Məhkəmə qərarları › İş №2(001)-1221/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1221/2025

25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1221/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onu sosial şəbəkələrdə, xəbər portallarında və digər dövlət qurumlarına müraciətlərində şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələdiyi üçün vurulmuş 50.000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 240 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra tələbini artıraraq, məhkəmədən həmçinin Cavabdeh tərəfindən İddiaçı barəsində şikayət ərizəsində yayılmış məlumatların İddiaçı şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan yalan məlumat kimi tanınması, Cavabdeh üzərinə həmin məlumatların təkzib edilməsi və İddiaçı yazılı surətdə və rəsmi qaydada üzr istənilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbinin əsaslandırılması: Cavabdeh öz "instagram", "tiktok" və "facebook" hesabından və müxtəlif saytlarda olan açıqlamaları ilə mənim şərəf ləyaqətimi alçaltmaqda, barəmdə həqiqətdən uzaq olan böhtan xarakterli məlumatlar yaymaqda və məni təhqir etməkdədir. Belə ki, qoşma vasitəsi məhkəməyə təqdim etdiyim çıxarışlardan açıq-aşkar görünür ki, şəxs müxtəlif üsul və vasitələrlə mənim cəmiyyətdə olan nüfuzumu alçaltmaq və məni gözdən salmaq niyyətindədir. Cavabdeh tərəfindən törədilmiş cinayəti təfərrüatlı formada qeyd ediləcəkdir. Lakin ilk başda şəxsin mənim barəmdə bu əsassız məlumatları yayma səbəbini bildirməliyəm. Belə ki, Cavabdeh mənə müraciət edərək AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində hüquqlarının müdafiəsi müqavilə bağlamaq istədiyini bildirdi. Buna əsasən Cavabdeh ilə müqavilə bağlandı və özü tərəfindən 5 saylı vəkil bürosunda büronun kassasına müqavilə ödənişi köçürüldü. Bunun ardınca şəxsin vəkilliyini etməyə başladım. Bu müddət ərzində şəxsə tam keyfiyyətli hüquqi yardım göstərilmişdir. Lakin bir müddət sonra Cavabdeh öz sosial şəbəkə hesablarından digər bir vəkili olan Emin Kiçikbəyovu təhqir etməyə başladı. Bunun ardınca da X6 rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət etdi. Cavabdeh isə məndən həmin işdə onun vəkilliyini etməyimi tələb etdi. Mən isə onunla həmin hissədə müqaviləmin olmadığını, ümumiyyətlə bu etdiklərinin etikaya və qanuna zidd olduğunu, tez bir zaman bu tip hərəkətlərini dayandırmalı olduğunu bildirdim. Bunun ardınca isə Cavabdeh süzün əsl mənasında mənimlə öz arasında prinsip yaradaraq eyni təhqir və böhtanları mənim barəmdə yaymağa başladı. Barəmdə yayılmış təhqiredici və böhtan xarakterli məlumatları aşağıda qeyd edəcəyəm.

3. "10.000 manat pulumu, dələduzluq yolu ilə ələ keçirən vəkil barəsində, prokurorluq orqanlarında cinayət işinin başlanılması üçün qəbuldan keçdım" Mənim adımı işarə edərək məsxərə xarakterli sözlər yazıb məni iki cinayət əməlini törətməkdə ittiham edir-ceka, ay ceka, istintaq ceka 126.1, 178.3.2 CM ay ceka, sən belə çox gedə bilmərsən ay ceka". Ardından məni adam bıçaqlamaqda ittiham edir- "ceka day, güləri də bıçaqlayıb bizi biabır elma aa". Daha sonra şəxsi instagram hesabında mənim foto şəklimi qoyaraq post paylaşımı edir-"Bildirirəm ki, mən müğənni Cavabdeh, vəkil İddiaçı və vəkil X4 mənə qarşı törətdiyi dələduz cinayət əməlləri ilə bağlı, Azərbaycan Respublikasının Prezidentinə, və Vitse Prezidentinə, həmçinin Hüquq mühafizə orqanlarına, Vəkillər Kollegiyasına xx.xx.2024-cü il tarixdə barələrində şikayət ərizələri ünvanlamışam. Belə ki, barəmdə hər iki vəkilin mənim külli miqdarda vəsaitimi ələ keçirmələrini, həmçinin İddiaçı və Asim Abbasovun vəzifəsi ilə bağlı yol verdiyi qanunsuz hərəkətləri, habelə İddiaçı törətdiyi ağır cinayətə görə barəsində açılmış cinayət işinin qərarını, digər sübutları, rəsmi Sənədləri, PA, HMO-na, Vəkillər Kollegiyasına təqdim etmişəm. Xahiş edirəm mənim sənət numayəndəsi olaraq, şikayət ərizəmi xüsusi nəzarət G.türərək, vəzifəli şəxslərin qanunsuz hərəkətlərini, həmçinin İddiaçı törətdiyi cinayət əməlinin ciddi araşdırılmasını, hüquqlarımın bərpa olunmasını, maddi zərərlərimin ödənilməsini, aidiyyatı orqanlara göstəriş verəsiniz." Yenidən məni işarə edir- "Arvadını biçaqlayan adam mənim hüququmu müdafiə edə bilməz, bu adam ağır cinayət törədib, siz bunu necə vəzifədə saxlayırsınız??? Mən sizə sübutlar təqdim etmişəm, rəsmi barəsində açılan cinayət işinin qərarını ardınca da Anar Bağırovun səhifəsi təq edilir. Barəsində verilən və veriləcək xüsusi ittiham şikayətlərinə münasibətdə yazır-"Binəqədi məhkəməsi bezib e bu dələduzların əlindən, gücləri xüsusi ittihama çatır"

4. Foto şəkilimi paylaşaraq üzərinə yazır- "Cındır", Şəxsi instagram hesabını teq edərək yazır- "Görəsən ceka göydən sallanmır" Foto şəklimi paylaşaraq üzərinə yazır- "Görəsən bu Quleybanı bu formada şəkillər çəkdirib paylaşanda nə düşünürdü???" Digər bir paylaşımda yazır- "Ceyhun küçə adamıdır".

5. Mənim xüsusi ittiham şikayəti verəcəyimi təxmin edərək məni həm hədələyir, həm təhqir edir-Görəsən Nərimanovda şərəf və ləyaqət axtarırdı, Binəqədidə də axtaracaq? Bilsəm axtaracaq, canlı açıb yağlıyardım. Ceka indidən deyirəm, məni xüsusi ittihamla versən, səni ortadan G.türəcəklər, tak to çaşma, heç kim imkan verməz ki, sən məni Binəqədiyə verəsən. Heç olmasa evində yorğanın altındasan, hələ bilinmir üzü kürdəxanıya nə zaman gedirsən. Ora təmtəraqlı yola salmaq istəyirəm səni." "Məhkəmədə şərəf axtaran kişicik, ipdən sallanmır, şərəfi həyatda qoruyub, saxlayırlar." Məni və fiziki qüsurumu işarə edərək-"Çolağ dincəl, əl çək, mən sənə etdiyimi, onsuz edirəm. Kimin harda başının necə çatdığınını sənə göstərəcəyəm. Yenə deyirəm, biz ipdən asılı vəziyyətdə qalmamışıq. Deyirəm sənin yaşadığın həyat, bir həyat olmayıb. Məngülə."

6. "Sonra da məhkəmədə şərəf axtarır, bir adam ki həyatda şərəfin qoruyub saxlaya bilmirsə, rəsmiyyətdə heç şərəf tapa bilməz. Utanmıre”. Yenidən məhkəməyə müraciət etməməyimlə hədə gəlir- "Dallı oğlan deyirəm versin barəmdə şikayət Kimdən kimə şikayət edəcəklər. Bunları mən əbədi dəfn elədim." Öz foto şəklini paylaşaraq üzərinə yazır - "Ceyhunu necə palçığ elədime" Öz foto şəklini paylaşaraq üzərinə yazır - "Allah heç kimi sənin kimi sındırmasın Ceyhun, səni mən məhv elədim. Gündəmi zəbt etmisən, rüsvaysan. Dostlar, tanışlar deyir sən onu paylaşmağa başlayanda dedik vse. Allah ona rəhmət eləsin" Mənim foto şəklimi paylaşaraq küçə söyüşləri ilə təhqir edir "Vətəndaşın vəkili kişi olur, qə..ə olmaz, Qə..ə" Eyni şəklimin üzərinə yazır "Dəhşətə gəlirəm ki, bu özünü mənim qarşımda kim hesab edirdi? Yəni mən bu qədərmi kiçik adam olmuşam ki, bu şərəfsiz mənə fırıldaqçılıq eləsin. Əy sənin şərəfini mənimkilər eləsin, sən haranın düdüyüsən ki, mənimlə oyun oynayasan, var yoxu qə..ə" Eyni şəklimin üzərinə yazaraq məni ağır təhqir edir- "Qə..ə, Peysər sən bilmirsən ki, heç kim mənə qarşı çaşa bilməz, ağzını qaşıyarlar o adamın, Sən bilmirsən ki, mənim məsələlərim nəzarətdə olan məsələlərdi. Darıxma sən, gör sənə nələr edəcəyəm." Yenidən eyni şəklimin üzərinə yazır- "Puldan ötrü dalın verən gədə" Eyni formada şəklimin üzərinə açıq-aşkar hədə-qorxu xarakterli ifadə yazır-"Ağzının içindən ataram”, bir digər şəklimi paylaşaraq üzərinə yazır- "Zor edirəm, g.tdü oğlan varsa, çıxsın qarşıma, Ceyhun yoxe, Ceyhunun cəsarət edib arxasında dayana biləcək oğlanın dalını dağıdaram, nəinki Ceyhun, Ceyhunu mən bir çırtmama məhv etmişəm." Başqa bir şəklimi paylaşaraq üzərinə yazır-"Bu qələbələr, digər vətəndaşların yanında xod gedirdilər, elə bilirdilər ki, mənim yanımda da xod gedə bilərlər, ə sən qayını görəndə kəməri başına atan adamsan ki, cərimə yazılmasın, sən haranın dalba...usan mənim qarşımda meydan sulayasan, sənin var yoxunu gözünün qarşısında qoyaram, peysər. Gö.dü oğlansan çıx da ortaya, ÇOLAĞ"

7. Daha sonra özünün avtomobil idarə edərkən şəklini paylaşaraq üzərinə yazır- "Kimin İddiaçıla bağlı problemi var idisə, kef eləyin hamınızın yerinə qisasınızı alıram. Cındır olanın dərsini verəciyik." Yenidən mənim foto şəklimi paylaşaraq yazır - "Neynirsən məni xüsusi ittihamla məhkəməyə verməyə vəkil tapa bilirsən. Emin tapdığından sən də tapacağsan, məndən kim şikayət etmək istəyəndə hansı vəkilə müraciət edirlər, deyirlər ki, Dəniz xanımdan şikayət edirəm vəkillər mənim adım olan işdən imtina edirlər. Sağ olsunlar qeyrətli oğlanlardı, bilirlər ki, Dəniz düzünə yaşayan qızdı, od olub ki, tüstü çıxıb." Yenidən paylaşım edərək yazır "Mən savadlı qızam ki, bu günə qədər qalibəm də, vəkillərini çiləyən qızam ee mən, sizcə mənim qarşımda at oynada bilən, oğlan ola bilər??? Sizin namusunuz, ves mənim nəslimdəkilərin olsun, mən gözümü açıb, nəslimin nümayəndələrin çiyni paqonlu gürmüşəm, siz haranın g.tdərisiniz ki, mənə fırığ gələsiniz. Cır..lar" Mənim foto şəklimi paylaşaraq məni ağır küçə söyüşləri ilə təhqir etməyə davam edir- "Sən ona buna pul atacaqsan ki, kimlərsə sənə vəzifəsi ilə bağlı kömək etsin deyə, sən məni rasxoda verirsən? Sənin arvadını mənim nəslim s....n Ay peysər sən qorxmursan ki, sənin boğazını üzərlər, ay q..bəəəəəə”, Məni nüfuzdan salmaq məqsədi ilə yazır - "İddiaçı, Asim Abbasovun müvəkkilləri onlara inanmayın onlarla vətəndaşlara pullar atırlar, sonra o vətəndaşlar şikayətçi olmağa çalışanda, şikayətlərinə baxılmaması üçün, sizin hüquqlarınızı müdafiə olunması üçün sizə kömək etməyəcək. Siz hüquq sahəsində detalları bilmirsiniz deyı, haqqınızı vəkildən tələb etmirsiniz,mən isə təhlil edirəm deyə, hər şeyi tələb edirəm." Yenidən barəmdə əsassız məlumatlar yayaraq yazır- "Sən cındır Ceyhun mənim saflığımdan, sənə olan inamımdan istifadə edib, mənim bu boyda çəkdiyim əziyyətləri sən satılıb məhv edirsən ay fahi..nin doğduğu, sənin qızını oğluma çıxardacam. Səbirli ol. Sənin g..ün belə şişib, mənə qarşı çaşmısan, mən bilmirəm o məhkəmədə 11 aydır hansı proseslər gedir. Mənim müdafiəm olunmayan ağırlarda, vəsatətlər verilməyib, pozulmuş hüquqlarımın bərpası təmin olunması üçün ittiham idarəsinə, məhkəməyə vəsatətlər verilmir” Mənim şəxsi facebook hesabımdan foto şəklimi G.türüb paylaşaraq təhqir edir- "Qızıvı söyürəm? Əcəb edirəm, sənə demişəm səni çıxdığın yerə salacam. Ağla öl elə. Bunun kayfı başqadır" "Bax adamı belə palçığ edərlər ki, adam birdə vətəndaşa qarşı cındırlığ eləməsin, Mən deyirəm o adam vəkil kimi heç vaxt fəaliyyət göstərməyəcək." Yenidən eyni formalı paylaşım edərək yazır "O deyirsiniz müğənnidir də, müğənnilər biznesdəkilər, belə şərəfsiz vəkildən min dəfə qeyrətli olub, vətəndaşın sözünü deyir. Müğənninin bir paylaşımı, sizin vəkili xoşbəxt etdi. Unutmayın. Bu gün 10 böyük adam varsa, biri də müğənnidi. Müğənnini xalq tanıyır. Tv adamıdır. Mən bu gün hara getsəm Cavabdehm. Ceyhun kimdir? Millətə pul atan barəsində müğənninin şikayəti əsasında araşdırma aparılan təqsirləndirilən şəxs. Ceyhunun nüfuzu müğənni qədər ola bilməz. Qaldı rəsmiyyətə, mən gənc yaşlarımda rəsmiyyətdə çalışanda Ceyhun qoyun otarırdı. Davay" Məni və digər həmkarlarımı işarə edərək "Mənim vəkillərim reket imiş, xəbərim yox imis, Boyunuzu yerə soxum elə." Bunlardan əlavə Cavabdeh müxtəlif xəbər portalları və internet saytlarında böhtan Xarakterli məlumatlar yaymağa davam etmişdir. Belə ki, "veteninfo.az" xəbər portalında, "avropainfo" xəbər portalında, "azerbaycanreallıgı" instagram səhifəsində və eyni adlı xəbər saytında, "qafqazaz.com" xəbər saytında xx.xx.2024-cü il tarixdə "Müğənni Cavabdeh: Vəkil İddiaçıla Asim Abbasov pulumu mənimsəyib başlıqlı və aşağıdakı məzmunda xəbər dərc etdirmişdir:

8. Vəkillər kollegiyasının üzvləri İddiaçı və Asim Abbasov tərəfindən dələduzluğa məruz qalmışam, mənə hüquqi yardım etmək üçün hər iki vəkillə müqavilə bağladım, 79 min 500 manat ödəniş etdim, mənə isə heç bir huququ yardım etmədilər. Bu sözləri "Azərbaycan Reallığı"na müğənni Cavabdeh deyib. O, bildirir ki, vəkil İddiaçı ondan pulu alandan sonra məhkəmə işini onun xeyrinə həll edəcəyi bağlı yalan vəd verib "Dedi səni qalib edəcəm, mənim əlimdə zərər çəkmişliyim barədə kifayət qədər faktlar var, haqqımı tələb edəndə isə mənə deyir jurnalistləri çağır, əlinə qandal bağla, get baş prokrorluğun qarşısına, orada etiraz et. Qollarını doğra, jurnalistlər də çəkib ictimailəşdirsin. Mən də etiraz etdim, dedim mən tanınmış adamam bunu necə edə bilərəm? Deyir döyüşmək istəyirsənsə döyüşmək belə olur. Mənə deyir ki mən arvadımı bıçaqladım, mənə qarşı olan cinayət işini belə xitam etdirdim. Özümü ipdən asıb şəkilləri göndərdim hüququ-mühafizə orqanlarına, onlar da işə belə xitam verdi. Mənə dediyi sözlərin hamısının sübutu, əlimdədir". Müğənni bildirib ki, məsələ ilə bağlı Baş prokurorluğa məlumat verib: "Bütün danışıq sübutları məndədir. Bu adamlar məhkəmə işlərimə çıxmır, bir müqaviləni mənimlə 10 min manata bağlayıblar, heç işimin mahiyyəti nədir onu da bilmirlər. Aidiyyəti qurumlara mənim özüm gedirəm, özüm ərizələr yazıram, özüm vəsatətlər verirəm. Yalandan deyir vəsatətlər vermişəm, heç bir vəsatət verilməyib, heç bir iş görülməyib." deyə şikayətçi Cavabdeh bildirir"

9. Göründüyü kimi Cavabdeh həm özünə məxsus olan "instagram" sosial şəbəkə hesabından, həm də müxtəlif xəbər portallarından barəmdə əsassız və böhtan xarakterli məlumatlar yaymaqdadır. Həmçinin bildirirəm ki, məlumatların yayıldığı "instagram" sosial şəbəkə hesabı Cavabdeh özünə məxsusdur və hazırda 95.000-dən çox izləyicisi vardır. Hesabın hər kəsə açıq (yəni public) hesab olduğunu nəzərə aldıqda paylaşımların olduqca geniş bir auditoriyaya çatdığı bəlli olur. Xəbər portallarındakı xəbər isə müvafiq olaraq bu şikayət yazılanda 502, 3648 və 2872 dəfə oxunulmuşdur. Bu isə böhtan və təhqir xarakterli paylaşımların artıq bütün cəmiyyət içində yayıldığını göstərməkdədir. Hazırda cinayət məcəlləsinin 147.1 və 148-ci maddələrinə xüsusi İttiham qaydasında Cavabdeh barəsində şikayət verilmişdir. Hazırda işgüzar nüfuzuma xələl gətirdiyinə görə mənəvi ziyanın ödənilməsi barədə məhkəməyə də iddia ərizəsi ilə də müraciət edirəm. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin bu hüquqa zidd əməlləri, şəxsi ailə toxunulmazlığımızı pozan özündə həqiqəti əks etdirməyən və barəmdə cəmiyyətdə mənfi rəy formalaşdıran təhqiramiz ifadələri nəticəsində iş fəaliyyətimə xələl gətirməkdədir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ünvanıma şərəf və ləyaqətimizi alçaldan həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli tehqiredici məlumatları yaymağı nəticəsində cəmiyyətdə mənim barəmdə mənfi rəy formalaşdırmış, bununla da o mənim işgüzar nüfuzuma və ictima mövqeyimə ciddi zərbə vurmuşdur. Proses iştirakçılarının izahatları:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hal-hazırda cavabdeh öz təhqirlərinə, paylaşımlarına davam edir. Xətai Rayon Məhkəməsi tərəfindən cavabdeh müvəqqəti təminat tədbirinin icra edilməsindən yayındığına görə, icra məmurunun təqdimatı ilə cərimə edilmişdir. Paylaşılan məlumatlar yalandır və iddiaçının şərəf, ləyaqətinə toxunur. Cavabdehin instaqram sosial şəbəkəsində paylaşdığı ifadələrə görə barəsində xüsusi ittiham qaydasında hökm çıxarılmışdır. Praktikada onların tələbləri ilə bağlı anoloji məhkəmə qətnamələri var. İcra qurumuna yazılı təkzib verilməsi və üzr istənilməsi də qəbuledilən addım ola bilər. Cavabdeh barəsində bu gün də davam edən xüsusi ittiham qaydasında şikayətlər məhkəmənin icraatında var.

11. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, Cavabdeh öz "instagram", "tiktok" və "facebook" hesabından və müxtəlif saytlarda olan açıqlamaları ilə iddiaçının şərəf-ləyaqətini alçaltmaqda, iddiaçının barəsində həqiqətdən uzaq olan böhtan xarakterli məlumatlar yaymaqda və təhqir etməkdədir. Cavabdeh İddiaçı müraciət edərək Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində hüquqlarının müdafiəsi üçün müqavilə bağlamaq istədiyini bildirmişdir. Buna əsasən iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və cavabdeh tərəfindən 5 saylı vəkil bürosunda büronun kassasına müqavilə ödənişi köçürülmüşdür. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə tam keyfiyyətli hüquqi yardım göstərilmişdir. Hətta cavabdeh müxtəlif saytlarda İddiaçı tərifləmişdir. Lakin bir müddət sonra Cavabdeh öz sosial şəbəkə hesablarından digər bir vəkili olan Emin Kiçikbəyovu təhqir etməyə başlamışdır. Bunun ardınca da Emin Kiçikbəyov cavabdeh barəsində Binəqədi rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət etmişdir. Bundan sonra Cavabdeh isə iddiaçıdan həmin işdə onun vəkilliyini etməsini tələb etmişdir. İddiaçı isə onunla həmin hissədə müqavilənin olmadığını, ümumiyyətlə bu etdiklərinin etikaya və qanuna zidd olduğunu, tez bir zamanda bu tip hərəkətlərini dayandırmalı olduğunu bildirmişdir. Bundan sonra isə Cavabdeh sözün əsl mənasında iddiaçı ilə öz arasında prinsip yaradaraq eyni təhqir və böhtanları iddiaçının barəsində yaymağa başlamışdır. Ümumiyyətlə məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, cavabdeh bu tip cinayəti törətməyə meylli şəxsdir. Cavabdeh barəsində dəfələrlə xüsusi ittiham qaydasında hökm çıxmışdır. Cavabdehin təhqirlərinin qarşısını almaq üçün müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə təmin olunmuş və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu gündə iddiaçı barəsində məlumatları yaymağa davam edir və səhifənin guya ona aid olmadığını bildirmişdir. Lakin digər məhkəmə proseslərində səhifənin cavabdehə məxsus olması sübut olunmuşdur. Hətta cavabdeh səhifənin ona aid olub-olmamasını aydınlaşdırmaq üçün ekspertiza təyin edilməsini xahiş etsə də, cavabdehin xahişi nəzərə alınmamışdır. Cavabdeh həm özünə məxsus olan "instagram" sosial şəbəkə hesabından, həm də müxtəlif xəbər portallarından iddiaçı barəsində əsassız və böhtan xarakterli məlumatlar yaymaqdadır. Həmçinin bildirirəm ki, məlumatların yayıldığı "instagram" sosial şəbəkə hesabı Cavabdeh özünə məxsusdur və hazırda 95000-dən çox izləyicisi vardır. Hesabın hər kəsə açıq hesab olunduğunu nəzərə aldıqda paylaşımların olduqca geniş bir auditoriyaya çatdığı bəlli olur. Cavabdeh iddiaçı barəsində şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli təhqiredici məlumatları yaymağı nəticəsində cəmiyyətdə iddiaçı barəsində mənfi rəy formalaşdırmış, bununla da iddiaçının işgüzar nüfuzuna və ictimai mövqeyinə ciddi zərbə vurmuşdur. Bundan başqa cavabdeh iddiaçının ailəsi barəsində də təhqir və böhtan xarakterli məlumatlar yayır. Cavabdeh iddia edir ki, guya həmin səhifə ona məxsus deyildir. Lakin o, cavabdehin başqa şəxsləri də təhqir etməsi barədə sosial şəbəkə hesabından olan çıxarışları məhkəməyə təqdim edir. Bundan başqa cavabdeh iddiaçı barəsində müxtəlif dövlət qurumlarına və vəkillər kollegiyasına da şikayətlər etmişdir. Lakin cavabdehin şikayətləri ilə bağlı iddiaçıya heç bir irad bildirilməmişdir. Cavabdeh barəsində xüsusi ittiham qaydasında şikayət verilmişdir və şikayətləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nuriyev tərəfindən icraata qəbul olunmuşdur. Ona görə də, hazırda cavabdedən iddiaçının xeyrinə yalnız mənəvi ziyanın tutulmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan cinayət işində bir epizodda şahid, digər epizodda isə zərərçəkmiş şəxs qismində cəlb olunmuşdur. Cavabdeh 68000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı X7 və İddiaçı barəsində Bakı şəhəri Nərimanov RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda iş araşdırılır və işin gedişatı onu göstərir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunacaqdır. Qərar bizə təqdim olunan kimi elektron qaydada məhkəməyə təqdim edəcək. Nərimanov RPİ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından şikayət verilməyib. Çünki şikayət verilmiş olsa idi, bununla bağlı bizə məhkəmə tərəfindən bildiriş göndərilərdi. 14 mart 2024-cü il tarixdə İddiaçı xüsusi ittihamçı olduğu işdə Cavabdeh barəsində ittiham edici hökm çıxmışdır. Bütün bunlar Cavabdeh əməllərini göz önünə çıxarır. Şəxs islah olunmağa meyilli deyil.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

13. "veteninfo.az" xəbər portalında, "avropainfo" xəbər portalında, "azerbaycanreallıgı" adlı xəbər saytında, xx.xx.2024-cü il tarixdə "Müğənni Cavabdeh: Vəkil İddiaçıla Asim Abbasov pulumu mənimsəyib” dərc edilmiş xəbərin tam mətni: Vəkillər kollegiyasının üzvləri İddiaçı və Asim Abbasov tərəfindən dələduzluğa məruz qalmışam, mənə hüquqi yardım etmək üçün hər iki vəkillə müqavilə bağladım, 79 min 500 manat ödəniş etdim, mənə isə heç bir huququ yardım etmədilər. Bu sözləri "Azərbaycan Reallığı"na müğənni Cavabdeh deyib. O, bildirir ki, vəkil İddiaçı ondan pulu alandan sonra məhkəmə işini onun xeyrinə həll edəcəyi bağlı yalan vəd verib "Dedi səni qalib edəcəm, mənim əlimdə zərər çəkmişliyim barədə kifayət qədər faktlar var, haqqımı tələb edəndə isə mənə deyir jurnalistləri çağır, əlinə qandal bağla, get baş prokrorluğun qarşısına, orada etiraz et. Qollarını doğru, jurnalistlər də çəkib ictimailəşdirsin. Mən də etiraz etdim, dedim mən tanınmış adamaım bunu necə edə bilərəm? Deyir döyüşmək istəyirsənsə döyüşmək belə olur. Mənə deyir ki mən arvadımı bıçaqladım, mənə qarşı olan cinayət işini belə xitam etdirdim. Özümü ipdən asıb şəkilləri göndərdim hüququ-mühafizə orqanlarına, onlar da işə belə xidam verdi. Mənə dediyi sözlərin hamısının sübutu, əlimdədir". Müğənni bildirib ki, məsələ ilə bağlı Baş prokurorluğa məlumat verib: "Bütün danışıq sübutları məndədir. Bu adamlar məhkəmə işlərimə çıxmır, bir müqaviləni mənimlə 10 min manata bağlayıblar, heç işimin mahiyyəti nədir onu da bilmirlər. Aidiyyəti qurumlara mənim özüm gedirəm, özüm ərizələr yazıram, özüm vəsadətlər verirəm. Yalandan deyir vəsadətlər vermişəm, heç bir vəsadət verilməyib, heç bir iş görülməyib." deyə şikayətçi Cavabdeh bildirir"

14. "azerbaycanreallıgı.com" adlı xəbər saytında yayımlanan başlıq: Müğənni Cavabdeh : Vəkil İddiaçıla Asim Abbasov pulumu mənimsəyib-Mənə deyir jurnalistləri çaır, get Baş Prokurorluğun qarşısında özünü, qandalla etiraz et.

15. “deniz_esedova_official” və deniz-esedova_999 adlı instagram səhifəsində iddiaçı barəsində şəkili paylaşılmaqla və şəkili paylaşılmadan işlədilən ifadələr: İddiaçının fotoşəkli üzərində "Cındır", iddiaçının şəxsi instagram hesabını etiketləyərək "Görəsən ceka göydən sallanmır", iddiaçının fotoşəkli üzərində- "Görəsən bu Quleybanı bu formada şəkillər çəkdirib aylaşanda nə düşünürdü???", "Ceyhun küçə adamıdır". “Görəsən Nərimanovda şərəf və ləyaqət axtarırdı, Binəqədidə də axtaracaq? Bilsəm axtaracaq, canlı açıb yağlıyardım. Ceka indidən deyirəm, məni xüsusi ittihamla versən, səni ortadan G.türəcəklər, tak to çaşma, heç kim imkan verməz ki, sən məni Binəqədiyə verəsən. Heç olmasa evində yorğanın altındasan, hələ bilinmir üzü kürdəxanıya nə zaman gedirsən. Ora təmtəraqlı yola salmaq istəyirəm səni.", "Məhkəmədə şərəf axtaran kişicik, ipdən sallanmır, şərəfi həyatda qoruyub, saxlayırlar." Məni və fiziki qüsurumu işarə edərək- "Çolağ dincəl, əl çək, mən sənə etdiyimi, onsuz edirəm. Kimin harda başının necə çatdığınını sənə göstərəcəyəm. Yenə deyirəm, biz ipdən asılı vəziyyətdə qalmamışıq. Deyirəm sənin yaşadığın həyat, bir həyat olmayıb. Məngülə." "Sonra da məhkəmədə şərəf axtarır, bir adam ki həyatda şərəfin qoruyub saxlaya bilmirsə, rəsmiyyətdə heç şərəf tapa bilməz. Utanmıre”. "Dallı oğlan deyirəm versin barəmdə şikayət Kimdən kimə şikayət edəcəklər. Bunları mən əbədi dəfn elədim." Cavabdeh öz foto şəkli üzərinə yazır - "Ceyhunu necə palçığ elədime", öz foto şəklini üzərinə yazır - "Allah heç kimi sənin kimi sındırmasın Ceyhun, səni mən məhv elədim. Gündəmi zəbt etmisən, rüsvaysan. Dostlar, tanışlar deyir sən onu paylaşmağa başlayanda dedik vse. Allah ona rəhmət eləsin", iddiaçının fotoşəkili üzərində- "Vətəndaşın vəkili kişi olur, Q..bə olmaz, Q..bə" Eyni şəklimin üzərinə yazır "Dəhşətə gəlirəm ki, bu özünü mənim qarşımda kim hesab edirdi? Yəni mən bu qədərmi kiçik adam olmuşam ki, bu şərəfsiz mənə fırıldaqçılıq eləsin. Əy sənin şərəfini mənimkilər eləsin, sən haranın düdüyüsən ki, mənimlə oyun oynayasan, var yoxu Q..bə", yenə iddiaçının şəkili üzərində - "Q..bə, Peysər sən bilmirsən ki, heç kim mənə qarşı çaşa bilməz, ağzını qaşıyarlar o adamın, Sən bilmirsən ki, mənim məsələlərim nəzarətdə olan məsələlərdi. Darıxma sən, gör sənə nələr edəcəyəm." İddiaçının şəkil üzərində yazır- "Puldan ötrü dalın verən gədə", iddiaçınınşəkili üzərinə -"Ağzının içindən ataram”, iddiaçının şəkili üstenə- "Zor edirəm, G.tdü oğlan varsa, çıxsın qarşıma, Ceyhun yoxe, Ceyhunun cəsarət edib arxasında dayana biləcək oğlanın dalını dağıdaram, nəinki Ceyhun, Ceyhunu mən bir çırtmama məhv etmişəm.", iddiaçının fotoşəkili üzərinə yazır - "Bu qələbələr, digər vətəndaşların yanında xod gedirdilər, elə bilirdilər ki, mənim yanımda da xod gedə bilərlər, ə sən qayını görəndə kəməri başına atan adamsan ki, cərimə yazılmasın, sən haranın dalbayovusan mənim qarşımda meydan sulayasarı, sənin var yoxunu gözünün qarşısında qoyaram, peysər. G.tdü oğlansan çıx da ortaya, ÇOLAĞ", Cavabdeh öz şəkili üzərinə yazır- "Kimin İddiaçıla bağlı problemi var idisə, kef eləyin hamınızın yerinə qisasınızı alıram. Cındır olanın dərsini verəciyik.", iddiaçının fotoşəkli üzərinə yazır - "Neynirsən məni xüsusi ittihamla məhkəməyə verməyə vəkil tapa bilirsən. Emin tapdığından sən də tapacağsan, məndən kim şikayət etmək istəyəndə hansı vəkilə müraciət edirlər, deyirlər ki, Dəniz xanımdan şikayət edirəm vəkillər mənim adım olan işdən imtina edirlər. Sağ olsunlar qeyrətli oğlanlardı, bilirlər ki, Dəniz düzünə yaşayan qızdı, od olub ki, tüstü çıxıb.", "Mən savadlı qızam ki, bu günə qədər qalibəm də, vəkillərini çiləyən qızam ee mən, sizcə mənim qarşımda at oynada bilən, oğlan ola bilər??? Sizin namusunuz, ves mənim nəslimdəkilərin olsun, mən gözümü açıb, nəslimin nümayəndələrin çiyni paqonlu gürmüşəm, siz haranın G.tdərisiniz ki, mənə fırığ gələsiniz. Cırığlar", İddiaçının foto şəkli üzərində - "Sən ona buna pul atacaqsan ki, kimlərsə sənə vəzifəsi ilə bağlı kömək etsin deyə, sən məni rasxoda verirsən? Sənin arvadını mənim nəslim s....n Ay peysər sən qorxmursan ki, sənin boğazını üzərlər, ay Q..bəəəəəə”, - "İddiaçı, Asim Abbasovun müvəkkilləri onlara inanmayın onlarla vətəndaşlara pullar atırlar, sonra o vətəndaşlar şikayətçi olmağa çalışanda, şikayətlərinə baxılmaması üçün, sizin hüquqlarınızı müdafiə olunması üçün sizə kömək etməyəcək. Siz hüquq sahəsində detalları bilmirsiniz deyı, haqqınızı vəkildən tələb etmirsiniz,mən isə təhlil edirəm deyə, hər şeyi tələb edirəm.", - "Sən cındır Ceyhun mənim saflığımdan, sənə olan inamımdan istifadə edib, mənim bu boyda çəkdiyim əziyyətləri sən satılıb məhv edirsən ay fahişənin doğduğu, sənin qızını oğluma çıxardacam. Səbirli ol. Sənin G.tün belə şişib, mənə qarşı çaşmısan, mən bilmirəm o məhkəmədə 11 aydır hansı proseslər gedir. Mənim müdafiəm olunmayan ağırlarda, vəsatətlər verilməyib, pozulmuş hüquqlarımın bərpası təmin olunması üçün ittiham idarəsinə, məhkəməyə vəsatətlər verilmir”, iddiaçının fotoşəkli üzərində - "Qızıvı söyürəm? Əcəb edirəm, sənə demişəm səni çıxdığın yerə salacam. Ağla öl elə. Bunun kayfı başqadır" "Bax adamı belə palçığ edərlər ki, adam birdə vətəndaşa qarşı cındırlığ eləməsin, Mən deyirəm o adam vəkil kimi heç vaxt fəaliyyət göstərməyəcək.", "O deyirsiniz müğənnidir də, müğənnilər biznesdəkilər, belə şərəfsiz vəkildən min dəfə qeyrətli olub, vətəndaşın sözünü deyir. Müğənninin bir paylaşımı, sizin vəkili xoşbəxt etdi. Unutmayın. Bu gün 10 böyük adam varsa, biri də müğənnidi. Müğənnini xalq tanıyır. Tv adamıdır. Mən bu gün hara getsəm Cavabdehm. Ceyhun kimdir? Millətə pul atan barəsində müğənninin şikayəti əsasında araşdırma aparılan təqsirləndirilən şəxs. Ceyhunun nüfuzu müğənni qədər ola bilməz. Qaldı rəsmiyyətə, mən gənc yaşlarımda rəsmiyyətdə çalışanda Ceyhun qoyun otarırdı. Davay"

16. 28 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru, X9 tərəfindən qəbul edilən qərara görə Cavabdeh xx.xx.2024-cü il tarixində Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri İddiaçı və X7 tərəfindən aldatma yolu ilə 68000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi barədə müraciəti əsasında araşdırma aparılmış, X7 və İddiaçı əməllərində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və s. qərara alınmışdır.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001))-226/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündə göstərilir: Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Cavabdeh üzərində qəti olaraq 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 20:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etmərnək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmas və s. hökm edilmişdir.

18. Hökmdə Cavabdeh ifadəsi: Vəkillər İddiaçı, Asim Abbasov və Cavician Osmanlının ona qarşı törətdikləri cinayət əməlləri ilə bağlı ilk dəfə o, Prezident Adminstrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Vəkillər Kollegiyasına şikayətçi olmuşdur. Vəkillərin ona qarşı törətdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün bu günə qədər hüquq mühafizə orqanlarında şikayətçidir. Belə ki, onun Vəkillər Kollegiyasına olan şikayətindən və təqdim etdiyi sübutdan sonra İddiaçı vəkillik fəaliyyəti 1 illik müddətə dayandırılmışdır. O, vəkillər İddiaçı və Asim Abbasovun aldatma yolu ilə onun pulunu ələ keçirmələri barədə şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru Rahib Əliyev tərəfindən 28 yanvar 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də, onun Baş Prokurorluğa müraciətindən sonra həmin qərar ləğv edilmişdir. Hazırda Nərimanov RPİ-nin İstintaq Şöbəsində şikayəti əsasında toplanmış material, Baş Prokurorluğa təqdim etdiyi sübutlara əsasən prokurorluq orqanları tərəfindən nəzarətə G.türülüb, araşdırma aparılmaqdadır. Cabbar Musayevlə olan məhkəmə prosesinden sonra ceza aldıqdan sonra sosial sebeka hesablarini tamamilə bağlamışdır. Həmçinin, Cabbar Musayevlə arasında olan mübahisə instagram deyil, tik-tok platformasında bas verdiyindən, onun 21 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixdə kimi olan dövrdə öz şəxsi "instagram", "tik-tok" ve "facebook" sosial şəbəkə hesabları olmamışdır. Odur ki, həmin dövrdə öz şəxsi "instagram", "tik-tok" va "facebook" sosial şəbəkə hesablarından istifadə edə bilməzdi. Həmin saxta hesablari ona qarşı material yığmaq üçün qəsdən kimsə açıb, ona qarsı: "sübutları" yerləşdirib onlara lazım olan saxta "sübutları” əldə etdikdən sonra yeniden bağlayıblar. Hazırda Asim və Ceyhun dövlət qurumlarının vəzifəli şəxslərini tehqir edib. Halbuki, videogoruntüyə baxış keçirdikdə açıq aşkar görünür ki, müğənni vəkilləri tərəfindən şərləndiyindən Dövlət başçısına və dövlət qurumlarının rəhbərlərinə ağlaya-ağlaya müraciət edir ki, o, vəkilə 86.000 manat pul vermişdir, vəkil onun şikayəti əsasında təqsirləndirilən şəxslə əlbir olub ona məhkəmədə böhtan atıb həbs etdirmek istəyir. Bildirir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zərərçəkmiş olduğu Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi X3 ona və dövlətə qarşı külli miqdarda zərər verməsinə dair barəsində açılmış cinayət işi üzrə tutduğu vəkillər, yəni Ceyhun ve Asim maraq qarşılığında Mehparəni ələ keçirib ki, "sən Dənizə heç bir vəsait ödəmə, Dəniz biz vəkillərnə inanır, biz Dənizin başını qarışdıracağıq, vaxt keçəcək maddələrin müddəti bitəcək, əgər görsək ki, Dəniz əl çəkmir, Dənizin özünü şərləyib tutduracağıq. “Mehparə sən azadlıqda qalib rahat dövlət işində rəhbər vəzifəyə gedəcəksən" deyə vədlər veriblər. Belə ki, bu gün onun barəsində Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında 4 cinayət işi və 4 mülki iddia qaldırılıb, ondan təzminat istəməklə yanaşı onun həbsini tələb edirlər ki, onun şikayətçi və zərərçəkmiş şəxs olaraq hüquq mühafizə orqanlarında həmin şəxslərə qarşı pullarının geri qaytarılması ilə bağlı şikayətlərinin qarşısı alınsın. O, 5 ildir X1 hüquq mühafizə orqanlarına şikayət edir. Bir dəfə olsun Mehpare ondan hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Lakin, İddiaçı, Asim Abbasov bu gün birləşib, Mehparə Kazımovanın adından dövlət qurumlarına onun barəsində şikayətlər yazıb göndərirlər. Sanki bu vəkilləri o, özünə pul verib vəkil yox, düşmən tutmuşdur. Bütün bu hallardan məlumdur ki, vəkilərin ona qarşı bu boyda planlı, qərəzli və böhtan xaraterli iddiaları ondan ötrüdür ki, Mehparəni onun şikayətlərindən, keçdiyi canlı qəbullardan qoruyub, onun cinayət məsuliyyətinə cəlb olunmamasına, vəzifədə qalmasına nail olsunlar. Vəkillərlə Mehparə əlbir olub, onu xüsusi ittiham qaydasında şərləyib həbs etdirmək niyyətindədirlər. Amma həmin şəxslər başa düşmür ki o, məmur və ya həkim deyil ki, mətbuat yalnız onun həbsindən yazsın. O, ictimai şəxs, TV müğənnisi, Azərbaycanın incəsənət xadimidir. Onun əlində şərlənməyi ilə bağlı kifayət qədər sübutları vardır. Onun həbsinə çalışan şəxslər başa düşmürlər ki, bir qadın müğənninin ağır böhtan və ya təhqir maddələri ilə şərlənməsinin sübutları onlar tərəfindən gələcək zamanda TV-də və mətbuatda geniş yayımlanacaqdır. Çünki iddia qaldıran şəxslərin onun tərəfindən təhqir olunmaqlarının və ya ağır böhtanla ittiham olunmalarının heç bir sübutu, dəlili yoxdur. Onlar özləri qabaqcadan əlbir olaraq Mehparə tərəfindən hazırlanmış, planlaşdırılmış şəkildə onun adına instaqram sosial platforma hazırlamış. həmin platformanın "story" hissəsində, yəni açıq səhifədə yayınlanmadan, paylaşılmadan, yalnız "story" hissəsində görüntü hazırlayıb, bu formada onun şərlənməyinə nail olmaq İstəyirlər. Bildirir ki, himayəsində anadan doğulandan əlil uşağı var, hər iki azyaşlı övladını tək başına böyüdür. Övladı sudurğalınır, əlildir, evdə təhsildədir. Uşağa qulluq göstərən, vaxtı-vaxtında ağır dərmanları verib, nezaratda saxlayan özüdür. X2 məhkəmədən ona tam bəraət verilməsi barədə məhkəmə hökümün çıxarılmasını xahiş etmişdir Tədqiq edilmiş sübutlarlar işin müəyyən edilən halları:

19. İddiaçı Cavabdeh onun barəsində xx.xx.2024-cü il tarixindən sosial şəbəkələrdə paylaşılan ifadələrə görə sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsus ittiham qaydasında şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edir, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001))-226/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinir.

20. Hazırda iddiaçı Cavabdeh özünə məxsus olan “deniz_esedova_official” və deniz-esedova_999 adlı instagram səhifəsində onun barəsində işlədiyi ifadələrlə, xəbər portallarındakı çıxışı ilə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirməsi səbəbindən 50000 manat mənəvi zərər qismində pul vəsaitinin tutulmasına, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar kimi tanınmaqla, cavabdeh tərəfindən təkzib verilməsinə, iddiaçıdan yazılı surətdə və rəsmi qaydada üzr istənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

21. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.

22. Azərbaycan Respublikası Konstitusiyasının:

23. 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır;

24. 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz;

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. 23-cü maddəsinin tələblərinə əsasən Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.

28. 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

29. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarında qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsinin İ və İİ hissələri, 122- ci maddəsi üzrə cinayət işi başlamağın rədd edilməsi, başlamış cinayət işinin xitam edilməsi, habelə hökmün çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddtiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində hüquqi məlumatın nədən ibarnət olmasını, hanmsı məlumatın təkzib edildiyini, məlumatın təkzibedilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.

32. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.

34. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

35. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

36. Hər kəsin nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir.

37. Bununla yanaşı qeyd edilməlidir ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, birbiri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əxlaqi keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir.

38. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh sosial şəbəkə səhifələrində həm canlı formada, həm yazılarla iddiaçının barəsində şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzunu ləkələyən ifadələr işlətmişdir. Həmin ifadələrin bəziləri birbaşa, bəziləri isə həqiqətə uyğun olmadığı müəyyən edildikdə şəxsin şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzu ləkələyən ifadələrdir. Bununla belə, iddiaçını ona qarşı dələduzluq etməkdə, əmlakını mənimsəməkdə ittiham edən cavabdeh həmin məlumatların həqiqətə uyğun olduğunu sübut etməli olsa da, bu barədə hər hansı sübut təqdim etməmiş və tədqiq edilən sübutlarla da iddiaçının barəsində qeyd edilən məsələ barədə hər hansı qanuni qüvvəsini almış məhkəmə qərarının olmadığı müəyyən edilmişdir. Eyni zamanda iddiaçının barəsində işlədilən ifadələr qiymətləndirmə mülahizəsindən asılı olmayaraq birbaşa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldılmasına yönəlmişdir.

39. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçının şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı tələbi əsaslıdır və xidməti vəzifəsi baxımından aşağıda göstərilən formada pozulmuş hüququn bərpası təmin edilməlidir.

40. Beləliklə, həm iddiaçının uzun müddət peşəkar vəkil kimi fəaliyyət göstərməklə cəmiyyətdə olan nüfuzunu, həm cavabdehin maddi vəziyyətini, eyni zamanda təkzib və üzr istənilməsi ilə bağlı tələbin təmin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərə kompensasiya məbləğinin 2000 manat məbləğində tuluması ağlabatan və mütənasibdir. Hansı ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X10 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Nəticə etibarı ilə məhkəmə mübahisənin xarakteri və arzuolunan hüquqi nəticə baxımından mənəvi təzminatla bağlı kompensasiya məbləğini ədalətli və işin hallarına uyğun hesab edir.

41. Bununla yanaşı məhkəmənin qənaətinə görə təkzib etmə üsulunun aşağıdakı qaydada müəyyən edilməsi işin hallarına uyğundur.

42. Cavabdeh iddiaçının rəsmi qeydiyyatda olduğu və ya icra qaydasında müəyyən edilən faktiki yaşadığı ünvanına “Mən, Cavabdeh İddiaçı barəsində şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yaydığıma görə üzr istəyirəm” məzmunlu məktub göndərməlidir. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin:

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

45. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

47. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

48. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin edilməli, Cavabdeh üzərinə İddiaçı rəsmi qeydiyyatda olduğu və ya icra qaydasında müəyyən edilən faktiki yaşadığı ünvanına “Mən, Cavabdeh İddiaçı barəsində şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yaydığıma görə üzr istəyirəm” məzmunlu təkzib məktubunun göndərilməsi vəzifəsi qoyulmalı, vurulmuş mənəvi ziyana görə kompensasiya qismində Cavabdeh 2000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

49. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

50. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh üzərinə İddiaçı rəsmi qeydiyyatda olduğu və ya icra qaydasında müəyyən edilən faktiki yaşadığı ünvanına “Mən, Cavabdeh İddiaçı barəsində şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yaydığıma görə üzr istəyirəm” məzmunlu təkzib məktubunun göndərilməsi vəzifəsi qoyulsun. Vurulmuş mənəvi ziyana görə kompensasiya qismində Cavabdeh 2000(iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar