Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1220/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu sosial şəbəkələrdə, xəbər portallarında və digər dövlət qurumlarına müraciətlərində şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələdiyi üçün, vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun Cavabdeh Siman qızından tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh öz "instagram", "tiktok" və "facebook" hesabından və müxtəlif saytlarda olan açıqlamaları ilə onun şərəf-ləyaqətini alçaltmaqda, barəsində həqiqətdən uzaq olan böhtan xarakterli məlumatlar yaymaqda və onu təhqir etməkdədir. Belə ki, qoşma vasitəsi ilə məhkəməyə təqdim etdiyi çıxarışlardan açıq-aşkar görünür ki, şəxs müxtəlif üsul və vasitələrlə onun cəmiyyətdə olan nüfuzunu alçaltmaq və onu gözdən salmaq niyyətindədir. Cavabdeh tərəfindən törədilmiş cinayəti təfərrüatlı formada qeyd ediləcəkdir. Lakin ilk başda şəxsin onun barəsində bu əsassız məlumatları yayma səbəbini bildirməlidir. Belə ki, Cavabdeh ona müraciət edərək AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində hüquqlarının müdafiəsi üçün müqavilə bağlamaq istədiyini bildirdi. Buna əsasən Cavabdeh ilə müqavilə bağlandı və özü tərəfindən 5 saylı vəkil bürosunda büronun kassasına müqavilə ödənişi köçürüldü. Bunun ardınca şəxsin vəkilliyini etməyə başladı. Bu müddət ərzində şəxsə tam keyfiyyətli hüquqi yardım göstərilmişdir. Lakin bir müddət sonra Cavabdeh öz sosial şəbəkə hesablarından digər bir vəkili olan Emin Kiçikbəyovu təhqir etməyə başladı. Bunun ardınca da X2 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət etdi. Cavabdeh isə ondan həmin işdə onun vəkilliyini etməyini tələb etdi. O, isə onunla həmin hissədə müqavilənin olmadığını, ümumiyyətlə bu etdiklərinin etikaya və qanuna zidd olduğunu, tez bir zamanda bu tip hərəkətlərini dayandırmalı olduğunu bildirdi. Bunun ardınca isə Cavabdeh sözün əsl mənasında onunla öz arasında prinsip yaradaraq eyni təhqir və böhtanları onun barəsində yaymağa başladı. Barəsində yayılmış təhqiredici və böhtan xarakterli məlumatları aşağıda qeyd edəcəkdir: "10.000 manat pulumu, dələduzluq yolu ilə ələ keçirən vəkil barəsində, prokurorluq orqanlarında cinayət işinin başlanılması üçün qəbuldan keçdim" Onunla olan yazışmasını paylaşır. - "Sizin şikayətləri heç kim ciddiyə almayacaq sözlərini, sən Askaya yedirtmək mən qıza borc olsun". Barəsində verilən və veriləcək xüsusi ittiham şikayətlərinə münasibətdə yazır - "Binəqədi məhkəməsi bezib e bu dələduzların əlindən, gücləri xüsusi ittihama çatır". Onun məhkəmə çıxışında çəkdirdiyi foto şəklini paylaşaraq üzərinə yazır - "Şərəfsiz". Yenidən məhkəməyə müraciət etməməyi ilə hədə gəlir - "Dallı oğlan deyirəm versin barəmdə şikayət. Kimdən kimə şikayət edəcəklər. Bunları mən əbədi dəfn elədim." Ona məxsus foto şəkli paylaşaraq üzərinə yazır. - "Ora, bura deyirsən ki, mən Dəniz xanımla barışacam, imkan vermərəm problem olsun, gijdıllağ belə barışırsan? Sən bilmirsən kimin arxasında kimin dayandığını? Sənə deyirəm burnuvu soxma da, geri çəkil!". Yenidən onun şəklini paylaşaraq üzərinə yazır- "Peysər, bəs deyirdin sən Ceyhuna heç nə edə bilmərsən? Aa nə heç nə edə bilmərsən, siz həyatda məhv oldunuz e, sizin mantiyanın əyninizə dəyməyəcək, cırığlar, görün bunlar kiminlə rəqs etməyə çalışırdılar, qəhbələr". Daha sonra şəxsi instagram hesabında Ceyhun Yusifovun foto şəklini qoyaraq post paylaşır - "Bildirirəm ki, mən müğənni Cavabdeh, vəkil X1 və vəkil İddiaçı mənə qarşı törətdiyi dələduz cinayət əməlləri ilə bağlı, Azərbaycan Respublikasının Prezidentinə və Vitse Prezidentinə, həmçinin Hüquq mühafizə orqanlarına, Vəkillər Kollegiyasına xx.xx.2024-cü il tarixdə barələrində şikayət ərizələri ünvanlamışam. Belə ki, şikayət ərizəmdə hər iki vəkilin mənim külli miqdarda vəsaitimi ələ keçirmələrini, həmçinin Ceyhun Yusifovun və İddiaçı vəzifəsi ilə bağlı yol verdiyi qanunsuz hərəkətləri, habelə Ceyhun Yusifovun törətdiyi ağır cinayətə görə barəsində açılmış cinayət işinin qərarını, digər sübutları, rəsmi sənədləri, PA, HMO-na, Vəkillər Kollegiyasına təqdim etmişəm. Xahiş edirəm mənim sənət nümayəndəsi olaraq, şikayət ərizəmi xüsusi nəzarət götürərək, vəzifəli şəxslərin qanunsuz hərəkətlərini, həmçinin Ceyhun Yusifovun törətdiyi cinayət əməlinin ciddi araşdırılmasını, hüquqlarımın bərpa olunmasını, maddi zərərlərimin ödənilməsini, aidiyyatı orqanlara göstəriş verəsiniz". Yenidən onun şəklini paylaşaraq üzərinə təhqir yazır. - "Sən s.kdirirsən kollegiyadan, bunu sənə söz verirəm". Eyni formalı təhqirlərini davam etdirir - "Qəhbə qarşıma çıxma, səni s...m", "Sən vəzifədə qalsan, mən bu həyatda Dəniz olmaram." Yenidən ona məxsus foto şəkli paylaşır və təhqirlərə davam edir - "Hələ bu küçüyə baxın e, Ceyhun qarşok tutanı, nəsli qəhbə, sən o, adamları mənim vəkilim olaraq əlaqə yaradıb, sonra ələ keçmisən, o adamlar da yaxşı bilirlər ki, Dəniz siz götdərə babat pul xərcləyib, ay qəhbələr, məni görüşə çağırıb başıma dolanan, dost deyən qəhbələr. Allah mənə birinci günə qədər səbr versin, heç nə demirəm, sizin namusunuzu birər-birər qarşınıza qoyacağam." Onu nüfuzdan salmaq məqsədi ilə yazır - "Ceyhun Yusifovun, İddiaçı müvəkkilləri onlara inanmayın, onlarla vətəndaşlara pullar atırlar, sonra o vətəndaşlar şikayətçi olmağa çalışanda, şikayətlərinə baxılmaması üçün, sizin hüquqlarınızı müdafiə olunması üçün sizə kömək etməyəcəkər. Siz hüquq sahəsində detalları bilmirsiniz deyə, haqqınızı vəkildən tələb etmirsiniz,mən isə təhlil edirəm deyə, hər şeyi tələb edirəm." Onunla yanaşı foto şəklini paylaşaraq onu və ailə üzvlərini təhqir edir.- "Asim, heyif məndən, mənim yanımda sənin kimi anası qəhbə oğraş oturubmuş. Allah mənim dostlarımı, yaxşı insanları mənə çox görməsin, hamı zəng edir ki, Dəniz səbrli ol, döz, biz sənin yanındayıq." Yenidən onunla yanaşı foto şəklini paylaşaraq yazır - "Bundan sonra sən də keçdin o tərəfə? Ay oğraş, sən məşhur müğənninin vəkili idin, o müğənni ki, o bu gün statusları paylaşacaq qız olmayıb, cəmiyyətdə hörmətli qızdır, onsuz hamı məni başa düşür ee, hamı sizi söyür, inanın Allaha heç kim məni qınamır." Onu işarə edərək hədə və təhqirlərini davam etdirir- "Bilin, agah olun. Mən elə bir adam canımıram ki, zəng vursun desin ki, Dəniz xanım onu təhqir etmə və ya paylaşma, Hələ mən o, povudu heç kimə verməmişəm. Hamı mənim xarakterimi bilir, mən mənə qarşı çaşan adamı mələdirəm! Ceyhun əbədi gedib, Asim də onun qucağında, ikisinə birlikdə lay-lay deyib, yola salacağam" Onu və digər həmkarlarını işarə edərək yazır - "Mənim vəkillərim reket imiş, (xəbərim yox imiş. Boyunuzu yerə soxum elə". Onunla olan yazışmasını telefon nömrəsi açıq görüləcək şəkildə paylaşıb üzərinə yazır - "300 manatlıq çeklərinizi gətirib verərsiniz, mən də sizin ağzınıza lotu oğlumun qozunu qoyacam səbrli olun. Mən bu məsələlərdə keşsəm, Cavabdeh ad zad daşımaram, anası qəhbə, petux."; Yenidən onunla olan yazışmasını telefon nömrəsi açıq görüləcək şəkildə paylaşıb üzərinə yazır - "Qəhbənin doğduğu Asim, məni bu yolla sizdən şikayət etməməyim üçün deyirdiniz ki, səni vəkillərindən şikayət edən kimi tanıyacaqlar, qəhbənin doğduğu vəkilə görmədiyi pul vermişəm ki, məni satsın, işləməsin? Hələ keçsin, ömrümdə qəbuluna düşə bilməyəcəklər adamlarla dostluq eləsin, sənin namusun mənim oğlumun olsun, səni mənim adamların ağzına v...." Eyni məzmunlu paylaşımlar Cavabdeh məxsus facebook və tiktok hesablarından da edilmişdir. Göründüyü kimi Cavabdeh həm özünə məxsus olan "instagram" sosial şəbəkə hesabından, həm də müxtəlif xəbər portallarından barəsində əsassız və böhtan xarakterli məlumatlar yaymaqdadır. Həmçinin bildirir ki, məlumatların yayıldığı "instagram" sosial şəbəkə hesabı Cavabdeh özünə məxsusdur və hazırda 95.000-dən çox izləyicisi vardı. Hesabın hər kəsə açıq (yəni public) hesab olduğunu nəzərə aldıqda paylaşımların olduqca geniş bir auditoriyaya çatdığı bəlli olur. İlk başda guya ondan 10.000 manat, daha sonra isə 79.500 manat pul aldığımı bildirməkdədir. Artıq bu hissədə belə tərəfin necə ziddiyyətli ifadələr işlətməsini, hətta verilən pul məbləğini belə təzadlı formada bir neçə fərqli miqdarda qeyd etməsini görürük. Lakin həmin şəxsdən heç bir vaxt həmin məbləğdə pul almamışdır. Tərəflə rəsmi müqavilə bağlanıb və 5 saylı vəkil bürosunda özü rəsmi olaraq ödənişi edib, qəbzlərin də hamısı özünə təqdim edilib. Şəxsə bu müddət ərzində yüksək keyfiyyətli hüquqi yardım göstərilmişdi. Buna baxmayaraq digər vəkili Emin Kiçikbəyovu təhqir etdiyi üçün barəsində xüsusi ittiham şikayəti verildiyi üçün onunla da münasibəti kəskinləşdirmiş, ondan məcburi olaraq həmin işdə onun vəkilliyini etməyini tələb etmişdir. Cavabdeh barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yayması da məhz bu dövrə təsadüf edir. Nəzərə çatdırır ki, 5 ildən artıqdır ki, peşəkar hüquqşünas kimi fəaliyyət göstərir. Artıq iki ilə yaxındır ki, peşəkar vəkil kimi işləyir. Hər zaman fəaliyyət istiqaməti vətəndaşlara düzgün hüquqi yardım göstərmək olmuşdur. Lakin bu yayılan bu məlumatlar açıq-aşkar onu ağır cinayət törətməkdə ittiham etməkdədir. Nəzərə alınsa ki, hüquqşünas-vəkil peşəsində ictimai nüfuz olduqca önəmlidir, ona qarşı bu cinayətin törədilməsinin məqsədyönlü bir qaralama kompaniyası olduğu başa düşülür. Dərc olunan xəbər yazısının başlığı belə öz başına bu tərkibi yaratmaqdadır. Bugünki gündə onun və ailəsinin barəsində bu tip əsassız xəbərlərin yayılması onun həyat və fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərməkdədir. Bunlardan əlavə Cavabdeh müxtəlif xəbər portalları və internet saytlarında böhtan xarakterli məlumatlar yaymağa davam etmişdir. Belə ki, "veteninfo.az" xəbər portalında, "avropainfo" xəbər portalında, "azerbaycanreallıgı" instagram səhifəsində və eyni adlı xəbər saytında, "qafqazaz.com" xəbər saytında xx.xx.2024-cü il tarixdə "Müğənni Cavabdeh: Vəkil Ceyhun Yusifovla İddiaçı pulumu mənimsəyib" başlıqlı və aşağıdakı məzmunda xəbər dərc etdirmişdir: "Vəkillər kollegiyasının üzvləri Ceyhun Yusifov və İddiaçı tərəfindən dələduzluğa məruz qalmışam, mənə hüquqi yardım etmək üçün hər iki vəkillə müqavilə bağladım, 79 min 500 manat ödəniş etdim, mənə isə heç bir huququ yardım etmədilər. " Bu sözləri "Azərbaycan Reallığı"na müğənni Cavabdeh deyib. O, bildirir ki, vəkil Ceyhun Yusifov ondan pulu alandan sonra məhkəmə işini onun xeyrinə həll edəcəyi bağlı yalan vəd verib: "Dedi səni qalib edəcəm, mənim əlimdə zərər çəkmişliyim barədə kifayət qədər faktlar var, haqqımı tələb edəndə isə mənə deyir jurnalistləri çağır, əlinə qandal bağla, get baş prokrorluğun qarşısına, orada etiraz et. Qollarını doğra, jurnalistlər də çəkib ictimailəşdirsin. Mən də etiraz etdim, dedim mən tanınmış adamam bunu necə edə bilərəm? Deyir döyüşmək istəyirsənsə döyüşmək belə olur. Mənə deyir ki mən arvadımı bıçaqladım, mənə qarşı olan cinayət işini belə xitam etdirdim. Özümü ipdən asıb şəkilləri göndərdim hüqüq-muhafizə orqanlarına, onlar da işə belə xidam verdi. Mənə dediyi sözlərin hamısının sübutu, faktı əlimdədir". Müğənni bildirib ki, məsələ ilə bağlı Baş prokurorluğa məlumat verib: "Bütün danışıq sübutları məndədir. Bu adamlar məhkəmə işlərimə çıxmır, bir müqaviləni mənimlə 10 min manata bağlayıblar, heç işimin mahiyyəti nədir onu da bilmirlər. Aidiyyəti qurumlara mənim özüm gedirəm, özüm ərizələr yazıram, özüm vəsadətlər verirəm. Yalandan deyir vəsadətlər vermişəm, heç bir vəsadət verilməyib, heç bir iş görülməyin." deyə şikayətçi Cavabdeh bildirir" Göründüyü kimi Cavabdeh həm özünə məxsus olan "instagram" sosial şəbəkə hesabından, həm də müxtəlif xəbər portallarından barəmdə əsassız və böhtan xarakterli məlumatlar yaymaqdadır. Həmçinin bildirir ki, məlumatların yayıldığı "instagram" sosial şəbəkə hesabı Cavabdeh özünə məxsusdur və hazırda 95.000-dən çox izləyicisi vardr. Hesabın hər kəsə açıq (yəni public) hesab olduğunu nəzərə aldıqda paylaşımların olduqca geniş bir auditoriyaya çatdığı bəlli olur. Xəbər portallarındakı xəbər isə müvafiq olaraq bu şikayət yazılanda 502, 3648 və 2872 dəfə oxunulmuşdur. Bu isə böhtan və təhqir xarakterli paylaşımların artıq bütün cəmiyyət içində yayıldığını göstərməkdədir. Hazırda cinayət məcəlləsinin 147.1 və 148-ci maddələrinə xüsusi ittiham qaydasında Cavabdeh barəsində şikayət verilmişdir. Hazırda işgüzar nüfuzuna xələl gətirdiyinə görə mənəvi ziyanın ödənilməsi barədə məhkəməyə də iddia ərizəsi ilə də müraciət edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin bu hüquqa zidd əməlləri, şəxsi ailə toxunulmazlığını pozan özündə həqiqəti əks etdirməyən və barəsində cəmiyyətdə mənfi rəy formalaşdıran təhqiramiz ifadələri nəticəsində iş fəaliyyətinə xələl gətirməkdədir. Nəzərə çatdırır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Cavabdeh adlı bu müğənni, onu aşağılayan təhqiramiz açıqlamalarına görə onun doğmalarını və ümumiyyətlə onu sevənlər də mənəvi sarsıntı keçiriblər. Onun şərəf və ləyaqətinə ləkə gətirən ifadələri övladlarına da ağır mənəvi zərbə vurmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ünvanına şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli təhqiredici məlumatları yaymağı nəticəsində cəmiyyətdə onun barəsində mənfi rəy formalaşdırmış, bununla da o onun işgüzar nüfuzuna və ictimai mövqeyinə ciddi zərbə vurmuşdur. Cavabdeh yazılı ərizə (etiraz) təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN-nin İstintaq İdarəsinə qəbula dəvət edilmişdir. Belə ki, qəbula, DİN-nin rəhbəri X4 4 dekabr 2024-cü il tarixdə Balakən rayonunda, vətəndaşların qəbulu zamanı şəxsən qəbulunda, vəkillər İddiaçı, Ceyhun Yusifov və Nümayəndə etdiyi şikayət ərizəsinə görə çağırılmışdır. Qəbul zamanı, bildirmişdir ki, hər 3 vəkilin ona qarşı törətdiyi cinayət əməlləri ilə bağlı, ilk PA, Baş Prokurorluğa, DİN-nə və Vəkillər Kollegiyasına şikayətçi olub, məhz DİN-nin rəhbəri X4 4 dekabr 2024-cü il tarixdə Balakən rayonunda vətəndaşların qəbulu zamanı, şəxsən qəbulunda olmuşdur. Qəbul zamanı şikayətçi olduğu hər 3 vəkilin, onu CM-nin 148 və 147 maddələri ilə, onun özünün böhtan ataraq, onun qurumlara olan şikayətinin qarşısını almaqdan, barışıq əldə etməkdən ötrü, hər üç vəkilin onu məhkəməyə verdiyini bildirmişdir. Həmçinin vəkillərin onu məhkəməyə verməmişdən əvvəl barışıq üçün, ona xahişə çıxdıqlarını, onun imtina etdiyini də bildirmişdir. Həmçinin, vəkillərin ona qarşı törətdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün, bu günə qədər HMO-da şikayətçidir. Lakin, vəkil Ceyhun Yusifov onun Vəkillər Kolegiyasına olan şikayətindən, təqdim etdiyi sübutdan sonra, onun vəkillik fəaliyyəti dərhal 1 illik müddətinə dondurulmuşdu. Bildirir ki, DİN-nin əməkdaşları ona qəbulda bildirdilər ki, onun məhkəmədə hüquqlarının pozulmamasından, məhkəmədə obyektivliyin təmin olunması üçün, məhkəməyə ərizə ilə müraciət etsin ki, Binəqədi rayon Məhkəməsi İddiaçı, Ceyhun Yusifovun və Nümayəndə barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq X3 icraatında, onun şikayəti əsasında, onların qanunsuz, həmçinin ona qarşı törətdikləri cinayət əməlləri barədə, o cümlədən pulunun qanunsuz ələ keçirmələri polisdə araşdırma aparılması barədə, Binəqədi rayon Məhkəməsi Nərimanov rayon Polis İdarəsinə sorğu verilsin, sorğunun əsasında polisdən məhkəməyə cavab veriləcəkdir. Beləliklə, Binəqədi rayon Məhkəməsi, barəsində olan hər 3 vəkilin şikayətlərinin, məhkəmə tərəfindən obyektiv araşdırılmasından ötrü, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə sorğu verib, cavab almışdır. Xahiş edir, məhkəmə həmin sorğunu əsaslandıraraq, İddiaçı iddia tələbini icraata qəbul etməsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında həmçinin bildirmişdir ki, iddiaçı və onun həmkarları hüquqi yardım göstərmək adı ilə onun 86000 manat pulunu almışlar. Lakin ona keyfiyyətli hüquqi yardım göstərməmişlər. Sadəcə vədlər vermişlər. Onun şikayətindən sonra isə, ona qarşı bu iddia qaldırılmışdır. Halbuki, səhifələr ona məxsus deyil. İddiaçını heç vaxt təhqir etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, “AzerbaycanRealligi.com”, “veteninfo.az” və “avropa.info” saytlarında "Müğənni Cavabdeh: Vəkil Ceyhun Yusifovla İddiaçı pulumu mənimsəyib" başlıqlı yazı dərc olunmuş, həmin yazıda cavabdehin dilindən "Vəkillər kollegiyasının üzvləri Ceyhun Yusifov və İddiaçı tərəfindən dələduzluğa məruz qalmışam, mənə hüquqi yardım etmək üçün hər iki vəkillə müqavilə bağladım, 79 min 500 manat ödəniş etdim, mənə isə heç bir huququ yardım etmədilər” və "Bütün danışıq sübutları məndədir. Bu adamlar məhkəmə işlərimə çıxmır, bir müqaviləni mənimlə 10 min manata bağlayıblar, heç işimin mahiyyəti nədir onu da bilmirlər. Aidiyyəti qurumlara mənim özüm gedirəm, özüm ərizələr yazıram, özüm vəsatətlər verirəm. Yalandan deyir vəsadətlər vermişəm, heç bir vəsatət verilməyib, heç bir iş görülməyin" kimi ifadələrdən istifadə olunmuşdur. İşin müəyyən olunmuş və mübahisələndirilməyən digər hallarına görə, “deniz_esedova_official” instagram səhifəsində iddiaçının fotoşəkilləri paylaşılaraq onun barəsində “Bundan sonra səndə keçdin o tərəfə? Ay oğraş, sən məşhur müğənninin vəkili idin, o müğənni ki, o bu gün statusları paylaşacaq qız olmayıb, cəmiyyətdə hörmətli qızdır, onsuz hamı məni başa düşür ee, hamı sizi söyür, inanın Allaha heç kim məni qınamır", "Hələ bu küçüyə baxın e, Ceyhun qarşok tutanı, nəsli qəhbə, sən o, adamları mənim vəkilim olaraq əlaqə yaradıb, sonra ələ keçmisən, o adamlar da yaxşı bilirlər ki, Dəniz siz götdərə babat pul xərcləyib, ay qəhbələr, məni görüşə çağırıb başıma dolanan, dost deyən qəhbələr. Allah mənə birinci günə qədər səbr versin, heç nə demirəm, sizin namusunuzu birər-birər qarşınıza qoyacağam", “Şərəfsiz”, “Ora, bura deyirsən ki, mən Dəniz xanımla barışacam, imkan vermərəm problem olsun, gijdıllağ belə barışırsan? Sən bilmirsən kimin arxasında kimin dayandığını? Sənə deyirəm burnuvu soxma da, geri çəkil!”, “Peysər, bəs deyirdin sən Ceyhuna heç nə edə bilmərsən? Aa nə heç nə edə bilmərsən, siz həyatda məhv oldunuz e, sizin mantiyanın əyninizə dəyməyəcək, cırığlar, görün bunlar kiminlə rəqs etməyə çalışırdılar, qəhbələr”, “Sən s.kdirirsən kollegiyadan, bunu sənə söz verirəm”, “Qəhbə qarşıma çıxma, səni s...m”, “Asim, heyif məndən, mənim yanımda sənin kimi anası qəhbə oğraş oturubmuş, Allah mənim dostlarımı, yaxşı insanları mənə çox görməsin, hamı zəng edir ki, Dəniz səbrli ol, döz, biz sənin yanındayıq!” və i. xoşagəlməz ifadələr işlədilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh “Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkilləri X1 və İddiaçı tərəfindən aldatma yolu ilə 68000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi” barədə şikayəti Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılmış və nəticədə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı məhz sözügedən yazılarda barəsində göstərilən məlumatların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar olduğunu iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyri qanuni qəsddən müdafiə hüququna zəmanət verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsində və İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışlar. Hüquqi nöqteyi-nəzərdən şərəf şəxsiyyətin sosial əhəmiyyət kəsb edən ictimai qiyməti deməkdir. Başqa sözlə desək, şərəf şəxsiyyətin cəmiyyət tərəfindən qiymətləndirilməsi, yəni ətrafdakıların konkret şəxsiyyət barədə müsbət rəyi deməkdir. Ləyaqət şəxsiyyətin öz əxlaqi, peşə və digər keyfiyyətlərinə özünün qiymət verməsidir. Ləyaqət cəmiyyətin ona verdiyi qiymətə əsaslanan özünə hörmət deməkdir. Yuxarıda deyilənlər əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət hüququ hər bir fiziki şəxsin, əmək kollektivinin və ya təşkilatın ayrılmaz hüququdur. Bu hüququn pozulması böyük mənəvi ziyan, hərəkət azadlığına və ictimai mövqeyə zərbə vuraraq ətrafdakılarda əlverişsiz təəssürat yaradır. Buna görə də dövlət onun şəxsi qeyri-əmlak hüququnu qorumalıdır. Fiziki və ya hüquqi şəxs kütləvi informasiya vasitəsinin redaksiyasından həmin kütləvi informasiya vasitəsində yayımlanmış həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətinə ləkə vuran məlumatların təkzib olunmasını tələb etmək hüququna malikdir. Bu halda yayımlanmış məlumatlar ümumilikdə aşağıdakı iki əlamətə malik olmalıdır: - həqiqətə uyğun olmayan məlumatlar kütləvi informasiya vasitələrində yayımlanmışdır; - kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar ləkələyici xarakterə malikdir. Məhkəmə praktikası həqiqətə uyğun olmayan ləkələyici məlumatların təkzib olunması qaydasını müəyyən edir: - vətəndaşın şərəf və ləyaqətinə ləkə vuran məlumatlar kütləvi informasiya vasitəsində yayımlanmışdırsa, bu məlumatlar həmin kütləvi informasiya vasitəsində də təkzib olunmalıdır; - həmin məlumatlar hər-hansı bir təşkilatdan çıxan sənəddə əks olunubsa, bu sənəd dəyişdirilməli və ya geri çağırılmalıdır. Digər hallarda təkzib etmə qaydası məhkəmə tərəfindən müəyyən olunur. Barəsində kütləvi informasiya vasitəsində hüquqlarını və qanunla qorunan maraqlarını pozan məlumat yayımlanmış vətəndaşın cavabını həmin kütləvi informasiya vasitəsində dərc etdirmək hüququ var. Ümumilikdə ləkələyici məlumatı təkzib etmə üsulu həmin məlumatın yayımlanma üsuluna uyğun olmalıdır. Təkzibin özünün mahiyyəti bundan ibarətdir: - birincisi, təkzibi bilavasitə həqiqətə uyğun olmayan ləkələyici məlumatı yaymış şəxs verməlidir; - ikincisi, təkzibdə həqiqətə uyğun olmayan ləkələyici məlumatın inkarı əks olunmalıdır; - üçüncüsü, məlumat zərərçəkmişin pozulmuş hüquqlarının bərpasını maksimum təmin edəcək qaydada təkzib olunmalıdır. Məsələn, ləkələyici məlumat KİV-də yayımlanıb, yəni məlumat çoxlu sayda şəxsə gedib çatıb. Deməli, bu halda pozulmuş hüquqların ən səmərəli bərpa edilməsi üsulu həmin məlumatı elə həmin formada həmin KİV-də təkzib etməkdir. Ləkələyici məlumatlar hər hansı kollektivin təmsilçiləri arasında yayılıbsa, ən məqsədəuyğun yol cəmiyyət qarşısında üzr istəməkdir. Lakin qeyd etmək lazımdır ki, tətbiqi yalnız təqsirli şəxsin könüllü razılığı ilə və ya tərəflərin barışıq razılaşması bağlaması – mübahisənin məhkəmə icraatı gedişində sülh yolu ilə tənzimlənməsi və buna uyğun olaraq iş üzrə mülki prosesə xitam verildiyi halda mümkün olan bu cür təkzib tipi qanunvericilikdə yoxdur. Müxtəlif sənədlərdə əks olunmuş ləkələyici məlumat yayılması halında belə məlumatlar müvafiq təkzib mətninin əks olunduğu analoji sənədlərin tərtib edilməsi yolu ilə təkzib olunmalıdır. Əlbəttə ki, bu halda ləkələyici məlumatın KİV-də dərc edilməsi məqsədəuyğun deyil, çünki həmin məlumat yalnız müəyyən şəxslər qrupuna məlum olmuşdur, təkzib mətninin KİV-də dərc edilməsi halında isə bu məlumat daha böyük sayda insanlar üçün açıqlanmış olacaq. Yuxarıda göstərilən üsullarla ləkələyici informasiyanın təkzib edilməsi zərərçəkmişin əlavə təkzib vasitəsi kimi onun iddia tələbini təmin etmiş məhkəmə qərarının surətini müvafiq müəssisələrə göndərməsinə əngəl ola bilməz. Barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatlar yayımlanmış şəxs (fiziki və ya hüquqi) belə məlumatları təkzib etməklə yanaşı, həmin məlumatların yayımlanması nəticəsində yaranmış itkilərin və vurulmuş mənəvi ziyanın əvəzinin pul formasında təzminat şəklində ödənməsini tələb etmək hüququna malikdir. Qanunvericilik vurulmuş mənəvi ziyana görə təzminatın və itkinin əvəzinin ödənməsini mülki hüquqların müstəqil müdafiə üsulları olaraq nəzərdə tutur. Vurulmuş mənəvi ziyana görə təzminat ödənməsi kimi mülki hüquqların bu cür müdafiə üsulu, ilk növbədə, qeyri-maddi nemətlərin müdafiə olunması, o cümlədən başqasının şərəf və ləyaqət toxunulmazlığını müdafiə etmək imkanı nəzərdə tutur. Hazırki iş materiallarından görünür ki, iş üzrə Cavabdeh adından müxtəlif internet saytlarında və “deniz_esedova_official” instagram səhifəsində iddiaçı barəsində xoşagəlməz ifadələr və məlumatlar paylaşılmış, habelə cavabdeh ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək, iddiaçının ağır cinayət əməli törətməsini, ona qarşı dələduzluq etdiyini vurğulamış və sonuncu barəsində qanuni tədbirlər görülməsini xahiş etmiş, hüquq-mühafizə orqanında ərizə araşdırılmış, yoxlanma zamanı ərizədə əks olunmuş hallar öz təsdiqini tapmamışdır. Lakin ərizədə əks olunmuş məlumatlar iddiaçının şərəf və ləyaqətinə toxunduğundan, o, şərəf və ləyaqətinin qorunması məqsədilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Mülki Məcəllənin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə görə dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları kütləvi informasiya vasitələri hesab olunur. Məhkəmə ağlabatan mühakimə əsasında, cavabdehin adından müxtəlif internet saytlarında və “deniz_esedova_official” instagram səhifəsində iddiaçı barəsində paylaşılan ifadələr və məlumatlar, habelə Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək iddiaçının ağır cinayət əməli törətməkdə ittiham edilməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olduğu qənaətinə gəlir; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mənəvi ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit olunmuşdur. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2000 (iki min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçının ödədiyi 240 manat dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İddiaçı iddia ərizəsinin verilməsi üçün ödədiyi 240 manat dövlət rüsumunun 40(qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1220/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1220/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver