Məhkəmə qərarları › İş №2(001)-181/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-181/2020

13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-181/2020 13.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsində qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “uşağın atadan alınması” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, qızı xx xxxxxx 2012-ci il təvəllüdlü X14 və oğlu xx xxxxxx 2015-ci il təvəllüdlü X7 Cavabdeh dərhal alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsində qalmaları və tutulan maddi vəsaitin qaytarılması ” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, övladları xx xxxxxx 2012-ci il təvəllüdlü X14 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 himayəsində saxlanılması və xx xxxxxx 2018-ci il tarixdən uşaqlarının saxlanılması üçün tutulan maddi vəsaitin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-181/2020 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “uşaqların atadan alınaraq ananın himayəsinə verilməsi” tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında olan münasibətlər 2018-ci ilin may ayında pozulmuş və birgə yaşamaları mümkün olmamışdır. Buna görə də, İddiaçı uşaqlarını Yevlax şəhərində yaşayan qohumlarının himayəsinə vermiş və Bakı şəhərinə qayıdaraq kirayə yaşamağa başlamışdır. Nəticədə övladları valideyn nəzarətindən kənar qalmış və valideyin qayğısından məhrum olmuşlar. Dəfələrlə İddiaçı övladlarını nəzarətsiz , baxımsız və qayğısız qoymaraq, Bakı şəhərinə gətirməyi və ya özü Yevlax şəhərinə gedərək övladları ilə birgə yaşamağını xahiş və tələb etmişdir. Lakin İddiaçı səbəb kimi Bakı şəhərində kirayələrdə yaşadığını övladlarının yaşaması üçün heç bir şəraitin olmadığını göstərərək onu tələbini yerinə yetirməkdən imtina etmişdir. Nəticədə o, xx xxxxxx 2018-ci il tarixində Yevlax şəhərinə gedərək uşaqlarını götürmüş, Yevlax Rayon Məhkəməsinə və Yevlax rayon icra hakimiyyətinin hüquq şöbəsinə apararaq baxımsız və nəzarətsiz olduqlarını bildirmiş və Bakı şəhərinə öz yanına aparmışdır. Yevlax Rayon Məhkəməsinə nikahın ləğvi və övladların hansı valideynin himayəsində qalması barədə ünvanladığı ərizəyə əsasən keçirilən iclaslarda İddiaçı dəfələrlə iştirak etməkdən imtina etmişdir. Hətta xx xxxxxx 2019-cu ildə keçirilən son məhkəmə iclasında katibin İddiaçı zəng vuraraq gəlib övladlarına sahib çıxmasına belə məhəl qoymamışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(001)-5452\2018 saylı qətnaməsinə əsasən İddiaçı hər ay uşaqlarının saxlanması üçün tutulan maddi vəsaiti öz maraqları üçün sərf etməkdə davam edir. Bu da bir faktdır ki, övladlarına bir gəlir mənbəyi kimi yanaşır. Hesab edir ki, övladlarının İddiaçı himayəsində olduğu zaman, onu Bakı şəhərində, uşaqların isə Yevlax şəhərində nəzarətsiz və baxımsız qalması, ana qayğısı görməmələri, ananın onların tərbiyəsi ilə məşğul olmayaraq, onlara tək gəlir mənbəyi kimi baxması əsas verir ki, övladları onun yanında saxlanılmalıdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü X14 və xx xxxxxx 2015ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və aliment tələbinin olmamasını bildirmişdir. Qarşılıqlı iddia üzrə cavabdehə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və iddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmənin xx xxxx 2019-cu il tarixli hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh 2018-ci ilin dekabr ayından etibarən uşaqları özü ilə aparmiş və o, həmin tarixdən etibarən uşaqlarını görməmişdir. Bundan sonra olan məhkəmə iclaslarında İddiaçı Mehdi qızı iştirak etməmişdir.Lakin xx xxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, keçmiş həyat yoldaşı Cavabdeh onu təhqir və təhdid edir. Onlar artıq boşanmışlar və iki ilə yaxındır ki, ayrı yaşayırlar. O, uşaqları qeyri qanuni yolla oğurlayıb öz yanında saxlayır. Dövlət qurumlarında bu barədə ərizələr var. Cavabdeh indi ondan uşaqlara görə ödədiyi maddi vəsaitin qaytarılmasını istəyir. O, dövlət tərəfindən ona ödənilən alimenti alıb və uşaqlarına görə yaranan borcların ödənilməsinə sərf edib. Cavabdeh ilə birlikdə yaşadığı 10 il ərzində , hətta hamilə və zahi vaxtlarında işləyib pul qazanmışdır. Geri ödəniləcək məbləğ varsa onu Cavabdeh ona ödəməlidir. O, Cavabdeh ikinci ailəsi olmuşdur. Cavabdeh içki düşkünü olduğu üçün onun ailələri dağılmışdır. Sonradan İddiaçı xx xxxxxxx 2019-cu il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx xxx 2019-cu il tarixdə Cavabdeh uşaqlarını onun işlədiyi yerə qoyub getmişdir. Hal-hazırda uşaqlar qanunun tələb etdiyi kimi onun yanındadırlar. İlkin iddia üzrə cavabdeh məhkəmənin xx xxxx 2019-cu il tarixli hazırlıq iclasında bildirmişdir ki, iddia ərizəsində göstərilənləri qəbul etmir. İddiaçı 2018-ci il may ayının 4-dən uşaqları ona göstərmir. O iki ay 2018-ci ilin avqust ayından oktyabr ayının ortalarınadək uşaqları iddiaçıdan tələb etmişdir. xx xxxxxx 2018-ci il tarixdə o uşaqları gətirməmişdən qabaq ərazi üzrə İcra və Probasiya şöbəsinə müraciət etmişdir ki, uşaqları özü ilə aparır. Uşaqların anası Bakı şəhərində yaşayır. Uşaqlar isə Yevlax şəhərində cavabdehin anasının və bacısının evində qalırlar. Ana uşaqlarına nəzarət etmir. Sonrakı məhkəmə iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı izahatlarında bildirmişdir ki, hal-hazırda uşaqlarının və keçmiş həyat yoldaşının harada olmasından xəbəri yoxdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-181/2020 saylı qərardadı ilə onun yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2012-ci il təvəllüdlü X26 və xx xxxxxx 2015-ci il təvəllüdlü X16 ilə mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək ünsiyyətinə maneə cavabdeh İddiaçı qadağan edilsə də, onun uşaqları ilə ünsiyyət saxlaması üçün məhkəmə tərəfindən müəyyən olunmuş şərtlərə cavabdeh tərəfdən əməl edilmir. Uşaqları ilə telefon əlaqəsi saxlaya bilməmiş, onların yaşıyıb-yaşamaması barədə belə məlumatı yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnaməninin çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmənin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yexlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-152/2019 saylı qətnaməsinindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın ( xx xxxx 2016-cı il tarixdə 3 saylı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 891 № -ilə qeydə alınmışdır) pozulması, tərəflərin birgə nikahından olan övladları xx xxxxxx 2012-ci il təvəllüdlü X14 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-5452\2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilmiş, xx xxxxxx 2012-ci il təvəllüdlü X14 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixində verilən, AZ-İİİ seriyalı, 126045 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx xxxxxx 2012-ci il tarixində Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2013-cü il tarixində 1003 № ilə qeydə alınmışdır. Atası Cavabdeh, anası X17r. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2016-cı il tarixində verilən, AZ-İİİ seriyalı, 806224 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 2015-ci il tarixində Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2016-cı il tarixində 4161 № ilə qeydə alınmışdır. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş səhiyyə İdarəsinin 21 saylı uşaq poliklinikası tərəfindən verilən xx xxxx 2019-cu il tarixli 102 saylı arayışdan görünür ki, Binəqədi rayonu, 9-cu mkr, A. Məmmədov küçəsi, ev 87, mənzil 21 ünvanında yaşayan xx xxxxxx 2012-ci il təvəllüdlü X26 və xx xxxxxx 2015-ci il təvəllüdlü X16 21 saylı uşaq poliklinikasında tibbi qeydiyyatdadırlar. Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbin direktoru Ş.Mehdiyev tərəfindən verilən xx xxxxxxxx 2019-cu il tarixli 884 saylı arayışdan görünür ki, X26 həqiqətən Yevlax şəhər, N.Nərimanov adına 9 nömrəli tam orta məktəbin “İ” (rus) sinfində təhsil alır. Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmurları Şamxal Quliyev, Aqil Cəbiyev və Faiq Əkbərov tərəfindən, Binəqədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X21, borclu Cavabdeh, hal şahidləri X9, X2 iştirakı ilə tərtib edilən xx xxxxx 2019-cu il tarixli aktdan görünür ki, yetkinlik yaşına çatmayan xx xxxxxx 2012-ci il təvəllüdlü və xx xxxxxx 2015-ci il təvəllüdlü uşaqlar hal-hazırda ataları Cavabdeh yanında qaldığından, uşaqlarla anasının görüşməsi üçün xx xxxxx 2019-cu il tarixdə saat 17:30-da Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasında şərait yaradılmasına baxmayaraq, uşaqların anası İddiaçı şöbənin inzibati binasına gəlməyəcəyini bildirmiş və icra işinin hansı qaydada aparılmasının onun üçün maraqlı olmamasını bildirmişdir. İcra məmurlarının və məsləhətçipsixoloqun uşaqlarla söhbəti zamanı məlum olmuşdur ki, uşaqlar qətiyyən ananın yanına getmək istəmirlər. Gedəcəkləri təqdirdə analarının onları Yevlaxda nənələrinin yanında saxlayacağını və özünün isə Bakı şəhərində qalacağını bildirmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-3517\2019 saylı qərardadı ilə 2(001)-3517/2019 saylı mülki iş üzrə icraat dayandırılmış və mülki iş üzrə xx xxxxxx 2012-ci il təvəllüdlü X26 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi məqsədilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasından rəy alınması məqsədilə komissiyaya göndərilmişdir. Bakı şəhər Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən 2(001)-3517/2019 saylı mülki iş, iş materialları ilə birlikdə rəy verilmədən xx xxxxxx 2019-cu il tarixindən Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Belə ki, İddiaçı ilə ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq onun Cavabdeh qarşı “uşaqların atadan alınaraq onun himayəsinə verilməsi tələbi”nə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsində qalmaları tələbi”nə dair qarşılıqlı iddiası üzrə qəbul edilmiş Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(001)-3517\2019 nömrəli qərardadının icrası ilə bağlı müvafiq rəy verilməsindən ötrü, onun övladları X22 və X16 ilə birlikdə 31 iyul xx xxxx 2019-cu il tarixdə saat 11:00-da Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasında iştirak etmələri barədə məlumat verilmişdir. İddiaçı telefonda bildirmişdir ki, bir neçə aydır ki, Cavabdeh uşaqları onun iş yerinə atıb çıxıb getmişdir. Odur ki, mülki iş materiallarının rəy verilmədən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-3517/2019 saylı qərardadı ilə xx xxxxxx 2012-ci il təvəllüdlü X26 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 valideynlərdən hansının yanında qalmasının müəyyən edilməsi məqsədilə 2(001)-3517/2019 saylı mülki iş, iş materialları ilə birlikdə yenidən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasından rəy alınması məqsədilə komissiyaya göndərilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli uşağın yaşayış yerinin müəyyən edilməsi barədə rəyindən görünür ki, uşaqların mənafeyinin üstünlüyü baxımından xx xxxxxx 2012-ci il təvəllüdlü X26 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 ataları Cavabdeh himayəsində qalması müəyyən edilmişdir. Həmin rəydən görünür ki, İddiaçı komissiyaya ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli ərizəsində göstərmişdir ki, Cavabdeh ilə nikahlarının pozulması barədə məhkəmə qərarında övladları azyaşlı olduqları üçün onun himayəsində qalmaları nəzərdə tutulsa da, xx xxxxxx 2018-ci il tarixində keçmiş həyat yoldaşı 2 azyaşlı övladını oğurlamışdır. Cavabdeh uşaqları oğurladığı zaman onların məktəb və baxçasını yarımçıq qoyub naməlum şəraitdə saxlamışdır. Uşaqlar oğurlandıqdan sonra müxtəlif orqanlara yazılı olaraq şikayət etmiş, araşdırma müddəti bir qədər uzansa da, xx xxx 2019-cu il tarixində Cavabdeh uşaqları işlədiyi yerə gətirərək ona verib getmişdir. Hal-hazırda uşaqlar qanunun tələb etdiyi kimi onun yanındadırlar və öz normal həyatlarını yaşayırlar. Cavabdeh ondan əvvəl X5 ilə ailəli olub və bu nikahdan 2 övladları dünyaya gəlmişdir. Lakin Cavabdeh içki aludəçisi olduğu üçün ailə və uşaq idarə edə bilməyib. Övladları onun yanında xoşbəxt və firavan yaşayırlar. Onun məqsədi sağlam gələcəyi olan övladlar böyütməkdir. Cavabdeh isə onlara ziyan vurur və onu təhdid edir, onunla rastlaşmaq istəmədiyi üçün Rayon İcra Hakimiyyətinə gələ bilməmişdir. Həmçinin İddiaçı ilə xx.xx.2019-cu il tarixdə ona məxsus ***-***-**-** nömrəli telefonla əlaqə saxlayan zaman o, təyin edilmiş vaxtda uşaqlar dərsdə olacaqları üçün onları iclasa gətirməyəcəyini, iclasa özünün tək gələcəyini, hazırda Bakı şəhərində yaşadığını və işlədiyini bildirmişdir. Həmin rəydən görünür ki, Cavabdeh verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 2018-ci ilin may ayında ona məlumat vermədən uşaqlarla birlikdə evdən çıxmışdır. Övladlarını uzun müddət axtardıqdan sonra onlardan birini Mingəçevir şəhərində, digərini isə Yevlax rayonunda tapmışdır. Uşaqların anası Bakı şəhərində olduğundan uşaqları qaynanasına təhvil vermişdir.O,İddiaçı uşaqların hər ikisini öz yanında saxlamasını tələb etmişdir. Lakin İddiaçı uşaqları Yevlax rayonunda anasının himayəsində saxlayıb, özü isə Bakı şəhərində “German Hospital” da işləməyə başlamışdır. Bundan sonra o, övladları ilə görüşmək üçün Yevlax rayonuna gedib-gəlmiş, lakin qaynanası onun uşaqlarlar görüşməsinə imkan verməmişdir. Övladları Yevlax rayonunda qaldıqları müddətdə uşaqlarına görə 500 manat məbləğində aliment ödəsə də, uşaqlar acınacaqlı vəziyyətdə, paltarsiz və baxımsız qalmışlar. Övladlarının nənə himayəsində əlverişsiz şəraitdə və valideyn qayğısından kənar şəkildə yaşamalarını qəbul edə bilmədiyi üçün onları 2018-ci ilin sonunda özü ilə Bakı şəhərinə gətirmişdir. Övladlarına dayə tutmuş və onların bütün qayğısı ilə özü də yaxından məşğul olmuşdur. Uşaqları öz himayəsində saxladığı müddətdə alimenti yenə də, ödəmişdir. İddiaçı isə həmin dövrdə uşaqları ondan tələb etməmişdir.Uşaqların ana qayğısı görmələri üçün öz təşəbbüsü ilə analarına təhvil vermişdir. Övladları ilə görüşmək üçün keçmiş arvadına müraciət etsə də, ona şərait yaradılmamışdır. İddiaçı uşaqları yenidən Yevlax rayonunda yaşayan anasının yanına göndərmiş özü isə Bakı şəhərində qalmağa davam etmişdir. İddiaçı həm uşaqları öz yanında saxlamır həmdə ki, onun uşaqlarla sərbəst ünsiyyətinə imkan yaratmır. Bu hal onu çox narahat edir. Hətta qarşı tərəfə uşaqların atalarının yanında qalmalarını, onun isə istədiyi zaman uşaqlarını gəlib görə biləcəyini, hətta aliment ödənişlərini etməyə davam edəcəyini bildirsə də, İddiaçı bununla razılaşmamışdır. Lakin keçmiş həyat yoldaşı öz mənafeyi baxımından onunla razılaşmır və aliment ödənişindən məhrum olmaqdan çəkinir. Cavabdeh Bakı şəhərində normal həyat yaşamadığı üçün övladlarını öz himayəsində yox, rayonda anasının himayəsində saxlayır. Məhkəmə qətnaməsi ilə uşaqlar ona verilərsə , uşaqlara lazımınca baxmağa onun bütün şəraiti var. Uşaqların təhsili və gələcəyi üçün hər şeyi təmin edə bilər. Uşaqlar ona verilsə yenidən uşaqlar üçün dayə tutacaq və uşaqlarının anaları ilə görüşməsinə şərait yaradacaq. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2019-cu il tarixli rəyində qeyd olunmuşdur ki, İddiaçı övladlarının atasına bağlı olub-olmamalarını komissiya üzvlərinin müşahidə etməsinə və obyektiv qiymətləndirmənin aparılmasına şərait yaratmamaq məqsədilə uşaqları bilərəkdən komissiya iclasına gətirməmişdir. Komissiya işin hallarına qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh övladlarından ayrı yaşasa da, onlarla daim maraqlanmış, uşaqları öz himayəsində saxlamaq üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmiş, onun mənzil-məişət şəraiti də, övladlarını öz himayəsində saxlaması üçün əlverişlidir. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən uşaqlar yetkinlik yaşına çatanadək valideyn himayəsində yaşamalı olduqları halda, İddiaçı məhkəmə qərarı ilə himayəsinə verilən övladlarını öz yanında deyil anasının və bacısının himayəsində Yevlax rayonunda saxlaması, həmçinin uşaqların ataları ilə ünsiyyətinə şərait yaratmaması uşaqların ataları ilə ünsiyyətinə şərait yaratmaması uşaqların və Cavabdeh ünsiyyət hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur. Tərəflərin birgə nikahından doğulan X26 və X7 əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişaflarının təmin olunması baxımından uşaqların hər ikisinin birlikdə eyni valideynə verilməsi onların qanunla qorunan ən yaxşı mənafeyinə daha uyğundur. xx xxxxxxxx 2019-cu il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh yaşayış yeri üzrə həyat şəraitinin müayinə edilməsi üçün ünvan 1 ünvanına baxış keçirilmişdir. Mənzil 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Mənzildə yaşayış üçün normal şərait yaradılıb, təmir işləri yaxşı səviyyədədir, sanitar-gigiyenik qaydalara tam riayət olunub. Ev zəruri məişət və mebel avadanlıqları, mərkəzləşdirilmiş istilik sistemi, kondisioner, su, təbii qaz və elektrik enerjisi ilə təmin edilib.Həyat şəraitinin müəyyən edilməsi nəticələrindən görünür ki, Cavabdeh ailə və mənzil şəraiti övladları X26 və X8 öz himayəsində saxlanılması üçün əlverişlidir. xx xxxxxx 2019-cu il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh yaşayış yeri üzrə həyat şəraitinin müayinə edilməsi üçün ünvan 2 A ünvanına baxış keçirilmişdir. Mənzil binanın 10-cu mərtəbəsində yerləşir. Mənzildə yaşayış üçün normal şərait yaradılıb, təmir işləri yaxşı səviyyədədir, sanitar-gigiyenik qaydalara tam riayət olunub. Ev zəruri məişət və mebel avadanlıqları, mərkəzləşdirilmiş istilik sistemi, kondisioner, su, təbii qaz və elektrik enerjisi ilə təmin edilib.Həyat şəraitinin müəyyən edilməsi nəticələrindən görünür ki, Cavabdeh ailə və mənzil şəraiti övladları X26 və X7 öz himayəsində saxlanılması üçün əlverişlidir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası tərəfindən tərtib edilən xx xxxxxxx 2019-cu il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, İddiaçı yaşayış yeri üzrə həyat şəraitinin müayinə edilməsi üçün ünvan 3 mənzil 31 ünvanına baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olmuşdur ki, evin çıxarışı yoxdur. Mənzil İddiaçı atası X23 və analığı X10 məxsus olmuşdur. Onların hər ikisi vəfat etmiş və mənzil vərəsəlik yolu ilə İddiaçı bacısı X1. Ev yaşayış üçün normal vəziyyətdədir. Mənzildə İddiaçı anası X12, bacısı X18, övladları X26 və X16 yaşayır X6 şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbin 3-cü sinifində oxuyur. X3 şəhər 6 saylı körpələr evi-uşaq bağçasına gedir. Vətəndaş İddiaçı Mehdi qızının deməsinə görə o, ünvan 4 məznil 31 də qeydiyyatda olmasına baxmayaq, müvəqqəti olaraq Bakı şəhərində yaşayır. “German klinika” adlı özəl şəhər klinikasında tibb bacısı işləyir, aylıq əmək haqqı 400 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30943 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh fərdi psixi xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək əlamətlər müşahidə olunmamışdır. Həmin rəydən görünür ki, 2(001)-3517\2019 №-li mülki iş materialları məhkəmə psixoloji ekspertizası təyin olunması haqqında qərardadla birlikdə xx xxxxxx 2019-cu il tarixində açıq şəkildə MEM-nə daxil olmuşdur. Müayinə olunacaq şəxslər İddiaçı, Cavabdeh, azyaşlı X26 və azyaşlı X7 ekspertə təqdim olunması ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinə xx xxxxxx 2019-cu il tarixli vəsatət göndərilmişdir. Ekspertizada yalnız Cavabdeh iştirak etdiyinə görə tədqiqat yalnız onun barəsində aparıla bilmişdir. İddiaçı azyaşlı uşaqları X26 və X16 ilə birlikdə məhkəmə tərəfindən təyin olunmuş tarixdə (xx.xx.2020-ci il saat 11:00-da ) MEM-ə gəlmədiklərinə görə onlarla məhkəmə psixoloji ekspertizası keçirilməmişdir. Odur ki, onlar barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-181\2020 saylı qərardadından görünür ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2012-ci il təvəllüdlü X26 və xx xxxxxx 2015-ci il təvəllüdlü X16 ilə mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək ünsiyyətinə maneənin qoyulması qadağan edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-181/2020 saylı qərardadından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan cavabdeh İddiaçı himayəsində olan və həmin ünvanda yaşayan xx xxxxxx 2012-ci il təvəllüdlü X14 valideynlərindən hansının yanında qalmasını istəməsi barədə fikrinin öyrənilməsi üçün iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsində qalmaları, tutulan maddi vəsaitin qaytarılması” tələbinə dair mülki iş üzrə məhkəmə tapşırığı Yevlax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 10(039)-2\2020 saylı qərardadından görünür ki, İddiaçı himayəsində olan X14 valideynlərindən hansının yanında qalmasını istəməsi barədə fikrinin öyrənilməsinə dair məhkəmə tapşırığı icra olunmadan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, məhkəmə tapşırığının yerinə yetirilməsi ilə bağlı məhkəmə prosesləri xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il tarixlərə təyin edilmiş, İddiaçı və himayəsində olan xx xxxxxx 2012-ci il təvəllüdlü X26 həmin tarixlərdə keçiriləcək məhkəmə proseslərində iştirak etmələri üçün məhkəməyə dəvət edilmiş, lakin məhkəmə bildirişlərinin alınmasına baxmayaraq İddiaçı özünün və xx xxxxxx 2012-ci il təvəllüdlü Esmira Babanlının məhkəmə prosesində iştirakını təmin etməmişdir. İddiaçı göstərilən ünvanda yaşayıb-yaşamaması barədə Yevlax Rayon polis şöbəsinə şifahi sorğu edilmişdir. Yevlax rayon polis şöbəsindən verilən məlumata əsasən müəyyən olmuşdur ki, İddiaçı himayəsində olan xx xxxxxx 2012-ci il təvəllüdlü X26 ilə Birlikdə Bakı şəhərində yaşayır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-181\2020 saylı qərardadından görünür ki, xx xxxxxx 2012-ci il təvəllüdlü X26 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 valideynlərdən hansının yanında qalmasının müəyyən edilməsi məqsədilə Yevlax Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik komissiyasından rəy alınması qərara alınmışdır. Komissiya Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü və 61,3-cü maddələrini və BMT Baş Məclisi tərəfindən xx xxxxxx 1959-cu il tarixdə qəbul olunmuş “X20”nin 6-cı prinsipinə uyğun olaraq uşaqların azyaşlı olmasını, ananın və atanın uşaqların tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən halların olmamasını, müstəsna halların olması barədə tərəflərin komissiyaya heç bir sənəd təqdim etməməsini, hər iki valideyninin uşaqların tərbiyəsi, təhsili və sağlamlığı ilə məşğul olmalarını bir vəzifə kimi öz üzərlərinə götürmələrini və azyaşlıların hüquq və mənafeyini əsas götürərək xx xxxxxx 2012-ci il təvəllüdlü X14 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 valideynlərindən hansının yanında qalmasının məhkəmə qaydasında həll olunması məqsədəuyğun hesab etmişdir. Həmin rəyindən görünür ki, komissiya üzvləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kobineti yanında X25-19-la bağlı tapşırıq və tövsiyyələrinə əsasən hər iki valideynlə telefon əlaqəsi saxlanılmışdır. İddiaçı ilə telefonla əlaqə saxlanan zaman yaşadığı ünvanı deməkdən imtina etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kobineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə əsasən ölkədə bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi ilə bağlı məktəblər və bağçalar bağlandığı üçün uşaqları Bakı şəhərinə öz yanına aparmışdır. Cavabdeh ilə telefon əlaqəsi saxlanılan zaman o, uşaqların təhsili və gələcəyi ilə bağlı ciddi məşğul olacağını, uşaqlara dayə tutacağını və anaları ilə ünsiyyətdə olmalarına şərait yaradacağını bildimirşdir. Mülki iş materialları ilə müəyyən edilir ki, tərəflər 2016-cı ildə nikaha daxil olmuşlar, onların birgə nikahından yetkinlik yaşına çatmayan 2 uşağı vardır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan xx xxxxxx 2012-ci il təvəllüdlü X26 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanılmışdır. Hal-hazırda qarşılıqlı iddia üzrə iddiaçı yeni əsasa istinad edərək uşaqların onun himayəsinə verilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar; 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər; 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 61.4. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, “Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.Məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir”. Yuxarıda sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, mübahisəyə uşaqların mənafeyi baxımından qiymət verilməlidir. Belə ki, işin halları, tədqiq edilmiş sübutlarla məhkəmə tərəfindən müəyyən edilir ki, uşaqlar Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə ananın himayəsinə verilmişdir, buna qədər isə uşaqların saxlanılması üçün ananın xeyrinə aliment tutulmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh uşaqları Yexlax rayonunda anasının, yəni uşaqların nənəsinin himayəsində qoyaraq özü Bakı şəhərində yaşamışdır və hal-hazırda özünün və uşaqlarının harada yaşaması məlum deyil. Yəni İddiaçı uşaqları öyrəşdiyi mühitdən ayıraraq, bilmədiyi, öyrəşmədiyi mühitə apararaq, orada məktəbə və baxçaya yazdırmaqla faktiki olaraq uşaqların başqa yerdə müvəqqəti saxlanması üçün yox, onların nənəsinin və xalasının yanında daimi yaşaması üçün çalışmışdır. İddiaçı valideynlik hüquqlarından sui istifadə etməsini iş materiallarında olan dəfələrlə təyin edilmiş komissiya iclaslarına, ekspertiza tədqiqatına, məhkəmə tapşırığı ilə təyin edilmiş iclaslara özünün və uşaqlarının iştirakını təmin etməməsi, o cümlədən müvəqqəti ünsiyyətlə bağlı qəbul edilmiş məhkəmə qərardadına məhəl qoymaması təsdiq edir. Bundan başqa qətnamə ilə himayəsinə verilmiş uşaqların özünün yaşadığı yerdən, konkret olaraq Bakı şəhərindən Yevlax rayonuna apararaq nəzarət edə bilməyəcəyi məsafədə uşaqlarını saxlaması əslində valideynlik vəzifəsinə biganə yanaşması qənaətinə gəlməyə əsas verir. Belə ki, valideynlərin əsas vəzifələrindən biri övladlarını tərbiyə etmək vəzifəsidir. Lakin məlumdur ki, Bakı şəhərində yaşayan valideynin Yevlax rayonunda yaşayan uşaqlarını tərbiyə etməsi mümkün deyildir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, uşaqlar valideynləri ayrılana qədər Bakı şəhərində yaşayaraq böyümüş və bu mühitə öyrəşmişdir. Bundan başqa bir valideynin uşaqlarını digər valideyndən gizlədərək, onların ataları ilə ünsiyyəti mane olaraq, digər valideynin Konstitusiya və digər qanunvericilik aktları ilə təsbit edilmiş valideynlik hüquqlarını həyata keçirməsinə şərait yaratmamaqla uşaqların və digər valideynin hüquqlarını pozmuşdur. Beləliklə məhkəmə uşaqların mənafeyi baxımından, onların tərbiyəsi və inkişafı üçün şərait yaradılması baxımından, onların valideyn himayəsindən kənar şəraitdə yaşamasının qarşısının alınması baxımından, əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması baxımından, artıq vərdiş etdikləri şəraitdə yaşamalarının təmin olunması baxımından, uşaqların himayəsinə verilmiş valideynin öz vəzifələrini lazimi qaydada yerinə yetirməməsini nəzərə alınaraq, uşaqların atalarının himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, uzun müddətdir ki atadan ayrı qalan uşaqların ata ilə ünsiyyətinin olmaması nəticəsində bağlılığın zəifləməsi, ünsiyyətin soyuması ehtimalı diqqətdən yayına bilməz. Bu baxımdan məhkəmə uşaqların anadan alınıb ataya verilərkən uşaqların psixoloji gərginlik keçirmələrinin, psixoloji travma almalarının qarşısının alınması məqsədilə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan sonra 1 ay müddətində həftədə 2 gündən az olmamaqla icra orqanında atanın, uşaqların və psixoloqun iştirakı ilə söhbətlər aparılmaqla icra edilməlidir. Məhkəmənin bu mövqeyi tərəflərin məhkəmə iclaslarındakı izahatlarına, məhkəməyə ünvanlanmış ərizələrinə, Komissiyanın rəylərində göstərilənlərə, ekspertiza keçirilməsinə mane olan hallara, məhkəmə iclaslarında tədqiq edilmiş digər sübutlara əsasən məhkəmədə yaranmış daxili inam əsasında formalaşmışdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Bundan əlavə, məhkəmə iddiaçının(qarşılıqlı iddia üzrə) uşaqları saxlamaq iqtidarında olmasına görə aliment tələb etməməsini nəzərə alaraq aliment məsələsinə toxunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, yetkinlik yaşına çatmayan xx xxxxxx 2012-ci il təvəllüdlü X14 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 ataları Cavabdeh yanında qalmaları müəyyən edilməli, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Qarşılıqlı iddia təmin edilsin. Yetkinlik yaşına çatmayan xx xxxxxx 2012-ci il təvəllüdlü X14 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 ataları Cavabdeh yanında qalmaları müəyyən edilsin. Yetkinlik yaşına çatmayan xx xxxxxx 2012-ci il təvəllüdlü X26 və xx xxxxxx 2015-ci il təvəllüdlü X16 anaları İddiaçı Mehdi qızından alınaraq ataları Cavabdeh verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan sonra 1 ay müddətində həftədə 2 gündən az olmamaqla icra orqanında atanın, uşaqların və psixoloqun iştirakı ilə söhbətlər aparılmaqla icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar