Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1320/2021 17.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X2, İlk iddia üzrə Cavabdehın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeha qarşı aliment tələbinə dair iddiası; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçına qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və sabit pul məbləğində aliment ödənilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeha qarşı aliment tələbinə dair iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınaya qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və sabit pul məbləğində aliment ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı nikah 05.01.2017-ci il tarixdə Maurutius Respublikasında rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından 14.03.2018-ci il tarixdə X5 Ronald adlı uşaq doğulmuşdur. Əvvəllər birgə yaşadıqları müddətdə münasibətləri normal olsa da, son dövrlərdə kəskin pisləşmiş və münasibətlərinin pisləşməsinə səbəb Cavabdehın son vaxtlar onlardan ayrı qalmağı olmuşdur. Uşağı saxlamaq iddiaçı üçün maddi cəhətdən çətindir. Cavabdeh Azərbaycan Respublikasındakı “xxxx” MMC-də (VÖEN; **********) mühəndis vəzifəsində işləyir və onun aldığı əmək haqqı 12000 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən ilk iddia üzrə iddiaçı Cavabdehdan 14.03.2018-ci il təvəllüdlü X5 Ronald adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hal-hazırda tərəflər arasındakı nikah formal xarakter daşıyır və nikahın pozulması zəruridir. Bununla yanaşı Cavabdeh əmək haqqını xarici valyutada alır, qazancı qeyri-müntəzəmdir və ona görə də, alimentin sabit pul məbləğində tutulması uşağın mənafeyinə uyğundur. Qeyd olunanlara əsasən qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X3 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehın nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin isə tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi tam, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nikah aktından təsdiqlənmiş çıxarışdan görünür ki, Cavabdeh ilə Maslova (Smith) Tatyana Viktorovna arasındakı nikah 05.01.2017-ci il tarixdə, Mauritius Respublikasının Black River qeydiyyat rayonunun, Bambous qeydiyyat idarəsində bağlanmış, bu barədə 1 nömrəli qeyd icra edilmişdir. İş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14.02.2018-ci il təvəllüdlü Smith X5 Ronaldın atası Cavabdeh, anası isə X1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 148-ci maddəsinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir. Ailə Məcəlləsinin 150.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə görə, tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etmiş, lakin tərəflər həmin müddət ərzində barışmamışlar. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə, həmin Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda … məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflər arasında hal-hazırda uşağın kimin yanında saxlanılması ilə bağlı mübahisənin olmamasını və uşağın azyaşlı olmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra 14.02.2018-ci il təvəllüdlü X6 Dacid Ronaldın anası İddiaçı yanında saxlanılması uşağın mənafeyinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(001)-1320/2021 saylı qərardadı ilə tərəflərin birgə nikahından doğulmuş 14.02.2018-ci il təvəllüdlü X6 Dacid Ronaldın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehdan 25.11.2020-ci il tarixdən başlayaraq, hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçına ödənilməsi və alimentin yekun məhkəmə qətnaməsi çıxarılanadək tutulması qərara alınmışdır. Qeyd olunanlara əsasən və tərəflərin maraqları arasında ədalətli tarazlığı qoruyaraq məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh ilə Maslova (Smith) Tatyana Viktorovna arasında 05.01.2017-ci il tarixdə, Mauritius Respublikasının Black River qeydiyyat rayonunun, Bambous qeydiyyat idarəsində 1 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflər arasındakı nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 14.02.2018-ci il təvəllüdlü Smith X5 Ronald anası İddiaçı yanında saxlanılmalı, 17.06.2021-ci il tarixdən hesablanmaqla 14.02.2018-ci il təvəllüdlü X6 Dacid Ronaldın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment Cavabdehdan tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ilə Maslova (Smith) Tatyana Viktorovna arasında 05.01.2017-ci il tarixdə, Mauritius Respublikasının Black River qeydiyyat rayonunun, Bambous qeydiyyat idarəsində 1 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflər arasındakı nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 14.02.2018-ci il təvəllüdlü Smith X5 Ronald anası İddiaçı yanında saxlanılsın. 17.06.2021-ci il tarixdən hesablanmaqla 14.02.2018-ci il təvəllüdlü Smith X5 Ronaldın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment Cavabdehdan tutularaq İddiaçı ödənilsin. Qarşılqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1320/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1320/2021
17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver