Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1454/2021 18.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, "xxxx" Bank olmayan Kredit X2 Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, hərracın nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 avqust 2021-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə "xxxx" MOKT ASC arasında 14 iyul 2016-cı il tarixdə bağlanmış ipoteka və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən 24 noyabr 2020-ci il tarixli, 51/03 nömrəli protokola əsasən təşkil edilmiş hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, "xxxx" Bank olmayan Kredit X2 Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, hərracın nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1454/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1454/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver