Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1596/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı yaşayış yeri Cəlilabad rayonu, Alaşar kəndi (şəxsiyyət vəsiqəsinin verilmə tarixi 27.12.2017-ci il), Cavabdeh isə yaşayış yeri Cəlilabad rayonu, Komanlı Ərazi Dairəsi, Alaşar kəndidir (şəxsiyyət vəsiqəsinin verilmə tarixi 19.02.2020-ci il). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 3.1-ci maddəsinə əsasən yaşayış yeri - Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsində alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar üzrə iddiaçıya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə və ya özünün yaşadığı yerə görə məhkəməyə müraciət etmək üçün seçim hüququ verilmişdir. Hazırda iddiaçı, onun Binəqədi rayonu ərazisində qeydiyyatsız yaşaması barədə Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışı iddia ərizəsinə əlavə etməklə Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, lakin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında qanunda aydın şəkildə göstərilmişdir ki, şəxsin yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd edilən ünvandır. İddiaçının və cavabdehin şəxsiyyət vəsiqələrində onların hər ikisinin yaşayış yeri kimi Cəlilabad rayonu ərazisi qeyd edilmişdir. Belə olan halda, iddiaçı, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iddia tələbi ilə özünün və cavabdehin yaşayış yeri üzrə - Cəlilabad Rayon Məhkəməsinə müraciət edilməlidir. Qeyd olunan Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddiaçının özünün və cavabdehin yaşayış yerinin Binəqədi rayonunun ərazisində olmadığına görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı özünün və cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı özünün və cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə Cəlilabad Rayon məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1596/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1596/2022
27.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver