddiaçının subyektiv hüququ mövcud olsa da, ödənilməmiş əməkhaqqının dəqiq məbləğinin hesablanmasına və bu ziddiyyətlərin tam araşdırılmasına hüquqi zərurət yoxdur. Belə ki, ədalət mühakiməsinin səmərəliliyinə xidmət edən prosessual qənaət prinsipinə əsasən, məhkəmə işin nəticəsinə birbaşa təsir edən və iddianın rədd edilməsi üçün müstəqil əsas olan halları (iddia müddətinin keçməsini) müəyyən etdikdə, mürəkkəb hesablamalar aparmaqdan və iddia məbləğinin dəqiq həddini sübut etməyə yönəlmiş əlavə prosessual hərəkətlərdən azaddır. Subyektiv mülki hüququn pozulması faktı təsdiqini tapdıqdan sonra, iddia müddətinin tətbiqi məsələsi həlledici əhəmiyyət kəsb edir.

78. Buna görə də, kollegiya tələb olunan 54405 manat məbləğin dəqiq həddinin və sübuta yetirilmə dərəcəsinin araşdırılmasını dayandıraraq, birbaşa cavabdehin iddia müddətinin tətbiqinə dair etirazını və iddiaçının buraxılmış müddətin bərpasına dair ərizəsini hüquqi cəhətdən qiymətləndirməyi məqsədəuyğun hesab edir.

79. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

80. Iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə xitam verilmişdir. Belə olan halda iddiaçı qanunla müəyyən edilmiş 1 illik iddia müddəti ərzində, yəni ## ###### 2025-ci il tarixədək hüquqlarının müdafiəsi üçün müvafiq orqanlara (məhkəməyə və ya məhkəməyəqədər mediasiya təşkilatına) müraciət etməli idi. Lakin işdə olan sənədlərdən görünür ki, iddiaçı X12 ## ###### 2026-cı il tarixdə (iddia müddəti bitdikdən sonra), məhkəməyə isə ## ###### 2026-cı il tarixdə müraciət etmişdir. Bu isə qanunvericiliklə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü birmənalı təsdiq edir. Elə buna görə bu faktı bilən iddiaçı tərəf məhkəməyə iddia müddətinin buraxılmasının üzrlü səbəblərdən bərpası barədə ərizə vermiş, cavabdeh isə müvafiq etirazla çıxış edərək iddia müddətinin tətbiqini tələb etmişdir.

81. Iddia müddətinin bərpası məsələsinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, iddia müddəti iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, məhkəmə buraxılmış müddəti bərpa edə bilər. Iddiaçı müddətin buraxılmasını övladının "Kleefstra" sindromundan əziyyət çəkməsi, habelə özünün savadsızlığı, dil baryeri və maddi imkansızlığı ilə əlaqələndirmişdir. Bununla bağlı iddiaçı tərəfindən Türkiyə Respublikası Səhiyyə Nazirliyi Gaziantep Şehitkamil Dövlət Xəstəxanasının ##.##.2025-ci il müraciət tarixli xəstə vərəqəsi təqdim edilmişdir. Lakin kollegiya ağlabatanlıq prinsipinə əsaslanaraq bu dəlili üzrlü hesab etmir. Belə ki, təqdim edilmiş sənəd iddiaçı işdən çıxdıqdan sonra alınsa da, həmin sənəddən və xəstəliyin təbiətindən ("Kleefstra" sindromu) bu xəstəliyin anadangəlmə və genetik olduğu aydın şəkildə görünür. Yəni iddiaçı Azərbaycanda işlədiyi və əməkhaqqı aldığı dövrdə də övladının bu xəstəliyi mövcud olmuşdur. Bu hal iddiaçını məhz son bir ildə qəflətən hüquqi addımlar atmaqdan məhrum edən, iradəsindən asılı olmayan müstəsna obyektiv maneə kimi qiymətləndirilə bilməz.

82. Iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi "dil baryeri" və "savadsızlıq" kimi dəlillərə münasibətdə kollegiya vurğulayır ki, iddiaçının bu arqumentləri də işin faktiki halları və obyektiv reallıqla uzlaşmır. Ilk növbədə məhkəmə qeyd edir ki, iddiaçı Türkiyə Respublikası vətəndaşıdır. Türk və Azərbaycan dillərinin eyni dil ailəsinin eyni qrupuna (Oğuz qrupuna) aid olması, onların fonetik və leksik baxımdan bir-birinə yaxınlığı bu dillər arasında yüksək səviyyədə qarşılıqlı anlaşıqlılığı təmin edir. Belə bir linqvistik yaxınlıq fonunda iddiaçı təqribən 1 il 2 ay (2023-cü ilin oktyabr ayından 2024-cü ilin dekabr ayınadək) Azərbaycan Respublikasının ərazisində yaşamış və fəal şəkildə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu müddət ərzində o, iş yerində yerli vətəndaşlarla birgə çalışmış, onlarla məişət və iş səviyyəsində mütəmadi ünsiyyətdə olmuş, kirayə ev tutaraq yaşamışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş "WhatsApp" yazışmalarından aydın olur ki, iddiaçı işəgötürənin nümayəndələri ilə iş şərtlərinə, əməkhaqqına və digər məsələlərə dair sərbəst şəkildə geniş müzakirələr apara bilmişdir. Iddiaçının mənsub olduğu ana dilinin Azərbaycan dilinə qohum olması, onun uzun müddət yerli mühitdə maneəsiz fəaliyyət göstərməsi və cəmiyyətə inteqrasiya edərək ünsiyyət qurması faktı nəzərə alındıqda, onun məlumatlılığının olmaması və sırf "dil baryeri" səbəbindən hüquqlarını müdafiə etmək, məhkəməyə və ya digər orqanlara müraciət etmək imkanından məhrum olması barədə iddiaları ağlabatan deyildir. Bu baxımdan, məhkəmə iddiaçının qeyd olunan iddialarını iddia müddətinin bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna və üzrlü hal kimi qəbul etmir.

83. Bundan əlavə, iddiaçının "maddi gücsüzlüyü və tamamilə köməksiz vəziyyətdə olması" barədə dəlilləri işin digər faktiki halları və məhz özünün təqdim etdiyi sübutlarla təkzib olunur. Iddiaçı apellyasiya şikayətində və məhkəmə baxışı zamanı maddi imkansızlığını əsaslandırmaq üçün Azərbaycandan getdikdən sonra Qazaxıstan Respublikasına işləməyə gedərkən yol və digər xərclərinin həmin ölkədəki şirkət tərəfindən əvvəlcədən ödənildiyini bildirmiş və buna dair müvafiq ödəniş sənədini (dekontu) təqdim etmişdir. Lakin kollegiya hesab edir ki, bu xüsusat iddia müddətinin buraxılmasını üzrlü etmir, əksinə, iddiaçının arqumentlərini əsassız edir. Belə ki, iddiaçının hələ ## ###### 2025-ci il tarixdə başqa bir dövlətdə işə düzəlməsi və işəgötürən tərəfindən ona əvvəlcədən ödəniş edilməsi faktı, onun həmin tarixdən etibarən artıq maddi gəlir mənbəyinə malik olduğunu təsdiqləyir. 2025-ci ilin yanvar ayından etibarən xarici ölkədə əmək fəaliyyətinə başlayaraq qazanc əldə edən şəxsin, iddia müddətinin bitdiyi ## ###### 2025-ci ilədək olan təqribən 11 aylıq müddət ərzində hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə və ya mediasiya təşkilatına müraciət etmək üçün maddi imkandan davamlı olaraq məhrum olduğunu iddia etməsi ağlabatanlıq və həyat təcrübəsi ilə uzlaşmır. Üstəlik, əmək hüquqlarının müdafiəsi ilə bağlı iddiaların dövlət rüsumundan azad edildiyi nəzərə alındıqda, iddia müddətinin məhz maddi vəziyyətlə əlaqədar ötürülməsi mülahizəsi qətiyyən qəbuledilməzdir. Buna görə də, iddia müddətinin buraxılması üzrlü səbəblərdən qaynaqlanmamışdır.

84. Iddiaçının yuxarıda göstərilən dəlillərinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsindəki "digər obyektiv hallar" kateqoriyasına aid edilib-edilməməsi məsələsinə hüquqi aydınlıq gətirərkən, kollegiya hüquq normalarının təfsiri qaydalarına istinad etməyi zəruri hesab edir. Qanunvericiliyin tələbinə görə iddia müddətinin tətbiqi ümumi qaydadır, buraxılmış müddətin bərpası isə bu qaydadan istisnadır. Hüquq nəzəriyyəsi və məhkəmə təcrübəsinə əsasən, istisna normalar genişləndirici şəkildə deyil, məhdudlaşdırıcı (dar) çərçivədə təfsir olunmalıdır. Maddədə sadalanan konkret halların (xəstələnmə, ezamiyyət, yaşayış yerindən kənarda məzuniyyət, yaxın qohumun ölümü) ortaq hüquqi təbiəti ondan ibarətdir ki, bunların hər biri şəxsin iradəsindən asılı olmadan, qəfil yaranan, müvəqqəti (qısamüddətli) xarakter daşıyan və məhkəməyə müraciət imkanını yalnız müəyyən bir zaman kəsiyində məhdudlaşdıran keçici maneələrdir. Buna görə də normada qeyd edilən "digər obyektiv hallar" ifadəsi məhz sadalanan nümunələrlə eyni təbiətə malik (müvəqqəti və iradədən kənar) maneələri əhatə etməlidir. Iddiaçının istinad etdiyi hallara gəldikdə isə övladın anadangəlmə və xroniki genetik xəstəliyi müvəqqəti hal deyil, daimi vəziyyətdir. Iddiaçının gəlir əldə etmək məqsədilə ölkə hüdudlarını tərk edərək Qazaxıstan Respublikasına getməsi onun öz ixtiyari seçiminin (iradəsinin) nəticəsidir və obyektiv, yəni iradədən asılı olmayan maneə sayıla bilməz. Dil baryeri isə şəxsin fərdi xüsusiyyəti olub, müraciəti qeyri-mümkün edən qısamüddətli hal deyil. Nəticə etibarı ilə, iddiaçının sadaladığı səbəblər Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin məqsədinə və "digər obyektiv hallar" meyarına cavab vermədiyindən, məhkəmə tərəfindən iddia müddətinin bərpası üçün qanuni əsas kimi qəbul edilə bilməz.

85. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kollegiya hesab edir ki, iddiaçının subyektiv hüququ mövcud olsa da, o, Əmək Məcəlləsində nəzərdə tutulmuş 1 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş və cavabdeh tərəf də bu müddətin tətbiq olunmasına dair məhkəməyə etiraz təqdim etmişdir. Göstərilənlərə əsasən, maddi hüquq normalarının imperativ tələblərinə uyğun olaraq, iddia müddətinin tətbiqi iddia tələbinin rədd edilməsi ilə nəticələnməlidir.

86. Iddiaçının ödənilməmiş əməkhaqqına görə hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində əlavə ödənc (gecikmə faizi) verilməsi ilə bağlı əsaslandırmasına gəldikdə, kollegiya bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinin imperativ tələbinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Hazırkı iş üzrə əsas tələb olan ödənilməmiş əməkhaqqının verilməsi tələbi üzrə iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən və bu əsasla iddia rədd edildiyindən, həmin məbləğə hesablanmalı olan 1 faizlik gecikmə ödənci (əlavə tələb) üzrə də iddia müddəti keçmiş hesab olunur.

87. Iddiaçı tərəfin apellyasiya şikayətində əməkhaqqının mülkiyyət hesab edilməsi və buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən həmin tələbə iddia müddətinin şamil olunmamasına dair gətirdiyi dəlilə münasibətdə kollegiya bildirir ki, bu yanaşma hüquq normalarının yanlış təfsirinə əsaslanır. Doğrudur, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində (* saylı Protokolun 1-ci maddəsi kontekstində) əməkhaqqı mülkiyyət hüququnun obyekti kimi qorunur, lakin bu, Məhkəmənin predmet baxımından yurisdiksiyasının müəyyən edilməsi və konvensiyon hüquqların müdafiəsi məqsədi daşıyır. Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan iddia müddətinin şamil edilmədiyi hallar isə müqavilədən irəli gələn tələb etmək hüququna deyil, mütləq əşya hüquqlarının hər cür pozuntularının aradan qaldırılması tələblərinə aiddir. Iddia müddəti məhz tələb hüququna tətbiq edilir. Əgər şəxsin əməkhaqqı düzgün hesablanmırsa və ya ümumiyyətlə düzgün verilmirsə, bu zaman onun pozulmuş hüququnun məhkəmə qaydasında bərpası üçün tələb hüququ yaranmış olur. Yalnız işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq konkret və mübahisəsiz şəkildə hesablanmış, təsdiq edilmiş əməkhaqqının verilməməsi bilavasitə mülkiyyət hüququnun predmetinə daxil ola bilər. Lakin hazırkı işdə iddiaçının tələbi faktiki olaraq ödənilməmiş və qabaqcadan rəsmən hesablanmamış əməkhaqqı ilə bağlı yaranmış mübahisəyə, yəni birbaşa tələb hüququna aid olduğundan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə imperativ şəkildə müəyyən edilmiş 1 illik iddia müddətinə tabedir. Odur ki, əməkhaqqı tələbinin iddia müddəti şamil edilməyən tələblərə aid edilməsi barədə iddiaçının dəlili əsassızdır və qəbul edilə bilməz.

88. Kollegiya iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərini ümumiləşdirərək hüquqi qiymət verir və qeyd edir ki, şikayətdə faktiki əmək münasibətlərinin və subyektiv hüququn mövcudluğuna dair irəli sürülən arqumentlərlə (və ya əsaslandırmalarla) apellyasiya instansiyası məhkəməsi razılaşsa da, iddia müddətinin bərpası üçün göstərilən səbəblərin (övladının xəstəliyi, dil baryeri, maddi vəziyyət, ölkədən kənarda olma və s.) üzrlü olması barədə dəlillər yuxarıda sadalanan hüquqi və faktiki əsaslarla öz təsdiqini tapmamışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə qətnaməsi yalnız o halda ləğv edilə bilər ki, yol verilmiş maddi və ya prosessual pozuntu işin səhv həll edilməsi ilə nəticələnsin. Birinci instansiya məhkəməsi tərəflər arasındakı faktiki münasibətlərə hüquqi qiymət verilməsində və bəzi sübutların araşdırılmasında qüsurlara yol versə də, iddia müddətinin tətbiqi və iddianın məhz bu əsasla rədd edilməsinə dair gəldiyi yekun nəticə qanuni və əsaslıdır. Bu baxımdan, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün kifayət etmir və şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsaslandırma hissəsi hazırkı qərarla dəqiqləşdirilməklə nəticə etibarı ilə dəyişdirilmədən saxlanılmalıdır.

89. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

90. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin:

91. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

92. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

93. - 119.5-ci maddəsində qeyd edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

94. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsində isə göstərilir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

95. Hazırkı iş üzrə iddiaçının qaldırdığı tələb əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edilmişdir. Iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya instansiyası məhkəməsində işə baxılması ilə əlaqədar yaranan məhkəmə xərclərinin (dövlət rüsumunun) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmasına və ya tərəflər arasında bölüşdürülməsinə əsas yoxdur.

96. Kollegiya cavabdeh Cavabdeh nümayəndəsi tərəfindən apellyasiya instansiyasında göstərilmiş hüquqi yardıma görə çəkilmiş 2000 (iki min) manat vəkil xərcinin iddiaçıdan tutularaq cavabdehə verilməsi barədə vəsatətini araşdıraraq, onun təmin edilməməli olduğu qənaətinə gəlir.

97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsi tələb edir ki, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən tutularkən konkret hallar qiymətləndirilməli və məbləğ ağlabatan həddə müəyyən edilməlidir. Hazırkı mülki işin hallarına görə, mübahisə əmək münasibətlərindən, yəni ödənilməmiş əməkhaqqı tələbindən irəli gəlir. Qanunverici əmək mübahisələrində işçini daha zəif tərəf kimi qəbul edərək və məhkəməyə müraciət imkanlarını asanlaşdırmaq məqsədilə onu dövlət rüsumundan da azad etmişdir.

98. Iddiaçının fiziki şəxs (işçi) olması, əmək fəaliyyətini dayandırması, himayəsində genetik xəstəlikdən (“Kleefstra” sindromu) əziyyət çəkən azyaşlı övladının olması və xaricdə fəhlə kimi çalışması barədə işdə olan konkret hallar məcmu halında qiymətləndirildikdə, ona qarşı 2000 (iki min) manat məbləğində vəkil xərcinin tətbiq edilməsi ədalət, mütənasiblik və ağlabatanlıq prinsiplərinə cavab vermir. Əmək hüquqlarının müdafiəsi niyyəti ilə (iddia müddətini ötürsə belə) məhkəməyə müraciət etmiş işçinin üzərinə hüquqi şəxsin çəkdiyi bu cür yüksək məsrəflərin qoyulması, gələcəkdə vətəndaşların ədalət mühakiməsinə çatanlıq imkanlarına və öz hüquqlarını axtarmaq iradəsinə çəkindirici (məhdudlaşdırıcı) təsir göstərə bilər.

99. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 100.- iddiaçı İddiaçı Bayazıt Bostan oğlunun verdiyi apellyasiya şikayəti təmin edilməməli;

101. - Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

102. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

Iddiaçı İddiaçı Bayazıt Bostan oğlunun verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar