Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1420/2025 04.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Oktay oğluna qarşı “əlavə yaranmış xərclərin və alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 əlavə yaranmış xərclərinə görə iddiaçı tərəfindən ödənilmiş 1650 (min altı yüz əlli) manatın 50%-ni, yəni 825 (səkkizyüz iyirmi beş) manatın, ilikin Mediasiya Sessiyasına ödənilmiş 60 (altımış) manatın, “Bakü BF YÖS Kurs Merkezi"ndə təhsilini bitirənədək, xx.xx.2025-ci ilədək hər ay 150 (yüz əlli) manatın və yetkinlik yaşına çatana qədər saxlanılması üçün qət edilmiş 220 manat alimentin miqdarının (həcminin) artırılaraq 246 manat müəyyən edərək Cavabdeh hər ay sabit pul məbləğində alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-5251/2019 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2000-ci ildə Binəqədi rayon qeydiyyat şöbəsində 829 nömrəli AKT qeydi ilə bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 ananın yanında saxlanılması və uşaqların yetkinlik yaşma çatana qədər saxlanılması üçün, hər ay uşaq üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 manat aliment pulunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2020-ci ildən etibarən Cavabdeh yalnız xx.xx.2007-ci il təvəllüdlü X7 aliment pulu ödəyir. 2023-cü ildə İddiaçı alimentin miqdarının (həcminin) artırılmasına dair məhkəməyə ərizə vermiş və əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləğinin 2023-cü il uşaqlar üçün 220 manat məbləğində nəzərdə tutulduğundan məhkəmənin qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 manat aliment pulunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı yaxın ərazilərdə yaşayan imkanlı şəxslərin evlərində qulluqçuluq edərək övladları saxlayır. Aylıq gəliri 350-400 manat təşkil edir. Bildirir ki, son illərdə elektrik enerjisinin, təbii qazın, kənd təsərrüfatı məhsullarının, un məmulatlarının, digər ərzaqların qiymətlərinin artırılması ailənin vəziyyətini çətinləşdirmişdir. xx.xx.2007-ci il təvəllüdlü X10 "Bakü BF YÖS Kurs Merkezi”ndə təhsil alır, həmin təhsil müəssisəsindən aldığı kitabların qiyməti 450 (dördyüz əlli manat və təhsil haqqı hər ay üçün 300 (üç yüz) manat təşkil edir. İddiaçı sentyabrdekabr ayları üçün 1200 (min iki yüz) manat və kitablar üçün 450 manat, ümumilikkdə 1650 (min altı yüz əlli) manat ödəniş etmişdir. X10 2025-ci ildə təhsilini bitirdikdən sonra Ali təhsilini ölkə hüdudlarından kənarda davam etdirmək istəyir, bu səbəbdən uşaqların saxlanılmasına görə əlavə xərclərə ehtiyacları var və cavabdeh uşaqlara görə əlavə xərclərdə iştirak etməli, iddiaçı tərəfindən ödənilmiş məbləğin yarısını, 825 (səkkizyüz iyirmi beş) manatı iddiaçıya ödəməlidir. Qeyd etmək istəyir ki, əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin əvvəlki iclaslarıdan iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, birgə nikahdan olan qızı Türkiyədə təhsil almaq istəyir və bunun üçün 10 ay ərzində 300 manat, ümumilikdə 3000 manat ödəniş etməlidir. Cavabdeh ölkədən getməyinə də müxtəlif bəhanələr gətirərək razılıq vermir. İddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh Oktay oğlu xx.xx.2025-ci il tarixdə ərizə göndərərək göstərmişdir ki, o, "xxxx" MMC-də 3 aylıq əmək müqavisi ilə çalışır və hər ay 500 manat məbləğində əmək haqqı alır. Həmçinin qeyd etmişdir ki, o, 2019-cu ildə yenidən ailə qurmuş və həmin nikahdan 3 azyaşlı oğlu vardır. Onun yaşamağa evi yoxdur, sosial yardım almır, həyat yoldaşı analıq məzuniyyətindədir. İddiaçı isə onun bir evində yaşayır, digər evini isə kirayə verib. Evdə qanunsuz olaraq azyaşlı uşaqlara baxır. Qeyd edilənləri nəzərə alaraq alimentin artırılmamasını xahiş etmiş, eləcə də Bakı şəhərindən kənarda işlədiyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 497848 nömrəli, 25 sentyabr 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Ödəniş qəbzlərindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007ci il təvəllüdlü X4 təhsil haqqısı üçün İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 170 manat, xx.xx.2025-ci il tarixdə 300 manat məbləğində pul ödənilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 381824 nömrəli X3 görünür ki, Cavabdeh ilə X8 arasında 20 dekabr 2019-cu il tarixdə nikah bağlanmış və həmin nikah 3451 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2023cü il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1 və 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə-bir hissəsi miqdarında aliment tutulur. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq iddia tələbinin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 əlavə yaranmış xərclərinə görə iddiaçı tərəfindən ödənilmiş 1650 (min altı yüz əlli) manatın 50%-ni, yəni 825 (səkkizyüz iyirmi beş) manatın və qızının “Bakü BF YÖS Kurs Merkezi"ndə təhsilini bitirənədək, xx.xx.2025-ci ilədək hər ay 150 (yüz əlli) manatın cavabdehdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X10 "Bakü BF YÖS Kurs Merkezi”ndə təhsil alır, həmin təhsil müəssisəsindən aldığı kitabların qiyməti 450 (dördyüz əlli manat və təhsil haqqı hər ay üçün 300 (üç yüz) manat təşkil edir. İddiaçı sentyabrdekabr ayları üçün 1200 (min iki yüz) manat və kitablar üçün 450 manat, ümumilikkdə 1650 (min altı yüz əlli) manat ödəniş etməsi, eləcə də X10 2025-ci ildə təhsilini bitirdikdən sonra Ali təhsilini ölkə hüdudlarından kənarda davam etdirmək istəyir, bu səbəbdən uşağın saxlanılmasına görə əlavə xərclərə ehtiyacları var və cavabdeh uşaqlara görə əlavə xərclərdə iştirak etməli, iddiaçı tərəfindən ödənilmiş məbləğin yarısını, 825 (səkkizyüz iyirmi beş) manatı iddiaçıya ödəməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum 27 yanvar 2015-ci il tarixli qərarına əsasən “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Müraciətdə göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.”. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş qərarına istinadla qeyd edir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Göründüyü kimi təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında əks olunan hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda cavabdehdən əlavə olaraq kitab uçün ödənilmiş 450 manat və təhsil müəssisəsinə ödənilmiş və ödənilkəcək təhsil haqqıların tutulması üçün hüquqi əsas yoxdur. Belə ki, birgə nikahdan olan uşaqların ümumi orta təhsil almalarında hər hansı maneə yoxdur və onlar sərbəst şəkildə təhsil alırlar. İddiaçının "Bakü BF YÖS Kurs Merkezi”nə ödədiyi vəsaiti isə məhkəmə təhsildən əlavə çəkilmiş xərc kimi qiymətlədirir. Bu hal isə seçim xüsusiyyətinə malik olmaqla və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olduğundan cavabdehin razılığı olmadan onun əlavə xərclərdə iştirakı və ondan bu məsələ ilə bağlı vəsaitin tələb olunması ədalətli deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə əlavə yaranmış xərclərinə görə iddiaçı tərəfindən ödənilmiş 1650 (min altı yüz əlli) manatın 50%-ni, yəni 825 (səkkizyüz iyirmi beş) manatın və “Bakü BF YÖS Kurs Merkezi"ndə uşağın təhsili bitiədək, xx.xx.2025-ci ilədək hər ay 150 (yüz əlli) manatın ödənilməsi hissələrində təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin birgə nikahdan doğulmuş xx.xx.2007ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qət edilmiş 220 manat alimentin miqdarının artırılaraq 246 manat müəyyən edilməsi hissəsinə, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(001)-1420/2025 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə həmçinin iddia tələbinin ilikin Mediasiya Sessiyasına ödənilmiş 60 (altımış) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bir hissəsi rədd, digər hissəsi üzrə icraata xitam verildiyindən, həmin ödənilmiş vəsait iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh Oktay oğluna qarşı “əlavə yaranmış xərclərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1420/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1420/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver