Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1340/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sığorta ödənişinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 700 manat sığorta ödəniş məbləğinin, 1.300 manat işlərin görülməsi xərclərinin və 30 manat dövlət rüsumunun, cəmi 2.030 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxx 2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "'Nissan Altima” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixdə "Nissan Altima” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Z.Qəmbərov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, "Toyota Rav 4” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata’’ markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün Cəmiyyət tərəfindən '"Toyota Rav 4” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 280 manat, "Hyundai Sonata" markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 420 manat, cəmi 700 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ DYPŞ-dən ünvanlarına xx xxxxxxxx 2018-ci il tarixli, AP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Binəqədi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi xx xxxxxxxx 2018-ci il tarixli, 059- 3/409-1218 saylı Arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cəmiyyət tərəfindən cavabdehin ünvanına xx xxxxxxxx 2019-cu il tarixli, AS-İ9/3346 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olamadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Lakin, o, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının göstərdiyi rəqəmlər əsassızdır, onun hesablamalarına və real sərf edilmiş məbləğə uyğun gəlməmişir. Habelə, iddiaçı tərəfindən iddiada qeyd edilmiş 1.300 manat işlərin görülməsinə sərf edilən xərcləri əks etdirən hər hansı sübut yoxdur. Bu səbəbdən ona iddiaçının hesablamalarında şübhə yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxx 2018-ci il tarixli, PAA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Nissan Altima” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat həcmində, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə isə 50.000 manat həcmində “xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığorta edilmişdir. Müqavilənin qüvvəyə minmə tarixi xx xxxxx 2018-ci il qüvvədən düşmə tarixi xx xxxxx 2019-cu il, sığorta təminatının müddəti 1 il müəyyən edilmişdir; AC 028792 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Rav4” markalı, **-OD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r; AC 632182 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-NH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r; xx xxxxxx 2018-ci il tarixli 6621/18/ AA-4734/18 saylı sığorta aktından görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə Z.Qəmbərov küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində “Toyota Rav4” markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 280 manatdır. Sığorta hadisəsi nəticəsində “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 əmlaka dəymiş zərərə görə 280 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir; xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 hesabına 280 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; xx xxxxxx 2018-ci il tarixli 6620/18/ AA-4734/18 saylı sığorta aktından görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə Z.Qəmbərov küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, **-NH-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 420 manatdır. Sığorta hadisəsi nəticəsində “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X8 əmlaka dəymiş zərərə görə 420 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir; xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 hesabına 420 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə, saat 19:00-da Z.Qəmbərov küçəsində “Nissan Altima” markalı, **-RF-*** qeydiyyat nişanlı avtomobillə hərəkətə başlayarkən sağdan gələn “Toyota Rav4” markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobilə yol verməyib toqquşub, oda yol kənarında “Hyundai Sonata” markalı, **-NH-*** qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən inzibatı xəta törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli, MN 02 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınma) 100 manat məbləğində cərimə edilmişdir. “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, ondan 700 manat sığorta ödənişi və 500 manat işlərin görülməsi xərci olmaqla, cəmi 1.200 manat məbləğində vəsaitin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehə məxsus “Nissan Altima” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığorta edilmişdir. Cavabdeh xx xxxx 2018-ci il tarixdə Z.Qəmbərov küçəsində həmin avtomobillə hərəkətə başlayarkən sağdan gələn “Toyota Rav4” markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobilə yol verməyib toqquşmuş, həmin avtomobildə yol kənarında “Hyundai Sonata” markalı, **-NH-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən inzibatı xəta törədilməsi təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində “Toyoto Rav 4” markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 280 manat məbləğində zərər iddiaçı tərəfindən X4, “Hyundai Sonata” markalı, **-NH-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 420 manat məbləğində zərər isə X8 ödənilmişdir. Hazırda isə iddiaçı 700 manat məbləğində sığorta ödənişini, 1.300 manat işlərin görülməsi xərcini və 30 manat ödənilmiş dövlət rüsumununun cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə tələb olunan məbləğin əsassız olduğunu bildirərək iddanı qəbul etmir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbinin “700 manat məbləğində sığorta ödənişinin tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 700 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “1.300 manat məbləğində işlərin görülməsi xərcinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır və hazırki iş üzrə həmin məbləğ 700 manat təşkil edir. Lakin iddiaçı tərəfindən tələb olunan əlavə 1.300 manat həmin məbləğə aid deyil, yəni bu məbləğdə iddiaçının tələb hüququ yaranmamışdır. Bundan əlavə, iddiaçı bu xərclə bağlı hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 10 (on) manatı iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1340/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1340/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver