Məhkəmə qərarları › İş №2(001)-1490/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1490/2022

09.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1490/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair mülki işə baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3 ədəd yataq dəsti, 1 ədəd yataq örtüyü, 6 ədəd müxtəlif ölçülü yastıq, 1 ədəd adyal (2m*3m), 1 ədəd xalça (2m*3m), 2 ədəd kovralit (oval 1.5*2.5, 2*2.5), 2 ədəd pəncərə üçün pərdə (3.5*2.7), 2 ədəd stolüstü süfrə, 1 ədəd “Sunny” 85S diaqonal televizor, 1 ədəd “Whirlpool” 6 kq-lıq paltaryuyan, 1 ədəd 12 şamdan ibarət Çin istehsalı çilçıraq, 2 ədəd “Bra” (yerli istehsalat şüşə) çilçıraq, 1 ədəd ütü (altlığı ilə birlikdə), 1 dəst “tefal” çaydan və çaynik, 1 ədəd tozsoran, 1 ədəd sandıq, yemək servisi (0,5 dəst), çay servisi (0,5 dəst), 3 ədəd müxtəlif ölçülü güldan, bıçaq dəsti (0,5 dəst), qaşıq-çəngəl dəsti (0,5 dəst), qazan dəsti (0,5 dəst), 6 ədəd şüşədən su qabları (0,5 dəst), 1 dəst stəkannəlbəki, 2 dəst hamam və əl-üz dəsmalı, 1 ədəd plastmas vannadan ibarət əmlakın cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mədən küçəsi, korpus 93, 53 saylı evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X2 ilə cavabdeh X1 28 noyabr 2018-ci il tarixdə birgə nikaha daxil olmuş və nikah Mingəçevir şəhəri “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 513 nömrə ilə qeydə alınmışdır. Birgə nikah dövründə oğlu ilə cavabdeh X1 ilə münasibətləri əvvəlcə yaxşı olsa da, daha sonra pisləşmişdir. Nikahın ləğvi baradə ərizə verməklərinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. Birgə təsərrüfat apara bilmədikləri və yaranan məişət problemləri səbəbindən ailə münasibətləri dağılmışdır. Cavabdehin onun oğlu X2 ilə barışması, onların gələcək birgə ailə həyatı və ailələrinin qorunub saxlanması artıq mümkün deyildir. Bu nikahdan onların övladları yoxdur. Bununla bağlı oğlu X2 cavabdehlə boşanmaq qərarına gəlmişdir. Ağdaş Rayon Məhəkəməsinin 2(014)- 917/2021 saylı 05 aprel 2021-ci il tarixli qətnaməsinin əsasən oğlu X2 ilə cavabdeh X1 aralarında qeydə alınmış 28 noyabr 2018-ci il tarixli Mingəçevir şəhəri “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 513 nömrə ilə qeydə alınmış nikahın pozulması ilə bağlı qətnamə qəbul edilmişdir. Toy ərəfəsində cavabdehin atası Bəhruz bəy ona 3.500 manat pul verərək cehizlik mebellərinin Bakıdan almağını xahiş etmişdir. Onun xahişinə əməl edərək və humanistlik göstərərək həmin vəsaitin əlavəsini öz cibindən ödəyərək cehizlik mebelləri almışdır. Lakin oğlu ilə cavabdehin arasında nikah pozulduqdan sonra cavabdehin atasına hər dəfəsində zəng edərək evində qalan cehiz əşyalarını çıxartmalarını ondan xahiş etsə də, cavabdehin cavabı “sənə verdiyim 3.500 manat pulu poçt vasitəsi ilə mənə göndər, digər əşyaların aqibətinə sonra baxarıq” olub. Ona məxsus olan evdəki cehiz əşyalarının çıxarıldığı an həmin 3.500 manat pulu ödəyəcəyini cavabdehin atasına desə də, o israrlı şəkildə yenə də pulu ondan tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək həmçinin bildirdi ki, cavabdeh tərəf ona 10 gün əvvəl qarşılıqlı iddia ərizəsində göstərdiyi siyahını göndərmiş və o, həmin əmlaklı gəlib götürülməsini bildirmişdir. Belə ki, xırda əşyalar çox olduğundan o, iddia ərizəsində ilkin olaraq “sairə” əmlakın çıxarılmasını da qeyd etmişdir. Daha sonra isə tələbini konkretləşdirmişdir. Eyni zamanda, ondan tələb olunan 3.500 manat məbləğində pulun da cavabdehə qaytarılması barədə dəfələrlə cavabdehə məlumat vermiş, lakin cavabdeh pulu götürməyə səy göstərmir. Həmin məbləği qaytarmağa hazır olduğunu hətta iddia ərizəsində də göstərmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, yemək servisi, çay servisi, bıçaq, qaşıq-çəngəl və qazan dəsti 6 ədədlik olduğu üçün iddia ərizəsində onları 0.5 dəst kimi göstərmişdir. Belə ki, tam dəst 12 ədəddən ibarət olur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kirov rayon X4 İcariyyə Komitəsi tərəfindən verilmiş 23 avqust 1991-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı Binəqədi qəsəbəsində 5 otaqlı fərdi yaşayış evinin tikintisi üçün icazə verilmişdir; Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi Qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 18 yanvar 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən küçəsi, korpus 93, 53 saylı evdə yaşayır; Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(014)-917/2021 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı X2 ilə cavabdeh Qəniyeva (Daşdəmirova) Afaq Bəhruz qızı arasında Mingəçevir “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış 28 noyabr 2018-ci il tarixli, 513 saylı nikah qeydinin pozulması qət edilmişdir; 10 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presenent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, iddiaçının oğlu ilə cavabdeh rəsmi nikaha daxil olaraq, iddiaçıya məxsus evə gəlin köçmüş və öz cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Daha sonra iddiaçının oğlu ilə cavabdeh arasında ailə münasibətləri pisləşmiş və məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hazırda iddiaçı cavabdehə məxsus əmlakın onun evindən çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından cavabdehə məxsus əşyaların iddiaçının evində saxlanılması sonuncunun evindən sərbəst istifadə hüququnu qanuni əsas olmadan məhdudlaşdırır. Belə olan halda iddiaçı bu maneənin aradan qaldırılmasını, yəni cavabdehə məxsus əşyaların evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, 3 ədəd yataq dəsti, 1 ədəd yataq örtüyü, 6 ədəd müxtəlif ölçülü yastıq, 1 ədəd adyal (2m*3m), 1 ədəd xalça (2m*3m), 2 ədəd kovralit (oval 1.5*2.5, 2*2.5), 2 ədəd pəncərə üçün pərdə (3.5*2.7), 2 ədəd stolüstü süfrə, 1 ədəd “Sunny” 85S diaqonal televizor, 1 ədəd “Whirlpool” 6 kq-lıq paltaryuyan, 1 ədəd 12 şamdan ibarət Çin istehsalı çilçıraq, 2 ədəd “Bra” (yerli istehsalat şüşə) çilçıraq, 1 ədəd ütü (altlığı ilə birlikdə), 1 dəst “tefal” çaydan və çaynik, 1 ədəd tozsoran, 1 ədəd sandıq, 6 ədədlik yemək servisi (0,5 dəst), 6 ədədlik çay servisi (0,5 dəst), 3 ədəd müxtəlif ölçülü güldan, 6 ədədlik bıçaq dəsti (0,5 dəst), 6 ədədlik qaşıq-çəngəl dəsti (0,5 dəst), 6 ədədlik qazan dəsti (0,5 dəst), 6 ədəd şüşədən su qabları (0,5 dəst), 1 dəst stəkan-nəlbəki , 2 dəst hamam və əl-üz dəsmalı, 1 ədəd plastmas vannadan ibarət əmlak Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mədən küçəsi, korpus 93, 53 saylı evindən çıxarılmalı, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 3 ədəd yataq dəsti, 1 ədəd yataq örtüyü, 6 ədəd müxtəlif ölçülü yastıq, 1 ədəd adyal (2m*3m), 1 ədəd xalça (2m*3m), 2 ədəd kovralit (oval 1.5*2.5, 2*2.5), 2 ədəd pəncərə üçün pərdə (3.5*2.7), 2 ədəd stolüstü süfrə, 1 ədəd “Sunny” 85S diaqonal televizor, 1 ədəd “Whirlpool” 6 kq-lıq paltaryuyan, 1 ədəd 12 şamdan ibarət Çin istehsalı çilçıraq, 2 ədəd “Bra” (yerli istehsalat şüşə) çilçıraq, 1 ədəd ütü (altlığı ilə birlikdə), 1 dəst “tefal” çaydan və çaynik, 1 ədəd tozsoran, 1 ədəd sandıq, 6 ədədlik yemək servisi (0,5 dəst), 6 ədədlik çay servisi (0,5 dəst), 3 ədəd müxtəlif ölçülü güldan, 6 ədədlik bıçaq dəsti (0,5 dəst), 6 ədədlik qaşıq-çəngəl dəsti (0,5 dəst), 6 ədədlik qazan dəsti (0,5 dəst), 6 ədəd şüşədən su qabları (0,5 dəst), 1 dəst stəkan-nəlbəki , 2 dəst hamam və əl-üz dəsmalı, 1 ədəd plastmas vannadan ibarət əmlak Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mədən küçəsi, korpus 93, 53 saylı evindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar