Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1349/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 03 yul 2011-ci il təvəllüdlü X1 və 17 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 220 manat miqdarında sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 may 2011-ci il tarixdə Binəqədi rayon VVADQ şöbəsində 753 nömrəli qeyd ilə nikahımızı rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 03 iyul 2011-ci il təvəllüdlü X3 və 17 oktyabr 2015-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Ailədə xırda söz söhbətlər olsada heç zaman boşanma fikrində olmamışdır. Lakin cavabdehin azyaşlı qızlarına qarşı etdiyi hərəkətlərə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)- 477/2018 saylı hökmü ilə Cavabdeh 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin vaxtdan cavabdehin valideynləri ilə birgə yaşasa da, qaynanası və baldızı onu döyüb evdən qovduqdan sonra Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(001)-734/2019 saylı qətnaməsin Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Həmin vaxt aliment tələb etməmişdir. Lakin övladları böyüyüb, tələbatları artıb. İstəyir ki, övladları normal, sağlam şəkildə yaşasın, valideyn qayğısından istifadə etsin. Buna isə hazırda nail olmaq mümkün deyildir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə teleqram ünvanlayaraq, himayəsində azyaşlı uşaqları olduğuna görə məhkəmənin həm hazırlıq, həm də baxış iclaslarının iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı barədə 7 saylı Cəzaçəkmə Müəssisəsinə cavabdehə təqdim edilməsi üçün bildiriş göndərilmişdir. Lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
5. Məhkum məhkəməyə ünvanladığı ərizəsində ailəsini qoruyub saxlamaq üçün çalışacağını, hazırda aliment ödəməyə imkanı olmadığını bildirmişdir. Hətta aliment ödəməkdənsə, ailəsi ilə birlikdə yaşamağı üstün tutduğunu bildimişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 aprel 2019-cu il tarixli, AZ-İ seriyalı, 315940 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13 aprel 2019-cu il tarixində 160 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir.
7. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 228742 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 17 oktyabr 2015-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 228741 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 03 iyul 2011-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(001)- 734/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Abdülkərimova (Məmmədova) İradə Rza qızı arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından doğulan yetkinlik yaşına çatmayan 03 iyul 2011-ci il təvəllüdlü X1 və 17 oktyabr 2015-ci il təvəllüdlü X2 analarının yanında qalması qət edilmişdir.
10. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmişdir. Cavabdeh 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
12. Tərəflərin birgə nikahlarından doğulan 03 iyul 2011-ci il təvəllüdlü X3 və 17 oktyabr 2015-ci il təvəllüdlü X4 analarının himayəsindədirlər.
13. İddiaçı uşaqlarının artan tələbatlarını ödəməkdə çətinlik çəkdiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. Cavabdeh isə iddiaya münasibətində hazırda cəzaçəkmə müəssisəsində olduğundan aliment ödəmək üçün imkanı olmadığını bildirir. Oradan çıxdıqdan sonra isə ailəsi ilə barışmaq niyyətindədir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
16. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyndən aliment tələb etməsi əsaslıdır.
26. Lakin məhkəmə cavabdehin cəzaçəkmə müəssisəsində olmasını və uşaqların saxlanması üçün iddiaçı tərəfindən tələb edilən aliment məbləğini ödəmək iqtidarında olmamasını, uşaqları saxlamağın hər iki valideynin borcu olmasını, qazanca malik olmayan valideynin uşaqları saxlamaq vəzifəsindən azad olunmamasını, cəzaçəkmə müəssisəsində də əmək fəaliyyəti ilə məşğul olmaq imkanının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, hər uşaq üçün cavabdehdən tutulmalı olan alimentin məbləği hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə həmin məbləği işin hallarına və tərəflərin mənafeyinə uyğun olmaqla ədalətli hesab edir.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
28. Odur ki, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixindən hesbalanmalıdır.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
30. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
35. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
36. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:
38. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 03 iyul 2011-ci il təvəllüdlü X1 və 17 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin tutulmasının əvvəli 17 yanvar 2023-cü il tarixindən hesablanmalıdır.
39. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 56(300X12=3600- 1000=2600X0.1%+30) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. 03 iyul 2011-ci il təvəllüdlü X1 və 17 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev