Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1743/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehlə 24.12.2013-cü il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 30.03.2014-cü il təvəllüdlü X11, 19.02.2017-ci il təvəllüdlü X9 və 08.08.2018-ci il təvəllüdlü X13 anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan o, 03.08.2021-ci il tarixdən Sabunçu rayonu Ramanı qəsəbəsində kirayə tutduqları evə köçərək valideynləri ilə birgə yaşamağa başlamışdır. Həmin vaxtdan cavabdeh övladlarının saxlanması üçün ona heç bir maddi yardım göstərməmiş, o, aliment almaq üçün heç bir tədbir görməmiş, yalnız 17.11.2021-ci il tarixdə mediatora müraciət etmişdir. Ona görə də cavabdeh İddiaçı oğlundan 03.08.2021-ci il tarixdən hesablanmaqla birgə nikahlarından olan övladları 30.03.2014-cü il təvəllüdlü X6, 19.02.2017-ci il təvəllüdlü X5 və 08.08.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına catanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun İddiaçı ilə 24.12.2013-cü il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış rəsmi nikahından 30.03.2014-cü il təvəllüdlü X11, 19.02.2017-ci il təvəllüdlü X9 və 08.08.2018-ci il təvəllüdlü X13 anadan olmuşdur. İddiaçı ilə münasibətləri pozulduğundan artıq 8 aydır ayrı yaşayırlar. Bu müddət ərzində o, uşaqlarının saxlanması üçün iddiaçıya maddi köməklik göstərməmişdir. İddiaçı ilə nikahı pozulmadığından hesab edir ki, övladlarının saxlanması üçün aliment ödəməli deyildir. Ona görə də iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 24.12.2013-cü il tarixdə verilmiş AZ-İ № 909772 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X7 24.12.2013-cü il tarixdə nikaha daxil olmuş bu barədə nikah bağlanması barədə akt qeydləri kitabında 1714 saylı akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən 27.04.2014-cü il tarixdə verilmiş AZ-İİİ № 314664 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 30.03.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1701 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən 04.03.2017-ci il tarixdə verilmiş AZ-İİİ № 915513 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 19.02.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1284 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən 08.09.2018-ci il tarixdə verilmiş AZ-İİİ № 173132 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 08.08.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4831 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Elektron sistemdən çıxarılan əmək müqaviləsi barədə məlumatdan müəyyən olunur ki, Cavabdeh Bos Şelf”MMC-də anbardar vəzifəsində işləməklə əmək haqqı 924 manat təşkil edir. İlkin mediasiya sessiayasında iştirak edilməməsi barədə 17.11.2021-ci il tarixli 2021- 006725 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməkdən imtina etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.02.2022-ci il tarixli MTT(001)-71\2022 saylı qərardadından müəyyən olunur ki, ərizə qismən təmin edilərək 02.02.2022-ci il tarixdən başlayaraq iş üzrə qətnamə çıxarılanadək Cavabdeh İddiaçı xeyrinə 30.03.2014cü il təvəllüdlü X2 üçün hər ay 160 manat, 19.02.2017-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat, 08.08.2018-ci il təvəllüdlü X4 üçün hər ay 160 manat müvəqqəti alimentin tutulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin əmək haqqından başqa əlavə gəlirlərinin mövcud olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməməsini, iddiaçının məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər görməməsini, yalnız 17.11.2021-ci il tarixdə mediatora müraciət etməsini, məhkəməyə müraciət etdikdən sonra yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti aliment tutulmasını nəzərə alıb, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, 30.03.2014-cü il təvəllüdlü X6, 19.02.2017-ci il təvəllüdlü X5 və 08.08.2018ci il təvəllüdlü X10 17.11.2021-ci il tarixdən hesablanmaqla yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 160 manat olmaqla, hər ay cəmi 480 manat aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. 17.11.2021-ci il tarixdən 25.02.2022-ci il tarixədək olan dövr üçün 30.03.2014-cü il təvəllüdlü X8, 19.02.2017-ci il təvəllüdlü Bağırova Fatimə Bəxtiyar qızının və 08.08.2018ci il təvəllüdlü X3 üçün Cavabdeh hər ay hər bir uşağa görə 160 manat aliment İddiaçı xeyrinə tutulsun. 28.03.2022-ci il tarixdən hesablanmaqla 30.03.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat aliment İddiaçı xeyrinə tutulsun. 28.03.2022-ci il tarixdən hesablanmaqla 19.02.2017-ci il təvəllüdlü Bağırova Fatimə Bəxtiyar qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat aliment İddiaçı xeyrinə tutulsun. 28.03.2022-ci il tarixdən hesablanmaqla 08.08.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1743/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1743/2022
28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver