Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1599/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Cavabdeh qanuni nümayəndəsi X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh (qanuni nümayəndə X7) qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (qanuni nümayəndəsi X3) ona məxsus olan 700 manat dəyərində 1 ədəd yataq mebelinin, 500 manat dəyərində 1 ədəd “ELCİ” markalı paltaryuyan maşının, 50 manat dəyərində 1 ədəd çilçırağın, 100 manat dəyərində 1 ədəd xalçanın, 1.500 manat dəyərində 3 ədəd döşək, 3 ədəd yorğan, 3 ədəd yastıqdan ibarət olan yataq dəstinin, 70 manat dəyərində 1 ədəd uşaq çarpayısının, 100 manat dəyərində 1 ədəd qış üçün örtüyün, 60 manat dəyərində 1 ədəd yay üçün örtüyünün, 50 manat dəyərində 1 ədəd pərdənin, 100 manat dəyərində 12 ədəd can dəsmalı, 12 ədəd çay dəsmalı, 12 ədəd əl-üz dəsmalından ibarət olan dəsmal dəstinin, 50 manat dəyərində 1 ədəd gecə lampasının, 120 manat dəyərində 6 ədəd yorğan çexolu, 6 ədəd döşək ağı, 6 ədəd yastıq üzündən ibarət olan yorğan-döşək üzlərinin, həmçinin 500 manat dəyərində 10 qram çəkidə 1 ədəd brilyant qaşlı nişan üzüyünün, 300 manat dəyərində 10 qram çəkidə 1 dəst sırğa-üzük dəstinin, 1.500 manat dəyərində 32 qram çəkidə 1 dəst boyunbağı-qolbaq dəstinin alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin bu barədə ərizəsini nəzərə alıb, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh qanuni nümayəndəsi X4 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbi daha əvvəllər X6 qarşı qaldırılmış və həmin iddia tələbi Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 2811/2020 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə hazırki iş üzrə hər hansı preyudisial əhəmiyyətə malik deyil. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı tarixli qərarında da qeyd edilmişdir. Belə ki, həmin qərarda göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçının istinad etdiyi xx.xx.2020-ci il tarixli, 2(001)-2811/2020 saylı qətnamə X6 qarşı qaldırılmış iddianın rədd olunması haqqındadır. Həmin iş üzrə Cavabdeh tərəf olmamış və ondan hər hansı əşya tələb edilməmişdir. Hazırki iş üzrə də X7 tərəf deyil. X1 Şahson Qədəmşah oğlunun qanuni nümayəndəsidir. Lakin bu onların eyni şəxs olması anlamına gəlmir. Cavabdeh iddiaçıya məxsus hər hansı əşya yoxdur, heç vaxt da olmayıbdır. Bu şəxs psixi cəhətdən xəstədir, ona qulluq olunur, o, vaxtaşırı ruhi-əsəb dispanserinə yerləşdirilir və müalicə alır. Lakin məlum olduğu kimi, onun xəstəliyi müalicə olunmur, sadəcə olaraq müalicələr hesabına aqressivliyin bir qədər yüngülləşməsinə nail olmaq olur. Onun hər hansı əşyaya sahiblik etmək kimi fiziki imkanları da yoxdur. Əvvəlki məhkəmə işində X4 verdiyi izahat isə əslində düz anlaşılmamış və iddiaçı tərəfindən də düzgün təfsir edilmir. X7 mübahisələndirilən əşyaların iddiaçı tərəfindən Cavabdeh sahibliyinə verilməsi barədə fikir söyləməmişdir. O, mübahisələndirilən əşyalardan bəzilərinin ümumiyyətlə Cavabdeh yaşadığı mənzildə olmadığını, bəzi əşyaların isə olsa da, iddiaçıya məxsus olmadığını onun tərəfindən cehiz qismində gətirilmədiyini bildirmişdir. Belə ki, iddiaçı cehiz qismində hər hansı əşyanı gətirməmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən əşyaların Cavabdeh qanunsuz sahibliyində olması həqiqətə uyğun deyil və iş materialları ilə təsdiq olunmur. İddia ərizəsində qeyd olunan əşyaların hansı ünvana aparılması, gətirilməsi, habelə hazırda hansı ünvanda olması barədə cavabdehdə və onun qəyyumu X5 məlumat yoxdur. Onlar həmin əşyalarla bağlı hər hansı məlumata malik deyillər və belə əşyaları heç vaxt görməyiblər. Bundan əlavə iddiaçı 2020-ci ildə iddia qaldıran zaman həmin əşyaların X4 qanunsuz sahibliyində olmasını iddia etmiş, Cavabdeh qarşı iddia tələbi irəli sürməmişdir. Halbuki, fəaliyyət qabiliyyəti olmayan şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ mülki-prosessual qanunvericiliklə istisna olunmur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbini nəzərə alıb, cavabdeh tərəfin iddiaya qarşı münasibətini öyrənib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahdan xx.xx.2006-cı il tarixdə X9 doğulmuşdur. Onlar arasında münasibətlər 2008-ci ildən pozulmuş və həmin vaxtdan onlar ayrı yaşamışlar. Tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia qaldıraraq, ona məxsus olan əmlakların qaytarılmasını xahiş etmişdir. Həmin vaxt X7 ərizəçi qismində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Həmin məhkəmənin 2(006)-5730/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, İddiaçı “əmlakın qaytarılması” tələbinə dair iddiası isə baxılmamış saxlanılmışdır. Bundan sonra İddiaçı X6 qarşı eyni tələbi irəli sürərək, X3 ona məxsus 700 manat dəyərində 1 ədəd yataq mebelinin, 500 manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyan maşının, 50 manat dəyərində 1 ədəd çilçırağın, 100 manat dəyərində 1 ədəd xalçanın, 1.500 manat dəyərində 3 ədəd döşək, 3 ədəd yorğan, 3 ədəd yastıqdan ibarət olan yataq dəstinin, 70 manat dəyərində 1 ədəd uşaq çarpayısının, 100 manat dəyərində 1 ədəd qış üçün örtüyün, 60 manat dəyərində 1 ədəd yay üçün örtüyün, 50 manat dəyərində 1 ədəd pərdənin, 100 manat dəyərində 12 ədəd can dəsmalından, 12 ədəd çay dəsmalından, 12 ədəd əl-üz dəsmalından ibarət olan dəsmal dəstinin, 50 manat dəyərində 1 ədəd gecə lampasının, 120 manat dəyərində 6 ədəd yorğan çexolundan, 6 ədəd döşək ağından, 6 ədəd yastıq üzündən ibarət olan yorğan-döşək üzlərinin, həmçinin 500 manat dəyərində olan 10 qram çəkidə 1 ədəd brilyant qaşlı nişan üzüyünün, 300 manat dəyərində olan 10 qram çəkidə 1 dəst sırğa-üzük dəstinin, 1.500 manat dəyərində 32 qram çəkidə 1 dəst boyunbağı – qolbaq dəstinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 2811/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 89 saylı sərəncamına əsasən X1 Şahson Qədəmşah oğlu üzərində qəyyum təyin edilmişdir. Hazırda İddiaçı Cavabdeh (onun qəyyumu X6) qarşı iddia qaldıraraq, qeyd edilən əşyaların ona məxsus olduğunu, lakin Cavabdeh qanunsuz istifadə və sahibliyində olduğunu iddia edir və bu əşyaların cavabdehdən alınmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: 1) konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; 2) bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-2811/2020 saylı mülki iş üzrə İddiaçı hazırki tələbi X6 qarşı irəli sürmüşdür. Cavabdeh onun tərəfindən ilk olaraq cavabdeh qismində müəyyən edilsə də, sonra iddia tələbi ona aid hissədə azaldılmış, yəni o, cavabdehlər sırasından çıxarılmışdır. Bu səbəbdən həmin iş üzrə qəbul edilmiş 2(001)-2811/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə hər hansı preyudisial əhəmiyyətə malik deyil. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu (özü ilə birlikdə cavabdehin evinə gətirdiyini və ya öz vəsaiti hesabına aldığını), sonra isə bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməlidir. Göründüyü kimi, nəticə etibarı ilə əsas şərt ondan ibarətdir ki, tələb edilən və iddiaçıya məxsus olan hər hansı bir əşyanın hazırda cavabdehdə olması birmənalı şəkildə öz təsdiqini tapmalıdır. Belə ki, ilk iki hal öz təsdiqini tapsa belə, onların cavabdehdə olmasının sübuta yetirilməməsi iddianın təmin edilməsini istisna edir. İddiaçı da iddia üzrə tələb edilən əşyaları xarakterizə edən hər hansı sübut, o cümlədən əşyalara uyğun olaraq onların markası (istehsalçı ölkə), materialı, görünüşü, əyarı və sair barədə hər hansı məlumat təqdim edə bilməməsi ilə yanaşı, bu əşyaların hər hansı birinin hazırda cavabdehdə olmasını sübuta yetirə bilmir. Bu halın mövcudluğu da iddianın rədd edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh (qanuni nümayəndə X7) qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (qanuni nümayəndə X7) qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1599/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1599/2022
26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver