Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-185/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 7400 manat olan- cavabdehin ailəsinin hədiyyə etdiyi dördlü komplekt dəsti, brilyant 25 qram qiyməti 4000 manat, nişan mərasimində cavabdehin ailəsi tərəfindən hədiyyə edilən beş daş nişan üzüyü 6 qram-qiyməti 2000 manat, həri mərasimində verilmiş qızıl həri üzüyü 5 qram-qiyməti 350 manat, ailəsinin hədiyyə etdiyi tək qaş brilyant üzük 3,5 qram-qiyməti 650 manat, “Gəlin gördü” mərasimində ailəsinin hədiyyə etdiyi qızıl boyunbağı 7 qram qiyməti 400 manant olan və hazırda Cavabdeh olan qızıl zinət əşyalarının,qeyd etdiyi əşyalarından hər hansı birinin olmadığı təqdirdə həmin əşyaların dəyərinin pul şəklində Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini artıraraq, ümumi dəyəri 9350 manat olan 1 ədəd qızıl dəst brilliant qaşlarla (5140 manat), 1 ədəd qızıl üzük brilliant beş daş (2350 manat), 1 ədəd qızıl üzük (450 manat), 1 ədəd qızıl üzük brilliant tək qaş (780 manat), 1ədəd qızıl boyunbağı (630 manat) qızıl-zinət əşyalarının, olmadığı təqdirdə dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailə həyatı quraraq nikaha daxil olmuşdur. Nikahları xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat Şöbəsində 935 nömrə altında qeydə alınmışdır. Nikahın ilk vaxtlarında münasibətləri normal olsa da sonradan Cavabdeh valideynlərinin etibarından sui-istifadə edərək onların pullarını mənimsəməsi və onlara qarşı dələduzluq xarakterli əməlləri nəticəsində münasibətləri ciddi formada korlanmışdır. Cavabdehin bütünlükdə ona və ailəsinə qarşı biganə və hörmətsiz davranışları nəticəsində ailə münasibətləri bərpa edilməz dərəcədə pozulmuşdur. Bu səbəbdən də tərəfindən Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi rayon Məhkəməsinin 2(001)-509/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrimə hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh ilə ailə həyatı qurarkən cavabdehin ailəsi tərəfindən ona brilyant dördlü komplekt dəsti, beş daş nişan üzüyü və qızıl həri üzüyü hədiyyə kimi verilmişdir. Lakin cavabdeh tərəfindən ona və ailə üzvlərinə qarşı etdiyi dələduzluq xarakterli əməlləri nəticəsində aramızdakı münasibətlər pozulmuşdur. Hal-hazırda isə həmin qızıl-zinət əşyaları cavabdehdədir və ona geri qaytarılmır. Lakin onlar hədiyyə kimi verildiyindən ona məxsusdur. Buna görə də cavabdehdə olan qızıl-zinət əşyalarının geri qaytarılması zərurəti yaranmışdır. Dəfələrlə həm o, həm də atası cavabdeh tərəflə və onun ailəsi ilə əlaqə saxlayıb qızıl- zinət əşyalarının geri qaytarılmasını tələb etsələr də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Belə olan halda isə onun pozulmuş hüquqlarının bərpası üçün həmin qızıl- zinət əşyalarının ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Əgər həmin qızıl-zinət əşyalarımdan hər hansı biri olmadıqda isə əvəzi olaraq pul şəkildə cavabdehdən tutularaq onun xeyrimə ödənilməlidir. Əks halda onun hüquqlarının pozulması davam edəcəkdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk tələbin rədd edilməsi, qarşılıqlı tələb üzrə cavabdehdən onun hədiyyə etdiyi nişan üzüyünün əvəzi olaraq 720 manatın və cəmi 2350 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi qızıllar hal hazırda ondadır və olduqca qiymətlidir. Dəyəri 7400 manatdır. O, həmin qızıl əşyalarını iddiaçıya qaytarmır. İddiaçı ailəsi təərfinədn ona hədiyyə edilən qızılların çəkilər və qiymələri həddindən artıq şişirdilmişdir. Həmin qızıllar tanışları olan zərgər tərəfindən hazırlandığından daha yüngül çəkidə olmaqla ucuz başa gəlmişdir. Onlar üzərindəki daşlar isə brilyant yox sadə sirkon olub. Adı çəkilən dəstin qızılının çəkisi 20 qram, özü isə 583 əyarlı olub. Digər iki üzüklərin də əyarı 583, cəmi çəkiləri isə 9 qram olmuşdur. Valideynləri həmin qızılların alınmasına cəmi 2200 manat pul xərcləmişlər. Eyni zamanda qeyd edir ki, onun valideynləri tərəfindən alınan qızıllar iddiaçının xoşuna gəlmədiyindən onun özünə qaytarılmış, gələcəkdə isə başqasınına alınması barədə aralarında razılaşma olmuşdur. Həmin qızılları isə iddiaçının da valideynlərinin hədiyyə etdikləri ilə birlikdə başqa-başqa vaxtlarda qarşılıqlı razılıq əsasında ailənin ehtiyacları üçün satılmışdır. Həmin pulların bir hissəsi o, ayaqlarının şişməsi nəticəsində evdə xəstə yatdığı və qazanc əldə edə bilməməsi səbəbindən ailənin tələbatına və onun müalicəsinə sərf edilmişdir. Digər bir qismi isə o, taksi şoferliyi etdiyi zaman törətmiş olduğu qəzaya görə maşının təmirinə sərf edilmişdir. Hətta həmin dövrdə ailənin xeyli miqdarda borcu yaranmışdır. İddiaçı adıçəkilən qızılların onda olmadığını, onların nikah dövründə satılıb pulların ümumi birgə təlabatlara xərcləndiyi təqirdə onları və ya onların dəyərini tələb edirsə, onunda tələb etdiyi məbləğlər var. Qeyd edir ki, qarşılıqlı tələb üzrə cavabdehin də ona hədiyyə etdiyi nişan üzüyü var idi. Digər qızıllar satılarkən o da satılmışdır. Cavabdehin dediyiə görə həmin üzük 720 manata alınmışdır. Toydan sonra atasının ona verdiyi 2300 manat pul olub ki, onun 1000 manatını cavabdeh öz atasına verib, qalanı isə ailənin təlabatlarına xərclənib. Ailənin çətin günlərində müxtəlif vaxtlarda və müxtəlif şəxslərə onların 2400 manat borcu yaranmışdır. Həmin borcu o, ailə münasibətləri pozulduqdan sonra qaytarmışdır. Hesab edir ki, həmin borcun yarısı cavabdehə aid olduğundan, ondan tutularaq ona ödənilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
6. İddiaçı Cavabdeh ona qarşı qaldırmış olduğu qarşılıqlı iddia ərizəsinə xx.xx.2021-ci il tarixində yazılı etirazını təqdim etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi isə məhkəməyə müraciət edərək ondan ona hədiyyə olunan nişan üzüyünün əvəzi olaraq 720 manatın və cəmi 2350 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində əsassız olaraq guya qeyd etdiyi qızıl-zinət əşyalarının nikah dövründə satıldığını bildirmişdir. Əslində isə Tural Badalzadənin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi xüsusatların heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, Cavabdeh hansı formada bir hesablama nəticəsində ondan 2350 manat məbləğində pulun tutulmasını tələb etməsi qeyri-məlumdur. Guya ki, nikah dövründə tərəfindən borc götürülmüşdür. Əslində isə cavabdehin bu formada əsassız qarşılıqlı iddia arizəsi ilə müraciət etməsindəki məqsədi onun tam qanuni iddia ərizəsinin yaradacağı qanuni masuliyyətdən yayınmaq və mülki işin gedişatını uzatmaqdır. Hesab edir ki, qeyd etdiyi xüsusatlar nəzərə alınmalı və ilkin iddia ərizəsi təmin olunmalıdır. Belə ki, bu formada əsassız qarşılıqlı iddianın verilməsi yalnızca məhkəmənin gedişini uzatmaq məqsədini daşıyır. Əslində məhkəmə tərəfindən həmin qarşılıqlı iddia ərizəsi ümumiyyətlə icraata götürülməməli və qarşılıqlı iddia ərizəsi mümkün sayılmamalıdır. Bildirir ki, ilkin iddia tələbi maddi sübut və predmetlərlə tam sübuta yetirilməkdədir. Həmçinin Cavabdeh qeyd etdiklərinin əksinə olaraq onun özünün atası Ədalət Mikayılova müxtəlif məbləğlərdə borcu vardır. Belə ki, müxtəlif vaxtlarda Cavabdeh Məhəmməd oğlu atasından guya sürücülük vəsiqəsi almaq üçün 1200 (min iki yüz) manat, avtomobil almaq üçün 2700 manat, manat mebel almaq üçün, 2200 manat borc adı ilə, torpaq sahəsi almaq üçün isə 10000 manat məbləğində pul almışdır. Bununla bağlı atası Ədalət Mikayılov vurulmuş maddi və mənəvi zərərin cavabdehdən tutulması üçün məhkəmədə iddia qaldırmış, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4728/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Hazırda isə iddia ərizəsi tam təmin olunmadığı üçün verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi bütünlükdə ailəyə borcu olan elə Cavabdeh özüdür. Buna görə də, hesab edir ki, Cavabdeh ona qarşı qarşılıqlı iddia ərizəsi tam rədd edilməlidir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, qızıllarının birkalarını məhkəməyə təqdim etmişdir. Mülki iş üzrə keçirilmiş ekspertiza rəyləri də vardır. Odur ki, iddia tələbini müdafiə edir. Qızılları cavabdehdə qalıb. Belə ki, cavabdeh onu aldatmış qızılları özündə saxlamış, bir müddət lombarda qoymuş, lombarddan götürdüyü pulları isə özünə xərcləmişdir. Cavabdehlə ünsiyyəti hazırda yoxdur. Hətta cavabdehin uşaqları ilə belə ünsiyyəti yoxdur. Uşaqları ilə görüşməyə cəhd etmir. Qarşılıqlı iddia ilə bağlı isə onu qeyd edir ki, nişan üzüyü 750 manata yox, 450 manat alınmışdır. Üzüyü cavabdeh dostuna vermişdir. Daha sonra həmin üzük də yoxa çıxdı, tapılmadı. Ona 2350 manat pul verilməyib. Hətta onların birgə nikah dövründə ailəsinə öz atası baxmışdır.
9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, O, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan mübahisələr yaranmış və nikahları Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Bildirir ki, o, Turalla ailə qurarkən onun ailəsi tərəfindən ona brilyant 4-lü komplekt dəst, 5 daş nişan üzüyü və qızıl həri üzüyü hədiyyə kimi verilmişdir. Cavabdehlə birgə Binəqədi rayonunda yaşamışlar. Cavabdeh birgə nikah dövründə maşınla adam vurduğunu deyərək 4-lü komplekt dəsti ondan istəmiş, o da, ona vermişdir. Ona geri qaytaracağını desə də, qaytarmamışdır. Tural indi deyir ki, qızıl dəsti bəyənmədiyi üçün satılıb, halbuki özü aparıb satıb qızılları. Qızıllar onun otağında mücrünün içərisində olurdu. 2020-ci ildə mücrüyə baxanda ki, qızılların olmadığını görmüşdür. Cavabdeh isə ona borcunun olmasını və qızılları satdığını demişdir. Bundan əvvəl də, cavabdeh evin televizorunu satmışdı. Hazırda onda Legitim Qiymətləndirmə və Consulting MMC-nin xx.xx.2021-ci il tarixli rəyi vardır. Rəyə əsasən qızılların hazırki bazar dəyəri 9350 manatdır. Qiymətləndirmə şəkillər və özünün dedikləri əsasında aparılıb. Qızıllar satıldıqdan sonra pulunu görməmişdir. Əşyalarını artıq cavabdehin evindən götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzi tərəfinən təqdim edilən 9/8068 saylı ekspertiza rəyində 5 qr üzük üçün və 3 qr italiya istehsalı olan brilyant qaşlı qızıl üzüyün qiyməti ilə razıdır. Lakin digər qızıllara hesablanan dəyər ilə razı deyil. Qızıllar 2016-cı ildə toyda taxılmışdır. Birkaları sonradan qarşı tərəfdən ala bilmişdir. Qızıllar birlikdə alınıb, alınan zaman birkalar üzərində olmuşdur. Tural ona qızılları lombarda qoyacağını daha sonra geri götürəcəyini desə də, qızılları qaytarmamış, pullarını isə özünə xərcləmişdir. Nikahlarından 1 il sonra ondan ancaq 1 nişan üzüyü qalmışdı. 6 qram olan 5 daşlı qızıl nişan üzüyüdür. 14 qram olan boyunbağını ona valideynləri uşaqları anadan olanda hədiyyə vermişdir. Birkalar qızılları alan zaman üzərində olan birkalardır. Qızılların hansı qiymətə alındığını dəqiq bilmir. Lakin qızıllar qiymətləndirilərək 9350 manat dəyərində olduğu müəyyən edilmişdir. Qız toyundan 1 həftə sonra qızılları zərgərdə ölçdürmüşlər. Zərgər çəkisinin, briliantının birkaya uyğun olduğunu demişdir. Birkaları məhkəməyə ayrıayrı vaxtlarda verməyinə səbəb onları tapa bilməməyi olmuşdur. Digər birkaları itirmişdir və tapa bilmirəm. Qızılları o, yoldaşı, qaynanası, qaynatası birlikdə gedib almışlar. Qarşılıqlı iddia ərizəsində qeyd edilmiş nişan üzüyünü cavabdeh satmışdır. 2400 manat borcdan onun ümumiyyətlə xəbəri olmamışdır. Həmin borc barədə məhkəmə iclasında vəkilin izahatı zamanı xəbər tutmuşdur.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, ilk iddia ilə bağlı onu qeyd edir ki, qızılları tərəflərin birgə nikah dövründə ailənin ehtiyacları üçün satılıb. Qızıllar cavabdeh tərəfindən sifariş olunub. Qızılların çəkisi və əyarları iddia ərizəsində qeyd edilən həcmdə deyildir. Qızıllar ümumiyyətcə İtaliya istehsalı olmayıb, Rusiya istehsalı olmuşdur. Qarşılıqlı iddia ilə bağlı isə qeyd edir ki, iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, iş materiallarında olan və iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyi ilə məhkəmə ekspertizasının ekspert rəyləri arasında kəskin fərq mövcuddur. Bu da, iddiaçının iddiasının əsassızlığı üçün sübutdur
11. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, qızıllar ailə münasibətləri müddətində ailə problemləri ilə bağlı satılıb. Tural maşın qəzası törətdiyi üçün xərcə düşmüş, bir müddət Turalın ayaqları tutulmuş, evdə qalmış və işləməmişdir. 2018-ci ilə qədər qızıllar satılıb. Ancaq iddiaçının qeyd etdiyi qramda və qiymətdə olmayıb. Qızıllar Turalın ailəsi tərəfindən düzəltdirilib. Üzərində brilyant qaşlar olmayıb. Tərəflər nikaha daxil olanda Turalın ailəsinin imkanı yaxşı olmayıb. Ona görə bütün xərcləri minimal həddə ediblər. İddiaçı qızılları bəyənmədiyinə görə qızılları satıblar ki, sonra yaxşılarını alsınlar. Qızılların satılmasını qəbul edir. İddiaçı 4-lü komplektin 4000 manata alındığını desə də, bununla bağlı sübutu yoxdur. Qızılların cəmi qiyməti 2200 manat olmuşdur. Təqdim edilən birkaların həmin qızıllara aidiyyəti müəyyən olunmur. Qızıllar birgə nikah dövründə Xədicənin razılığı ilə satılmışdır. Tural qızılları satsa da, alınan vəsaiti evinə xərcləmişdir. Tural həmin qızılları lombarda qoyarkən də, Xədicənin məlumatı olmuş və qızılları özü Turala təqdim etmişdir. Xədicə özü etiraf edir ki, nikahdan 1 il sonra artıq qızıllar onda yox idi və lombarda qoyulmasına razılıq vermişdi.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Tural onun qardaşıdır. Xədicə gəlinləri olub. Qızılların alınmasında dolayı iştirak etmişdir. Çünki qızılları Turalın dostuna düzəltdirmişlər. Qızılların təxmini qiyməti 2200 manat təşkil etmişdir. Həmin vaxt onların maddi vəziyyəti yaxşı deyildi. Ona görə ən ucuzunu almışlar. Qızılların qiymətinin 9000 manat olması düzgün deyil.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Tural onun oğludur. Xədicə isə gəlini olub. Evlənən ərəfədə Tural işsiz idi, onun da işləri yaxşı deyildi. Bu səbəbdən hər şeyi minimum səviyyədə etmişdilər. Qızılların pulunu özü vermişdi. Dəyərləri 2200 manat idi. Qızıl-zinət əşyalarının daşları brilyant deyildi, qiymətsiz daşlar idi. Qızılların satılmasından xəbəri olmayıb. Oğlu qızılları satmaqla düzgün hərəkət etməyib. Qızılların qiyməti 9000 manat olmayıb. Qızılları Moskva univermağından tanışları vasitəsilə almışlar. Qızılların çəkisi barədə məlumatı yoxdur. Ancaq hər şeyi minimum səviyyədə etmişdilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 509/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Bədəlzadə (Mikayılova) Xədicə Ədalət qızı ilə Cavabdeh arasında bağlanmış və 1 saylı Bakı "ASAN" Xidmət Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 iyul 2016-cı il tarixdə 935 nömrə ilə qeydə alınmış nikahın pozulması, Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 İddiaçı yanında qalması, Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 ve xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 (manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
15. ƏƏR seriyalı, 010777 saylı Girov biletindən görünür ki, Cavabdehxx.xx.2018ci ildə 6.5 qram çəkisi olan boyunbağını X1 girova vermişdir.
16. Legitim Qiymətləndirmə və Consulting MMC tərəfindən veriən xx.xx.2021-ci il tarixli, 122/2021 saylı rəydən görünür ki, əyarı 750, 1 ədəd brilliant qaşlarla qızıl dəstin qiyməti 5140 manat, əyarı 750 brilliant beş daş qızıl üzüyün qiyməti 2350 manat, əyarı 585 qızıl üzüyün qiyməti 450 manat, əyarı 750 tək qaş brilliant qızıl üzüyün qiyməti 780 manat, əyarı 585 qızıl boyunbağının qiyməti 630 manat olmaqla, qiymətləndirilməsi həyata keçirilən qızılların ümumi dəyəri 9350 manat müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8068 saylı, 30 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, italiya istehsalı olan 750 əyarlı, 1.60 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəstin qiyməti 2500 manat, italiya istehsalı olan 750 əyarlı, 1.00 karat brilliant 5 qaşlı, çəkisi 6 qram olan qızıl üzüyün qiyməti 600 manat, Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 5 qram olan qızıl üzüyün qiyməti 400 manat, İtaliya istehsalı olan 750 əyarlı, 0.2 karat brilliant qaşlı, çəkisi 3 qram olan qızıl üzük (30 sot) qiyməti 300 manat, Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağının qiyməti 560 manat olmaqla, qızılların ümumi dəyəri 4360 manat qiymətləndirilmişdir.
18. Ekspert rəyində qeyd olunur ki, zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirilmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzərində qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri, təxminən 4360 manat müəyyən edilir.
19. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1912 saylı, 05 may 2022-ci il tarixli rəyindən görünür ki, italiya istehsalı olan 750 əyarlı, 1.6 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəstin qiyməti 2500 manat, italiya istehsalı olan 750 əyarlı, 1.00 karat brilliant 5 qaşlı, çəkisi 6 qram olan qızıl üzüyün qiyməti 600 manat, Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağının qiyməti 560 manat qiymətləndirilmişdir.
21. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
22. İddiaçı ilə Cavabdeh arasında 26 iyul 2016-cı il tarixində nikah bağlanmışdır.
23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-509/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah münasibətlərinə xitam verilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulan yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 İddiaçı yanında saxlanması, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
24. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə kimi verilən qızıl-zinət əşyalarının, onlar mövcud olmadıqda isə dəyərlərinin cavabdehdən alınaraq ona verilməsini xahiş edir.
25. Tələb edilən qızıl-zinət əşyaları aşağıdakılardır:
26. İtaliya istehsalı olan 750 əyarlı, 1.6 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəst, italiya istehsalı olan 750 əyarlı, 1.00 karat brilliant 5 qaşlı, çəkisi 6 qram olan qızıl üzük, Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 5 qram olan qızıl üzük, İtaliya istehsalı olan 750 əyarlı, 0.2 karat brilliant qaşlı, çəkisi 3 qram olan qızıl üzük (30 sot), Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağı
27. İddiaçı iddiasını isə onunla əsaslandırır ki, toyları olduqdan sonra qızıllar onların öz otaqlarında mücrüsündə olmuşdur. Lakin sonradan Cavabdeh qeyd edilən qızılları müxtəlif vaxtlarda ondan xəbərsiz satmışdır. Hətta qızılları lombarda qoymuş, ordan götürdüyü pulu xərcləmişdir. Qızılların lombarda qoyulmasına razılıq verməsinə səbəb, Turalın ona qızılları tez bir zamanda geri qaytaracağını deməsi olmuşdur.
28. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun tərəfindən özünə hədiyyə edilən nişan üzüyünün əvəzi olaraq 750 manat pul vəsaitinin və birgə nikah dövründə ailənin 2350 manat borcunun tutulmasını xahiş edir.
29. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırır ki, iddiaçıya məxsus qızıllar tərəflərin birgə nikahı dövründə qarşılıqlı razılıq əsasında, müxtəlif vaxtlarda satılmış, əldə edilən vəsait isə ailənin ehtiyacları üçün sərf edilmişdir. Tərəfindən ailənin 2350 manat borcu ödənilmişdir.
30. İddiaçı qarşılıqlı iddiaya münasibətində bildirir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Onun ailənin borcu olmasından məlumatı yoxdur. Nişan üzüyü isə satılmışdır.
31. Cavabdeh tərəf ilkin iddiaya münasibətində qeyd edir ki, iddiaçıya hədiyyə edilən qızıl-zinət əşyalarının çəkiləri və qiymətləri şişirdilmişdir. Qızıllar İtaliya qızılı olmamış, Rusiya qızılı olmuşdur. Qaşları brilyant olmamış, dəyərləri ümumilikdə 2200 manat olmuşdur.
32. Mübahisənin xarakteri nəzərə alınmaqla məhkəmə tərəfindən 2 dəfə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmişdir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8068 saylı, 30 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, italiya istehsalı olan 750 əyarlı, 1.60 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəstin qiyməti 2500 manat, italiya istehsalı olan 750 əyarlı, 1.00 karat brilliant 5 qaşlı, çəkisi 6 qram olan qızıl üzüyün qiyməti 600 manat, Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 5 qram olan qızıl üzüyün qiyməti 400 manat, İtaliya istehsalı olan 750 əyarlı, 0.2 karat brilliant qaşlı, çəkisi 3 qram olan qızıl üzük (30 sot) qiyməti 300 manat, Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağının qiyməti 560 manat olmaqla, qızılların ümumi dəyəri 4360 manat qiymətləndirilmişdir.
34. İddiaçı Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 5 qram olan qızıl üzüyün və İtaliya istehsalı olan 750 əyarlı, 0.2 karat brilliant qaşlı, çəkisi 3 qram olan qızıl üzüyün ekspert tərəfindən hesablanmış qiyməti ilə razılaşmış, digər hissədə ekspert rəyi ilə razılaşmamış və təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət təqdim edərək, qızıllara aid digər birkaları da məhkəməyə təqdim etmişdir.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1912 saylı, 05 may 2022-ci il tarixli rəyindən görünür ki, italiya istehsalı olan 750 əyarlı, 1.6 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəstin qiyməti 2500 manat, italiya istehsalı olan 750 əyarlı, 1.00 karat brilliant 5 qaşlı, çəkisi 6 qram olan qızıl üzüyün qiyməti 600 manat, Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağının qiyməti 560 manat qiymətləndirilmişdir.
36. Hazırda iddiaçı keçirilmiş ekspertiza tədqiqatlarının nəticəsi ilə razılaşmaqla, iddiasının təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir.
37. Cavabdehin nümayəndəsi, vəkil isə ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
38. Məhkəmə ilkin iddiaya aşağıdakı qaydada münasibət bildirir:
39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
40. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;
41. -32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir
42. -32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;
43. -34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
45. Əvvəla iddia ilə bağlı məhkəmə qeyd etmək istəyir ki, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
46. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
47. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
48. Bu normadan göründüyü kimi, qızıl-zinət və cehiz əşyalarının qaytarılması üçün göstərilən 4 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması; 4) cavabdehin sahibliyinin qanunsuz olması.
49. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
50. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
51. Məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən əşyaların mövcudluğu və iddiaçıya məxsus olması mübahisələndirilmir. Belə ki, cavabdehin nümayəndəsi, vəkili və şahidlər məhkəmə iclaslarında, cavabdeh isə qarşılıqlı iddiasında qızılların mövcud oluğunu və iddiaçıya məxsus olduğunu təsdiq edirlər. Hətta cavabdehin özü qarşılıqlı iddiasında qızılların tərəfindən satıldığını etiraf edir.
52. Mübahisələndirilən məqam isə həmin qızılların tərəflərin birgə nikah dövründə iddiaçının razılığı ilə cavabdeh tərəfindən ailənin ehtiyacları üçün satılması, ailəyə sərf edilmiş olması və qızılların dəyərinin və çəkisinin iddia ərizəsində göstərilən həcmdə olub-olmaması ilə bağlıdır.
53. Məhkəmə qeyd edir ki, iş materiallarında olan və ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən birkalar və fotoşəkillər əsasında qızılların dəyərinin müəyyən edilməsi üçün 2 dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və müvafiq rəy alınmışdır. Ekspertiza tədqiqatı isə təqdim edilən fotoşəkillər və birkalar əsasında aparılmışdır.
54. Qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) qızılların dəyərinin və çəkisinin tələb edilən həcmdə olmadığını iddia etsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki həmin qızılların Moskva Univermağında tanışlarına hazırlatdığı bildirilmişdir.
55. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) iddiaçıya məxsus qızılların ailənin ehtiyacları üçün satıldığını bildirsə də, məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı izahatında bildirmiş ki, qızılların satılmasından, satışdan əldə edilən vəsaitin hara xərclənməsindən məlumatı olmamışdır. Cavabdeh ondan qızıllarını ailə ehtiyaclarının ödənilməsi üçün istəməmiş, öz problemlərinin həlli üçün istəmiş və geri qaytaracağını, ona borcu olduğunu söyləmişdir. Cavabdeh müxtəlif bəhanələrlə qızılları almış, daha sonra özünə qaytarmamış və ondan xəbərsiz satmışdır.
56. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi, vəkil məhkəmə araşdırmasının əvvəlində qızılların daha yaxşısının alınması məqsədilə satıldığını bildirmiş, daha sonra isə qızılların ailə xərclərinin ödənilməsi üçün satıldığını bildirmişdir. İddiaçı qızılların ümumi dəyərinin 9350 manat olduğunu iddia etmiş və qızıllar mövcud olmadıqda dəyərinin cavabdehdən tutulmasını xahiş etmişdir.
57. Göründüyü kimi cavabdeh tərəfin iddiaya münasibəti ziddiyyətlidir. Faktiki olaraq cavabdeh qızılların ailənin ehtiyacları üçün satılmış olmasını və əldə edilən vəsaitin ailəyə xərclənməsini sübut edə bilmir.
58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8068 saylı, 30 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, italiya istehsalı olan 750 əyarlı, 1.60 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəstin qiyməti 2500 manat, italiya istehsalı olan 750 əyarlı, 1.00 karat brilliant 5 qaşlı, çəkisi 6 qram olan qızıl üzüyün qiyməti 600 manat, Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 5 qram olan qızıl üzüyün qiyməti 400 manat, İtaliya istehsalı olan 750 əyarlı, 0.2 karat brilliant qaşlı, çəkisi 3 qram olan qızıl üzük (30 sot) qiyməti 300 manat, Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağının qiyməti 560 manat olmaqla, qızılların ümumi dəyəri 4360 manat qiymətləndirilmişdir.
59. İddiaçı Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 5 qram olan qızıl üzüyün və İtaliya istehsalı olan 750 əyarlı, 0.2 karat brilliant qaşlı, çəkisi 3 qram olan qızıl üzüyün ekspert tərəfindən hesablanmış qiyməti ilə razılaşmış, digər hissədə ekspert rəyi ilə razılaşmamışdır. Nəticədə təkrar məhkəmə əmtəşünaslıq eskpertizasının keçirilməsi qərara alınmışdır.
60. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1912 saylı, 05 may 2022-ci il tarixli rəyindən görünür ki, italiya istehsalı olan 750 əyarlı, 1.6 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəstin qiyməti 2500 manat, italiya istehsalı olan 750 əyarlı, 1.00 karat brilliant 5 qaşlı, çəkisi 6 qram olan qızıl üzüyün qiyməti 600 manat, Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağının qiyməti 560 manat qiymətləndirilmişdir.
61. Məhkəmə ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirərək, hesab edir ki, qızıl zinət əşyalarının dəyəri aşağıdakı kimi müəyyən edilməlidir.
62. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1912 saylı, 05 may 2022-ci il tarixli rəyi nəzərə alınmaqla, İtaliya istehsalı olan 750 əyarlı, 1.6 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəst-dəyəri 2500(iki min beş yüz) manat, İtaliya istehsalı olan 750 əyarlı 1 karat brilliant 5 qaşılı, çəkisi 6 qram olan qızıl üzük-dəyəri 600(altı yüz) manat, Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağı-dəyəri 560(beş yüz altmış) manat,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8068 saylı, 30 dekabr 2021-ci il tarixli rəyi nəzərə alınmaqla, Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 5 qram olan qızıl üzük-dəyəri 400(dörd yüz) manat,İtaliya istehsalı olan 750 əyarlı 0.2 karat brilliant qarşlı , çəkisi 3 qram olan qızıl üzük(30 sot)-dəyəri 300(üç yüz) manat məbləğində müəyyən edilməlidir.
63. Nəticədə məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qızıl-zinət əşyalarının dəyəri ekspert rəyinə uyğun müəyyən edilməli, həmin əmlakın özü,mövcud olmadıqda isə onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
64. Məhkəmə qarşılıqlı iddiaya aşağıdakı qaydada münasibət bildirir.
65. Qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) qarşılıqlı iddiasında İddiaçı onun tərəfindən özünə hədiyyə edilən nişan üzüyünün əvəzi olaraq 750 manat pul vəsaitinin və birgə nikah dövründə ailənin 2350 manat borcunun tutulmasını xahiş edir.
66. Lakin Qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) iddia ərizəsində nişan üzüyünün digər qızıllarla birlikdə satıldığını da təsdiq edir. Yəni cavabdeh faktiki olaraq ona hədiyyə kimi verilən nişan üzüyünü öz iradəsi ilə satmışdır. Belə olan halda onun dəyərinin iddiaçıdan tələb edilməsi əsassızdır.
67. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) birgə nikah dövründə xərclənmiş atasının ona hədiyyə etdiyi 2300 manatın və birgə nikah müddətində yaranmış 2400 manat borcun yarısının, yəni 2350((2300+2400)/2) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.
68. Lakin qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübut məhkəmə təqdim etməmişdir.
69. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) qarşılıqlı iddiasında istinad etdiyi halları sübut edə bilmədiyindən, məhkəmə sübut edilməyən halların mövcud olmayan kimi rədd edilməsi qənaətinə gəlir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz Tətbiq edilən prosessual normalar:
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
72. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
73. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
74. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;
75. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
76. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;
77. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
78. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının geri qaytarılması" tələbinə dair ilkin iddiası qismən təmin edilməli, Aşağıda göstərilən qızıl-zinət əşyaları, olmadığı təqdirdə dəyərləri Cavabdeh alınaraq İddiaçı verilməli, İtaliya istehsalı olan 750 əyarlı, 1.6 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəst-dəyəri 2500(iki min beş yüz) manat, İtaliya istehsalı olan 750 əyarlı 1 karat brilliant 5 qaşılı, çəkisi 6 qram olan qızıl üzük-dəyəri 600(altı yüz) manat, Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağı-dəyəri 560(beş yüz altmış) manat, Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 5 qram olan qızıl üzük-dəyəri 400(dörd yüz) manat, İtaliya istehsalı olan 750 əyarlı 0.2 karat brilliant qarşlı , çəkisi 3 qram olan qızıl üzük(30 sot)dəyəri 300(üç yüz) manat, ilkin iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
79. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200(iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
80. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının geri qaytarılması" tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Aşağıda göstərilən qızıl-zinət əşyaları, olmadığı təqdirdə dəyərləri Cavabdeh alınaraq İddiaçı verilsin: 1) İtaliya istehsalı olan 750 əyarlı, 1.6 karat brilliant qaşlı, çəkisi 25 qram olan qızıl dəst-dəyəri 2500(iki min beş yüz) manat, 2) İtaliya istehsalı olan 750 əyarlı 1 karat brilliant 5 qaşlı, çəkisi 6 qram olan qızıl üzük-dəyəri 600(altı yüz) manat, 3) Türkiyə istehsalı olan 585 əyarlı, çəkisi 7 qram olan qızıl boyunbağı-dəyəri 560(beş yüz altmış) manat, 4) Rusiya istehsalı olan 585 əyarlı, çəkisi 5 qram olan qızıl üzük-dəyəri 400(dörd yüz) manat, 5) İtaliya istehsalı olan 750 əyarlı 0.2 karat brilliant qaşlı , çəkisi 3 qram olan qızıl üzük(30 sot)-dəyəri 300(üç yüz) manat. İlkin iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200(iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev