Məhkəmə qərarları › İş №2(001)-1505/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1505/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1505/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) vəkili Vəkil iştirakları ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh faktiki nikahları dövründə doğulmuş 05 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 235 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müəraciət edərək onun xx.xx.2017-ci il təvəllüdlü X4 atası olmamağının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olmuşdur. Faktiki nikahdan 05 avqust 2017-ci il təvəllüdlü X5 adlı övladı doğulmuşdur. Bu barədə 5 saylı Bak ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində 03 oktyabr 2019-cu il tarixində doğum haqqında Akt qeydləri kitabında 0275 nömrəsi ilə qeyd edilmişdir və AZ- İV № 837980 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə 05 avqust 2017-ci il təvəllüdlü X4 atası Cavabdeh və anası İddiaçı qeyd edilmişdir. Hazırda övladı məktəblidir. Ona alınacaq məktəb ləvazimatları, geyim, qida çox bahalaşmışdır. Maddi cəhətdən çətinlik çəkir, övladını saxlamaq üçün əlavə gəlir yeri yoxdur. Buna görə də, cavabdehin ödəyəcəyi aliment məbləğinə ehtiyacı vardır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı “aliment tələbi” ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda, sözügedən iddia ərizəsi üzrə mülki iş icraatdadır. Qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehlə faktiki nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 onun övladı olmasına şübhəsi vardır. Hesab edir ki, mövcud tələblə bağlı Məhkəmə Tibbi Ekspertizası təyin edilməli və xx.xx.2017-ci il təvəllüdlü X4 onun övladı olub-olmamasına aydınlıq gətirilməlidir. Bu səbəbdən sözügedən qarşılıqlı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia tələbini müdafiə edib Cavabdeh faktiki nikahları dövründə doğulmuş 05 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 235 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) vəkili Vəkil izahatında bildirdi ki, məhkəmə tibbi-bioloji (DNT) ekspertizasının rəyi ilə razı deyil, ona görə ki, uşaq Cavabdeh deyil. Göstərdiklərini nəzərə alaraq ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Atalığın müəyyən edilməsi haqqında 442660 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixdə X6 doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X6 05 avqust 2017-ci ildə Bakı şəhərində anadan olmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X8” X10 15 may 2024-cü il tarixli, 175/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X6 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi şəhadətnaməsinə, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X8” X10 15 may 2024-cü il tarixli, 175/2024- MTBŞ nömrəli ekspert rəyinə əsasən iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 05 avqust 2017-ci ildə Bakı şəhərində anadan olmuş X4 atası olması işin mübahisəsiz halıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, geyimi ilə bağlı xərci, istirahət vaxtının səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, yetkinlik yaşına çatmayan 05 avqust 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 22 dekabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh atalığın müəyyən edilməsi haqqında 442660 nömrəli şəhadətnamə, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X8” X10 15 may 2024-cü il tarixli, 175/2024-MTBŞ nömrəli ekspert rəyi ilə 05 avqust 2017-ci ildə Bakı şəhərində anadan olmuş X4 atası olması iş üzrə tam olaraq sübuta yetirildiyindən, məhkəmə qarşılıqlı iddianın dəlillərini əsaslı hesab etmir. Buna görə də xx.xx.2017-ci il təvəllüdlü X4 atası olmamasının müəyyən edilməsi barədə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 1000 manatdan çox (2820 manat) olduğuna və ilk iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 58.20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmnçinin mediasiya xərci kimi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, 05 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia təmin edilsin. 05 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi kimi 58.20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar