Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1281/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə verildiyi gündən X4, X3 və X6 hər birinin saxlanılması üçün hər ay 200 manat, cəmi 600 manat pul vəsaitinin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Onların nikahlarından Selin, Jasmin və Alsu adlı 3 uşaqları anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onların nikahları pozulub, hər 3 övladının onun yanında saxlanılması və hər uşaq üçün cavabdehdən ayda 110 manat aliment tutulub ona ödənilməsi qət olunmuşdur. Qətnamənin aliment hissəsi icraya yönəldikdən sonra cavabdeh alimenti könüllü qaydada ödəyəcəyinə söz verərək icra sənədinə xitam verilməsi barədə müvafiq icra orqanına ərizə verməsini xahiş etmişdir. O, Ucar rayon icra və probasiya şöbəsinə müvafiq məzmunlu ərizə ilə müraciət etmiş və icra məmuru xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam vermişdir. Lakin cavabdeh alimenti könüllü qaydada ödəyəcəyi ilə bağlı vədinə əməl etmir, aliment məbləğini şərtləşdiyi məbləğdə və vaxtlı-vaxtında ödəmir. Buna görə də uşaqlar üçün aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh alimenti icra işinə xitam verildikdən sonra bir neçə dəfə hər uşağa görə 110 manat məbləğində ödəmişdir. Lakin həmin məbləğ uşaqların saxlanmasına kifayət etmir. Hazırda özü işləmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, 2020-ci ilin may ayından hər ay hər uşağa görə 110 manat məbləğində aliment ödəyir və bunu təsdiq edən sənədlər onda var. Hazırda ölkədə olan pandemiya ilə əlaqədar həmin məbləğdən artıq aliment ödəməyə imkanı yoxdur. Alimentdən əlavə uşaqların digər zəruri xərclərini də qarşılayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qisməm təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6232/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi qismən təmin edilmiş, X5 ilə Cavabdeh arasında Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsində xx xxxxxx 2007-ci il tarixdə 1494 nömrə ilə akt qeydləri kitabında qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X4, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X6 anaları X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx xxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X4, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşaq üçün hər ay 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Ucar rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraat xitam verilməsi barədə qərarından görünür ki, tələbkar X1 xx xxxxxx 2019-cu il tarixli ərizəsinə əsasən aliment ödənişinin onun xeyrinə tam ödənildiyini bildirmiş və borclu barəsində müvafiq icra sənədinə xitam verilməsini xahiş etmişdir. İcra sənədi tam icra olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6232/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2010-cu il təvəllüdlü X8, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 və xx xxxx 2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6232/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə X5 ilə Cavabdeh arasında Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsində xx xxxxxx 2007-ci il tarixdə 1494 nömrə ilə akt qeydləri kitabında qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X4, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X6 anaları X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx xxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X4, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşaq üçün hər ay 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Daha sonra Ucar rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə tələbkar X1 xx xxxxxx 2019-cu il tarixli ərizəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6232/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən alimentin ödəyəcəyi ilə bağlı vədinə əməl etmədiyini, aliment məbləğini şərtləşdikləri məbləğdə və vaxtlı-vaxtında ödəmədiyindən ondan aliment ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, habelə uşaqların yaşlarını və sayını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X4, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X4, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1281/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1281/2021
27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver