Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1832/2023 08.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma vaxtının artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri 08 fevral 2023-cü il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğuluş 30 may 2014-cü il təvəllüdlü X2 və 30 noyabr 2015-ci il təvəllüdlü X3 adlı uşaqları ilə ünsiyyətdə olma vaxtının artırılaraq, cavabdehin iştirakı olmadan, hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 21:00-dək gecə qanında qalmaları şərti ilə, həmçinin Yeni il və Novruz Bayramı günlərində 1 gün (bayramın 2-ci günü) saat 10:00-dan sabahı gün saat 21:00-dək müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia yolverilməz olduğuna görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(001)-678/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan 30 may 2014-cü il təvəllüdlü X2 və 30 noyabr 2015-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmaq vaxtının artırılaraq cavabdehin iştirakı olmadan hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 21:00-dək, eyni zamanda Yeni il, Novruz Bayramı günlərində bir gün, yəni bayramın ikinci günü saat 10:00-dan bayramın üçüncü günü saat 21:00-dək müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi üzrə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı Cavabdeh qarşı eyni tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 266- 269-cu maddələrinə əsasən, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma vaxtının artırılması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1832/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1832/2023
08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver