Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1906/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus, adları aşağıdakı siyahıda göstərilən cehiz əmlak və qızıl-zinət əlşyalarının və ya onların ümumi dəyəri kimi 18331 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir: Mebel-qorka – 1500 manat Komod – 1500 manat Stol və 8 ədəd böyük stul – 1200 manat Jurnal stolu – 300 manat Divan-kreslo – 1350 manat Yataq dəsti (taxt, şifoner, termo, tumbalar) – 1650 manat Uşaq yatağı – 300 manat 2 ədəd çılçıraq – 230 manat 1 ədəd “LG” markalı televizor – 700 manat Televizor altlığı – 300 manat DVD pleyer – 50 manat 4 ədəd xalça – 650 manat 2 otaq üçün pərdə və taxt üçün pokrival – 630 manat Qalın odeyal – 50 manat Divan-kreslo üzlükləri – 100 manat Yükün üstünə çəkmək üçün odeyal – 55 manat Sarı rəngli odeyal – 40 manat 3 dəst yorğan-döşək – 500 manat 6 ədəd yastıq – 360 manat 1 dəst uşaq üçün yataq dəsti – 50 manat 6 ədəd divanüstü yastıq – 36 manat 5 dəst taxt üçün postel – 250 manat 6 dəst süfrə - 300 manat Çay dəsmalları – 40 manat əl-üz dəsmalları – 150 manat hamam dəsmalları – 100 manat mətbəx dəsmalları – 30 manat 2 ədəd paltaryuyan maşın – 600 manat Tozsoran – 100 manat Soba – 55 manat 2 ədəd ütü – 60 manat Mikser – 50 manat Blender – 30 manat Qəhvəüyüdən – 30 manat Salatdoğrayan – 10 manat ətçəkən maşın – 50 manat şirəçəkən – 50 manat gecə lampası – 60 manat Tefal çaydan – 30 manat Qazan dəstləri: Aura – 120 manat Qorxmaz – 200 manat 2 ədəd aliminium – 60 manat Aura – 50 manat Cenk – 70 manat Qaşıq dəstləri və əlavə qaşıqlar – 200 manat Servizlər və əlavə qablar – 450 manat Büllur meyvə qabları – 220 manat Büllur stəkanlar – 150 manat Bogemalar – 390 manat Qədəhlər – 50 manat Sadə qablar – 60 manat Bıçaq dəsti – 50 manat Tort bıçağı – 15 manat Tort bıçağı – 25 manat 4 ədəd podnos – 50 manat 2 ədəd vanna – 25 manat 5 ədəd plastmas qab – 30 manat Mətbəx üçün duz-istiot qabları – 50 manat 2 ədəd poroşok qabı – 15 manat Duz qabları – 30 manat Kül qabları – 30 manat Mürəbbə bişirmək üçün ləyən – 30 manat 2 ədəd aşsüzən – 20 manat Çayniklər – 120 manat Suvenir dəvə - 50 manat Çaşka dəstləri – 50 manat Saat – 60 manat Termos – 35 manat Ütüaltı stol – 40 manat Qızıl-zinət əşyaları: Ağ qızıldan – sep, bilərzik, sırğa və üzük – 1200 manat Brilyant qaşlı nişan üzüyü – 500 manat Sarı rus qızılından sep – 120 manat Sarı qızıldan kulon – 80 manat Qızıl üzük – 140 manat İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 25 aprel 2013-cü il tarixdə el adəti ilə ailə qurmuş, 01 noyabr 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2 yetkinlik yaşına çatmamış uşaqları vardır. İddiaçı evləndikdən sonra cavabdehin yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, 27 saylı fərdi yaşayış evinə gəlin köçmüş, yuxarıda göstərilən cehiz əmlakını da həmin evə yerləşdirmişdir. Sonradan cavabdehlə aralarındakı münasibət pisləşmiş, nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-5684/2020 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqların analarının yanında saxlanmaları və uşaqların yetkinlik yşaa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan iddiaçı valideynlərinin evində yaşayır, ona məxsus cehiz əmlak və qızıl-zinət əşyaları isə cavabdehin yaşadığı evdə qalmışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-5684/2020 satlı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 01 noyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan 02 yanvar 2014-cü il təvəllüdlü X3 və 21 sentyabr 2015-ci il təvəllüdlü X1 adlı uşaqların analarının yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən əmlakların heç birinin xüsusiyyətlərini, onların cavabdehin yaşadığı mənzildə olmasını təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd olunmalıdır. İddia rədd olunduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1906/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1906/2021
28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver