Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1630/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçı Cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı X7 miras əmlakdan imtina etməsinə dair ərizəsinin etibarsız hesab edilməsinə və sair tələbə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh2 Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmasına və sair tələbə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı X7 miras əmlakdan imtina etməsinə dair ərizəsinin etibarsız hesab edilməsinə və sair tələbə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmasına və sair tələbə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə mərhum X11 ilə nikaha daxil olmuş, 2018-ci ildə Cavabdeh2 onkoloji xəstəliyə tutulmuş, xx.xx.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Dünyasını dəyişənə kimi İddiaçı Cavabdeh2la birlikdə gəlin köçdüyü evdə yaşamış və bu gündə Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzildə yaşayır. Cavabdeh2 onkoloji xəstəliyi yastı etitel karsınoması (yüksək differsansiya) metastaz xəstəliyi olmuş və bu xəstəlikdən əziyyət çəkərək özünü idarə etməkdən uzaq olmuşdur. İddiaçının məlumatı olmadan Cavabdeh2 qardaşı Cavabdeh2 sonuncunun xəstəliyindən istifadə edərək xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu ildə vəfat etmiş anası X1 qalan miras əmlakdan imtina barədə ərizəyə imza etdirmişdir. Mərhumun telefonu olmasına baxmayaraq ərizədə qeyd edilməmişdir. Mərhumun adına olan nömrə 055 *** ** ** olmaqla ölümündən sonra iddiaçı işlədir. Cavabdeh2 latın qrafikası ilə yazıb oxumağı bacarmamışdır. Bu ərizəyə qoyulan savadsız halda imzadan da görünür. Notariusda olan zaman Cavabdeh2 xarici görünüşündən də sonuncunun hansı halda olması açıq aydın görünür. Bundan on gün sonra Cavabdeh2 dünyasını dəyişmişdir. İş üzrə Cavabdeh2 Cavabdeh2 ölüm günlərinin yaxınlaşmasını bilmiş və Cavabdeh2 ölümündən sonra sonuncunun vərəsəsi kimi İddiaçı miras əmlakdan məhrum etmək üçün bunu məqsədli şəkildə etmişdir. İddiaçı mərhum Cavabdeh2la nikahı pozulmadığından onların ailə nikah münasibətlərinə xitam verilməmiş, bu səbəbdən onun mənzildən çıxarılması tələb oluna bilməz. Qarşılıqlı iddia ərizəsində qeyd olunan əşyaların həqiqətən mövcud olmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda mərhum X11 tərəfindən xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakdan iddiaçıya düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina etməsi barədə yazılmış ərizəsinin etibarsız hesab edilməsinə, ərizədən sonra yaranmış hüquqi nəticələrin ləğv edilməsinə, qarşılıqlı iddia ərizəsinin isə əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontorunun və Cavabdeh2, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X16 qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, X11 öz iradə ifadəsi ilə notariat kontoruna gedərək öz payından qardaşı Cavabdeh2 xeyrinə imtina etmişdir. Bu halı iş üzrə keçirilən məhkəmə tibbi ekspertizasının rəyi də bir daha təsdiq edir. Cavabdeh2 qardaşı İslamın qırx mərasimini verdikdən sonra, axşam evdə olarkən analarından qalan qızıl zinət əşyalarını bacısı S.Əliyeva ayıraraq, mənzillərinin otaqlarının birində, dolaba qoymuşdur. Həmin gündən sonra isə S.Əliyeva əlində olan 6000 manat pulu da həmin dolaba qoymuşdur. İddiaçı da bunların şahidi olmuşdur. Bir neçə gündən sonra, S.Əliyeva səhər saatlarında evdən çıxaraq, evlərində qalan cavabdeh İddiaçı bütün qızıl zinət əşyalarını, gül formasında 2 ədəd brilliant sırğa, gül formasında brilliant üzük və 50 qramlıq qalın qızıl sep, eləcə də 6000 manat pulun qaldığı otaqda dolabın içinə qoyduğunu bildirərək, əşyalardan muğayət olmasını, kənar şəxsləri evə buraxmamasını demişdir. Onlar xx.xx.2019-cu il tarixdə mənzilə gələrkən mənzilin qapısının kilidinin dəyişdirilməsini aşkar etmişlər. Bir neçə cəhddən sonra başa düşmüşlər ki, İddiaçı analarına məxsus evə, daimi pasport qeydiyyatında olduqları və orada onun üçün vacib olan, qiymətli əşyalarının saxlanıldığı yerə girməklərinə maneə olaraq qanunsuz olaraq, özbaşınalıq edərək evlərinə girməyi qadağan etmişdir. Bu vaxtdan etibarən nə Cavabdeh2 nə də ki, onun yaxın qohumları evlərinə daxil ola bilmirlər, çünki İddiaçı və qohumları buna qəti olaraq imkan vermirlər. Yəni Cavabdeh2 mülkiyyətçi olaraq mərhum anasından ona miras qalmış mənzildən nəinki istifadə edə bilmir, hətta ora daxil olması qanunsuz olaraq ona qadağan edilmişdir. Beləliklə, Cavabdeh2 2019-cu ilin sentyabr ayından etibarən mənzilə daxil ola bilmir və ümumiyyətlə mülkiyyətindən belə heç bir xəbəri yoxdur. Cavabdeh2 anasının qızıl-zinət əşyaları, həmçinin mətbəxdə ona məxsus olan soyuducu, paltaryuyan maşın, televizorlar və sair əşyaların da harada olmasını bilmir. Bütün bu qanunsuzluqların son qoyulması üçün Cavabdeh2 ilk növbədə Binəqədi RPİ-nin 5-ci PB-yə şikayət ərizəsilə müraciət etmişdir. Orada müvafiq araşdırma aparılsa da, İddiaçı qanunsuzluqlarının son qoyulması mümkün olmamış və Cavabdeh2 xx.xx.2020-cı il tarixli 061-1628B-3220 nömrəli məktubla pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhz məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə, İddiaçı qanunsuzluqlara yol verərək Cavabdeh2 mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Son aylar ərzində İddiaçı tərəfindən törədilmiş özbaşınalıqlar nəticəsində Cavabdeh2 həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. S.C. Bayramovanın özbaşına və qanunsuz hərəkətləri nəticəsində Cavabdeh2 və yaxın qohumları mərhum analarının yas mərasimini həmin mənzildə keçirə bilməmişlər. Bütün bunlar Cavabdeh2 mənəvi iztirablar vermişdir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsi təmin edilərək İddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmasına, (qətnamə icra olunan zaman mənzildə olan bütün digər fiziki şəxslərin çıxarılmasına) 8 ədəd stul, 3 ədəd böyük masa, 2 ədəd televizor altı tumba, 3 ədəd JVC, Star markalı televizor, Piranyi markalı DVD pleyer, 4 seksiyalı birləşdirilmiş divar mebel dəsti, 2 ədəd kiçik tumba, 2 ədəd şifonyer, 3 ədəd böyük xalça, 2 ədəd uzun ensiz xalça, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, yataq üçün ləvazimat, 4 ədəd yorğan, 4 ədəd döşək, 8 ədəd yastıq, geyim yataq əşyaları, qab-qacaq dəstləri, vazalar, servizlər, ağ rəngli 2 kameralı soyuducu, pedallı tikiş maşını, 4 ədəd kiçik xalça, dairəvi masa, elektrik pilitəsi, mətbəx sobası, Samsung markalı ağ rəngli paltaryuyan maşın, mətbəx mebel dəsti alt-üst, böyük alüminium qazanlar, 2 ədəd kerosin lampası, 4 ədəd tava, hamamdakı su qızdırıcısı, taburetka, ləyənlər, trümo, güzgü, skaf-sekreter, elektrik kiçik manqal, elektrik sobası, 1 ədəd tozsoran, 2 ədəd divar saatı, mənzildə olan bütün karnizlər, 1 ədəd çilçıraq, 2 ədəd bra istisna olmaqla İddiaçı məxsus əşyaların mənzildən çıxarılmaqla mənzilin boşaldılmasına, həmin mənzilə dair Cavabdeh2 pozulmuş sahiblik, istifadə hüquqlarının bərpa olunaraq, mənzilə daxil olmaq və istifadə hüquqlarına dair yönəldilmiş bütün maneələrin qarşılıqlı iddia üzrə cavabdehə və digər şəxlərə qadağan olunmasına, maneələrin aradan qaldırılmasına, həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən törədilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya vurulan mənəvi zərərin əvəzi kimi 2000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2030 manatın qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq Cavabdeh2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, ilk iddia ərizəsi təmin edilməməli və qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını tələb edə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli MH № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzili X2 adına daşınmaz əmlakın dövlət reyestrində 973 nömrəli reyestr kitabının 87184 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİ № 025940 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 ilə X8 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 193 nömrəsi ilə qeyd edilmiş və nikaha daxil olduqdan sonra qadına Bayramova soyadı verilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 999673 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 193 saylı ölüm akt qeydi tərtib olunmuşdur. X7 11 saylı notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2019-cu ildə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina etmişdir. X5 11 saylı notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2019-cu ildə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina etmişdir. X3 11 saylı notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2019-cu ildə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina etmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 020686 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 232 nömrəsi ilə qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 2V-168 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Azadlıq pr. 16 saylı evin 81 saylı mənzili xx.xx.2019-cu il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh2 miras qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X20 klinikasının xx.xx.2020-ci il tarixli № 681 ch/1 saylı arayışından müəyyən olunur ki, X7 histoloji materialı xx.xx.2019-cu il tarixdə X20 klinikasına qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə preparatın müayinəsi başa çatmış, nəticə yaxınlarına təqdim edilmişdir. X20 klinikasının xx.xx.2019-cu il tarixli laboratoriyaya göndərişindən müəyyən olunur ki, X9 yastı epitel karsinoması (yüksək differensasiya) metastazı aşkar olunmuş, tumorun ilkin ocağını ən əvvəl yuxarı tənəffüs yollarında axtarmaq məsləhət görülmüşdür. Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şöbəsinin xx.xx.2019-cu il tarixli PET/KT raporundan müəyyən olunur ki, 1 ay əvvəl sol çənəaltı limfa düyünü BX olunmuş, “yastı epitel karsinoması” diaqnozu qoyulmuş, xəstədə ilkin mənşəyin araşdırılması məqsədilə PET-KT müayinəsi istənilmişdir. Baş beyin görüntülərində FDG hərisliyi göstərən patoloji ocaq müşahidə olunmamışdır. Boyunda sol səviyyə İİ və İH-də ən böyükləri təqribən 4,5 sm ölçülən limfa düyünlərində patoloji xarakterdə və yüksək dərəcədə (SUV max=13.1), FDG toplanması müşahidə olunmuşdur. Toraks və divararalığı görüntülərində FDG hərisliyi göstərən patoloji ocaq müşahidə olunmamışdır. Qaraciyərin konturları nahamardır. Aktivliyin qaraciyərdə biopaylanması homogendir. Sağ sağrı nahiyəsinin dərialtı yağlı toxumasında təqribən 1,5 sm ölçülən ocaqda reaktiv xarakterdə və orta dərəcədə (SUVmax=3,2) FDG toplanması müşahidə olunmuşdur. Skelet sistemi və bədənin digər hissəsində FDG-nin fizioloji biopaylanması müşahidə edilmişdir. Nəticə: “boyunda sol səviyyə İİ və İİİ malign xarakterli yüksək hipermetabolik limfa düyünləri”. xx.xx.2019-cu il tarixli ultrasəs müayinə protokolundan müəyyən olunur ki, hər iki döş vəzinin müayinəsi zamanı subareolyar nahiyələrdə sağda 12,6 x 5,0 x 14,0 mm ölçülü, solda 15,9 x5,0 mm ölçülü exogenliyi aşağı olan vəz toxumalardan sahələr aşkar olunur. Hər iki qoltuqaltı nahiyədə sağda max 12,6x5,1 mm, 9,2x 4.0 mm, solda max 15,4 x8,4 mm, 14,6x 5,0 mm 9,5x6,0 mm, 8,3x5,1 mm ölçülü qabıq qatı qalınlaşmış (solda daha üstün) limfa düyünləri izlənilir. Boyun hisəssinin KT müayinəsindən müəyyən olunur ki, Cavabdeh2 ağız-udlaq hava sahələri anatomik cəhətdən normaldır. Sol və sağ daxili yuxu arteriyaların mühüm dərəcəli aterosklerotik kalsifıkasiyası var. Pasientdə sol tərəfli massiv limfadenopatiya mövcuddur. Burada bütün qrup limfatik vəzlərdən ibarət konqlomerat yaranmışdır. Konqlomerat daxili parçalanma (hipodens) sahələr nəzərə çarpır. Parotid vəz soldan limfatik konqlomerata bitişikdir. Konqlomerat qulaqətrafı sahədən, sternocleidomastoid boyu aşağı boyun qrupuna qədər izlənilir və əzələlərdən demarkasiya dəqiq deyil. Carotid- vidacı artifaksiyaya bağlı şərhi mümkün deyil. Onurğa sütnunun boyun hissəsinidə sümükdestruktiv dəyişikliklər aşkar olunmur. Nəticə: “sol tərəfli servikal limfadenopatik konqlomerat, daxili karotid arteriyaların arterokserotik kalsifıkasiyası”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli T 249/2020 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 sağlığında neyrosirkulyar distoniya kardial tip, aterosklerotik kardioskleroz, ilkin ocağı məlum olmayan boyun limfa düyünlərinin karsinomasının metastazı xəstəliklərinə düçar olmuşdur. xx.xx.2019-cu ildə mərhum Cavabdeh2 meyiti müayinə olunmadığından hal-hazırda ölümün səbəbi haqqında konkret fikir söyləmək mümkün deyildir. Cavabdeh2 adına tərtib edilmiş tibbi sənədlərdə onun xx.xx.2019-cu ildə sənədləri imzalayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onları dərk etməmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, 10 saylı poliklinikada X7 adına tərtib edilmiş ******* saylı ambulator kartadan görünür ki, xx.xx.1998-ci il tarixdə döş qəfəsi orqanlarının rentgenoskopiyasında ağciyərlərdə patologiya yoxdur. Sinuslar aydındır. Diafraqma hərəkətlidir. Ürəyin hüdudları bir qədər genişlənmişdir. Qəbulda şikayətləri öskürəkdən, hərarətin yüksəlməsindən və ümumi zəiflikdən olmuşdur. Hərarəti 36,7 dərəcədir. Ağciyər üzərində vezikulyar tənəffüs eşidilir. Ürək tonları karlaşıb. Qaraciyər, dalaq əllənmir. Diaqnoz: “kəskin respirator xəstəlik”. xx.xx.2008-ci il tarixdə kardioloqun müayinəsi zamanı Cavabdeh2 ürək nahiyəsində sıxıcı ağrılardan, ağrıların sol qola yayılmasından, başağrılarından, ümumi zəiflikdən şikayət edir. Dəri örtüyünün rəngi bir qədər avazıyıb. Arterial təzyiq 140/80 mm civə sütununa bərabərdir. Ürək tonları karlaşmışdır. Nəbzi 1 dəqiqədə 82 vurğudur. Ağciyərlərdə vezikulyar tənəffüs eşidilir. Qarnı yumşaqdır, ağrısızdır. Diaqnoz: “D/S distoniyası kardial”. EKQ-da hiss dəstəsinin sağ ayağının tam blokadası, sol mədəciyin hipertrofıyası müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixdə tibbi profilaktika üçün poliklinikaya çağrılıb. Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ATU-nun Onkoloji Klinikasının 117607/19 saylı ambulator kitabçasının çıxarışından görünür ki, Cavabdeh2 “ilkin ocağı məlum olmayan Cr-in boyun-körpücüküstü limfa düyünlərinə mts-i” diaqnozu ilə müalicə alır. Xəstəliyin başlama tarixi xx.xx.2019-cu il. xx.xx.2019-cu il tarixindən aktiv hepatit “C” ilə bağlı olaraq capecitabine 2000 mq qəbul edir. Adekvat ağrıkəsicilərdə sahə onkoloqunun nəzarətinə yazılır. xx.xx.2019-cu il tarixli müşahidəyə götürülmə epikrizi: xəstə Cavabdeh2 10 №-li poliklinikada “ilkin ocağı məlum olmayan Cr-in böyükkörpücüküstü limfa düyünlərinə mts” diaqnozu ilə “D” müşahidəyə götürülür. Xəstənin deməsinə görə bir neçə aydır ki, sol körpücüküstü nahiyədə şiş əmələ gəlib. Getdikcə şiş böyüyüb, şişin üstündə yara açılıb. Yaradan irinli ifrazat gəlib, arabir qanıyıb. Xəstə ATUnun Onkoloji Klinikasına müraciət edib. Orada xəstəyə KT, USM, analizlər PET müayinələri olunub. Xroniki hepatit “C” ( aktiv forma) aşkar olunub. Lakin ilkin mənbə təyin olunmayıb. Hepatit “C” ilə əlaqədar capecitabine 2000 mq qəbul edir. Dərisi ikterikbozumtul rəngdədir. Huşu aydındır. Ağciyərlərdə sərt tənəffüs eşidilir. Sol körpücüküstü və boyun nahiyəsində çox böyük ölçüdə hərəkətsiz, çox ağrılı, arxadan boyun fəqərələrinə bitişmiş limfa düyünü və ya düyünləri (bir-birinə bitişmiş) görünür və əllənir. Arterial təzyiq 140/90 mm civə sütununa bərabərdir. Nəbzi 1 dəqiqədə 85 vurğudur. Qarında assit var. Assitə görə qaraciyər və dalağı əlləmək olmur. Diurez azalıb, sidik qovucularla tənzimlənir. Aşağı ətraflarda böyük ödəm var. Ağrılar güclü olduğu üçün xəstəyə ağrıkəsici təyin olunur. xx.xx.2019-cu il tarixdə xəstə halsızlıqdan, ümumi zəiflikdən, boyunda, başda olan ağrılardan şikayət edir. Deməsinə görə 1 kapsul tramadol qəbul edib, ona pis təsir edib. Ürəkbulanma əmələ gəlib. Xəstə qalan dərmanları tullamışdır. Huşu aydındır. Verilən suallara düzgün cavab verir. Yoldaşının deməsinə görə tramadol pis təsir etdiyinə görə digər ağrıkəsici tabletlərdən (ketanol) istifadə edir. Boyundakı yara böyükdür, irinli, qanlı ifrazat gəlir. Başağrıları və boyundakı ağrılar gecələr çoxalır. Arterial təzyiq 140/90 mm civə sütununa bərabərdir. Nəbzi 1 dəqiqədə 88 vurğudur. Ağciyərlərdə sərt tənəffüs eşidilir. Qarnı yumşaqdır. Diurez sidik qovucularla tənzimlənir. Aşağı ətraflarda və qarnın ön divarında böyük ödəm var. Diaqnoz: “ilkin ocağı məlum olmayan Cr-in boyunkörpücüküstü limfa düyünlərinə mts”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 018-9344-1220 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü X7 adına AZE 09167206 nömrəli şəxsiyyət vəsiqəsi əsasında xx.xx.2019-cu il tarixdə C 02716646 nömrəli ümumvətəndaş pasportu rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X19 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh2la nikaha daxil olandan sonra sonuncunun anasının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilində yaşamağa başlamış, daha sonra Cavabdeh2 xx.xx.2019-cu il tarixli ərizəsi ilə xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X1 miras qalan əmlakdakı ona düşən paydan qardaşı İ.Ə. Bayramovun xeyrinə imtina etmişdir. İlk iddia ərizəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixli ərizə tərtib olunarkən İ.Ə. Bayramovun səhhəti ilə bağlı özünü idarə edə bilməməsi, öz hərəkətlərinin mənasını dərk edə bilməməsi səbəbindən ərizənin və onun hüquqi nəticələrinin etibarsız olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh2 xx.xx.2019-cu ildə sənədləri imzalayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onları dərk etməmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə ilk iddia tələblərini əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.(MM-nin 1256-cı mad.) Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Göründüyü kimi Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Ona görə də məhkəmə hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən Mənzil Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə alır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. X6 Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilinin mülkiyyətçilərinin ailə üzvü olmamaqla yanaşı həmin mülkiyyətçilərin onu saxlamaq vəzifəsi də olmadığından qarşılıqlı iddia ərizəsi İddiaçı Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən öz əşyaları ilə birlikdə çıxarılmaqla mənzilin boşaldılması tələbi əsaslıdır, ona görə də qarşılıqlı iddia ərizəsi bu hissədə təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsində göstərilən digər şəxslərin kimlər olması bu tələbi irəli sürən iddiaçı tərəfindən müəyyən edilmədiyindən, bu iddia ərizəsində sadalanan əşyaların mövcud olmasına dair sübut məhkəməyə təqdim edilmədiyindən, mənzildən çıxarılan İddiaçı mülkiyyətçinin sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinə manelər yaratmasına qadağalar qoyulması üçün əsaslar olmadığından məhkəmə bu tələbləri əsassız hesab edib təmin etmir. Məhkəmə Cavabdeh2 mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından qarşılıqlı iddia ərizəsi bu hissədə də sübuta yetirilməməsi əsası ilə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları İddiaçı aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Bakı şəhəri 11 saylı notariat kontoruna və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda mərhum X11 tərəfindən xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina etməsi barədə yazılmış ərizənin etibarsız hesab edilməsinə, ərizədən sonra yaranmış hüquqi nəticələrin ləğv edilməsinə dair ilk iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı özünə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmaqla mənzil boşaldılsın. İddiaçı dövlət rüsumuna görə 30 manat Cavabdeh2 xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1630/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1630/2020
24.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver