Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1695/2022 11.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlak və cehiz tələbinə dair iddiasi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birgə nikah dövründə əldə edilmiş və məhkəmə çəkişməsi zamanı cavabdeh tərəfindən satılmış **-VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent2 markalı avtomobilin bazar qiyməti olan 20.000 manat məbləğində pulun yarısı, yəni 10000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, ona məxsus olan cehiz əşyalarının- Qonaq otağında olan lüstur-150 manat, 3lü pərdə dəsti (2 yataq otağı, 1 qonaq otağı və mətbəx, jalüz) -500 manat, mətbəxdə olanlar- Mətbəx mebeli-2000 manat, qaz peçi boz rəngli -70 manat; aspirator boz rəngli - 150 manat, boz rəngli "Samsung" markalı soyuducu- 1300 manat; boz rəngli, "Simens" markalı paltaryuyan-700 manat; 1 ədəd lüstur-50 manat: elektrik sobası boz rəngli 100 manat; 1 ədəd qəhvəyi rəngli stol va 4 stul dəsti- 380 manat; 1 ədəd ağ rəngli ətçəkən maşın-150 manat; 1 ədəd boz rəngli sok çəkan maşın-100 manat; 1 ədəd qımızı rəngli ləpəçəkən maşın-10 manat; 1 ədad Tefal çaydan -20 manat, 1 ədəd çörək qabi-15 man; 1 ədəd zibil vedrəsi -15 man; 1 ədəd qırmızı rəngli "Samsung" markalı tozsoran- 80 manat; 1 ədəd boz rəngli qəfədan-25 manat; 1 ədəd tava-33 manat; 5 ədəd qazan dəsti- 200 manat; 3 ədəd 3-lü qazan dəsti-25 manat; 2 ədəd qara qazan 15 manat; 2 ədəd rusiya istehsalı olan aliminium qazan- 12 manat; 2 dəst çay servisi -100 manat; 92 parçalıq nahar və çay srvisi- 400 manat; 48 ǝdəd qara rangli bosqab-80 manat; 48 ədəd ağ rəngli-güllü boşqab dəsti-60 manat; 1 dəst tort boşqabı (1 böyük 6 balaca) - 15 manat; 12 ədəd ayaqlı şüşə bakal- 18 manat; 12 ədəd ayaqlı güllü şüşə bakal-25 manat; 1 ədəd Bagima qrafin dəsti- 30 manat: 2 ədəd dəst su qrafinkası (hər birinin yanında 6 bakalı)- 24 manat; 12 ədəd xrustal stəkan- 60 manat; 42 ədəd nəlbəki- 50 manat; 4 ədəd qənd qabı 20 manat; 2 ədəd qara rəngli vaza (giləmeyvə qabı)- 12 manat; 1 ədəd böyük vaza- 15 manat; 2 ədəd 3 mərtəbəli çərəz qabı-27 manat; 4 ədəd cərəz qabı -15 manat; 24 ədəd çəngəl- 24 manat; 18 ədəd xörək qaşıq-18 manat; 24 adad meyvə bıçağı- 24 manat; 12 ədəd çay qaşığı- 12 manat; 12 ədəd liman çəngəli- 5 manat; 6 ədəd duz qabı-3 manat; 6 ədəd kasa və 6 ədəd boşqab -10 manat; 12 ədəd bulud qaşığı- 24 manat; 2 ədəd tort qaşığı- 5 manat: 3 ədəd qazan altı - 5 manat; 6 ədəd plasmas qaşıq (çömçə) - 8 manat; 1 ədəd çügün vedrə- 10 manat; 1 ədəd çaynik- 10 manat; 1 ədəd çügün aşsüzən və abgərdən- 10 manat; 1 ədəd raltar aslılan- 70 manat; 3 ədəd sini- 60 manat, Yataq otağında olanlar: 1 ədəd taxt və matras; 1 ədəd dolab; 2 ədəd tumba; 1 ədəd termo- 1150 manat: 1 ədəd lüstur -50 manat; 1 ǝdəd taxt və matras; 1 ədəd dolab; 2 ədəd tumba: 1 ədəd termo; Tədəd tək çarpayı; İ ədəd matras-1500 manat; lədəd lüstur -50 manat; 2 adəd tək döşək, 2 ədəd tək yorğan, 2 ədəd yastıq, 1 ədəd taxt örtüyü -60 manat; 2 ədəd taxt adyalı-50 manat; 1 ədəd tək adyal -10 adyal, 15 ədəd taxt üçün yataq çarşafı dəsti-500 manat; 4 ədəd çexol-çarşaf dəsti-50 manat; 2 ədəd çarşaf- 20 manat; 2 ədəd çexol -20 manat; 2 balış üzü- 10 manat; 1 ədəd "Evrolüks" markalı- 50 manat; 1 ədəd ütü masası-90 manat; 2 ədəd fen- 80 manat, Dəhlizdə olanlar: 1 ədəd şakf-1100 manat; 1 ǝdǝd DVD-video-50 manat; 12 ədəd çay dəsmalı- 36 manat; 4 ədəd süfrə- 60 manat: 12 ədəd paket dəsmal- 40 manat; 25 ədəd dəsmal- 160 manat; 2 ədəd xalça-400 manat - cavabdehdən alınaraq ona verilməsi, əgər cehiz əşyaları aşkar olunmazsa, onların dəyərinin 12,825 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 17.11.2009cu ildə qeydə alınmış rəsmi nikah Binəqədi Rayon Məhkəməsinin 2(001)-1208/2021 saylı, 29.11.2001-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikahda olduqları dövrdə, cavabdehin adına **-VS-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Accent" markalı avtomobili əldə etmişlər. Qeyd edir ki, həmin avtomobilin bazar qiyməti 20.000 manat təşkil edir. Onu da nəzərinizə çatdırmaq istəyir ki, sözügedən avtomobil mənim "nikahın pozulması və birgə nikah zamanı əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılarkən satılmışdır. Cavabdehin adına əldə olunmuş **-VS-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Accent" markalı avtomobil birgə nikahda əldə olunduğuna görə və həmin avtomobilin bazar qiyməti 20.000 manat təşkil etdiyi üçün, hesab edirəm ki, avtomobilin dəyərinin yarısının, yəni 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq mənə ödənilməlidir. Bundan əlavə, cavabdehlə rəsmi nikaha daxil olarkən gətirdiyi cehiz əşyaları gəlin köçdüyü və cavabdehlə birgə yaşadığı ünvan 1 ünvanında qalmışdır. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl sözügedən mübahisənin mediasiya bölməsində həllinə nail olmaq istəsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı bildirmişdir ki, cavabdehlə birgə nikah dövründə avtomobil alınmışdır, lakin əmlak bölgüsü işinə baxılarkən avtomobilin artıq cavabdehin adında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən avtomobilin dəyərinin yarısının tutulmasını xahiş edir. Bundan başqa O, 2020-ci ilin iyun ayında cavabdehlə birgə yaşadığı Binəqədi rayonu, 6-cı mkr., H.Babaşov küçəsində yerləşən mənzildən çıxmışdır. Qızıl-zinət əşyalarını götürsə də, cehiz əşyaları orada qalmışdır. O, 2009-cu ilin dekabr ayında ünvan 2 ünvanına gəlin köçmüşdür. Həmin vaxt o, həyat yoldaşı, qaynanası və baldızı birlikdə yaşayırdılar. Onunla cavabdehin yaşayacağı ev hələ hazır olmadığından o, cehiz kimi xırda əşyalar gətirmişdi. Qaynanası cehiz əşyalarını hələ gətirməməsini ona demişdir. Həmin pulu həm onun vasitəsilə, həm də birbaşa qayınanasına vermiş və onun üçün cehiz alınmasını istəmişdir. Anası rayonda təsərrüfatla məşğul olmuş və mal-qarasının satışından əldə etdiyi pullardan ona cehiz alınması üçün həmin pulu vermişdir. Qayınanası isə həmin pullarla yaşadıqları evə iddia ərizəsində göstərilən cehiz əşyalarını almışdır. O, qayınanası ilə birlikdə bir neçə dəfə həmin əşyaların alınmasında iştirak etmiş, lakin əsasən qayınanası təklikdə gedib əşyaları almışdır. İddia ərizəsində göstərilən əşyaların dəyərini təqribi hesablama yolu ilə müəyyən etmişdir. O, evdən çıxdıqdan sonra 1 ay dayısıgildə qalmış, həmin vaxtdan hal-hazıradək isə ünvan 3 ünvanında kirayə yaşayır. Ümumiyyətlə o, gəlin köçəndə 4500 manat dəyərində qab-qacaq, mətbəx ləvazimatları və s. kimi xırda əşyalar gətirmişdir. Anasının hissə-hissə verdiyi 8300 manat pula isə mebel, məişət əşyaları və s. kimi böyük əşyalar almışlar. Cavabdehin anası səs yazısında pulu aldığını bildirmişdir.Ümumiyyətlə onların ailəsində pullar qaynanasına verilirdi. Fuad da qazancını aparıb anasına verirdi. Fuadın birgə nikah dövründə gəlirinin az olması düzgün deyil. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olurdu və aylıq təqribi 1000 manat qazanırdı. O, təkbaşına maşın almaq iqtidarında idi. Birgə nikah dövründə cavabdeh Hyundai Accent markalı avtomobil təxmini 25-26 min manata alınmışdır. Sonradan cavabdehin avtomobili kimə satdığını bilmir. 2020-ci ilin iyun ayından cavabdehlə ayrı yaşayır.
5. Həmçinin iddiaçı iddiaya dair məhkəməyə yazılı izahat ünvanlamış və izahatında evdən gətirdiyi və nəğd pulu ilə şəhərdən aldığı cehizləri sadalamışdır.
6. İzahatda göstərilir: Evdən gətirdiyi cehiz əşyalarının siyahısı: 1ədəd ağ rəngli ətçəkən maşın-150 manat, 1 ədəd boz rəngli şirə çəkən maşın-100 manat, 1 ədəd qırmızı rəngli ləğə çəkən maşın-10 manat, 1 ədəd elektrik çaydan-20 manat, 1 ədəd qırmızı rəngli Samsung markalı tozsoran-80 manat, 1 ədəd boz rəngli qəfədan-25 manat, 1 ədəd tava-33 manat, Qazan dəsti içində 5 ədəd qazan-200 manat, 3-lü qazan dəsti-25 m, 2 ədǝd qara qazan-15 manat, 2 ədəd rusiya istehsalı olan aliminium qazan-12 manat, 2 dəst çay servisi-100 manat, 92 parçalı yemək və çay dəsti-400 manat, 48 ədəd qara rəngli boşqab-80 manat, 48 ədəd ağ rəngli güllü boşqab dəsti-60 manat, 1 dəst tort dəsti- 15 manat, 12 ədəd ayaqlı şüşə bakal-18 manat, 12 ədəd ayaqlı güllü şüşə bakal-25 manat, 1 ədəd bagema qrafin dəsti-30 manat, 2 ədəd su qrafin dəsti hər birinin 6 bakalı-24 manat, 12 ədəd xrustal stəkan -60 manat, 42 ədəd nəlbəki-50 manat, 4 ədəd qənd qabı- 20 manat, 2 ədəd qara rəngli vaza-12 manat, 1 ədəd böyük vaza-15 manat, 2 ədəd iki mərtəbəli çərəz qabı- 27 manat, 4 ədəd çərəz qabı-15 manat, 24 çəngəl-24 manat, 18 ədəd xörək qaşığı-18 manat, 24 ədəd meyvə bıçağı-24 manat, 12 ədəd çay qaşığı-12 manat, 12 ədəd limon çəngəli-5manat, 6 ədəd duz qabı-3 manat, 6 ədəd kasa, 6 ədəd boşqab-10 manat, 12 ədəd bulud qaşığı-24 manat, 2 ədəd tort qaşığı-5 manat, 3 ədəd qazan altı-5 manat, 6 ədəd plasmas qaşıq-8 manat, 1 ədəd çuqun vedrə-10 manat, 1 ədad çaynik-10 manat, 1 ədəd aşsüzən-10 manat, 3 ədad sini-60 manat, 2 ədəd tək döşək, 2 ədəd tək yorğan, 2 ədəd yastıq 1 ədəd taxt örtüyü-60 manat, 2 ədəd taxt adyalı- 50 manat, 1 ədəd tək ədyal-10 manat, 15 ədəd taxt yataq dəsti-500 manat, 4 ədəd çexol dəsti-50 manat, 4 ədəd çexol-40 manat, 2 ədəd balınc üzü-10 manat, 1 ədəd evrolux markalı ütü-50 manat, 2 ədəd fen-80 manat, 1 ədəd DVD video -50 manat, 12 ədəd çay dəsmalı 36 manat, 4 ədəd süfrə-60 manat, 12 ədəd dəsmal 40 manat, 25 ədəd dəsmal 160 manat, 1 ədəd xalça 150 manat. Nağd pulu ilə şəhərdən aldıqları cehizlər: 3-lü pərdə dəsti, 1 ədəd mətbəxdə jaluz- 500 manat, mətbəx mebeli-2000 manat, Qaz peçi-70 manat, Asperator-150 manat, boz rəngli Samsung markalı soyuducu-1300 manat, Boz rəngli Simens markalı paltar yuyan maşın-700 manat, 1 ədəd boz rəngli soba-100 manat, 1 ədəd çörək qabı-15 manat, 1 ədəd qəhvəyi rəngli stol və 4 ədəd stul-180 manat, 1 ədəd zibil qabı- 15 manat, 1 ədəd paltar sərmək üçün asılqan-70 manat, 1 ədəd taxt, matrası, 1 ədəd dolabı, 2 tumbası, 1 ədəd termo-1150 manat, 1 ədəd taxt, matrası, 1 ədǝd dolabı, 2 tumbası, 1 ədəd termo, 1 ədəd tək çarpayı matrası ilə-1500 manat, Dəhliz şkafi-1100 manat, 1 ədəd xalça 250 manat, 1 ədəd ütü masası 90 manat, 4 ədəd çil-çıraq- 300 manat təşkil edir.
7. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi, Vəkil1 bildirmişdir ki, avtomobil birgə nikah dövründə Fuad tərəfindən alınıb. Tərəflər arasında məhkəmə çəkişməsi davam edən zaman ər-arvad arasında əmlak bölünməsin deyə, cavabdeh avtomobili anasının adına keçirtmişdir. Lakin alqı-satqı aparılan gündə yenidən cavabdehin anası tərəfindən özünə etibarnamə alması onların məqsədinin formal alqısatqı eləməklə avtomobilin bölünməsinə mane olmaq olduğunu göstərir. Hər bir halda cavabdeh avtomobili bağışlamamış və anası ilə alqı-satqı eləmişdir. Alqı-satqı qiymətinin 23000 olmasına baxmayaraq, onlar 10000 manat pul tələb edirlər. Əşyalarla bağlı isə iş materiallarında şəkillər əlavə edilib. İddia ərizəsində cehiz əşyalarının gəlin köçən zaman gətirildiyi qeyd edilmiş olsa da, cehiz əşyaları iddiaçının anası tərəfindən verilmiş hissəhissə vəsait hesabına alınıb. Bundan başqa cavabdeh tərəfin avtomobilin tərəflərin birgə təsərrüfat apardıqları dövrdə satılması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, tərəflərin həmin dövrdə və ondan da əvvəl məhkəmə mübahisələri olmuş və iddiaçı 2020-ci ilin iyun ayında evi tərk etmiş, bunu cavabdeh də izahatında etiraf etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş edir.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının qeyd etdiyi əşyalar hazırda Rəsulzadə qəsəbəsində yerləşən evdədir. Ancaq həmin əşyalar onun öz anası tərəfindən alınmışdır. İddiaçı gəlin köçən zaman cehiz gətirməmişdir. Çünki, iddiaçının anasının cehiz almağa imkanı olmamışdır. Avtomobili nə vaxt satdığını xatırlamır. Kənar adama satmışdır. İddiaçı 2020-ci ilin iyun ayında evdən getmişdi, elə həmin ayda evə qayıtdı və 1 həftə sonra yenidən getmiş, gedərkən qızılları da özü ilə aparmışdır.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, avtomobil tərəflərin birgə gəlirləri əsasında alınmayıb. Cavabdehin bacısının puluna həmin avtomobil alınıb. Daha sonra alğı-satqı olmadan formal olaraq ananın adına keçirilib. Müllkiyyətçi isə Fuadın adına etibarnamə verib. Fuadın günə 15-20 manat qazancı olub. Həmin qazancla avtomobil alına bilməz. Hazırda avtomobil cavabdehin anası tərəfindən icarəyə verilmişdir. Belə ki, Fuadın bacısəı avtomobilin anasının adına keçirilməsini xahiş etmişdir. Həmin vaxt isə pul məsələsi olmamışdır. İddiaçı özü apellyasiya məhkəməsində demişdir ki, cehiz əşyaları verilsə, avtomobili istəməyəcək. Görünür, onlar avtomobilin birgə nikah dövründə əldə edilmiş gəlir hesabına alınmamasını qəbul edirlər. Avtomobil həm də, qəzaya düşmüş, ağır zədələndiyindən, təmir edilmişdir. Heç hazırda həmin avtomobilin 12-13 min dəyəri belə yoxdur. 10 il ərzində verilən pullarla cehiz alınması isə mümkün deyildir. Belə ki, həmin pulların iddiaçının anası tərəfindən kimə, necə nə vaxt verilməsi, əşyaların nə vaxt alınmasını müəyyən etmək mümkün deyil.
11. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatıda bildirmişdir ki, iddiaçı Hyundai Accent markalı avtomobil üzərində 2/3 hissədə mülkiyyət hüququnun tanınması ilə bağlı tələb irəli sürmüş və Binəqədi Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(001)-3202/2021 saylı qətnaməsi ilə onun tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti də təmin edilməmişdir. İddiaçı gəlin köçərkən heç bir cehiz əşyası gətirməmişdir. İddiaçının qaynanası tərəflərin birgə yaşayacaqları evi təmir etdirmiş və əşyalar alaraq onları həmin evə köçürmüşdür. Bunların hamısını qaynana öz pulu hesabına etmişdir. İddiaçının ailəsi maddi cəhətdən imkansız ailədir. Onun anasının qızına cehiz verməyə pulu olmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi Samsung markalı soyuducu və Siemens markalı paltaryuyan iddiaçının qaynanası Əsli Yaqubova tərəfindən alınmışdır. İddiaçı qeyd edir ki, əşyalar 9 il ərzində onun anasının hissə-hissə verdiyi pullar hesabına alınmışdır. Kiminsə 9 il ərzində cehiz verməsi heç də inandırıcı deyildir. İddiaçı əşyaları gedib qaynanası ilə birlikdə aldığını iddia edirsə, Cavabdeh niyə cavabdeh kimi qeyd edib. İddianı qaynanası Əsli Yaqubovaya qarşı yönəltsin. İddiaçı gəlin köçərkən cehiz gətirmədiyini deyir. Deməli istədiyi əşyalar heç cehiz də sayılmır. Avtomobillə bağlı isə DİN BDYPİ-nin 20.01.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Cavabdeh adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhkəmə qərardadı 07.04.2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi qərardaddan 4 ay əvvəl artıq avtomobil Fuadın mülkiyyətində olmamışdır. İddiaçının avtomobil üzərində 2/3 hissədə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi də Binəqədi Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Avtomobillə bağlı iddiaçının birgə nikah dövründə qazanılmış əmlak kimi heç bir mülkiyyət hüququ olmadığından həmin əmlakla bağlı iddiaçının heç bir tələb etmək hüququ yoxdur. Artıq bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Avtomobil ümumiyyətlə Fuadın bacısının puluna alınmışdır. Fuadın qazancı azdır. Onun 25000 manata avtomobil almaq imkanı olmamışdır. 2020-ci ilin iyun ayında iddiaçı gecə yarısı ailə üzvləri yatarkən 350 manat pulu və qızılları götürüb evi tərk etmişdir. Bununla bağlı Əsli Yaqubova polisə şikayət etmişdir. Polisdə müvafiq araşdırma aparılmış və mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İddiaçının avtomobilə dair heç bir pay hüququ yoxdur. Hətta apellyasiya məhkəməsində özü də qeyd etmişdir ki, “əşyalarımı versələr, maşını istəmirəm”. Avtomobil 2020-ci ilin noyabr ayında cavabdehin anası Əsli xanımın adına keçirilib və həmin ayda da etibarnamə ilə başqa şəxsə satılıb. Avtomobil satılan zaman tərəflər birlikdə yaşayıblar və ər-arvad münasibətlərində olublar. İddiaçı avtomobil satılanda da evdə olub və razılıq verib. Ümumiyyətlə avtomobil birgə nikah dövründə satılıbsa, mülkiyyətçi heç onun razılığını da almalı deyildi. İddiaçı 2021-ci ilin fevral ayında evdən çıxmışdır.
12. Cavabdehin nümayəndəsi, Vəkil2 14.03.2022-ci il tarixində məhkəməyə elektron qaydada iddiaya Cavabdeh Məhəmməd oğlunun etirazını təqdim etmişdir.
13. Etiraz aşağıdakı qaydada əsaslandırılmışdır:
14. İddiaçının 1-ci tələbi üzrə etirazı: İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə, cavabdehin adına **-VS-*** dövlət qeydiyyat nişanlı, ‘‘Hyundai Accent” markalı avtomobili əldə etmişlər. Cavabdehin adına əldə olunmuş 99-VS-42S dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobil birgə nikahda əldə olunduğuna görə və həmin avtomobilin bazar qiyməti 20.000 manat təşkil eldiyi üçün, hesab edir ki, avtomobilin dəyərinin yarısının, yəni 10.000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd edir və məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı bundan əvvəl də **-VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobil birgə nikahda əldə olunduğuna görə 2/3 hissəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində də **-VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobil birgə nikahda əldə olunduğuna görə 2/3 hissəsi üzərində mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Həmin avtomobillə bağlı hətta məhkəməyə yalnış məlumat verərək 07.04.2021-ci il tarixində Binəqədi Rayon Məhkəməsinin 2(001)-3202 saylı qərardadı ilə həmin avtomobilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Ancaq AR DİN BDYPİ-si tərəfindən vəkil sorğusuna verilmiş 6583/221 saylı 20.01.2021-ci il tarixində məktubda qeyd edilmişdir ki, “Sizin 14.01.2021-ci il tarixli 2325 nömrəli məktubunuza cavab olaraq bildirirk ki, DİN-nin BDYPİ-nin Qeydiyyat imtahan İdarəsi kompüter uçot bazasına görə ünvan 4 ünvanında olan xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir.” Göründüyü kimi məhkəmə Qəradadı çıxarılan zamandan da 4 ay əvvəl ünvan 4 ünvanında olan xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh adına heç bir nəqliyyat vasitəsi olmamışdır. Bu səbəbdən də **-VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobillin birgə nikah dövründə əldə olunmadığına görə 2/3 hissəsi üzərində mülkiyyət hüququnun tanınmasını ilə bağlı iddiaçının iddia tələbi Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3202/2021 saylı 24.06.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamənin 5ci səhifəsinin 2-ci abzasının 33-cü sətrində göstərilmişdir ki, X3 tərfindən mübahisələndirilən **-VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobil iddia qaldırılan zaman onun mülkiyyətində olmamışdır .Bu səbəbdən də iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. İddaçı X2 Rayon Məhkəməsinin 2(001)- 3202/2021 saylı 24.06.2021- ci il tarixli qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103) - 11239/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3202/2021 saylı 24.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş 2 məhkəmə qətnamələri ilə həmin avtomobilə bağlı iddiaçının birgə nikah dövründə qazanılmış əmlak kimi heç bir mülkiyyət hüququ tanınmadığından həmin əmlakla bağlı iddiaçının bizdən omayan əmlakla bağlı heç bir pul tələb etmək hüqüqu yoxdur və onun isə bunu yenidən sübut etmək vəzifəsi yoxdur. AR MPM-nin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin qeyd edir ki, iddiaçının iddia tələbi avtomobil hissəsində tam qanunsuz və əsassızdır. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır ona görə də, iddiaçının iddiası qanunsuz və əsasız olduğundan bu iddia tələbi rədd edilməlidir.
15. İddiaçının 2-ci tələbləri üzrə etirazı: bildirir ki, onlar 2008-ci il 7 iyun tarixində evlənəndə anası onları yaşadıqları evdə 2-ci mərtəbədə qardaşı X4 yataq otağına köçürtdü və onlar aşağı otağa düşüb orada 3 gün yaşadılar. Çünki iddiaçı heç bir cehiz və yataq əşyaları gətirməmişdi. Hətta evdə geyməyə də ata evindən bir dəst belə, corab da gətirməmişdi. Anası deyirdi ki, qoy qardaşının ruhu şad olsun, elə bilir ki, gəlin yox öz qızıdır. Ondan sonra onlar 1-ci mərtəbədə köhnə yataq dəstində yatıb-durdular. 9 il fasiləsiz orada yaşamışlar. Onların evlərinin 5 otağı olmuşdur. Heç 500 manatlıq belə bir yataq dəsti də gətirməmişdi ki, təzə gəlin kimi öz yataq dəstində yaşasın. Bundan başqa iddiaçı bundan əvvəl də birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının Binqədi Rayon məhkəməsində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, H.Babaşov küçəsində inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 19 saylı mənzil tərəflər arasında bərabər paylara bölünməklə, mənzilin ½ hissəsində İddiaçı və ½ hissəsindən Cavabdeh pay almaq hüququ Binəqədi rayon məhkəməsinin 2(001)- 3202/2021 saylı 24.06.2021-ci il tarixli qətnaməsi ilə tanınmış və iddiaçı bu qətnamə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya məhkəməsinin 2(103) - 11239/2021 saylı 09.12.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı 10.03.2022-ci il tarixində məhkəmənin hazırlıq iclasında öz izahatında bildirmişdir ki, gəlin köçərkən bəzi xırda çehiz əşyaları gətirsə də əsas cehiz mebel əşyalarını təzə evə köçəndən sonra anasının 9 il ərzində hissə hissə qaynanasına göndərdiyi, məbləğini də dəqiq xatırlamadığı pullar hesabına alınmışdır. İddia tələbinin əsassızlığı iddiaçının öz izahatında da bir daha təsdiq olunur. 2008-ci ildə ailə quran iddiaçı nə bilərdi ki, qaynanası 9 ildən sonra ev alacaq və o ev üçün cehiz almaq üçün iddiaçının anası pul göndərməklə həmin evə köçdükdən sonra qaynanası mebel və digər çehiz əşyaları alacaqlar?. İddiaçının anası qohumların yanında alçalmamaq üçün həmişə demişdir ki, kim cehiz soruşsa deyin ki, xırda-xırda pul vermişdir ki, qaynanası cehiz alsın. Anası da qohumlara onları pərt etməmək üçün həmişə yalandan onların dediklərini etiraf edirdi. Sual oluna bilər ki, əgər Siz mebel və digər cehiz əşyalarını təzə evə köçdükdən sonra almısınızsa və 4 il təzə evdə yaşamısınızsa necə olur ki, Siz iddia ərizəsində yazırsınız ki, həmin göstərdiyiniz əşyalar M.Rəsulzadə qəsəbəsində Ağamalıoğlu küçəsi 35A ünvanındakı həyət evindədir? Bu bir daha göstərir ki, iddiaçının iddia tələbi tam əsassızdır və heç bir cehiz əşyası gətirməmişdir və ona cehiz əşyası ilə bağlı anası heç bir pul verməmişdir. Əgər anası pul veribsə sübutlarını məhkəməyə təqdim edib pullarını geri istəsin. İddiaçı 2020-ci ilin təxminən iyul ayının əvvəllərində gecə saat 3-də hamı yatanda, 350 manat pulu götürüb, evdə olan bütün qızılları da yığıb evi tərk etmişdir. Anasına məxsus qolbaq və sepi də götürüb aparmışdır. Bununla bağlı anası ondan polsiə şikayət etmişdir. Binəqədi RPİ-nin 7-ci PB-də ərizəsi əsasında yoxlama aparılmışdır. Əgər hər hansı mebel alıbsa məhkəməyə göstərsin ki, nə vaxt və hansı dükandan almışdır. Təbii ki, anası hara gedəndə qardaşı qızı olduğu üçün hərdən nəvələrinə də pal-paltar almaq üçün onları da özü ilə aparmışdır. İddianın əsassızlığını göstərən hallardan biri də ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində guya cehiz əşyalarının dəyərinin 12,825 manat təşkil etdiyini göstərsə də məhkəmə iclasında guya 8200 manata yaxın anasının anama hissə hissə pul verməsini bildirdi. Çünki özü mebel gətirməyib, anası mebel almayıb, evə heç bir cehiz gətirməyib, ona heç nə təhvil vermədiyi halda ondan necə əşyaları tələb edə bilər?... Cehiz əşyaları aldığını və təzə evə apardığını göstərsə də, məhkəmədə 10.03.2022-ci il tarixli iclasında verdiyi izahatında öz iddiasında göstərdiklərini inkar edərək guya anasının qaynanasına cehiz üçün təxminən 8200 manata yaxın keçən 9 il ərzində pul verdiyini bildirdi. Lakin hansı vaxtda kimə nə qədər nə niyyətlə kimin yanında pul verməsini anası məhkəməyə müraciət edib sübut edə bilərsə, pulunu kimə veribsə ondan istəyə bilərdi. Davam edən 3 ilə yaxın ərzində məhkəmə çəkişmələri zamanı əgər hər hansı mebel və cehiz əşyaları gətirmiş olsaydı, ilkin vaxtlardan təbii ki, əmlak bölgüsü ilə bağlı bir vaxtda iddia qaldırardı.Hazırda Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, H.Babaşov küçəsində inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 19 saylı mənzil tərəflər arasında bərabər paylara bölünməklə, mənzilin ½ hissəsində İddiaçı və ½ hissədə payı tanınmışdır və gəlib yaşaya bilər. Onu evdən qovmamışlar. Gecə saat 3-də uşaqları da götürüb evdən qaçması onun bütün iddalarının əsassızlığına dəlalət edir. İddiaçının ümumiyyətlə mebel və digər cehiz əşyalar gətirməsini özü vermiş olduği izahatında inkar etməsi onun iddiasının tam qanunsuz və əsassız olduğunu göstərir. O, iddiaçının toyunu öz toyuna qoşub Bakıda eləmişdir. Çünki, o toya heç kimi çağırmamışdı ki, pul yığada bilsin. Dayısı rəhmətə getmişdi. Rayondan da Bakıya kimi çağıra bilərdi? Eyni qohumları onlar çağırmışlar. Bütün qeyd olunanlar iddiaçının iddiasının əsassız, qeyri-obyektiv və mənə qarşı düşmənçilik, qərəzçilik və qisasçılıq mövqeyindən çıxış etməsini sübut edir. Buna görə iddia rədd olunmalıdır.Göstərdikləri faktları iddiaçının bibisi, yəni keçmiş qaynanası X12 şahid kimi təsdiq edə bilər.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, iddiaçı gəlin köçən zaman heç bir cehiz gətirməmişdir. Hətta toy gecəsi evin 2-ci mərtəbəsində böyük oğlunun cehizində yatıblar. Anası ona cehiz almaq üçün pul verməyib. Evin əşyalarını öz puluna almışdır. Onun anasının cehiz verməyə imkanı olmayıb. Hyundai Accent markalı avtomobili almaq üçün qızının onda olan 14500 manat pulunu Fuada vermişdir. Fuadın əvvəlki maşınının motoru sıradan çıxmışdı və 2000 manat xərci var idi. Onu düzəltdirmək sərf etmədiyindən maşınını 12000 manata satdı. O da, qızının onda olan 14500 manat pulunu oğluna vermiş və təxmini 26000 manata avtomobil alınmışdır. Oğlunun qazancını gətirib ona verməsi doğru deyil. O, yüksək məbləğdə pensiya alır, həmçinin 3 evini kirayə vermişdir. Fuad taksi fəaliyyəti ilə məşğul olur və gündəlik 20 manat qazanır. Hətta onlar evli olan zaman onların uşaqlarının hazırlıq pulunu da özü ödəmişdir. Onun kiminsə puluna ehtiyacı yox idi. İddiaçı nikah pozulduqdan sonra cehiz əşyalarının qaytarılması ilə bağlı ona müraciət etməmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi əşyalar hazırda evdədir. Lakin onların hamısı onun puluna alınmışdır. Evdə başqa əşyalar da vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(001)- 3202/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi, iddiaçı X12 cavabdehlər Cavabdeh, İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, müqavilənin bağlanması öhdəliyinin qoyulması” tələbi, iddiaçı X9 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
18. Qətnamə ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, H.Babaşov küçəsində inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 19 saylı mənzil tərəflər arasında bərabər paylara bölünməklə, mənzilin ½ (ikidə bir) hissəsindən İddiaçı, ½ (ikidə bir) hissəsindən Cavabdeh pay almaq hüququ tanınması, İddiaçı iddiasının qalan hissədə rədd edilməsi, iddiaçı X5 cavabdehlər Cavabdeh, İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, müqavilənin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı X4 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
19. Qətnamənin əsaslandırıcı hissəsində qeyd olunur ki, həm "xxxx" MMC tərəfindən inşa edilmiş mənzil, həm də avtomobil (Hyundai Accent” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı) tərəflərin birgə nikahda olan dövrdə əldə edilib, həmin əmlakların yalnız Cavabdeh gəlirləri hesabına əldə olunması halı (Cavabdeh mənzillə bağlı bunu bildirsə də, sübuta yetirə bilməmişdir) müəyyən edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilən avtomobil ötən dövrdə cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətində deyil. Mülkiyyətdə olmayan əmlaka isə payın tanınması hüquqi baxımdan mümkün deyil. Bu səbəbədən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.
20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11239/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsindən X12, Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış və X12, Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11239/2021 saylı, 22.04.2022-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 11239/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 2(103)-10045/2021 saylı, 05.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1208/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “nikahın pozulması, uşaqların himayəyə verilməsi və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
23. Qətnamə ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 17.11.2009-cu il tarixdə 1617 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş 25.12.2009-ci il təvəllüdlü X13 və 04.09.2014-cü il təvəllüdlü X14 İddiaçı yanında qalması, 25.12.2009-ci il təvəllüdlü X6 və 04.09.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin məhkəməyə ünvanlanan 20.04.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş “Hyundai Accent” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə hərəkətləri təsdiq edilən sənədlərdən görünür ki, Cavabdeh ilə X12 arasında bağlanmış 16.11.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Hyundai Accent” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 23000 manata X1.
25. Gömrük bəyannaməsindən görünür ki, “Hyundai Accent” markalı avtomobil Rusiya Federasiyasından Azərbaycan Respublikasına "xxxx" MMC tərəfindən gətirilmiş, həmin avtomobil "xxxx" MMC-nin 807471 saylı arayış-hesabına əsasən Cavabdeh verilmişdir.
26. AR DİN-nin elektron sistemindən olan çıxarışdan görünür ki, həmin avtomobil 16.11.2020-ci il tarixində Cavabdeh mülkiyyətindən çıxmış, X5 mülkiyyətinə verilməsinə dair 16.11.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. X12 tərəfindən isə Cavabdeh etibarnamə verilmişdir.
27. AC Mebel Riyad FC –dən verilən 000200 saylı sifariş formasından görünür ki, Yaqubova Əsli tərəfindən bir ədəd yata və döşək sifariş edilmiş, dəyəri 1150 manat olmuşdur.
28. "xxxx" MMC tərəfindən verilən 14.03.2022-ci il tarixli xəzinə çekindən görünür ki, X12 tərəfindən alınan Fringer Samnsung və Machine Siemens avadanlıqlarına görə 340 manat endirim edilməklə, 2058 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
29. Tərəflər arasında olan nikah 29.11.2021-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin arasında daşınmaz əmlakın, o cümlədən avtomobilin bölgüsü ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Avtomobillə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3202/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsində müəyyən edilmişdir ki, birgə nikah dövründə alınmış olsa da, avtomobil özgəninkiləşdirildiyindən onun üzərində pay(birgə mülkiyyətçilərin payı) müəyyən edilə bilməz. Konkret olaraq bu formada qeyd edilmişdir: “həm "xxxx" MMC tərəfindən inşa edilmiş mənzil, həm də avtomobil tərəflərin birgə nikahda olan dövrdə əldə edilib, həmin əmlakların yalnız Cavabdeh gəlirləri hesabına əldə olunması halı(Cavabdeh mənzillə bağlı bunu bildirsə də, sübuta yetirə bilməmişdir) müəyyən edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilən avtomobil ötən dövrdə cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətində deyil. Mülkiyyətdə olmayan əmlaka isə payın tanınması hüquqi baxımdan mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.” Həmin qətnamədən həm X12, həm Cavabdeh, həm də İddiaçı apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərindən biri birgə nikah dövründə əldə edilmiş avtomobilə münasibətdə birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə işin faktiki hallarının düzgün araşdırılmaması olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 09.12.2021-ci il tarixli, 2(103)- 11239/2021 saylı qətnaməsində qeyd edilmişdir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətlərinin təmin edilməməsi qənaətinə gəlir. Həmin qətnamədən yalnız X9 özünə aid hissədə kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 09.12.2021-ci il tarixli, 2(103)-11239/2021 saylı qətnaməsini həmin hissədə mübahisələndirmişdir.İş hal-hazırda Ali Məhkəmənin icraatındadır. Yəni avtomobillə bağlı olan məsələ hal-hazırda Ali Məhkəmənin icraatında olan mülki iş üzrə kassasiya baxışının predmetini təşkil etmir. Hazırki icraatda iddiaçı avtomobilin özgəninkiləşdirildiyi faktını qəbul edərək, avtomobilin dəyərinin yarısını cavabdehdən tələb edir. Avtomobilin dəyərinin yarısını ona görə tələb edir ki, avtomobilin kimə, necə, hansı məbləğdə özgəninkiləşdirilməsi ona məlum olmamış və bu səbəbdən avtomobilin bazar dəyərinin yarısını tələb etmişdir. Məhkəmə prosesində avtomobilin 16.11.2020-ci il tarixdə Cavabdeh tərəfindən X7 23000 manata özgəninkiləşdirildiyi məlum olsa da, o tələbini artırmamış və bazar dəyərinin yarısını, yəni 10000 manatı tələb etmişdir. Eyni zamanda iddiaçı tərəfə məhkəmə prosesi zamanı məlum olmuşdur ki, avtomobillə bağlı formal alqı-satqı müqaviləsi bağlanmış, belə ki, həmin tarixdə cavabdehin özünə etibarnamə verilmiş və bu gün də avtomobil cavabdehin faktiki sahibliyindədir. Buna baxmayaraq iddiaçı tərəf avtomobillə bağlı bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməmiş və iddia tələbini müdafiə etmişdir. Cavabdeh tərəf avtomobillə bağlı tələbə münasibətdə iddianı qəbul etməmiş və etirazını bir neçə arqumentlə əsaslandırmışdır. Birinci arqumenti avtomobillə bağlı məhkəmə mübahisənin olması və iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsi, ikinci arqumenti avtomobilin ümumiyyətlə ümumi birgə mülkiyyət olmaması, üçüncüsü avtomobilin tərəflərin birgə təsərrüfat apardıqları dövrdə özgəninkiləşdirilməsi, dördüncüsü avtomobilin alqı-satıqısının formal olması olmuşdur.
30. İddiaçı avtomobildən başqa cehiz əşyalarının qaytarılması tələbini də irəli sürmüşdür. İddia ərizəsində göstərdiklərindən fərqli olaraq, iddiaçı tərəf məhkəmə iclaslarında cehiz əşyalarının bir qisminin gəlin köçən zaman cavabdehlə yaşadığı evə aparıldığını, qalan qisminin isə iddiaçının anası tərəfindən qayınanasına verildiyini iddia etdiyi 8300 manat məbləğində vəsaitin hesabına əldə ediliyini bildirməklə əsaslandırmışdır.Cavabdeh tərəf iddianı qəbul etməmiş və etirazının əsasını iddiaçının gəlin köçən zaman özü ilə cehiz əşyası gətirməməsi, iddiaçının iddia etdiyi əşyaların nikaha daxil olduqdan 9 il sonra əldə etdikləri mənzilə cavabdehin anası tərəfindən alınması, iddiaçının ona hər hansı pul məbləği verməməsi, iddiaçının onun anasına verdiyi pul məbləği ilə bağlı mübahisənin ona aid olmaması ilə əsaslandırmışdır.
31. Göstərilənlərlə bağlı məhkəmə iclasında yuxarıda sadalanan sübutlar tədqiq edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
32. Məhkəmə əvvəla avtomobillə bağlı hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
33. Belə ki, iddiaçı əmlak bölgüsü ilə bağlı başqa məhkəmə mübahisəsi zamanı sözügedən avtomobilin özgəninkiləşdirildiyi ona məlum olandan sonra, birgə nikah dövründə əldə edilmiş hesab etdiyi avtomobilin güman etdiyi özgəninkiləşdirmə məbləğinin yarısını cavabdehdən tələb etmişdir. Yəni iddiaçı faktiki olaraq birgə nikah dövründə əldə edilmiş avtomobilin bölgüsü tələbini irəli sürmüşdür. Çünki iddia verən zaman avtomobilin artıq özgəninkiləşdirildiyini yəqin etmiş və bu səbəbdən onun dəyərinin yarısının cavabdehdən tutulmasını xahiş etmişdir. Halbuki iddiaçının tutulmasını tələb etdiyi avtomobilin dəyəri, əslində onun ümumi birgə mülkiyyət hesab etdiyi avtomobilin özgəninkiləşdirməsindən əldə edilən ümumi əmlakdır. Yəni iddiaçı ümumi birgə mülkiyyət hesab etdiyi avtomobilin dəyərinin yarısının cavabdehdən tutulmasını onə görə tələb edir ki, birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilən əmlakın satışından əldə edilən vəsaitin özünün də birgə mülkiyyət olduğunu hesab etməsidir.
34. Bununla bağlı qeyd edilməlidir ki, avtomobilin ümumi birgə mülkiyyət hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilsə də, o cümlədən həmin qətnamə avtomobilin ər-arvadın nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması hissəsində mübahisələndirilməsə də, qanuni qüvvəsini almamışdır. Buna baxmayaraq iddiaçı həmin qətnamənin preyudusiallığına istinad edərək, avtomobilin satışından əldə olunan vəsaitin ümumi birgə mülkiyyət kimi bölünməsini tələb etmişdir.
35. Lakin qeyd olunmalıdır ki, birgə nikah dövründə əldə edilmiş əmlakın özünü bölmədən onun dəyərinin və ya satış qiymətinin digər mülkiyyətçidən tutulması ilə əmlakın bölünməsinə nail olmaq iki halda mümkün ola bilər. Birincisi ümumi birgə mülkiyyət olan əmlak tərəflərin birgə təsərrüfat aparmadığı dövrdə(hətta birgə təsərrüfat aparılsa belə ailə ehtiyaclarına sərf olunmadığı müəyyən olunduqda) özgəninkiləşdirildiyi, xüsusilə satıldığı halda alıcının vicdanlı olduğu təsdiq olunduğuna görə ümumi əmlakın bölünməsinin mümkün olmadığı müəyyən edilərsə, ikincisi ümumi birgə mülkiyyət olan əmlak tərəflərin birgə təsərrüfat aparmadığı dövrdə(hətta birgə təsərrüfat aparılsa belə ailə ehtiyaclarına sərf olunmadığı müəyyən olunduqda) özgəninkiləşdirildiyi, xüsusilə satıldığı halda alqısatqı müqaviləsi mübahisələndirilmədən, yəni əqdin bağlanmasına razılıq verildiyi və ya əqd bəyənildikdə əqddən əldə edilən vəsait hesabına digər mülkiyyətçinin əsassız olaraq varlandığı müəyyən edilərsə. Digər bütün hallarda ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi Mülki-Məcəllənin 220-ci maddəsinin tələbinə əsasən aparılır.
36. Halbuki işin hallarından müəyyən edilir ki, sözügedən avtomobil formal olaraq alqısatqı edilmiş və alıcının vicdanlılığı şübhə doğurur, eyni zamanda alqı-satqı nəticəsində malın dəyərinin ödənilmədiyi təsdiq olunur. Belə ki, cavabdeh tərəflərin birgə təsərrüfat aparmadığı, ər-arvad arasında əmlak və.s mübahisələrin getdiyi dövrdə sözügedən avtomobili anasının adına alqı-satqı adı altında keçirmiş və həmin əmlakın bölünməsindən yayınmağa çalışmışdır. Buna bu formada qismən müyəssər olsa da, lakin nəzərə alınmalıdır ki, özgəninkiləşdirmə real olaraq baş tutmamışdır.
37. Odur ki, avtomobilin ümumi birgə əmlak olması ehtimalından çıxış edilsə belə, faktiki olaraq baş tutmayan alqı-satqının dəyərinin cavabdehdən tutulması ilə bağlı tələb əsassızdır.
38. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; -32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; -32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; -34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; -36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; -36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. -37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. -37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 222.2.-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. -222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. -225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. -223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. -223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. -340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
39. Məhkəmə cehiz əşyalarının cavabdehdən alınması ilə bağlı iddia tələbini də əsassız hesab edir.
40. Əvvəla qeyd edilməlidir ki, cehiz əşyalarının alınması ilə bağlı iddia tələbinin hüquqi əsası vindikasiya iddiasıdır. Vindikasiya iddiası əşya-hüquqi müdafiə üsullarından biri olmaqla, özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsi barədə iddiadır.
41. Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Eyni zamanda Ailə Məcəlləsinin 34-cü maddəsində qeyd edilmişdir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
43. İddiaçı iddia edir ki, cavabdehin yaşadığı ünvan 4 ünvanda ona məxsus iddia ərizəsində sadalanan əşyalar vardır. Belə ki, həmin əşyalardan bir qismi onun gəlin köçdüyü zaman cavabdehlə yaşadığı ilk evə gətirdiyi, bir qismi isə onun(iddiaçının) anasının vəsaiti hesabına cavabdehin anası tərəfindən alınan əşyalardır.
44. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini(əşya üzərində fiziki nəzarəti) bərpa etməkdən ibarətdir. Vindikasıya iddiasının dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər.
45. Lakin iddiaçı gəlin köçdüyü zaman cehiz əşyası gətirməsi ilə bağlı tələbini sübut edə bilmir. Əvvəla iddiaçı bununla bağlı hər hansı mötəbər sübuta istinad etməmiş, yalnız əşyaları sadalamaqla kifayətlənmişdir. Bundan başqa iddiaçının 13 il əvvəl gəlin köçdüyü zaman gətirdiyinə istinad etdiyi məişət əşyalarının istismar müddətinin keçməsi həmin əşyaların faktiki mövcudluğunu şübhə altına alır. Belə ki, iddiaçının iddia ərizəsində sadaladığı əşyalar gündəlik məişətdə istifadə olunan əşyalardır və onların 13 ildən sonra salamatlılığı inandırıcı deyildir.Eyni zamanda iddiaçının özünün də etiraf etdiyi kimi cehiz əşyası alınması üçün hissə-hissə 10 il müddətində cəmi təqribən 8000 manat vəsait toplaya bilmişdirlər. Odur ki, iddiaçının gəlin köçdüyü zaman bütün şəkildə o qədər(4500 manat dəyərində) cehiz əşyasını gətirməsi məhkəmə üçün inandırıcı deyildir.
46. Bundan başqa iddiaçının digər cehiz əşyaları ilə bağlı tələbi isə ona görə əsassızdır ki, yuxarıda qeyd edilən vindikasiya iddiasının obyektini fərdi əlamətləri ilə müəyyən edilən əşyalar təşkil edir. Cinsi əlamətləri ilə müəyyən edilən əşyalar da vindikasiyanın obyekti kimi çıxış edə bilər , bir şərtlə ki, həmin əşyalar onun növündən olan digər əşyalardan ayrılmaqla fərdiləşdirilsin. Əşyanın özü yoxdursa, maddi hüquqi tələbi də yoxdur.
47. İşin hallarından müəyyən edildiyi kimi iddia edilən cehiz əşyalarının mülkiyyətçisi cavabdehin anasıdır. Belə ki, həmin əşyalar pul vəsaitinin mənbəyindən asılı olmayaraq cavabdehin anası tərəfindən alınmışdır. Bu həmçinin işin mübahisə olunmayan halıdır. Odur ki, iddiaçının iddia etdiyi pul vəsaiti vindikasiya iddiasının obyektini təşkil etmir.
48. Halbuki iddia tələbinin qanuni əsasının tapılması işə baxan məhkəmə üçün ona görə vacibdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. Məhkəmə göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və ya iddiaçının anası cavabdehə pul vəsaiti verdiyini və həmin vəsait hesabına cehiz əşyasının alınmalı olmasını iddia edirsə, onda həmin şəxsə qarşı tapşırığın icrası ilə bağlı hüquqi nəticələri və ya əsassız varlanma ilə əldə edilənlərin geri qaytarılmasını tələb edə bilər.
50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
51. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlak və cehiz tələbinə dair iddiası rədd edilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlak və cehiz tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev