Məhkəmə qərarları › İş №2(001)-1187/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1187/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1187/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi, sabit pul məbləğində alimentin tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi və sabit pul məbləğində alimentin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi və sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 5636/2023 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay iki uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5636/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay iki uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hal-hazırda maddi və ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5636/2023 saylı qətnaməsi ilə müyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, onun Gürcüstan Respublikasında da 2 azyaşlı övladı vardır xx.xx.2018-cı il təvəllüdlü Lileka Maqradze və xx.xx.2024-cü il təvəllüdlü Luka Maqradzevə, onlar da onun himayəsindədir və onların saxlanılması ücün əsaslı xərcləri mövcuddur. Beləliklə hal-hazırda onun himayəsində ümümi olaraq 4 azyaşlı övladları var, əmək haqqı da aşağıdır, həmçinin maddi vəziyyətində də dəyişikliklər vardır. Eyni zamanda ağır xəstəlikdən əziyyət çəkən anası Ketevan Vaşadze onun himayəsindədir və onun müalicəsi üçün əlavə xərcləri mövcuddur. xx.xx.2021-ci il tarixdə o, cavabdehlə bağışlama müqaviləsi bağlayaraq Tbilisi şəhəri, Tomike Eristavi küçəsi №29, korpus 3, 21 saylı açıq avtodayanacaq ünvanında yerləşən mənzili vermişdir. Özü hal-hazırda kirayədə qalır. Hesab edir ki, hazırda himayəsində ümumi 4 azyaşlı övladının olması, əmək haqqının azalması, başqa qazancının və gəlirinin olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddəsinə əsasən ondan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən o mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

a) İddia ərizəsinə qarşı etiraz:

3. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, birgə nikahdan olan uşaqları saxlamaq vəzifəsinin təkcə onun deyil, həm də böyük hissədə atanın üzərinə düşməsini nəzərə alaraq, cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, bütün məhkəmə bildirişlərinin gürcü dilinə tərcümə edilməsini və iddiaçıya çatdırılmasını təmin etmiş, yəni onu məhkəmə iclasları barədə məlumatlandırmış, hətta bir məhkəmə iclasında iştirakına da nail olmuşdur. Yəni həmin məhkəmə iclasları cavabdehin tam məlumatlı olduğu şəraitdə keçirilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Digər tərəfdən həmin Məcəllənin 78.1-ci maddəsinin məzmunundan belə müəyyən olunur ki, alimentin sabit pul məbləğində və ya aylıq gəlirdən hissəvi tutulması seçimini qanunverici aliment tələb edənə buraxmışdır. O da məhz bu əsasla İddiaçı hər ay aylıq qazancının üçdə bir hissəsi miqdarında aliment tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5636/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra qətnamə və müvafiq icra sənədi Gürcüstan Respublikasının aidiyyəti orqanına göndərilmiş, o özünə aid bank hesabı məlumatlarını həmin icra orqanına təqdim etsə də hesabına indiyədək cəmi bir dəfə aliment məbləği köçürülmüşdür. O, dəfələrlə həmin icra orqanından aliment pulunun göndərilməməsi səbəblərini öyrənməyə çalışsa da nəhayət ona deyilmişdir ki, "şəxs aliment məbləğini mübahisələndirir deyə, ödənişlər dayandırılır.” Azərbaycan Respublikasının qanunvericiliyində qanuni qüvvəyə minmiş aliment qətnaməsi olduğu halda alimentin miqdarının dəyişdirilməsi tələbi ilə məhkəməyə yenidən müraciət edilməsi qanuni qüvvəyə minmiş qətnamənin icrasını dayandırmasa da görünür ya Gürcüstün qanunvericiliyində fərqliliklər mövcuddur, ya da cavabdeh alimentdən yayınmaq üçün bütün variantlardan istifadə edir. Hazırki iddia ərizəsinə münasibətdə isə bildirir ki, iddiaçı ərizədə 2018 və 2024-cü illərdə iki uşağının da olduğunu göstərmişdir. Beləliklə buradan tərəflərin münasibətlərinin hansı səbəbdən pozulduğu müəyyən edilir. Lakin hesab edir ki, iddiaçının onunla nikahdan olan uşaqlardan başqa uşaqlarının da olması onun uşaqlarının aliment hüquqlarını məhdudlaşdıra bilməz. Çünki iddiaçı bundan sonra dəfələrlə başqa şəxslərlə nikah münasibətlərinə daxil olub, yeni uşaqların doğulmasına səbəb ola bilər və bu hal onun uşaqlarını saxlamaq vəzifəsindən onu azad edə bilməz. Digər tərəfdən iddiaçı ərizəsində əmək haqqının miqdarının dəyişdiyini, azaldığını qeyd etmişdir. Buna münasibətdə bildirir ki, o, iddiaçının əmək haqqının çox və ya az olmasını mübahisələndirmədən ondan iki uşağa görə üçdə bir hissə miqdarında aliment tələb etmişdir. İddiaçının əmək haqqının azalması təqdirində ona çatası alimentin miqdarı iki uşağa görə ümumilikdə 470 manatdan az olacaqsa da belə bu seçimi o, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə istinad etməklə etmiş və seçiminin arxasındadır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

a. Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsində göstərilən tələbi müdafiə edərək bildirmişdir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən 1/3 hissədə təyin edilmiş aliment məbləğini vaxtı-vaxtında ödənişlərini etmiş və hazırda onun heç bir borcu yoxdur. Lakin hazırda iddiaçının cavabdehlə birgə nikahdan olan iki uşağından başqa Gürcüstan Respublikasında 2 azyaşlı övladı var. Bundan başqa o, xəstə anasına baxır və əlavə kredit öhdəlikləri vardır. Hazırkı vəziyyətdə tutulan aliment miqdarı onu çox çətin maddi vəziyyətə salır. Bu səbəbdən də iddiaçı tutulan aliment məbləğinin dəyişdirilərək sabit pul məbləğində tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

c) Mülki işin materialları:

6. AZ-T seriyalı 250054 nömrəli və AZ-T seriyalı 250053 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 atası İddiaçı, anası Cavabdehdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 5636/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023cü il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

8. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Maqradze Lileka və xx.xx.2024-cü il təvəllüdlü Maqradze Lukanın atası İddiaçı, anası Şavadze Leladır.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Patrul Polis İdarəsinin əməkdaşı olan İddiaçı aylıq əmək haqqı 4180 lari, ona çatan maaş isə 3277.12 laridir.

10. Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli A24248518-009/001 nömrəli məktubdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment Cavabdeh ödənilməlidir. Alimentin miqdarı 18341.91 lari təşkil etdir, İddiaçı tərəfindən 1283,93 ları ödəniş edilmişdir.

11. Bağışlama müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh Tbilisi şəhəri, Tomike Eristavi küçəsi №29, korpus 3, 21 saylı açıq avtodayanacaq ünvanında yerləşən mənzil bağışlamışdır.

ç) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi::

12. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

14. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

21. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

22. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment məbləğinin həcminin artırılması, ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. Hazırkı işin materiallarından göründüyü kimi, cavabdehin rəsmi işlədiyi yer mövcuddur, qazancı (gəliri) müntəzəmdir. Belə olan halda iddiaçıdan alimentin məhz sabit pul məbləğində tutulması üçün məhkəmə hər hansı qanuni əsas görmür. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız cavabdehin (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda cavabdehin alimentin iddiaçının aylıq qazancından tutulmasını tələb edir.

25. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddiaya etiraz ərizəsindən görünür ki, cavabdeh iddiaçının alimentin sabit pul məbləğində tutulması tələbi ilə razı deyil və alimentin tutulma qaydasının dəyişdirilməsinə etiraz edir.

26. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə olan iki uşaqdan başqa daha iki uşağının, ümumilikdə himayəsində 4 uşağının, eləcə də xəstə anasını olmasını, əmək haqqının azalmasını qeyd edərək iddiasının təmin olmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır.

28. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)-5636/2023 saylı qətnaməsindən görünür ki, “alimentin tutulması” tələbinə dair mülki işin baxılması zamanı da cavabdeh İddiaçı (hazırkı iş üzrə iddiaçı) himayəsində pensiyaçı, xəstə anasının olmasını, kredit ödəməsini nəzərə almaqla ondan iki uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Həmin işə baxılarkən məhkəmə tərəfindən onun bu dəlillərinə qiymət verilmiş, lakin alimentin sabit pul məbləğində deyil, hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmasına dair qətnamə qəbul olunmuşdur.

29. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçıdan aliment tutulmasına dair qətnamə qəbul edilən zaman artıq onun başqa qadından xx.xx.2018-ci il tarixdə doğulmuş uşağı var idi.

30. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarından görünür ki, alimentin tutulması müəyyən edilərkən və hal-hazırda da İddiaçı X4 Nazirliyinin əməkdaşı olmuşdur.

31. Alimentin müəyyən olunması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5636/2023 saylı qətnaməsində qeyd olunmuşdur ki, həmin vaxt İddiaçı aylıq əmək haqqı 3800 lari (təxminən 2375 AZN), ona çatan əmək haqqı 2979 (təxminən 1861 AZN) laridir.

32. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşı İddiaçı aylıq əmək haqqı 4180 (təxminən 2602 manat) lari, ona çatan maaş isə 3277.12 (təxminən 2040 manat) laridir. Yəni iddiaçın əmək haqqının azaldığını iddia etməsinin əksinə onun əmək haqqında artım olmuşdur.

33. Məhkəmə qeyd edir ki, iddiaçı “alimentin miqdarının dəyişdirilməsi və sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiasında ondan tutulmalı olan alimentin miqdarının azaldılmasını və ondan hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.

34. Məhkəmə hesab edir ki, bu, uşaqların mənafeyinə və marağına zidd olduğu üçün qəbul edilə bilməz.

35. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi və sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar