Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1597/2022 01.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi qiyməti 1.850 manat olan 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd şifoner, 2 ədəd dolabça, 1 ədəd güzgülü termodan ibarət “Empuli” markalı yataq dəstinin, qiyməti 219 manat olan 1 ədəd “Bosch” markalı tozsoranın, qiyməti 99 manat olan 1 ədəd “Bosch” markalı tosterin, qiyməti 149 manat olan 1 ədəd “Bosch” markalı mikserin, qiyməti 99 manat olan 1 ədəd “Bosch” markalı elektrik çaydanının, qiyməti 129 manat olan 1 ədəd “Bosch” markalı elektrik kofebişirənin, qiyməti 249 manat olan 1 ədəd “Bosch” markalı elektrik ətçəkən maşının, qiyməti 99 manat olan 1 ədəd “Bosch” markalı ütünün, qiyməti 199 manat olan 1 ədəd “Simfer” markalı sobanın, qiyməti 1.199 manat olan 1 ədəd “Vestel” markalı soyuducunun, qiyməti 69 manat olan 1 ədəd “Vestel” markalı, qiyməti 269 manat olan 1 ədəd su dispenserinin, qiyməti 280 manat olan 1 ədəd “Tefal” markalı şirəçəkənin, qiyməti 287 manat olan "Egizia" markalı meyvə qabının, qiyməti 253 manat olan "Paşmina" markalı meyvə qabının, qiyməti 250 manat olan yaşıl vazanın, qiyməti 60 manat olan "Leyer" markalı meyvə qabının, qiyməti 50 manat olan "Leyer" markalı tort qabının, qiyməti 60 manat olan “Leyer" markalı 6 ədəd desert qabının, qiyməti 20 manat olan armudu stəkən və nəlbəki dəstinin, qiyməti 40 manat olan "Karaca" markalı 6 ədədlik su stəkanının, qiyməti 18 manat olan göy rəngli 6 ədədlik kasanın, qiyməti 30 manat olan "Luminark" markalı qrafin və 6 ədəd su stəkanının, qiyməti 18 manat olan 6 ədəd böyük boşqabın, qiyməti 16 manat olan orta ölçülü boşqabın, qiyməti 12 manat olan 2 ədəd qara qabın, qiyməti 19 manat olan 6 ədəd böyük kasanın, qiyməti 15 manat olan 6 ədəd orta ölçülü kasanın, qiyməti 30 manat olan 2 ədəd böyük buludun, qiyməti 20 manat olan 2 ədəd kiçik buludun, qiyməti 7,50 manat olan 6 ədəd böyük qaşığın, qiyməti 7,50 manat olan 6 ədəd çəngəlin, qiyməti 12 manat olan 6 ədəd bıçağın, qiyməti 7 manat olan 6 ədəd çay qaşığının, qiyməti 10 manat olan 6 ədəd tort çəngəlinin, qiyməti 8 manat olan 4 ədəd salat qabının, qiyməti 2,50 manat olan 1 ədəd narşərab qabının, qiyməti 6 manat olan 2 ədəd bulud qaşığının, qiyməti 3 manat olan 1 ədəd silikon setkanın, qiyməti 20 manat olan 1 ədəd çaynikin, qiyməti 8 manat olan 1 ədəd kartofkəsənin, qiyməti 6 manat olan 1 ədəd qənddanın, qiyməti 9 manat olan 1 ədəd rəndənin, qiyməti 9 manat olan 1 ədəd buludun, qiyməti 10 manat olan 1 ədəd buludun, qiyməti 15 manat olan "Borcam" markalı şüşə dəstinin, qiyməti 36 manat olan 4 ədəd bıçağın, qiyməti 15 manat olan taxta dəstinin, qiyməti 9 manat olan 1 ədəd böyük podnosun, qiyməti 8 manat olan 1 ədəd kiçik podnosun, qiyməti 8 manat olan 1 ədəd çörək qabının, qiyməti 11 manat olan 1 ədəd süzgəcin, qiyməti 10 manat olan 1 ədəd kiçik süzgəcin, qiyməti 12 manat olan 1 ədəd uzun buludun, qiyməti 5 manat olan 1 ədəd bıcağın, qiyməti 300 manat olan “Karaca” markalı qazan dəstinin, qiyməti 100 manat olan 1 ədəd "Karaca" markalı qazanın, qiyməti 80 manat olan “Karaca” markalı tavanın, qiyməti 60 manat olan 1 ədəd emallı qazan dəstinin, qiyməti 40 manat olan 1 ədəd “Karaca” markalı böyük süfrənin, qiyməti 20 manat olan 1 ədəd balaca süfrənin, qiyməti 100 manat olan 1 ədəd döşəyin, qiyməti 200 manat olan 6 ədəd yorğanın (2 qış, 2 yaz, 2 yay), qiyməti 80 manat olan 2 ədəd yastığın, qiyməti 180 manat olan 6 ədəd yataq dəstinin və qiyməti 50 manat olan 1 ədəd örtüyün (pokrivalın) cavabdehdən alınaraq ona qaytarılması, əşyaların qaytarılması mümkün olmadıqda onların dəyərinin cavabdehdən tutulması, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 95 manat məbləğində dövlət rüsumunun və müvəqqəti təminat tədbirinin verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddia üzrə tələb edilən əşyalar hazırda da cavabdehin yaşadığı mənzildədir. Bu hal iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə məhkəmənin müvafiq qərardadının icrası zamanı da müəyyən edilmişdir. Belə ki, həmin qərardadın icrası qaydasında icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda da iddia üzrə tələb edilən əşyaların mənzildə olduğu müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, iddia üzrə tələb edilən əşyaların markası və dəyəri barədə məlumatlı deyil və həmin əşyaların dəyərinin ondan tutulmasına razı deyil. Belə ki, həmin əşyalar hazırda onun yaşadığı mənzildədir və həqiqətən də iddiaçıya məxsusdur. Bu əşyaların iddiaçının özünə təhvil verilməsi mümkündür. Lakin onların götürülməsi üçün başqa şəxslər gəldiyindən onları təhvil verməmişdir. Həmin əşyaların yalnız iddiaçıya təhvil verilməsinə razıdır. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə qanunvericiliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, cavabdehin iddiaya münasibətini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və bundan sonra iddiaçı cavabdehin valideynlərinə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə köçmüş və həmin mənzildə cavabdehlə birlikdə yaşamağa başlamışdır. İddiaçı həmin mənzilə köçərkən özünə məxsus olan (özü tərəfindən alınmış və ya ona hədiyyə verilmiş) əşyaları da orada yerləşdirmişdir. Sonradan tərəflər arasında münasibətlər pozulduğundan iddiaçı cavabdehlə birgə yaşadığı mənzili tərk etmişdir. Hazırda həmin mənzildə yaşamır və özünə məxsus olan əşyaların cavabdehdən alınaraq, ona verilməsini tələb edir. Cavabdeh iddiaya münasibət bildirərkən, iddia üzrə tələb edilən əşyaların markası və dəyəri barədə məlumatlı olmadığını, əşyaların dəyərinin ondan tutulmasına razı olmadığını, həmin əşyaların hazırda onun yaşadığı mənzildə olduğunu və həqiqətən də iddiaçıya məxsus olduğunu, onların iddiaçının özünə təhvil verilməsinin mümkün olduğunu, lakin əşyaların yalnız iddiaçıya təhvil verilməsinə razı olduğunu bildirmiş və iş üzrə qanunvericiliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş edir. Həmin əşyalarla bağlı məhkəmənin müvəqqəti təminat tədbirinin görülməsi barədə qərardadının icrası qaydasında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta əsasən icra sənədində (iddiada göstərilən əşyalarla eynilik təşkil edir) göstərilən əmlaklar mənzildə aşkar olunmuşdur. Lakin qiyməti 253 manat olan "Paşmina" markalı meyvə qabının, qiyməti 60 manat olan "Leyer" markalı meyvə qabının, qiyməti 50 manat olan "Leyer" markalı tort qabının, qiyməti 60 manat olan “Leyer" markalı 6 ədəd desert qabının, qiyməti 40 manat olan 1 ədəd “Karaca” markalı böyük süfrənin, qiyməti 20 manat olan 1 ədəd balaca süfrənin, qiyməti 100 manat olan 1 ədəd döşəyin, qiyməti 200 manat olan 6 ədəd yorğanın (2 qış, 2 yaz, 2 yay) markasının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu (özü ilə birlikdə cavabdehin yaşadığı mənzilə gətirdiyini, öz vəsaiti hesabına aldığını və ya ona hədiyyə edildiyini), sonra isə bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli idi. İddiaçı iddia üzrə xeyli sayda məişət, mebel və digər əşyalarının nikahdan əvvəl alındığını və cavabdehlə birgə yaşadığı mənzilə yerləşdirdiyini, həmin əşyaların ona məxsus olduğunu, lakin cavabdehin mənzilində qaldığını və ona təhvil verilmədiyini iddia edir. Cavabdeh iddia üzrə tələb edilən əşyaların hazırda onun yaşadığı mənzildə olduğunu etiraf edir. Lakin əşyaların markası və onların dəyəri barədə məlumatlı olmadığını bildirir. Əşyaların naturada götürülməsinin mümkün olduğunu və onların dəyərinin ödənilməsinə razı olmadığını qeyd edir. Sadəcə olaraq, bu əşyaların yalnız iddiaçının özünə təhvil verilməsinə razı olduğunu söyləyir. Bununla da iddia üzrə tələb edilən əşyaların mövcud olmaqla, iddiaçıya məxsus olmasını və hazırda cavabdehin yaşadığı mənzildə saxlanıldığını sübut etməyə hər hansı zərurət qalmır. Bununla belə, məhkəmə göstərilənləri, o cümlədən cavabdehin iddia üzrə tələb edilən əşyalara münasibətini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia üzrə tələb edilən əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, lakin bu zaman qiyməti 253 manat olan meyvə qabının "Paşmina" markalı, qiyməti 60 manat olan meyvə qabının "Leyer" markalı, qiyməti 50 manat olan tort qabının "Leyer" markalı, qiyməti 60 manat olan 6 ədəd desert qabının “Leyer" markalı, qiyməti 40 manat olan 1 ədəd böyük süfrənin “Karaca” markalı olması öz təsdiqini tapmadığından, o cümlədən bu halı təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən onların məhz bu markada olması göstərilməməlidir. Həmçinin, iddia üzrə tələb edilən əşyalardan birinin “Vestel” markalı və 69 manat dəyərində olduğu göstərilsə də, əşyanın özünə aydınlıq gətirilməmiş, nəticə etibarı ilə qeyri-müəyyən əşya barədə tələb irəli sürülmüşdür. Bu da öz növbəsində iddia tələbinin bu hissədə rədd edilməsini şərtləndirir. Məhkəmə, iddia üzrə tələb edilən əşyaların qiyməti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu əşyaların təhvil verilmə zamanı onların hər hansı səbəbdən olmaması halı da istisna deyil və belə olan halda cavabdehdən bu əmlakın dəyəri alınmalıdır. Məhkəmə, iddia üzrə hər bir əşyaya münasibətdə göstərilən dəyəri məqbul hesab edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumlarının əvəzinin tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, tələb edilən əşyaların ümumi dəyəri nəzərə alınmaqla Cavabdeh İddiaçı xeyrinə 90 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizənin verilməsi ilə bağlı ödənilmiş 10 manat məbləğində dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ümumi qiyməti 1.850 manat olan 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd şifoner, 2 ədəd dolabça, 1 ədəd güzgülü termodan ibarət “Empuli” markalı yataq dəsti, qiyməti 219 manat olan 1 ədəd “Bosch” markalı tozsoran, qiyməti 99 manat olan 1 ədəd “Bosch” markalı toster, qiyməti 149 manat olan 1 ədəd “Bosch” markalı mikser, qiyməti 99 manat olan 1 ədəd “Bosch” markalı elektrik çaydan, qiyməti 129 manat olan 1 ədəd “Bosch” markalı elektrik kofebişirən, qiyməti 249 manat olan 1 ədəd “Bosch” markalı elektrik ətçəkən maşın, qiyməti 99 manat olan 1 ədəd “Bosch” markalı ütü, qiyməti 199 manat olan 1 ədəd “Simfer” markalı soba, qiyməti 1.199 manat olan 1 ədəd “Vestel” markalı soyuducu, qiyməti 269 manat olan 1 ədəd su dispenseri, qiyməti 280 manat olan 1 ədəd “Tefal” markalı şirəçəkən, qiyməti 287 manat olan "Egizia" markalı meyvə qabı, qiyməti 253 manat olan meyvə qabı, qiyməti 250 manat olan yaşıl vaza, qiyməti 60 manat olan meyvə qabı, qiyməti 50 manat olan tort qabı, qiyməti 60 manat olan 6 ədəd desert qabı, qiyməti 20 manat olan armudu stəkən və nəlbəki dəsti, qiyməti 40 manat olan "Karaca" markalı 6 ədədlik su stəkanı, qiyməti 18 manat olan göy rəngli 6 ədədlik kasa, qiyməti 30 manat olan "Luminark" markalı qrafin və 6 ədəd su stəkanı, qiyməti 18 manat olan 6 ədəd böyük boşqab, qiyməti 16 manat olan orta ölçülü boşqab, qiyməti 12 manat olan 2 ədəd qara qabı, qiyməti 19 manat olan 6 ədəd böyük kasa, qiyməti 15 manat olan 6 ədəd orta ölçülü kasa, qiyməti 30 manat olan 2 ədəd böyük bulud, qiyməti 20 manat olan 2 ədəd kiçik bulud, qiyməti 7,50 manat olan 6 ədəd böyük qaşıq, qiyməti 7,50 manat olan 6 ədəd çəngəl, qiyməti 12 manat olan 6 ədəd bıçaq, qiyməti 7 manat olan 6 ədəd çay qaşığı, qiyməti 10 manat olan 6 ədəd tort çəngəli, qiyməti 8 manat olan 4 ədəd salat qabı, qiyməti 2,50 manat olan 1 ədəd narşərab qabı, qiyməti 6 manat olan 2 ədəd bulud qaşığı, qiyməti 3 manat olan 1 ədəd silikon setka, qiyməti 20 manat olan 1 ədəd çaynik, qiyməti 8 manat olan 1 ədəd kartofkəsən, qiyməti 6 manat olan 1 ədəd qənddan, qiyməti 9 manat olan 1 ədəd rəndə, qiyməti 9 manat olan 1 ədəd bulud, qiyməti 10 manat olan 1 ədəd bulud, qiyməti 15 manat olan "Borcam" markalı şüşə dəsti, qiyməti 36 manat olan 4 ədəd bıçaq, qiyməti 15 manat olan taxta dəsti, qiyməti 9 manat olan 1 ədəd böyük podnos, qiyməti 8 manat olan 1 ədəd kiçik podnos, qiyməti 8 manat olan 1 ədəd çörək qabı, qiyməti 11 manat olan 1 ədəd süzgəc, qiyməti 10 manat olan 1 ədəd kiçik süzgəc, qiyməti 12 manat olan 1 ədəd uzun bulud, qiyməti 5 manat olan 1 ədəd bıçaq, qiyməti 300 manat olan “Karaca” markalı qazan dəsti, qiyməti 100 manat olan 1 ədəd "Karaca" markalı qazan, qiyməti 80 manat olan “Karaca” markalı tava, qiyməti 60 manat olan 1 ədəd emallı qazan dəsti, qiyməti 40 manat olan 1 ədəd böyük süfrə, qiyməti 20 manat olan 1 ədəd balaca süfrə, qiyməti 100 manat olan 1 ədəd döşək, qiyməti 200 manat olan 6 ədəd yorğan (2 qış, 2 yaz, 2 yay), qiyməti 80 manat olan 2 ədəd yastıq, qiyməti 180 manat olan 6 ədəd yataq dəsti və qiyməti 50 manat olan 1 ədəd örtük (pokrival), bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, ödənilmiş dövlət rüsumunun 90 manat hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ümumi qiyməti 1.850 (bir min səkkiz yüz əlli) manat olan 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd şifoner, 2 ədəd dolabça, 1 ədəd güzgülü termodan ibarət “Empuli” markalı yataq dəsti, qiyməti 219 (iki yüz on doqquz) manat olan 1 ədəd “Bosch” markalı tozsoran, qiyməti 99 (doxsan doqquz) manat olan 1 ədəd “Bosch” markalı toster, qiyməti 149 (bir yüz qırx doqquz) manat olan 1 ədəd “Bosch” markalı mikser, qiyməti 99 (doxsan doqquz) manat olan 1 ədəd “Bosch” markalı elektrik çaydan, qiyməti 129 (bir yüz iyirmi doqquz) manat olan 1 ədəd “Bosch” markalı elektrik kofebişirən, qiyməti 249 (iki yüz qırx doqquz) manat olan 1 ədəd “Bosch” markalı elektrik ətçəkən maşın, qiyməti 99 (doxsan doqquz) manat olan 1 ədəd “Bosch” markalı ütü, qiyməti 199 (bir yüz doxsan doqquz) manat olan 1 ədəd “Simfer” markalı soba, qiyməti 1.199 (bir min bir yüz doxsan dioqquz) manat olan 1 ədəd “Vestel” markalı soyuducu, qiyməti 269 (iki yüz altmış doqquz) manat olan 1 ədəd su dispenseri, qiyməti 280 (iki yüz səksən) manat olan 1 ədəd “Tefal” markalı şirəçəkən, qiyməti 287 (iki yüz səksən yeddi) manat olan "Egizia" markalı meyvə qabı, qiyməti 253 (iki yüz əlli üç) manat olan meyvə qabı, qiyməti 250 (iki yüz əlli) manat olan yaşıl vaza, qiyməti 60 (altmış) manat olan meyvə qabı, qiyməti 50 (əlli) manat olan tort qabı, qiyməti 60 (altmış) manat olan 6 ədəd desert qabı, qiyməti 20 (iyirmi) manat olan armudu stəkən və nəlbəki dəsti, qiyməti 40 (qırx) manat olan "Karaca" markalı 6 ədədlik su stəkanı, qiyməti 18 (on səkkiz) manat olan göy rəngli 6 ədədlik kasa, qiyməti 30 (otuz) manat olan "Luminark" markalı qrafin və 6 ədəd su stəkanı, qiyməti 18 (on səkkiz) manat olan 6 ədəd böyük boşqab, qiyməti 16 (on altı) manat olan orta ölçülü boşqab, qiyməti 12 (on iki) manat olan 2 ədəd qara qabı, qiyməti 19 (on doqquz) manat olan 6 ədəd böyük kasa, qiyməti 15 (on beş) manat olan 6 ədəd orta ölçülü kasa, qiyməti 30 (otuz) manat olan 2 ədəd böyük bulud, qiyməti 20 (iyirmi) manat olan 2 ədəd kiçik bulud, qiyməti 7,50 (yeddi manat, əlli qəpik) manat olan 6 ədəd böyük qaşıq, qiyməti 7,50 (yeddi manat, əlli qəpik) manat olan 6 ədəd çəngəl, qiyməti 12 (on iki) manat olan 6 ədəd bıçaq, qiyməti 7 (yeddi) manat olan 6 ədəd çay qaşığı, qiyməti 10 (on) manat olan 6 ədəd tort çəngəli, qiyməti 8 (səkkiz) manat olan 4 ədəd salat qabı, qiyməti 2,50 (iki manat, əlli qəpik) manat olan 1 ədəd narşərab qabı, qiyməti 6 (altı) manat olan 2 ədəd bulud qaşığı, qiyməti 3 (üç) manat olan 1 ədəd silikon setka, qiyməti 20 (iyirmi) manat olan 1 ədəd çaynik, qiyməti 8 (səkkiz) manat olan 1 ədəd kartofkəsən, qiyməti 6 (altı) manat olan 1 ədəd qənddan, qiyməti 9 (doqquz) manat olan 1 ədəd rəndə, qiyməti 9 (doqquz) manat olan 1 ədəd bulud, qiyməti 10 (on) manat olan 1 ədəd bulud, qiyməti 15 (on beş) manat olan "Borcam" markalı şüşə dəsti, qiyməti 36 (otuz altı) manat olan 4 ədəd bıçaq, qiyməti 15 (on beş) manat olan taxta dəsti, qiyməti 9 (doqquz) manat olan 1 ədəd böyük podnos, qiyməti 8 (səkkiz) manat olan 1 ədəd kiçik podnos, qiyməti 8 (səkkiz) manat olan 1 ədəd çörək qabı, qiyməti 11 (on bir) manat olan 1 ədəd süzgəc, qiyməti 10 (on) manat olan 1 ədəd kiçik süzgəc, qiyməti 12 (on iki) manat olan 1 ədəd uzun bulud, qiyməti 5 (beş) manat olan 1 ədəd bıçaq, qiyməti 300 (üç yüz) manat olan “Karaca” markalı qazan dəsti, qiyməti 100 (bir yüz) manat olan 1 ədəd "Karaca" markalı qazan, qiyməti 80 (səksən) manat olan “Karaca” markalı tava, qiyməti 60 (altmış) manat olan 1 ədəd emallı qazan dəsti, qiyməti 40 (qırx) manat olan 1 ədəd böyük süfrə, qiyməti 20 (iyirmi) manat olan 1 ədəd balaca süfrə, qiyməti 100 (bir yüz) manat olan 1 ədəd döşək, qiyməti 200 (iki yüz) manat olan 6 ədəd yorğan (2 qış, 2 yaz, 2 yay), qiyməti 80 (səksən) manat olan 2 ədəd yastıq, qiyməti 180 (bir yüz səksən) manat olan 6 ədəd yataq dəsti və qiyməti 50 (əlli) manat olan 1 ədəd örtük (pokrivalın), bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1597/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1597/2022
01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver