Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1362/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı son haqq-hesabın verilməsi barədə mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ödənilməmiş əmək haqqının və son haqq-hesabın əvəzi olaraq 409 manatın və hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1 faizi məbləğində ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdeh şirkət ilə 2019-cu ilin noyabr ayının 19-dan 2020-ci ilin yanvar ayının 9-na qədər əmək münasibətlərində olmuş, həmin müddət ərzində şirkətdə kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Şirkətlə aralarında razılaşmaya əsasən, əmək haqqının məbləği 500 manat müəyyən olunduğu halda, daha çox vergi və dövlət sosual sığorta haqqının ödənilməməsi üçün əmək müqaviləsində əmək haqqının məbləği işəgötürən tərəfindən 250 manat göstərilmişdir. Şirkət tərəfindən 250 manat məbləğin əmək haqqı kartı vasitəsilə ödəniləcəyi, qalan məbləğin isə şəxsən ödəniləcəyi bildirimişdir. Buna baxmayaraq, işlədiyi dövr ərzində nə əmək haqqı kartına, nə də ki şəxsən on aheç bir ödəniş olunmamışdır. xx xxxxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin ona verilməli nüsxəsi şirkət tərəfindən təqdim edilməmiş,müqavilə yalnız 1 nüsxədə hazırlanaraq imzalanmışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesab, o cümlədən 2019-cu ilin noyabr ayından müqaviləyə xitam verilən tarixədək ,yəni 2020-ci ilin yanvar ayınadək olan dövrdə şirkət tərəfindən ona ödənilməli olan əmək haqqı bugünədək ödənilməmişdir. O, bununla bağlı Əmək Müfəttişliyinə müraciət etmiş, müraciəti əsasında şirkət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, inzibati tənbeh edilmişdir. Hazırda o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş əmək haqqı və son haqq-hesabı kimi cəmi 409 manatın, eyni zamanda həmin məbləğin ödənilməsi 320 gün gecikdirildiyindən Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri baxımından hər gecikdirilmiş gün üçün 1 faiz hesablanmaqla müəyyən edilmiş məbləğdə pulun ona ödənilməsini xahiş edir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilsə də, cəmiyyət məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya yazılı münasibətini bildirməmişdir. Mülki iş materiallarında olan: - elektron sosial arayışdan görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-yə kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, əmək haqqı 250 manat kimi göstərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı ünvanlandırdığı cavab məktubunda göstərilmişdir ki, “araşdırma zamanı məlum olmuşdur ki, Sizinlə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Həmçinin, işəgötürən tərəfindən son haqq-hesabınızın Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq Sizə ödənilmədiyi məlum olmuşdur. Bununla bağlı Cəmiyyətin baş direktoru barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. - əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-nin kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, xx xxxxxx 2020-ci il tarixdə həmin tarixli, 33/4 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. - bank hesabından çıxarışdan görünür ki, İddiaçı hesabına xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixdək hər-hansı məbləğ daxil edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən bir hissəsi kimi təsbit edilmişdir. - 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. - 172.4 və 172.5-ci maddələrinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. - 195-ci maddəsinin “d” bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşin faktiki halları ilə təsdiq olunur ki, Babaxanova Maryaba Zöhrab qızı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh MMC-də kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində işləyib xx xxxxxx 2020-ci il tarixdə onunla olan əmək müqaviləsinə xitam verilsə də, qarşı tərəf qanunvericiliklə üzərinə düşən vəzifələri (əmək haqqının və son haqq-hesabın verilməsi və s.) yerinə yetirmədiyinə görə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmışdır. Bununla yanaşı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2ci hissəsinin tələbləri pozulması işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubu ilə də təsdiq olunbur. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ödənilməmiş əmək haqqı və son haqq-hesab üzrə ümumilikdə 409 manat məbləğində pul vəsaiti, habelə, həmin məbləğ hal-hazıradək ödənilmədiyindən qətnamə icra olunan tarixədək hər gün üçün əmək haqqının 1 faizi hesablanmaqla ödənc kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh MMC-də işlədiyi xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr üçün aylıq əmək haqqı və son haqq-hesab olaraq 409 manat, habelə, həmin məbləğ hal-hazıradək ödənilmədiyindən qətnamə icra olunan tarixədək hər gün üçün əmək haqqının 1 faizi hesablanmaqla ödənc kimi Cavabdehndən tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1362/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1362/2021
11.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver