Məhkəmə qərarları › İş №2(001)-1361/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1361/2021

03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1361/2021 03.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh xeyrinə hər ay 170 manat sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq, cavabdehin xeyrinə 103 manat sabit pul məbləğində tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1458/2020 saylı qətnaməsi ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Ağa oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Yusifova Esmira Namik qızına verilməsi qət edilmişdir. Hal-hazırda maddi vəziyyəti çox ağırdır. Hər ay 170 manat alimenti ödəməkdə çətinlik çəkir. Çalışdığı müəssisədə cəmi 83 manat maaş alır. Heç bir yerdə yüksək maaşlı işə düzələ bilmədiyi üçün məşğulluq idarəsinə müraciət etmiş, 83 maaşlıq işi onların sayəsində tapmışdır.Hal-hazırda yüksək maaşlı iş axtarır. Bundan başqa ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan da bir övladı vardır. Özü xəstədir mütəmadi olaraq müalicə alır və 1 saylı Psixiatriya Dispanserində qeydiyyatdadır. O, köhnə miqdarda təyin edilən 103 manat alimenti başqalarında borc alaraq ödəsə də, 900 manat qalıq borcu yaranmışdır. Onun hər ay 170 manat aliment ödəməyə imkanı yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, heç bir yerdə işləmir. Günəmuzd işləyərək aylıq 200 manatı çətinliklə qazanır. Keçən ildən nə qədər aliment borcu yığılıb və ödəyə bilmir. Əvvəllər iş tapmaq asan olsa da, indi isə vəziyyət heç yaxşı deyil. Əsəb xəstəsi olduğundan psixiatrik dispanserdə qeydiyyatdadır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxx 2014-cü il tarixli, AZ-İ seriyalı, 191887 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxx 2014-cü il tarixində 171 № ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxxxxxx 2020-ci il tarixli, 1086-05/70 saylı doğum haqqında arayışdan görünür ki, X4 xx xxxxxxxx 2012-ci il tarixində Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3559 №-li akt qeydi tərtib olunmuşdur. X1, anadı Cavabdehdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirililmiş, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixində verilən AZ-İİ seriyalı, 042264 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında xx xxxxxx 2015-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 341 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir. Bak şəhər Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2004-cu il tarixində verilən AZ-İ seriyalı, 554307 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxx 2004-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2004-cu il tarixində 2183 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X3. Sosial arayışdan görünür ki, İddiaçı oğlu həqiqətən “xxxx” MMC-də meşəçilik üzrə fəhlə işləyir və aylıq əmək haqqı 83 manat təşkil edir. 15 nömrəli birləşmiş şəhər xəstəxanasından verilən xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı stressə qarşı kəskin reaksiya diaqnozu ilə müəssisənin psixiatriya kabinetində qeydiyyatdadır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimenti tutularaq Cavabdeh verilməsi qət edilmişdir.İddiaçı ilə X5 arasında xx xxxxxx 2015-ci il tarixində nikah bağlanmış, Tərəflərin faktiki nikahından xx xxxxxxx 2004-cü il tarixində X7 doğulmuşdur. İddiaçı keçmiş nikahından olan uşağının saxlanması üçün tutulan aliment məbləğinin azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir, iddiaçı tərəfindən ödənilməli alimentin məbləği 170 manatdır. Göründüyü kimi, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da azdır. İddiaçının öz üzərinə düşən - ödənilməsi müəyyən edilən aliment məbləğini azaltmaq istəməsi, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından uşağın mənafeyinə uyğun deyildir. Eyni zamanda iddiaçının başqa nikahdan uşağının olması aliment ödənilən uşağın hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Hərçənd ki, alimentin artırılması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qəbul edilən zaman iddiaçının ikinci nikahdan olan uşağı artıq var idi. Odur ki, qətnamə ilə aliment məbləği müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olması müəyyən edilmir. Bundan başqa karantin vəziyyəti ilə bağlı iş həcminin azalmasına görə aliment ödəyən şəxsin gəlirinin azalması uşağın mənafəyi ilə nisbətdə alimentin azaldılması üçün diqqətəlayiq hal deyildir. Yuxarıda qeyd olunanları və uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minumumunun həddini, eləcə də tərəflərin birgə nikahından doğulmuş uşağın böyüdüyünü və xərclərinin ildən-ilə artmasını, onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı oğlunun Cavabdeh qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar