Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3821/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müəyyən etdi : Iddiaçı İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı ümumilikdə ödənilməyən 15.159 manat son haqq-hesabın cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbini artıraraq 5.538 manat əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə 9.621 manat və gecikdirilməyə görə 107.991 manat olmaqla, ümumilikdə 123.150 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçının qeyd olunan iddia tələbi rədd edilmişdir. Qətnamə iddiaçının «Elektron məhkəmə» Informasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə ##.##.2026-cı il tarixində rəsmi qaydada ona təqdim edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ##.##.2026-cı il tarixində, yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə həmin şikayət Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilmədiyi və dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmışdır. Iddiaçı ##.##.2026-cı il tarixində həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Iddiaçı ##.##.2026-cı il tarixdə yenidən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə həmin şikayət apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyü üçün geri qaytarılmışdır. Bundan sonra iddiaçı apellyasiya şikayəti ilə birlikdə həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, iddiaçıya qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh «xxxx» MMC həmin ##.##.2026-cı il tarixli qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müddətin bərpası barədə ərizənin təmin edilməsi əsassızdır. Cavabdehin qənaətinə görə, iş üzrə qətnamə ##.##.2026-cı il tarixində elektron kabinetə yüklənmiş, iddiaçı bir aylıq müddət ərzində apellyasiya şikayəti versə də, həmin şikayət forma tələblərinə uyğun olmadığından qanuni əsasla geri qaytarılmışdır. Şikayətin geri qaytarıldığı tarixdə apellyasiya müddəti hələ başa çatmadığından iddiaçının nöqsanları aradan qaldıraraq düzgün formada apellyasiya şikayəti verməyə imkanı olmuş, lakin o, bunun əvəzinə müxtəlif dövlət orqan və qurumlarına əsassız müraciətlər etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, iş əmək mübahisəsindən irəli gəldiyindən dövlət rüsumunun ödənilməsi tələb olunmamış, iddiaçı Novruz bayramı tətili dövründə də əlavə imkana malik olmuş, uzun müddət cavabdeh müəssisədə direktor vəzifəsində çalışmış, hüquqi sənədlərlə işləyən təcrübəli şəxs kimi onların mahiyyətini anlamış, üstəlik həyat yoldaşının Xətai Rayon Məhkəməsindəki eyni məzmunlu işində (*(***)-****/**** saylı iş) nümayəndə qismində iştirak etməklə apellyasiya şikayətinin yalnız elektron qaydada verilməsinin məcburi olduğunu bilmişdir. Bu səbəblərdən cavabdeh müddətin ötürülməsinin üzrlü səbəbdən deyil, iddiaçının öz hərəkət və hərəkətsizliyindən irəli gəldiyini və müddətin bərpası üçün qanuni əsas olmadığını bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iddiaçı İddiaçı prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Iş materialları ilə müəyyən edilir ki, qətnamə iddiaçının Elektron məhkəmə Informasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə ##.##.2026-cı il tarixində rəsmi qaydada ona təqdim edilmişdir. Iddiaçı ##.##.2026-cı il tarixində, yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə həmin şikayət Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilmədiyi və dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmışdır. Iddiaçı bundan 1 ay sonra, yəni ##.##.2026-cı il tarixində həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Iddiaçı məhz bundan sonra ##.##.2026-cı il tarixdə yenidən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə həmin şikayət apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyü üçün geri qaytarılmışdır. Iddiaçı yalnız bundan sonra ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Göründüyü kimi, qətnamə ##.##.2026-cı il tarixində elektron kabinetə yerləşdirilmiş, apellyasiya şikayəti isə iddiaçı tərəfindən ##.##.2026-cı il tarixində vaxtında verilsə də, həmin şikayət məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun elektron formada təqdim edilmədiyinə və dövlət rüsumu ödənilmədiyinə görə geri qaytarılmışdır. Şikayət geri qaytarıldığı zaman apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət hələ başa çatmamış, iddiaçının çatışmazlıqları aradan qaldıraraq yenidən apellyasiya şikayəti verməsi üçün zamanı olmuşdur. Buna baxmayaraq iddiaçı yol vermiş nöqsanı aradan qaldıraraq yenidən apellyasiya şikayəti verməmiş, yalnız ##.##.2026-cı il tarixində həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra ##.##.2026-cı il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə həmin şikayət apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyü üçün geri qaytarılmışdır. Iddiaçı yalnız bundan sonra ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Kollegiya qeyd edir ki, müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qəraradı ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülkiprosessual hüquqlardan, o cümlədən MPM-nin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid Ismayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi ## ###### 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: «qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri Ispaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iddiaçı İddiaçı prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh «xxxx» MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə iddiaçı İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-3821/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3821/2026
31.08.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver