Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1738/2021 17.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilmiş sığorta pulunun əvəzi olaraq 675 manat, işlərin görülməsi xərci kimi 1300 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X10 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes benz 220” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminarı almışdır. Cavabdehin Cavabdeh xx.xx.2018-ci il tarixdə “Mercedes Benz 220” markalı, **- SD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, K.Marks körpüsündə yol-nəqliyyat hadisəsi törətmiş və “Opel Astra” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zərəin aradan qaldırılması üçün iddiaçı 675 manat sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri BPİ DYPİ-nin iddiaçıya təqdim etdiyi xx.xx.2018-ci il tarixli, 046-52911 saylı arayışa əsasən, cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cavabdeh hadisə barədə verdiyi izahatında “Mercedes Benz 220” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə idarə etmək səlahiyyətinə malik olan Khgani Tagievin hadisə vaxtı maşında olduğunu bildirmişdir. İddiaçıya təqdim olunmuş həmin avtomobilin mülkiyyətçisi X5 tərəfindən nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında Khagani Tagievə verilmiş etibarnamənin surətindən görünür ki, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Odur ki, Khagani Tagiev həmin etibarnamə ilə avtomobili cavabdehə idarə etməyə verə bilməzdi və belə olan halda cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdə “Mercedes Benz 220” markalı, **- SD-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini bildirib işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehin qeydiyyatda olduğu ünvana isə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Mülki iş materiallarında olan: - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə X6 məxsus “Mercedes Benz 220” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası növündə “xxxx” ASC tərəfindən sığortalanmışdır. - AD seriyalı, 127999 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Opel Astra” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. - ƏN-İV seriyalı, 368186 nömrəli etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan avtomobili idarə etmək üçün X8 etibar etmişdir. - AC seriyalı, 648502 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz 220” minik markalı avtomobil X1 mülkiyyətindədir. - ƏN-İV seriyalı, 584544 nömrəli etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan avtomobili Tagiev Khaganiyə idarə etmək üçün etibar etmiş, etibarnamədə səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi göstərilmişdir. - İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, İXP2247401 nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibat tənbeh tədbiri tətbiq edilmişdir. - xx xxxxxx 2018-ci il tarixli sığorta aktından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Opel Astra” markalı, **- KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 675 manat müəyyən edilmişdir. - “xxxx” MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, “Opel Astra” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 675 manat maddi zərər vurulmuşdur. - Ödəniş tapşırığından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə “xxxx” ASC tərəfindən X8 675 manat sığorta ödənişi edilmişdir. - Cavabdeh inzibati araşdırma zamanı verdiyi izahatında “...sahibi yanımda olan idarə etdiyim “Mercedes” markalı...” sözlərini işlətmişdir. - “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlandırılmış məktubda göstərilmişdir ki, “ ...“xxxx” ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 675 manat sığorta ödənişi məbləğində pul vəsaitini Sizdən tələb etmək hüququna malikdir. Bu səbəbdən də, göstərilən məbləği 10 gün müddətində “xxxx” ASC-yə ödəməyiniz xahiş olunur. Ödəmədiyiniz təqdirdə “xxxx” ASC tərəfindən müvafiq məhkəməyə Sizdən 675 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin, cəmi 1175 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə müraciət olunacaq və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı məhkəmə icraatına başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi Sizin üzərinizə düşəcəkdir. - 1x xxxxxx 2018-ci il tarixli, ƏN-İ seriyalı, 737786 nömrəli etibarnamənin surətindən görünür ki, X9 ona çatası sığorta ödənişinin alınması ilə bağlı hərəkətlər etməyi X8 etibar etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, müəyyən olunur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan X3 məxsus avtomobili idarə edərək X4 məxsus avtomobillə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində R.Qəribovaya məxsus avtomobilinə vurulmuş zərərə görə 675 manat ziyan məyyən edilmiş, həmin vəsait “xxxx” ASC tərəfindən ödənilmiş, beləliklə “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi hüququ yaranmışdır. Buna görə də, iddia bu hissədə təmin edilməlidir. Lakin, iddia tələbinin digər, yəni işlərin görülməsi ilə bağlı tələb olunan 1300 manata münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsi iddiaçı tərəfindən əsaslandırılmamış, görülmüş iş dedikdə iddiaçının nəyi nəzərdə tutduğu nə iddia ərizəsi, nə də ona əlavə edilmiş sübutlarla müəyyən edilmir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış pretenziyada görülmüş işlərlə bağlı iddia tələbindən fərqli olaraq 500 manat tələb edilmişdir. Məhkəmə hesab edir ki, əsassız olduğundan iddia bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat hissəsi də Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası qismən təmin edilsin. Ödənilmiş sığorta məbləğinin əvəzi qismində 675 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1738/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1738/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver