Məhkəmə qərarları › İş №2(001)-1227/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1227/2022

11.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1227/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi dəyəri 1.850 manat təşkil edən 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd şifoner, 2 ədəd dolabça, 1 ədəd güzgülü termodan ibarət “Empuli” markalı yataq dəstinin, ümumi dəyəri 3.059 manat olan 1 ədəd “Bosch” markalı qiyməti 219 manat olan tozsoranın, 1 ədəd “Bosch” markalı qiyməti 99 manat olan tosterin, 1 ədəd “Bosch” markalı qiyməti 149 manat olan mikserin, 1 ədəd “Bosch” markalı qiyməti 99 manat olan elektrik çaydanın, 1 ədəd “Bosch” markalı qiyməti 129 manat olan elektrik kofebişirənin, 1 ədəd “Bosch” markalı qiyməti 249 manat olan elektrik ətçəkən maşının, 1 ədəd “Bosch” markalı qiyməti 99 manat olan ütünün, 1 ədəd “Simfer” markalı qiyməti 199 manat olan sobanın, 1 ədəd “Vestel” markalı qiyməti 1199 manat olan soyuducunun, 1 ədəd dəyəri 269 manat olan su dispenserinin, 1 ədəd “Tefal” markalı qiyməti 280 manat olan şirəçəkənin, ümumi dəyəri 2.662,50 manat olan, meyvə qabı Vileroy&boch "Egizia" markalı dəyəri 287 manat, meyvə qabı Vileroy&boch markalı "Paşmina" dəyəri 253 manat, yaşıl vaza dəyəri 250 manat, meyvə qabı "Leyer" markalı dəyəri 60 manat, tort qabı "Leyer" dəyəri 50 manat, desert boşqabı 6 ədəd "Leyer" markalı dəyəri 60 manat, armudu stəkən və nəlbəki dəsti dəyəri 20 manat, "Karaca" markalı su stəkənı 6 ədədlik dəsti dəyəri 40 manat, göy rəngdə kasa 6 ədədlik dəsti dəyəri 18 manat, "Luminark" markalı qrafin və 6 ədəd su stəkanı dəyəri 30 manat, boyuk boşqab 6 ədəd dəyəri 18 manat, orta ölçülü boşqab 6 ədəd dəyəri 16 manat, qara qabı 2 əd dəyəri 12 manat, boyuk kasa 6 ədəd dəyəri 19 manat, orta ölçülü kasa 6 ədəd dəyəri 15 manat, böyük bulud 2 ədəd dəyəri 30 manat, kiçik bulud 2 ədəd dəyəri 20 manat, boyuk qaşıq 6 ədəd dəyəri 7,5 manat, çəngəl 6 ədəd dəyəri 7,5 manat, bıçaq 6 ədəd dəyəri 12 manat, çay qaşığı 6 ədəd dəyəri 7 manat, tort çəngəli 6 ədəd dəyəri 10 manat, salat qabı 4 ədəd dəyəri 8 manat, narşərab qabı 1 ədəd dəyəri 2,5 manat, bulud qaşıq 2 ədəd dəyəri 6 manat, silikon setka 1 ədəd dəyəri 3 manat, çaynik 1 ədəd dəyəri 20 manat, kartofkəsən dəyəri 8 manat, qənddan dəyəri 6 manat, rəndə dəyəri 9 manat, bulud 1 ədəd dəyəri 9 manat, bulud 1 ədəd 10 manat, "Borcam" markalı şüşə dəsti dəyəri 15 manat, bıçaq 4 ədəd dəyəri 36 manat, taxta dəsti dəyəri 15 manat, podnos boyuk dəyəri 9 manat, podnos kiçik dəyəri 8 manat, çörək qabı dəyəri 8 manat, süzgəc böyük dəyəri 11 manat, süzgəc kiçik dəyəri 10 manat, uzun bulud 1 ədəd dəyəri 12 manat, bıçaq 1 ədəd dəyəri 5 manat, "Karaca" markalı qazan dəsti dəyəri 300 manat, qazan "Karaca" dəyəri 100 manat, "Karaca" markalı tava dəyəri 80 manat, qazan dəsti emallı dəyəri 60 manat, "Karaca" markalı böyük süfrə dəyəri 40 manat, balaca süfrə dəyəri 20 manat, döşək dəyəri 100 manat, yorğan 6 ədəd (2 qış, 2 yaz,2 yay) dəyəri 200 manat, yastıq 2 ədəd dəyəri 80 manat, yataq dəsti 6 ədəd dəyəri 180 manat, dəyəri 50 manat olan örtüyün (pokrivalın) alınaraq ona qaytarılması, əşyaların qaytarılması mümkün olmadıqda onların dəyərinin cavabdehdən tutulması, həmçinin ödənilmiş 95 manat məbləğində dövlət rüsumunun və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 10 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və 45,72 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən mədaxil qəbzi ********* nömrəlidir və həmin ödəniş xx.xx.2021-ci il tarixdə saat 18:59:52-də həyata keçirilmişdir. Lakin həmin ödəniş qəbzindən iddiaçı tərəfindən cavabdehə qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və alimentin tutulması” tələbinə dair iddia qaldırılarkən artıq istifadə edilmişdir və həmin iddia Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və hazırda məhkəmənin icraatındadır. Başqa sözlə, iddiaçı eyni məbləğdə dövlət rüsumundan iki müxtəlif iddiada istifadə etmişdir. Bu baxımdan hüquqi nəticə etibarı ilə iddiaçı tərəfindən hazırki iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu da öz növbəsində iddia ərizəsinin geri qaytarılmasını şərtləndiir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar