Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1671/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə rəsmi nikahından doğulmuş 09 yanvar 2008-ci il təvəllüdlü X1, 07 dekabr 2008-ci il təvəllüdlü X2, 12 mart 2010-cu il təvəllüdlü X3, 07 iyul 2011-ci il təvəllüdlü X4 və 17 sentyabr 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər bir uşağa 193 manat olmaqla, cəmi 965 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28 iyun 2013-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların rəsmi nikahından 09 yanvar 2008-ci il təvəllüdlü X5, 07 dekabr 2008-ci il təvəllüdlü X6, 12 mart 2010-cu il təvəllüdlü X8, 07 iyul 2011-ci il təvəllüdlü X9 və 17 sentyabr 2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdeh diş həkimi işləyir və kifayət qədər əmək haqqı alır, lakin öz ailəsin qədərincə pul xərcləmir. Ona görə də nikah pozulmadan ondan aliment tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək, hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 965 manat məbləğində aliment ödəməsi barədə qətnamə qəbul edilməsinə razı olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı, 868154 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 28 iyun 2013-cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada “Səlimova” soyadı verilmişdir. AZE seriyalı 11442222 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Məryəm 09 yanvar 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. AZE seriyalı 11442226 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Minarə 07 dekabr 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. AZE seriyalı 11105796 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Ərus 12 mart 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. AZE seriyalı 11710290 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əli İbrahim 07 iyul 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. AZE seriyalı 18239776 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əli Xanlar 17 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin 09 yanvar 2008-ci il təvəllüdlü X5, 07 dekabr 2008-ci il təvəllüdlü X6, 12 mart 2010-cu il təvəllüdlü X8, 07 iyul 2011-ci il təvəllüdlü X9 və 17 sentyabr 2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Hazırda iddiaçı cavabdehdən uşaqların saxlanması üçün hər uşağa görə 193 manat olmaqla, cəmi 965 manat məbləğində aliment tutulmasını xahiş edir, cavabdeh də iddianı qəbul edir. Beləliklə, məhkəmə cavabdehin tələb olunan alimenti ödəməyə razı olduğunu nəzərə alaraq belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 28 yanvar 2022-ci il tarixdən başlayaraq 09 yanvar 2008-ci il təvəllüdlü X1, 07 dekabr 2008-ci il təvəllüdlü X2, 12 mart 2010-cu il təvəllüdlü X3, 07 iyul 2011-ci il təvəllüdlü X4 və 17 sentyabr 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 965 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməldir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə cavabdehdən tutulan alimentin miqdarını nəzərə alaraq hesab edir ki, 124 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 28 yanvar 2022-ci il tarixdən başlayaraq 09 yanvar 2008-ci il təvəllüdlü X1, 07 dekabr 2008-ci il təvəllüdlü X2, 12 mart 2010-cu il təvəllüdlü X3, 07 iyul 2011-ci il təvəllüdlü X4 və 17 sentyabr 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 965 (doqquz yüz altmış beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1671/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1671/2022
10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver