Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1280/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağa görə əlavə xərclərdə iştirak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı uşağa görə əlavə xərclərdə iştirak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən növbəti 3 il, hər il üçün illik təhsil haqqının yarısı, yəni 1.150 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin oğludur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5256/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat aliment pul vəsaitinin alınaraq, Sadıxova (Babayeva) Bilqeyis Qaçan qızının xeyrinə ödənilməsi qət edilmişdir. xx xxxxxx 2020-ci il tarixində onun 18 yaşı tamam olmuşdur, ona görə də onun üçün aylıq aliment vəsaitinin ödənilməsi dayandırılmışdır. Lakin, o, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi, biznesin idarə edilməsi ixtisasının əyani şöbəsinin 2-ci kurs bakalavr tələbəsidir, ödənişli əsaslarla təhsil alır, illik təhsil haqqı 2300 manat təşkil edir və illik təhsil haqqının ödənilməsində maddi çətinlik çətir. Hazırki iş üzrə cavabdeh, o universitetə daxil olmazdan əvvəl illik təhsil haqqının ödənilməsində köməklik göstərəcəyini bildirsə də, hal-hazırda maddi yardım göstərmir. Ona görə də, o, belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, onun tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur. O, hal-hazırda işləmir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyatdadır. Digər uşağı üçün alimenti çətinliklə ödəyə bilir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 409692 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X1r. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5256/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Sadıxova (Babayeva) Bilqeyis Qaçan qızının xx xxxxxx 2001-ci ildə Nərimanov VVADQ şöbəsində qeydə alınmış və 703 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı və xx xxxx 2004-cü il təvəllüdlü X3 anası Sadıxova (Babayeva) Bilqeyis Qaçan qızının yanında saxlanması, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı və xx xxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün hər ay sabit pul məbləğində 154 manat olmaqla, cəmi 308 manat alimentin hesablanaraq iddiaçı Sadıxova (Babayeva) Bilqeyis Qaçan qızının xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah xx xxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Mühəndislik Universiteti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, BMU-xx-xx/1135 nömrəli arayışdan görünür ki, İqtisadiyyat və İdarəetmə fakültəsi, biznesin idarə edilməsi ixtisasının ********* nömrəli tələbəsi İddiaçı 2020-21 tədris ili təhsil haqqı məbləği 2.300 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin “Məşğulluq alt sistemi”ndə işaxtaran kimi qeydiyyata alınmasına dair bildirişin surətindən görünür ki, Cavabdeh MAS-da işsiz kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin yetkinlik yaşına çatmış oğludur. Hal-hazırda da iddiaçı ödənişli əsaslarla universitetdə təhsil aldığını əsas gətirərək, təhsil haqqının yarısının cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 81-ci və 81.1-ci maddələrinə əsasən valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 58.4-cü maddəsinə görə valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair xx xxxxxx 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi, qanunvericilikdə uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil alınmasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağa görə əlavə xərclərdə iştirak tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı uşağa görə əlavə xərclərdə iştirak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1280/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1280/2021
27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver