Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1247/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən yetkinlik yaşına çatmayan xx xxxxxx 2018-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2020-ci il təvəllüdlü X1 üçün onların hər birinin yetkinlik yaşına çatana qədər, iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin və uşaqların 3 yaşına qədər arvadın saxlanması üçün hər ay 200 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2016-cı il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Bu nikahlarından xx xxxxxx 2018-ci il təvəllüdlü X8 və xx xxxxxxx 2020-ci il təvəllüdlü X7 doğulmuşdur. Əvvəllər cavabdehlə birlikdə yaşasalar da, uşağına maddi və mənəvi dəstəyini göstərsə də, artıq uzun müddətdir ki, nə evə gəlir, nə də uşaqlara maddi və mənəvi kömək göstərmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda uşaqlara baxdığı üçün özü işləmir. Bütün xərcləri ödəməyə, uşaqların tələbatlarını təmin etməyə imkanı çatmır. Uşaqlara baxdığına görə onun mənafeyi də diqqətə alınmalı və uşağın 3 yaşı tamam olanadək cavabdehdən hər ay onun xeyrinə 200 manat aliment tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh kreditlərin bir qismini ailəsi üçün götürmüşdür. Bir hissəsinə isə iddiaçı kredit götürüb özünə avtomobil almışdır. Cavabdeh tərəfindən məhkəmənın hazırlıq iclasında təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı ona qarşı qaldırdığı iddia tələbinə dair 2(001)-6856/2020 saylı iş üzrə cavabdeh qismində etiraz edir. Əmək haqqının 1/3 hissəsinin və analıq haqqının 200 manat olaraq tutulması onun vətəndaş halının pisləşməsinə səbəb olacaqdır. O, evlilik müddətində götürülən kredit vəsaitlərini ailəsi üçün xərcləmişdir və aylıq kreditlərin ödənişi 1.200 manata yaxın məbləğ etməkdədir. Bunun üzərinə isə iddiaçının tələbləri gəldikdə (800 manat) onun aylıq qazancından çox etməkdədir (1.200+800=2.000 manat). 2.000 manat onun aylıq qazancından artıq olduğu üçün onun yaşayışı üçün çətinləşdirici hal yaranmaqdadır. Ona görə də kredit öhdəlikləri bağlanana qədər aylıq 500 manat sabit pul məbləğində aliment ödəyə bilər. O, uşaqlarının tələbatlarını ödəməkdən boyun qaçırmır, sadəcə olaraq aylıq sabit məbləğ olaraq təmin edildiyi halda aliment haqqını ödəyə biləcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazın məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, o, uşaqlarının tələbatlarını ödəməkdən boyun qaçırmır, lakin əmək haqqının, habelə kredit öhdəliklərinin nəzərə alınmaqla alimentin məbləğinin müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 175673 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx xxxxxx 2016-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1806 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Həsənli”, arvada isə “Həsənli” soyadı verilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 088816 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1163 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. 3 saylı Bakı “ASAN ximət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 523388 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 6979 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə informasiya sistemi” portalından görünür ki, Cavabdeh “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətində aparıcı mütəxəssis vəzifəsində işləyir. Azırbaycan kredit bürosundan xx xxxxxx 2020-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X2 üzrə cəmi aylıq ödəinişinin məbləği 1.124,34 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 (iki) uşağa görə qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin nikahlarından doğulmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X8 və xx xxxxxxx 2020-ci il təvəllüdlü X7 iddiaçının himayəsindədir. Hazırda cavabdeh uşaqların saxlanılmasında iştirak etmədiyindən iddiaçı ondan aliment ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının və onun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların maddi yardıma ehtiyacı olduğundan, qanunvericiliyin qeyd olunan normalarına əsasən həm uşaqlar üçün, həm də ana üçün alimentin tutulması zəruridir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynin kredit öhdəliklərinin olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2018-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, xx xxxxxx 2018-ci il təvəllüdlü X6 üç yaşı tamam olana kimi xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, xx xxxxxxx 2020-ci il təvəllüdlü X4 üç yaşı tamam olana kimi xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2018-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2018-ci il təvəllüdlü X6 üç yaşı tamam olana kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxx 2020-ci il təvəllüdlü X4 üç yaşı tamam olana kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1247/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1247/2021
27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver