Məhkəmə qərarları › İş №2(001)-167/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-167/2025

14.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-167/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh MMC-nin direktoru X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqı və.s” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "MONELLA” MMCdən 2013-2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının, 3207,36 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə Vəkil Bürosuna ödənilmiş 420,0 manat məbləğində xidmət haqqının, 60 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 17200,1 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2007-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək olan dövrdə "MONELLA” MMC-də sürücü vəzifəsində işləmişdir. Qeyd edilən dövr ərzində, yəni 2007-ci ildə cəmiyyətin adı "İsmayıloğulları” MMC, sonradan isə "MONELLA” MMC adı ilə fəaliyyət göstərməyə başlamışdır. Bütün bu dövr ərzində cavabdehlə aralarında əmək müqavilələri bağlanılmış, əmək müqaviləsinin bağlanılmamasını xatırlamır. Ağır iş rejimində çalışdığı dövr ərzində heç bir əmək haqqı almadan və əmək məzuniyyətinə buraxılmadan işləmiş və gün ərzində sərnişin daşıma xidmətindən daxil olmuş pul vəsaitini cəmiyyətin nümayəndəsinə təhvil vermişdir. Gündəlik sərnişin daşınması ilə əlaqədar hər hansı pul ödənişi ilə bağlı öhdəliyə imza atmamış və belə bir öhdəlik götürməmişdir. Əmək haqları verilməsi ilə bağlı kartlar sifariş verilmiş, müvafiq sənədə imza atsa da, maaş kart verilmədiyindən onunla birlikdə cəmiyyətin bir neçə işçisi kartları tələb etdiyinə görə işdən azad edilmişlər. Pensiyaya çıxdıqdan sonra pensiya alıb-ala bilməyəcəklərini, bunun üçün əmək haqqı və sosial müdafiə fonduna ödəniş edilib-edilmədiyi ilə bağlı sürücülərin, o cümlədən onun tələbi cəmiyyətin rəhbərliyinin xoşuna gəlməmiş və nəticədə belə bir addım atılmışdır. xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş, xxxxxxx000100 N-li elektron Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "MONELLA”MMC ilə onun arasında əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2014-cü il göstərilməklə aylıq əmək haqqı 125 (bir yüz iyirmi beş) manat olmaqla müddətsiz olaraq sürücü vəzifəsinə götürülmüşdür. xx.xx.2013-cü il tarixli, 39 saylı yazılı əmək müqaviləsinə əsasən birinci ay sınaq müddəti hesab edilərək aylıq əmək haqqının 125 manat olduğu göstərilməklə xx.xx.2013-cü il tarixdən sürücü vəzifəsinə götürülmüşdür. Həmin müqaviləyə müəssisə tərəfindən dəyişiklik edilərək əmək haqqı xx.xx.2013-cü il tarixdən 180 (bir yüz səksən) manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə daxil edilmiş, xxxxxxx000300 N-li elektron "Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən "MONELLA” MMC ilə onun arasında əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci il göstərilməklə aylıq əmək haqqı 160 (bir yüz altmış) manat olmaqla müddətsiz, əməyin ödənilməsi vaxtamuzd olaraq sürücü vəzifəsinə götürülmüşdür. xx.xx.2019-cu il tarixdə daxil edilmiş, xxxxxxx000301 JNs-li elektron "Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx"MMC ilə onun arasında əmək müqaviləsinin bağlandığı tarixli xx.xx.2018-ci il göstərilməklə aylıq haqqı xx.xx.2019-cu il tarixdan 180 (bir yüz səksən) manat göstərilməklə müqaviləyə dəyişiklik edilmişdir. xx.xx.2019-cu il tarixdə daxil edilmiş, xxxxxxx000302 Jsfe-li elektron “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən "MONELLA” MMC ilə onun arasında əmək müqaviləsinin bağlandığı tarixli xx.xx.2018-ci il göstərilməklə aylıq əmək haqqı xx.xx.2019cu il tarixdən 250 (iki yüz əlli) manat göstərilməklə müqaviləyə dəyişiklik edilmişdir. 2018-ci ilin 01 yanvar tarixindən Respublika üzrə minimum əmək haqqının məbləği 130 manat, 2019-cu ilin 01 vanvar tarixindən xx.xx.2019-cu il tarixinədək 180 manat, xx.xx.2019-cu il tarixdən isə 250 manat müəyyən edilmişdir. Göründüyü kimi cəmiyyət vergidən yayınmaq maqsədilə onsuz da ödəmədiyi əmək haqqı məbləğini vergiyə cəlb edilən məbləğdən, yəni 130 manatdan aşağı, digər hallarda aylıq məbləğin vergiyə cəlb edilməyən hədlərində yazmaqla vergidən yayınmışdır. Təqdim edilmiş əmək müqaviləsində xx.xx.2013-cü il tarixindən aylıq əmək haqqının məbləği 180 manat göstərilsə də, faktiki olaraq ona işdən azad olunan dövrədək əmək haqqı verilməmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrdə əmək müqaviləsi üzrə əmək haqqı məbləği 125,0 manat göstərilmiş və həmin dövr üzrə ona çatası (7 ay x 125 = 875,0) 875,0 manat əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5 %-dən götürsələr, əldən çıxmış fayda 25,52 manat (875 : 100 x 5 = 43,75 : 12ay x 7 ay = 25,52) xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə əmək müqaviləsi üzrə əmək haqqı məbləği 180,0 manat göstərilmiş və həmin dövr üzrə ona çatası (41 ay x 180 = 7380; 180 : 31 x 12 = 69,68; 7380 + 69,68 = 7449,68) “449,68 manat məbləğində əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5%-dən götürsək əldən çıxmış Ayda aşağıdaki kimi olar: xx.xx.2013-01.1 1.2014-cü il üzrə -12 ay x 180 = 2160 : 100 x 5% = 108 manat; xx.xx.2014-xx.xx.2015-ci il üzrə-12 ay x 180 + 108 = (2268 + 2160) : 100 x 5% = 221,4 manat; xx.xx.2015-xx.xx.2016-cı il üzrə - 12 ay x 180 + 113,4 = (2381,4+ 4428,0) : 100 x 5% = 340,47 manat; xx.xx.2015-xx.xx.2017-ci il üzrə - 12 ay x 180 ay + 119,07 = (2500,47 + 6809,4): 100 x 5% = 465,50 manat; xx.xx.2015-xx.xx.2018-ci il üzrə - 4 ay 12 gün x 180 + 125,02 = (914,69+9309,87) 100 x 5% = 511 manat; xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə əmək müqaviləsi üzrə əmək haqqı məbləği 160,0 manat göstərilmiş və va həmin dövr üzrə mənə çatası (İİ ay x 160 - 1760; 160 : 31 x 19 = 98,06; 1760 + 98,06 = 1858,06) 1858,06 manat mablağində əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5%-dən götürsək əldən çıxmış fayda aşağıdaki kimi olar: xx.xx.2018-xx.xx.2019-cu il üzrə (1858,06 + 10735,84) : 100 x 5% + 629,70 manat; xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə əmək müqavilasi üzrə əmək haqqı məbləği 180,0 manat göstərilmiş və həmin dövr üzrə mənə çatası (6 ay x 180 - 1080) 1080,0 manat məbləğində əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5%-dən götürsək əldən çıxmış fayda aşağıdaki kimi olar: xx.xx.2019-xx.xx.2019-cu il üzrə - 1080 : 100 x 5% = 54 manat; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə əmək haqqı məbləği 250,0 manat göstərilmiş və ya həmin dövr üzrə ona çatası (9 ay x 250 - 2250) 2250,0 manat mablağində əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5%-dən götürsələr əldən çıxmış fayda aşağıdaki kimi olar: xx.xx.2019-xx.xx.2020-ci il üzrə - 15923,9 : 100 x 5% = 796,20 manat. Beləliklə, Mərkəzi Bankın orta uçot faiz dərəcəsini da nəzərə almaqla cavabdehin qeyd edilən dövr üzrə ödənilməmiş əmək haqqından 13512,74 manat, əldən çıxmış fayda (3207,36 manat) ilə birlikdə 16720,1 manat borcu vardır. Cavabdeh MMC-nin direktoru X3, iddia tələbinə yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Monella MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh MONELLA" MMC-dən 2013-2020-cü illər ərzində ona ödənilməli olan 13512,7 manat məbləğində əmək haqqının, 3207,36 manat məbləğində çıxmış faydanın, hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 420 manat məbləğində xidmət haqqının, 60 manat məbləğində mediasiya xərcinin ümumilikdə 17200,1 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia aşağıdakılara əsasən tam əsassızdır ona görə də rədd olunmalıdır. Belə ki, İddiaçı xx.xx.2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2013-2020-ci illər arasında ona ödənilməli olan 13.512,74 manat məbləğində əmək haqqının, 3.207,36 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 310 manat məbləğində xidmət haqqının, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 17.060,10 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək ona ödənilməli olan 13.512,74 manat məbləğində əmək haqqının, 3.207,36 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 310 manat məbləğində xidmət haqqının, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 18.239,10 man. məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 220/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardadı mübahisələndirmədən xx.xx.2023-cü il tarixdə İddiaçı və onun vəkili Vəkil “icraatın təzələnməsi” barədə vəsatətlərlə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(001)-220/2022 saylı qərardad ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməmiş, İddiaçı vəkili Vəkil tərəfindən verilmiş vəsatət geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü bəndinə əsasən pul və digər tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1.-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edən iddiaçının iddia ərizəsi 2022-ci ilin oktyabr ayında baxılmamış saxlanılmış, və iddiaçı eyni tələblərlə yenidən xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda sadalanan normaların tələblərinə əsasən iddiaçı tərəfindən hazırki tələblər üzrə iddia müddətini üzürsüz səbəbdən ötürülmüşdür. İddia müddətini ötürməklə məhkəməyə iddia ilə müraciət etməsinə baxmayaraq iddiaçının tələbinin əsassız və deyərdik ki, qərəzli olmasına dair aşağıdakı diqqətəlayiq mühüm məqamları nəzərinizə çatdırmaq istəyirlər. Belə ki, əvvəlki məhkəmə icraatı dövründə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4477/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/97 nömrəli ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin adına olan 2018-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr 2020-ci ilin yanvar fevral aylarında əmək haqqının hesablanması cədvəllərində 16-cı sırada ”İddiaçı” yazıları qarşısında “Alanın imzası” qrafalarındakı və həmçinin 2020-ci ilin mart ayı üzrə əmək haqqı ödəniş cədvəlində 6-cı sırada ”İddiaçı” yazıları qarşısında “Alanın imza” qrafasındakı "xxxx" MMC-nin 123 saylı marşrut xəttində işləyən sürücülərə bank kartlarının verilməsi siyahısının 9-cu sırasında ”İddiaçı” yazıları qarşısında “Alanın imza” qrafasındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. İcraat təzələnəndən sonra məhkəmə iclasında iddaçı İddiaçı yazılı vəsatətlə məhkəməyə müraciət edərək, imzaların ona aid olmadığını bildirmiş və iş üzrə təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini və ekspert tədqiqatında onun imzasının əks olunduğu sənədlərin surətinin də nəzərdən keçirilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4477/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə təkrar məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin adına olan 2018-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr 2020-ci ilin yanvar fevral aylarında əmək haqqının hesablanması cədvəllərində 16-cı sırada ”İddiaçı” yazıları qarşısında “Alanın imzası” qrafalarındakı və həmçinin 2020-ci ilin mart ayı üzrə əmək haqqı ödəniş cədvəlində 6-cı sırada ”İddiaçı” yazıları qarşısında “Alanın imza” qrafasındakı "xxxx" MMC-nin 123 saylı marşrut xəttində işləyən sürücülərə bank kartlarının verilməsi siyahısının 9-cu sırasında “İddiaçı” yazıları qarşısında “Alanın imza” qrafasındakı imza, Cavabdeh MMC-nin adına olan 2018-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr 2020-ci ilin yanvar fevral aylarında əmək haqqının hesablanması cədvəllərinin kserosurətlərində 16-cı sırada və həmçinin 2020-ci ilin mçart ayı üzrə əmək haqqı ödəniş cədvəlinin kserosurətinin 6-cı sırasında “İddiaçı” yazıları qarşısında “Alanın imza” qrafasındakı "xxxx" MMC-nin 123 saylı marşrut xəttində işləyən sürücülərə bank kartlarının verilməsi siyahısının kserosurətinin 9-cu sırasında ”İddiaçı” yazıları qarşısında “Alanın imza” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Qeyd etmək istəyir ki, Xudaverdiyevin onlara vurduğu ziyan 5230 manatdan daha çox idi və bu ziyan 2013- 2020-ci illəri əhatə edirdi və bu barədə sübutları da var idi, buna baxmayaraq onlar iddia müddətini buraxdıqlarına görə yalnız son 1 ilin ziyan məbləğini tələb etmişlər. Başqa sözlə desələr, tərəflərindən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün qaydada iddia verilmiş və əsassız iddialarla məhkəmənin vaxtını almayaraq iş yükünü artırmamışlar. Lakin çox təəsüf ki, İddiaçı qanunun tələbinə riayət etməyərək hüquqdan sui-istifadə edərək hazırki əsassız iddianı qaldırmışdır. Halbuki, onun vəkili qanunverciliyin tələblərini düzgün qaydada ona izah etməli idi. Göründüyü kimi, onun iddia tələblərinin əsasını təşkil edən dəlillərini təkzib edən 2 ekspertiza rəyi mövcuddur. Belə olan halda o necə və hansı əsasla MMC-dən əmək haqqı və əldən çıxmış fayda tələb edə bilər? Qeyd etmək istəyir ki, İddiaçı bu iddiası cavabdehin ona qarşı vaxtı ilə Abşeron Rayon Məhkəməsində qaldırılmış və Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş yeni qətnamə əsasında ondan xeyirlərinə 5320 manat tutulmalı olmasına dair məhkəmə qətnaməsinin icrası ilə bağlı olmuşdur. Başqa sözlə o, ondan tutulmalı olan məbləği bir növ əvəzləmək üçün həmin məbləğin iki qatından artıq məbləğlə onlara qarşı yuxarıda qeyd edilən əmək haqqı iddiası qaldırmışdır. Məlumat üçün bildirir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi bu yaxınlarda tam icra olunmuşdur. Hesab edir ki, Xudaverdiyev qaldırdığı iddianın tam əsassız olduğunu bildiyi halda hüquqdan sui istifadə edərək onlara qarşı vicdansızcasına əsassız iddia qaldırdığı üçün ondan cavabdehin xeyrinə MPM-nın 120-ci maddəsinin tələbinə uyğun olaraq 15000 manat pul tutulmalıdır. Belə ki qeyd edilən normadan görünür ki, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nın 47 və 120-ci maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı Cavabdeh MMC-yə qarşı dair iddia ərizəsinin rədd edilməsi və iddiaçıdan vicdansızcasına əsassız iddia qaldırdığı üçün Cavabdeh MMC –nin xeyrinə 15000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının və əldən çıxmaış faydanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki işə məhkəmədə baxılarkən, məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, iddiaçının fəaliyyətinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında bağlanmış və xx.xx.2018-ci tarixli, əmək müqaviləsinidən görünür ki, iddiaçı cavabdeh tərəfindən sürücü vəzifəsinə qəbul edilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə yenidən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək məcəlləsinin 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 4-cü bəndinə əsasən: Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarxdə müraciət etmişdir. Ona görə də hesab edir ki, iddiaçı 1 illik iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən hallardan görünür ki, hazırkı mülki iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Əmək məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulan bir illik iddia müddəti tətbiq edilməli, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndini rəhbər tutaraq iş üzrə iddia müddətinin keçməsini nəzərə alıb, iş üzrə iddia müddəti tətbiq etməklə iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Azər adlı şəxs onlara əmək haqqı tabelinə imza etdirib, lakin onlara əmək haqqını verməmişdir. 1 ayın əmək haqqını 3 günə aldıqdan sonra, onları işdən qovmuşlar. Göstərdiklərini nəzərə alaraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, ekspert rəyi ilə tanış olmuşdur. Məhkəmənin qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş, lakin ekspert bəzi suallara cavab verməmişdir. Belə ki, sənədlərin hər biri eyni gündə, eyni qələmlə yazılıb və möhür vurulmuşdur. Yəni, hər gün 50-60 möhür vurulmuşdur. Halbuki, qələmlər və möhür arada olan vaxta görə solqun olmalı idi. Həmçinin qeyd etdi ki, cavabdeh tərəf 2020-ci ilin feval və mart aylarında qərara alıblar ki, əmək haqları kart vasitəsi ilə verilsin və bununla bağlı iddiaçı və digər işçilərə imzalar etdiriblər. İddiaçı isə hansı sənədi imzaladığını bilməyib. Bundan əlavə qeyd etdi ki, sənədlərdəki imzaların iddiaçıya aid olmasını inkar etmir, lakin onları aldadıb imza etdiriblər və nəticədə iddiaçı, iddia ərizəsində göstərilən aylardakı əmək haqqını almayıb. Göstərdiklərini nəzərə alaraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru X3 iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinə etirazın və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia müddəti tətbiq etməklə iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh direktoru X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı müddətsiz olaraq, 1 ay müddətində sınaq müddəti ilə, qrafik üzrə növbəli üzrə, aylıq əmək haqqı 125 manat olmaqla sürücü (sərnişin daşıma) vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh direktoru X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013cü il tarixli əmək müqaviləsi xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh direktoru X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018ci il tarixli əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə sistemə daxil edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh direktoru X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018ci il tarixli müddətsiz əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir. Cavabdeh direktoru X1 məhkəmənin sorğusuna cavab olaraq təqdim etmiş olduğu 2013-2016-cı illərə dair əmək haqqı ödəniş cədvəlinə əsasən; 123 nömrəli marşrut xətti üzrə işləyən sürücü İddiaçı 2013-cü ilin mart-dekabr ayları üzrə hər ay 121,25 manat olmaqla, ümumilikdə 1091,25 manat; 2014-cü ilin yanvar-dekabr ayları üzrə hər ay 121,25 manat olmaqla, ümumilikdə 1455 manat; 2015-ci ilin yanvar-dekabr ayları üzrə hər ay 121,25 manat olmaqla, ümumilikdə 1455 manat; 2016-cı ilin yanvar-oktyabr ayları üzrə hər ay 121,25 manat olmaqla, ümumilikdə 1212,5 manat məbləğində əmək haqqı ödənilmişdir. 2016-cı ilin noyabr 2018-ci ilin avqust aylarını əhatə edən dövrə aid sənədlər şirkətdə tapılmadığından təqdim edilməsi mümkün olmamışdır. "xxxx" MMC-yə məxsus yol 144 nömrəli vərəqəsindən görünür ki, İddiaçı 01-31 mart tarixləri üçün metro Azadlıq və Sumqayıt şəhəri istiqaməti üçün yol vərəqəsi verilmişdir. "xxxx" MMC-yə məxsus yol 225 nömrəli vərəqəsindən görünür ki, İddiaçı 01-30 aprel tarixləri üçün metro Azadlıq və Sumqayıt şəhəri istiqaməti üçün yol vərəqəsi verilmişdir. 2016-cı ilin noyabr ayından, 2017-ci ilin iyun ayınadək olan əmək haqqı ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2016-cı ilin noyabr ayından, 2017-ci ilin iyun ayınadək hər ay 121,25 manat olmaqla, ümumilikdə 970 manat məbləğində əmək haqqı ödənilmişdir. 2018-ci ilin sentyabr ayından, 2019-cu ilin fevral ayınadək olan əmək haqqı ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2018-ci ilin sentyabr ayından, 2019cu ilin fevral ayınadək hər ay 121,45 manat olmaqla, ümumilikdə 752,70 manat məbləğində əmək haqqı ödənilmişdir. 2019-cu ilin mart-iyul aylarında olan əmək haqqı ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ilin mart-iyul aylarında hər ay 173,70 manat olmaqla, ümumilikdə 868,50 manat məbləğində əmək haqqı ödənilmişdir. 2019-cu ilin sentyabr ayından, 2020-ci ilin may ayınadək olan əmək haqqı ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ilin sentyabr ayından, 2020ci ilin may ayınadək olan müddətdə, ümumilikdə 2148,29 manat məbləğində əmək haqqı ödənilmişdir. Cavabdeh direktoru X3 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 220 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (aktlara əsasən) xitam verilmişdir. "xxxx" ASC-yə məxsus xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq 33 saylı vəkil bürosunun hesabına 420 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/720 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh MMC-nin adına olan 2013-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarında əmək haqqının hesablanması və ödənilməsi cədvəllərində 88-ci sırada “İddiaçı oğlu” yazıları qarşısında “İmza” qrafalarındakı imzalar, 2013-cü ilin dekabr, 2014-cü ilin yanvar, fevral aylarında əmək haqqının hesablanması və ödənilməsi cədvəllərində 87-ci sırada “İddiaçı” yazıları qarşısında “İmza” qrafalarındakı imzalar, 2014-cü ilin mart, aprel aylarında əmək haqqının hesablanması və ödənilməsi cədvəllərində 68-ci sırada “İddiaçı” yazıları qarşısında “İmza” qrafalarındakı imzalar, 2014-cü ilin may ayında əmək haqqının hesablanması və ödənilməsi cədvəllərində 71-ci sırada “İddiaçı” yazıları qarşısında “İmza” qrafasındakı imza, 2014-cü ilin iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr, 2015-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2016-cı il yanvar, fevral, mart, aprel, iyun, iyul, avqust aylarında əmək haqqının hesablanması cədvəllərində 13-cü sırada “İddiaçı” yazıları qarşısında “Alanın imzası” qrafalarındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2016-cı il may ayında əmək haqqının hesablanması cədvəlində 13-cü sırada “İddiaçı” yazıları qarşısında “Alanın imzası” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir. “X2” MMC-nin xx.xx.2024-cü il tarixli, ETM-002/10/24 saylı mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh MMC-nin əmək haqqının hesablanması və ödənilməsinə dair; 2013-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 9 ədəd; 2014-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 12 ədəd; 2015-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 12 ədəd; 2016-cı ilin mart, aprel, may, iyun, iyul, avqust aylarına dair 7 ədəd; 2018-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 4 ədəd; 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 11 ədəd; 2020-ci ilin yanvar, fevral, mart aylarına dair 3 ədəd cədvəllərdə müvafiq olaraq “İddiaçı” və ya “İddiaçı” yazıları qarşısındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/404-5/405 nömrəli ekspertiza rəyinə (ekspert Aysel Aslanova) əsasən;

1. Tədqiqata təqdim edilmiş Cavabdeh MMC 2018 - 2020-ci ilin əmək haqqının hesablanması cədvəlin (i.v 142-161-ci) üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar.

2. Təqdim edilmiş Cavabdeh MMC 2018 - 2020-ci ilin əmək haqqının hesablanması cədvəlin (i.v 142-161-ci) üzərlərində olan möhür əksləri öz aralarında eynilik təşkil edirlər.

3. Təqdim edilmiş Cavabdeh MMC 2018 – 2020-ci ilin əmək haqqının hesablanması cədvəlində (i.v 142-161-ci) “İddiaçı” oğlunun adından və “Direktor”, “Baş mühasib” qrafasında olan imzalar hər hansı bir texnik vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdir. X6 rəyinə əsasən;

1. Tədqiqata təqdim edilmiş mülki iş materiallarının 76, 142-160-cı səhifələrində olan sənədlərdəki “Monella MMC”-ə “Azərbaycan Respublikası Bakı şəhəri X7 city * Məhdud Məsuliyyətli Cəmiyyəti* Limited Responsible Society* MONELLA”” məzmunlu mətn olan dairəvi möhür əkslərinin boyasının rəngləyici maddəsi kimyəvi tərkibinə görə ştempel boyalarına aiddirlər və kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər.

2. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 77-83-cü səhifələrində olan sənədlərdəki “Monella MMC”-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

3. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 76-cı səhifəsində olan ərizədəki “Monella MMC”-nin direktorunun imzası ilə 77-83-cü səhifələrdə olan sənədlərdəki “Monella MMC”-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

4. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 119-cu səhifəsində olan sənəddəki “Monella MMC”-nin baş mühasibinin imzası ilə 76, 77-83-cü səhifələrdə olan sənədlərdəki “Monella MMC”-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

5. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 142-161-ci səhifələrində olan sənədlərdəki “Monella MMC”-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

6. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 142-161-ci səhifələrində olan sənədlərdəki “Monella MMC”-nin direktoru və baş mühasibinin imzası ilə 76,77-83 və 119cu səhifələrdə olan sənədlərdəki “Monella MMC”-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

7. Tədqiqata təqdim edilmiş mülki işin materialının 77-85-ci səhifələrində olan 2013cü il aprel-dekabr ayı üzrə, 86-89-cu, 91-97-ci səhifələrində olan 2014-cü il yanvar-aprel, iyun-dekabr ayları üzrə, 98-102-ci, 108-109-cu səhifələrində olan 2015-ci il yanvar-may, noyabr,dekabr ayları üzrə, 110-cu səhifəsində olan 2016-cı il yanvar, 114-116-cı səhifələrində olan may-iyul ayları üzrə sənədlərdəki İddiaçıBəhram oğluna məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

8. Tədqiqata təqdim edilmiş mülki işin materialının 103-107-ci səhifələrində olan 2015-ci il iyun-oktyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

9. Tədqiqata təqdim edilmiş mülki işin materialının 111-113-cü səhifələrində olan 2016-cı il fevral-aprel ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

10. Tədqiqata təqdim edilmiş mülki işin materialının 117-ci səhifəsində olan 2016-cı il avqust ayı üzrə, 142-143-cü səhifələrində olan 2018-ci il sentyabr-oktyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

11. Tədqiqata təqdim edilmiş mülki işin materialının 144-145-ci səhifələrində olan 2018-ci il noyabr-dekabr ayı üzrə, 146-155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

12. Tədqiqata təqdim edilmiş işin materiallarının 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161-ci səhifələrində olan 2020-ci yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

13. Tədqiqata təqdim edilmiş işin materiallarının 90-cı səhifəsində olan 2014-cü ilin may ayı üzrə sənəddəki İddiaçı məxsus imza ilə 77-85-ci səhifələrində olan 2013-cü il aprel-dekabr ayları, 86-89-cu, 91-97-ci səhifələrində olan 2014-cü il yanvar-aprel, iyundekabr ayları, 98-109-cu səhifələrində olan 2015-ci il yanvar-dekabr ayları üzrə, 110- 115,117-ci səhifələrində olan 2016-cı il yanvar- iyun,avqust ayları üzrə, 142-145-ci səhifələrində olan 2018-ci il sentyabr-dekabr ayları üzrə, 146-156-cı səhifələrində olan 2019-cu il yanvar-dekabr ayları üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

14. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 103-107-ci səhifələrində olan 2015-ci il iyun-oktyabr ayları üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 77-85-ci səhifələrində olan 2013-cü il aprel-dekabr ayları,86-97-ci səhifələrdə olan 2014-cü il yanvar-dekabr ayları, 98-102-ci səhifəsində olan 2015-ci il yanvar-may ayları üzrə, 108- 109-cu səhifələrində olan 2015-ci il noyabr-dekabr ayları üzrə, 110-115,117-ci səhifələrində olan 2016-cı il yanvar-iyun,avqust ayları üzrə, 142- 145-ci səhifələrində olan 2018-ci il sentyabr-dekabr ayları üzrə, 146-156-cı səhifələrində olan 2019-cu il yanvardekabr ayları üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

15. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 111-113-cü səhifələrində olan 2016-cı il fevral-aprel ayları üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 77-85-ci səhifələrində olan 2013-cü il aprel-dekabr ayları,86--97-ci səhifələrdə olan 2014-cü il yanvar-dekabr ayları, 98-109-cu səhifələrində olan 2015-ci il yanvar-dekabr ayları üzrə, 110-cu səhifəsində olan 2016-cı il yanvar ayı üzrə, 114-115-ci, 117-ci səhifələrində olan 2016-cı il may-iyun, avqust ayları üzrə, 142-145-ci səhifələrində olan 2018-ci il sentyabrdekabr ayları üzrə, 146-156-cı səhifələrində olan 2019-cu il yanvar-dekabr ayları üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

16. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 156-cı səhifəsində olan 2019cu il dekabr ayı üzrə sənəddəki İddiaçı məxsus imza ilə 77- 85-ci səhifələrində olan 2013cü il aprel-dekabr ayları,86-97-ci səhifələrdə olan 2014-cü il yanvar -dekabr ayları, 98-109cu səhifələrində olan 2015-ci il yanvar-dekabr ayları üzrə, 110-115,117-ci səhifələrində olan 2016-cı il yanvar-iyun, avqust ayları üzrə, 142-145-ci səhifələrində olan 2018-ci il sentyabr-dekabr ayları üzrə, 146-155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayları üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

17. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 77-85-ci səhifələrində olan 2013-cü il aprel-dekabr ayı üzrə, 86-89-cu, 91-97-ci səhifələrində olan 2014-cü il yanvaraprel, iyun-dekabr ayları üzrə, 98-102-ci, 108-109-cu səhifələrində olan 2015-ci il yanvarmay, noyabr,dekabr ayları üzrə, 110-cu səhifəsində olan 2016-cı il yanvar, 114-116-cı səhifələrində olan may-iyul ayları üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 103-107-ci səhifələrində olan 2015-ci il iyun-oktyabr, 111-113- cü səhifələrində olan 2016-cı il fevralaprel, 117-ci səhif\sində olan 2016-cı il avqust ayı üzrə, 142-143-cü səhifələrində olan 2018-ci il sentyabr-oktyabr ayı, 144-145-ci səhifələrində olan 2018-ci il noyabr-dekabr ayı üzrə 146-155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayı, 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkibinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

18. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 117-ci səhifəsində olan 2016cı il avqust ayı üzrə sənəddəki İddiaçı məxsus imza ilə 142-143-cü səhifələrində olan 2018-ci il sentyabr-oktyabr ayı, 144-145-ci səhifələrində olan 2018-ci il noyabr-dekabr ayı üzrə, 146-155-ci səhifələrində olan 2019-cu il yanvar- noyabr ayı, 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161 -ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

19. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 142-143-cü səhifələrində olan 2018-ci il sentyabr-oktyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 144-145-ci səhifələrində olan 2018-ci il noyabr-dekabr ayı üzrə, 146- 155-ci səhifələrində olan 2019cu il yanvar-noyabr ayı, 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

20. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 144-145-ci səhifələrində olan 2018-ci il noyabr-dekabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 146-155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayı, 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

21. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 146-155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

22. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 156-cı səhifəsində olan 2019cu il dekabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

23. Rəyin sənədlərin materiallarının tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadın “4) Həmin sənədlərdəki möhürlər kimyəvi tərkibinə, sənədlərdə əks olunma yerlərinə və istiqamətlərinə və s. əlamətlərinə görə eyni vaxtda vurulmuşdurmu?”,“5) Həmin sənədlərdə olan imzalar əlamətlərinə görə eyni vaxtda icra olunmuşdurmu?” və “6)Həmin sənədlərdə olan imzalar Cavabdeh MMC-nin adından olan imzalar (müvafiq olaraq “Rəhbər” və “Baş mühasib” qrafalarındakı) hər hansı əlamətlərinə görə eyni vaxtda icra olunmuşdurmu? Sualları üzrə tədqiqat aparılmadı. Tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından keçmək üçün ərizə ilə mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri olmuş, iddiaçı 2013-2020-ci illər ərzində Cavabdehndə sürücü vəzifəsində çalışmışdır. 31 avqust 2020-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı Cavabdeh MMC-də işlədiyi müddətdə müvafiq sənədlərə imza atsa da, 2013- 2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının verilmədiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüşdür. İddiaçının irəli sürdüyü digər tələblər həmin tələbdən törəmədir. Cavabdeh isə həmin tələb üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmaqla iddiaya etiraz etməkdədir. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilibedilməməsinə birbaşa təsir etdiyindən məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin ötürülməsinə dair arqumentinə qiymət verməyi zəruri hesab edir: Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 31 avqust 2020-ci il tarixdə xitam verilsə, iddiaçı cavabdeh cəmiyyətdə işlədiyi müddətdə ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının verilmədiyini iddia edərək cavabdehə qarşı 23 yanvar 2024-cü il tarixdə, başqa sözlə qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bu mənada məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "MONELLA” MMC-yə qarşı “2013-2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının ödənilməsi” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının irəli sürdüyü digər iddia tələblərini də əsassız hesab edərək həmin hissələrdə əlavə əsaslandırma aparılmasını zəruri bilmir. Belə ki, “2013- 2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının ödənilməsi” tələbinin təmin olunmaması həmin tələbdən irəli gələn digər tələblərin də dispozitiv şərtlərini istisna edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqı və.s” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə keçirilmiş (məhkəmə-xətşünaslıq, sənədlərin məhkəmə texniki ekspertizası və sənəd materiallarının ekspertizası) ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 210 (iki yüz on) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə mütəxəssis rəyinin alınması üçün aparılmış tədqiqatın dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində vəsait İddiaçı tutularaq “X2” MMC-nin hesabına ödənilsin (Kodu 507699, VÖEN **********, Müxbir hesab AZ02NABZ********************, SFİFT AZRTAZ22, “X2” MMC, VÖEN **********, hesab AZ69AZRT********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar