Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1206/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı X11 ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahlarından xx xxxxxxx 2007-ci il təvəllüdlü X16 və xx xxxxxx 2009-cu il təvəllüdlü X12 doğulmuşdur. Rövşən Ağayev Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 19 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-6632/2019 saylı qətnaməsi ilə Rövşən Ağayevlə iddiaçı arasındakı nikahın pozulması, uşaqların ananın himayəsində qalmaları qət edilmişdir. Hazırda uşaqları böyütmək, onların maddi və mənəvi ehtiyaclarını təkbaşına ödəmək vəzifəsi iddiaçının üzərindədir. Cavabdehin və onun valdeyinlərinin maddi imkanlarının yüksək olmasına baxmayaraq, uşaqların saxlanılmasında iddiaçıya heç bir maddi köməklik etmirlər. Nikahın pozulması zamanı Rövşən Ağayevin valideyinləri ondan aliment istəməməsini xahiş etmiş və alimenti özləri ödəyəcəklərini bildirmiş, iddiaçı da ona görə nikahın pozulması zamanı Rövşən Ağayevdən alimentin tutulmasını tələb etməmişdir. Lakin sonradan Rövşən Ağayevin valideyinlərindən uşaqların saxanılması üçün pul istəsə də, onlar iddiaçıya pul verməmiş və iddiaçı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5136/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının X8 qarşı iddia tələbi qismən təmin edimiş və xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla iki uşaq üçün hər birinə 170 manat olmaqla hər ay ümumilikdə 340 manat alimentin tutulması qət edilmişdir. Lakin alimentlə bağlı iddiaçının cəhdlərimə baxmayaraq indiyə kimi, heç bir məbləğdə aliment ödənilməmişdir. Uşaqlarını tək başına saxlayaraq onların maddi ehtiyaclarını özü ödəyir, bu isə ona həddidən artıq böyük yükdür. Hazırda cavabdehlərin maddi imkanı olduqca yüksəkdir. Qeyd olunanlara əsasən iddiaçı xahiş etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə xx xxxxxxx 2007-ci il təvəllüdlü X9 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq hər uşağa görə hər ay 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsi məhkəməyə təqdim edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X10 iddiası tamamilə əsassız olmaqla həm də yolverilməzdir . Belə ki, hazırki iddia üzrə iddiaçı X3 Firudin İmanverdi oğluna qarşı eyni iddia tələbi ilə əvvəllər də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsin xx xxxxxxx 2019-cu tarixli 2(001)-6804/2019 saylı qətnaməsi ilə iddia əsassız olduğu üçün rədd edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsində göstərilmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddisinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün valideyinlərindən maddi yardım ala bilmədikdə , buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə asasan, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdyi halları sübut etməlidir. Şərh olunan normanın məzmunundan görünür ki, baba və nənədən aliment ödənilməsi tələb edilərkən digər tərəfin zəruri vəsaitə malik olmasını əsaslandırmalıdır. Lakin iddiaçı tərəfdən cavabdehin hər ay hər uşağa görə 200 manat aliment ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyinə görə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir”. Bundan sonra hazırkı iddia üzrə iddiaçı X4 həyat yoldaşı X8 qarşı eyni iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cu il tarixli, 2(001)-5136/2020 saylı qətnaməsi ilə X10 iddiası qismən təmin olunmuş, onun xeyrinə X5 xx xxxxxxx 2007-ci il təvəllüdlü X9 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq hər uşağa görə hər ay 170 manat, ümumilikdə 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə mövcud olduğu halda, X10 bilərəkdən cavabdehləri incitmək, onlara özünün dəfələrlə bildirdiyi kimi əziyyət vermək məqsədi ilə əsassız və qanunsuz olaraq onlara qarşı artıq bu barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq iddia qaldırması qanunsuz və yolverilməzdir. Cavabdeh1 oglu Bakı şəhəri, Sahil qəsəbəsi, Mərkəzi küçə, ev 11, mənzil 23 ünvanda qeydiyyatda olmaqla yaşayır, təqaüdçüdür. Özü 237 manat, xəstə və yaşlı həyat yoldaşı Cavabdeh2 isə 130 manat təqaüd alır. Maddi təminatlarını güclə ödəyirlər. Cavabdeh1 oglunun sağlamlığında kifayət qədər problemlər vardır. Eyni zamanda oğlu X7 həbs olunmasından sonra ürəyində də ciddi problemlər yaranmışdır. Aldığı təqaüd isə onun dərman və müalicə xərclərini belə ödəmir. İddiaçı X17 özü də işləyir, anası da yüksək təqaüd almaqla bərabər həm də işləyir. X13 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx xxxxxx 2019-cu il tarixli Vİ********** saylı arayışında da göstərilir ki, iddiaçı X10 anası X13 1114 manat 54 qəpik təqaüd alır. Qeyd olunanlara əsasən cavabdehlər iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı qızının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, məhkəmə qətnaməsi ilə Rövşən Ağayevdən alimentin tutulması qət edilsə də, bu günədək aliment ödənilmir. Bu xüsusatı sübut etmək üçün tərəfindən Azərbaycan Respublikası Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinə sorğu verilmiş, lakin hal-hazırda sorğunun cavabı alınmamışdır. Bundan əlavə Cavabdeh1 oglunun yüksək gəlirləri və kifayət qədər maddi imkanının olması göz qabağındadır. Belə ki, o, “karyer” sahibi və bir neçə hüquqi şəxsin rəhbəridir. Cavabdehin təqaüdçü olması onun maddi imkanının olmamasına dəlalət etmir. Digər Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. O, eyni zamanda məhkəməyə bildirdi ki, Cavabdeh1 adına hüquqi şəxslər qeydiyyatdan keçirilsə də, onun həmin hüquqi şəxslərin fəaliyyətindən hər hansı gəlir əldə etməsinə dair iş materiallarında sübut yoxdur. Hal-hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və həmin qətnamə ilə alimentin X5 tutulması qət edilib. Rövşən Ağayev hal-hazırda cəzaçəkmə müəssisəsində olsa və aliment ödəyə bilməsə də, onun işi hələ də məhkəmə araşdırılmasının predmetidir və ola bilsin ki, yaxın gələcəkdə o, özü cəzaçəkmə müəssisəsindən çıxıb uşaqların saxlanılması üçün müəyyən edilmiş alimenti ödəyəcək. Belə olan halda hal-hazırda onun valideynlərindən aliment tutulması üçün hər hansı qanuni əsas yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X9 atası X11, anası isə X23 qızıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6804/2019 saylı qətnaməsi ilə iddiaçı X10 Cavabdeh1 qarşı aliment tələbinə dair iddia ərizəsi rədd edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 1997-ci il 2 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, ... davam edən hüquq münasibətlərində (məsələn, nikahın pozulması tələbinin təmin edilməməsi, uşaq tələbi və sair) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması eyni tərəflər arasında, eyni predmetə dair,eyni əsaslar üzrə ikinci qətnamənin qəbul edilməsini istisna etmir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6804/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd olunduqdan sonra o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxxx 2007-ci il təvəllüdlü X9 və xx xxxxxx 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçı X10 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Maddənin məzmunundan göründüyü kimi bu tip iddialara baxılarkən məhkəmə tərəfindən iki amil araşdırılmalıdır: - yetkinlik yaşına çatmayan nəvələrin saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilib-bilməmələri; - baba və nənənin buna zəruri vəsaitə malik olub-olmaması. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi, X7 hal-hazırda cəzaçəkmə müəssisəsində olması və aliment ödəməməsi işin mübahisələndirilməyən hallarındandır. İş materiallarında olan “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (etiraz ərizəsində qeyd olunduğu kimi, o, Bakı şəhəri, Sahil qəsəbəsi, Mərkəzi küçə, ev 11, mənzil 23 ünvanında qeydiyyatda olmaqla yaşayır), “Mercedes Benz GL320 CDİ” minik markalı, 900E098 dövlət qeydiyyat nişanlı və “VAZ 21214” minik markal, 90UA037 dövlət qeydiyyat nişanlı avtomobillər mövcuddur. O, “Tərlan” müəssisəsinin və hal-hazırda fəaliyyətdə olan “xxxx” MMC-nin (daş karxanası) rəhbəridir. Eyni zamanda, Cavabdeh1 264,50 manat məbləğində təqaüd alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları Bəyannaməsinin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (xx xxxxxx 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı işdə ilk olaraq uşaqların maraqları diqqət mərkəzində olmalıdır. İş materiallarından göründüyü kimi, uşaqların atası X8 Bakı Hərbi Məhkəməsinin hökmü ilə 19 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, hal-hazırda cəzacəkmə müəssisəsindədir, uşaqların anası İddiaçı səhhətində isə ciddi problemlər mövcuddur. Belə olan halda uşaqların normal həyat səviyyəsinin saxlanılması üçün alimentin zəruri vəsaitə malik olan baba və nənədən tutulması uşaqların mənafeyinin qorunmasına birbaşa xidmət edir. İş materialları ilə Cavabdeh2 zəruri vəsaitə malik olması təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi qismən – yalnız babaya münasibətdə təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, lakin o tələbində alimentin xx.xx.2019-cu il tarixdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunanlara əsasən, Ailə Məcəlləsinin 89-cu maddəsinin müddəaları o halda tətbiq edilə bilər ki, yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməsinlər və baba və nənə buna zəruri vəsaitə malik olsunlar. Qeyd olunan xüsusatların isə retrospektiv araşdırılmasını mümkün edən kifayət qədər sübut iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdən başlayaraq xx xxxxxxx 2007-ci il təvəllüdlü X9 və xx xxxxxx 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh1 tutularaq iddiaçı X15 ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq xx xxxxxxx 2007-ci il təvəllüdlü X9 və xx xxxxxx 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1206/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1206/2021
01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver