Məhkəmə qərarları › İş №2(001)-1192/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1192/2021

04.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1192/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının geri qaytarılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan cehiz əmlakının, yəni qiyməti 6500 manat olan 2 nəfərlik çarpayı, 1 şkaf, 1 güzgülü komod və 2 tumbadan ibarət olan Türkiyə istehsallı Donat yataq dəsti; qiyməti 100 manat olan 1 ədəd göy rəngli pərdə; qiyməti 100 manat olan 1 ədəd bənövşəyi pərdə; qiyməti 250 manat olan 1 ədəd bəyaz və çəhrayı rəngli çilçırağ; qiyməti 50 manat olan 2 ədəd bəyaz və çəhrayı rəngli gecə lampası; qiyməti 1000 manat olan 1 divan, 2 kreslo, 1 jurnal masasından ibarət bənövşəyi yumuşaq mebel dəsti; qiyməti 6500 manat olan 1 stol, 6 stul, 1 komod, 1 servant və 1 TV stendindən ibarət Türkiyə istehsallı 1 ədəd Donat qonaq otağı dəsti; qiyməti 1000 manat olan 1 ədəd Samsung markalı televizor; qiyməti 600 manat olan 1 ədəd Siemens markalı paltaryuyan; qiyməti 560 manat olan 1 ədəd Vestel markalı kondisioner; qiyməti 40 manat olan 1 ədəd blinçik bişirən elektrikli tava; qiyməti 60 manat olan 1 ədəd mikser; qiyməti 150 manat olan 1 ədəd qırmızı rəngli qazan dəsti; qiyməti 60 manat olan 1 ədəd mantı qazanı; qiyməti 200 manat olan 1 ədəd göy rəngli Karaca qazan dəsti; qiyməti 280 manat olan 12 nəfərlik çəngəl-bıçaq dəsti; qiyməti 670 manat olan 12 nəfərlik + 6 nəfərlik çay və kofe fincanlarından ibarət ağ qızılı rəngli serviz dəsti; qiyməti 140 manat olan 12 nəfərlik dairəvi serviz dəsti; qiyməti 150 manat olan əl və çay dəsmalları; qiyməti 35 manat olan 2 ədəd şamdan; qiyməti 70 manat olan 1 ədəd ütü masası; qiyməti 80 manat olan 1 ədəd ütü; qiyməti 40 manat olan 1 ədəd göy rəngli yataq örtüyü; qiyməti 190 manat olan 1 ədəd qəhvəyi rəngli yataq örtüyü dəsti; cəmi qiyməti 350 manat olan 1 ədəd 2 nəfərlik döşək, 2 ədəd 2 nəfərlik yorğan, 2 ədəd ortopedik və 2 ədəd qaz tükündən olan yastıqlar; qiyməti 250 manat olan 1 ədəd qara rəngli yataq örtüyü dəsti; qiyməti 300 manat olan 1 ədəd ağ rəngli yataq örtüyü dəsti; qiyməti 40 manat olan 1 ədəd “Bogema” fincan dəsti; qiyməti 35 manat olan 1 ədəd Saat (fil); qiyməti 40 manat olan 2 ədəd külqabı; 31) qiyməti 80 manat olan 2 ədəd Çexiya istehsallı mürəbbə qabı; cəmi qiyməti 850 manat olan 2 ədəd balaca, 1ədəd dairəvi və 2 ədəd kvadrat formalı böyük xalça; qiyməti 150 manat olan 1 ədəd bənövşəyi rəngli, gül formalı qab; qiyməti 100 manat olan 1 ədəd üzüm salxım formalı qab; qiyməti 150 manat olan 1 ədəd bənövşəyi rəngli dekorativ meyvə qabı; qiyməti 240 manat olan 2 ədəd dairəvi formalı çərəz qabı; qiyməti 200 manat olan 1 ədəd şirniyyat qabı; qiyməti 200 manat olan 6 ədəd qırmızı rəngli qədimi qədəhlər; qiyməti 80 manat olan 1 ədəd əntiq bəzəkli meyvə qabı; qiyməti 100 manat olan 2 ədəd güldan; qiyməti 70 manat olan 1 ədəd şəffaf qab; qiyməti 150 manat olan 6 stəkan və 1 qrafindən ibarət 1 ədəd viski dəsti; qiyməti 90 manat olan 2 ədəd Çexiya istehsallı xrustal qənd qabı; qiyməti 70 manat olan 1 ədəd “Madonna” çay dəsti; cəmi qiyməti 180 manat olan 3 ədəd podnos dəsti; qiyməti 10 manat olan 1 ədəd İran podnosu; qiyməti 20 manat olan 1 ədəd ədviyyat qabı; cəmi qiyməti 315 manat olan 7 ədəd süfrə örtüyü; qiyməti 140 manat olan 12 nəfərlik 1 ədəd Türkiyə istehsallı qədəh dəsti; qiyməti 360 manat olan xrustal stəkan, nəlbəki və mürəbbə qabından (rozetka) ibarət 1 ədəd çay servisi; qiyməti 70 manat olan 6 nəfərlik armudu stəkan və nəlbəkilərdən ibarət 1 ədəd çay servisi; qiyməti 60 manat olan 4 ədəd çərçivə; qiyməti 70 manat olan 6 nəfərlik 1 ədəd kofe servisi; qiyməti 45 manat olan 1 ədəd qızılı rəngli, Çexiya istehsallı salfet qabı; şəxsi əşyalar (geyimlər, çantalar, ayaqqabılar, kosmetik vasitələr və bijuteriyalar) və ya onların ümumi dəyəri olan 23.840 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbinin onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuş və bu nikahdan İnci adlı övladıları olmuşdur. Ailə qurarkən o, ünvan 1 mənzil 25 ünvanında gəlin köçmüş və cehiz əşyalarınıda həmin mənzilə aparmışdır. Məhkəmə qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə tərəflər arasında olan nikah pozulmuş, lakin cehiz əşyaları həmin mənzildə qalmışdır. Dəfələrlə həmin mənzilə gedib əşyalarını götürmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Bu səbəbdən də iddiaçı cehiz əşyalarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3617/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə Salmanova (Ələkbərova) Şəfiqə Çingiz qızı arasında 3 saylı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2016-cı il tarixli nikahın pozulması qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6751/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddianın təmin etmə tədbiri barədə ərizəyə əsasən, iddiaçı tərəfindən iddia ərizəsində sadalanan əmlakların üzərinə həbs qoyulması qərara alınaraq, icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmiş və icra məmurunun qərarına əsasən iddianın təmin etmə tədbiri barədə qərardadda qeyd edilən əmlaklar həmin mənzildə icra məmuru tərəfindən müəyyən edilərək, siyahıya alınmış və üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan cehiz əmlakları nikaha daxil olanadək İddiaçı məxsus olduğundan, habelə ona gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan cehiz əmlakları yalnız iddiaçının əmlakıdır. Buna görə də İddiaçı göstərilən əmlakların mülkiyyətçisi olduğundan həmin əmlakları tələb etməkdə haqlıdır. Odur ki, İddiaçı göstərilən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi cehiz əmlaklarının ona məxsus olması, gəlin köçərkən köçdüyü mənzilə aparması, həmin əmlakların həmin mənzildə olmasını tərəflərin və icra məmurunun iştirakı ilə tərtib edilmiş aktla sübuta yetirildiyindən iddia tələbi qismən təmin edilməli, həmin əmlaklar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən İddiaçı Çıngiz qızına məxsus olan cehiz əmlakın –1) 2 nəfərlik çarpayı, 1 şkaf, 1 güzgülü komod və 2 tumbadan ibarət olan Türkiyə istehsallı Donat yataq dəsti; 2) 1 ədəd göy rəngli pərdə; 3) 1 ədəd bənövşəyi pərdə; 4) 1 ədəd bəyaz və çəhrayı rəngli çilçıraq; 5) 2 ədəd bəyaz və çəhrayı rəngli gecə lampası; 6) 1 divan, 2 kreslo, 1 jurnal masasından ibarət bənövşəyi yumuşaq mebel dəsti; 7) 1 stol, 6 stul, 1 komod, 1 servant və 1 TV stendindən ibarət Türkiyə istehsallı 1 ədəd Donat qonaq otağı dəsti; 8) 1 ədəd Samsung markalı televizor; 9) 1 ədəd Siemens markalı paltaryuyan; 10) 1 ədəd Vestel markalı kondisioner; 11) 1 ədəd blinçik bişirən elektrikli tava; 12) 1 ədəd mikser; 13) 1 ədəd qırmızı rəngli qazan dəsti; 14) 1 ədəd mantı qazanı; 15) 1 ədəd göy rəngli Karaca qazan dəsti; 16) 12 nəfərlik çəngəl-bıçaq dəsti; 17) 12 nəfərlik + 6 nəfərlik çay və kofe fincanlarından ibarət ağ qızılı rəngli serviz dəsti; 18) 12 nəfərlik dairəvi serviz dəsti; 19) əl və çay dəsmalları; 20) 2 ədəd şamdan; 21) 1 ədəd ütü masası; 22) 1 ədəd ütü; 23) 1 ədəd göy rəngli yataq örtüyü; 24) 1 ədəd qəhvəyi rəngli yataq örtüyü dəsti; 25) 1 ədəd 2 nəfərlik döşək, 2 ədəd 2 nəfərlik yorğan, 2 ədəd ortopedik və 2 ədəd qaz tükündən olan yastıqlar; 26) 1 ədəd qara rəngli yataq örtüyü dəsti; 27) 1 ədəd ağ rəngli yataq örtüyü dəsti; 28) 1 ədəd “Bogema” fincan dəsti; 29) 1 ədəd Saat (fil); 30) 2 ədəd külqabı; 31) 2 ədəd Çexiya istehsallı mürəbbə qabı; 32) 2 ədəd balaca, 1ədəd dairəvi və 2 ədəd kvadrat formalı böyük xalça 33) 1 ədəd bənövşəyi rəngli, gül formalı qab; 34) 1 ədəd üzüm salxım formalı qab; 35) 1 ədəd bənövşəyi rəngli dekorativ meyvə qabı; 36) 2 ədəd dairəvi formalı çərəz qabı; 37) 1 ədəd şirniyyat qabı; 38) 6 ədəd qırmızı rəngli qədimi qədəhlər; 39) 1 ədəd əntiq bəzəkli meyvə qabı; 40) 2 ədəd güldan; 41) 1 ədəd şəffaf qab; 42) 6 stəkan və 1 qrafindən ibarət 1 ədəd viski dəsti; 43) 2 ədəd Çexiya istehsallı xrustal qənd qabı; 44) 1 ədəd “Madonna” çay dəsti; 45) 3 ədəd podnos dəsti; 46) 1 ədəd İran podnosu; 47) 1 ədəd ədviyyat qabı; 48) 7 ədəd süfrə örtüyü; 49) 12 nəfərlik 1 ədəd Türkiyə istehsallı qədəh dəsti; 50) xrustal stəkan, nəlbəki və mürəbbə qabından (rozetka) ibarət 1 ədəd çay servisi; 51) 6 nəfərlik armudu stəkan və nəlbəkilərdən ibarət 1 ədəd çay servisi; 52) 4 ədəd çərçivə; 53) 6 nəfərlik 1 ədəd kofe servisi; 54) 1 ədəd qızılı rəngli, Çexiya istehsallı salfet qabı; 55) şəxsi əşyalar (geyimlər, çantalar, ayaqqabılar, kosmetik vasitələr və bijuteriyalar) Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumu 30 (otuz) manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar