Məhkəmə qərarları › İş №2(001)-1959/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1959/2022

07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1959/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Gülmalıyev X2 Fərhunə Vəfa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 avqust 2007-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, minimum miqdarda sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 30 dekabr 2006-cı il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 10 avqust 2007-ci il təvəllüdlü Merac adlı bir uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2014-cü il tarixli, 2(001)-1014/2014 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, uşağın anasının yanında saxlanması və ondan uşaq yetkinlik yaşa çatanadək hər ay 110 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qərara alınmışdır. Sonradan Cavabdeh iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı hər ay 117 manat müəyyən edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, alimentin məbləği 500 manat müəyyən edilmişdir. Hazırda o, səhhəti və maddi vəziyyəti ilə bağlı ciddi problemlər yaşayır. Gözdən əlil kimi ikinci qrup əlildir və buna görə ona 259,78 manat məbləğində pensiya təyin olunmuşdur. İşlədiyi "xxxx" QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti, maliyyə-təsərrüfat və digər vergi tutulan əməliyyatları dayandırıldığından, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) 12 aprel 2018-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, baş müdir vəzifəsindən azad olunmuşdur. Vaxtı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə onunla “Sədərək” firması arasında bağlanmış 17 may, 19 aprel 2011-ci il tarixli, 22 may 2015-ci il tarixli icarə müqavilələrinə də səhhəti ilə bağlı xitam verilmişdir. Artıq xeyli müddətdir ki, işsizdir, bu səbəbdən maddi vəziyyəti kəskin dəyişmiş, pisləşmişdir. Aldığı pensiya ilə təyin edilmiş alimenti ödəmək qeyri-mümkündür. Son illər ərzində birinci nikahından olan 2 övladının köməkliyi ilə ödəməli olduğu 500 manat alimentdən 175 manat ödəyə bilir və buna görə də, hazırda 18000 manat aliment borcu yaranmışdır. O, bir ata kimi hələ cavabdehlə birgə nikahda olduqları dövrdə, 2011-ci ildə Bakı şəhərinin mərkəzində yerləşən 4 otaqlı mənzilini və onun həyətində yerləşən daş qarakı bağışlama yolu ilə cavabdehin adına rəsmiləşdirmiş və bununla da qızının gələcək həyatını mənzil və qaraj sarıdan sığortalamış hesab etmişdir. 2015-ci ildən onun mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. Cavabdeh aylıq 690 manat əmək haqqı almaqla Bakı Xoreoqrafiya Akademiyasının magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyir. Göstərilən səbəblərdən onun təyin edilmiş 500 manat miqdarında alimenti ödəməyə maddi imkanı yoxdur. Sonda İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, iddiaya yazılı etirazını ünvanlayaraq göstərmişdir ki, iddiaçı artıq 4-cü dəfədir ki, eyni əsasla – alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət edir. Etiraza məhkəmə qətnamələri qoşma edilmişdir. Cavabdeh ərizəsinin sonunda iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli, 2(001)- 1014/14 saylı qətnaməsindən görünür ki, həmin qətnamə əsasında İddiaçı ilə X7 arasında 30 dekabr 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 10 avqust 2007-ci il təvəllüdlü X5 adlı uşaqlarının anasının yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 2(006)- 4311/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın saxlanması üçün cavabdehdən hər ay 2000 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Həmin qətnamə əsasında iddia tələbi qismən təmin edilərək alimentin miqdarı artırılaraq 117 manat müəyyən edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı aylıq gəlirinin 10000 manatdan çox olmasını nəzərə almamışdır. Həmin qətnamə ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş alimentin miqdarı 500 manat müəyyən edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, “Cavabdeh hazırda işləmir. Cavabdeh hazırda işləmədiyini, aylıq qazanca malik olmadığını bildirsə də, məhkəmə onun izahatını səmimi qəbul etmir. Belə ki, işdə olan "xxxx" QSC-nin 11 may 2016-cı il tarixli arayışı baş direktor kimi cavabdehin özü tərəfindən özünə verilmiş arayışdır, məhkəməyə verilmək üçün təqdim edilmişdir. Həmin arayışın məzmununda cavabdeh maraqlı olmuşdur. Digər tərəfdən, iş materiallarından görünür ki, cavabdehlə “Sədərək” firması arasında 17 may, 19 aprel 2011-ci il, 22 may 2015 və 22 may 2015-ci il tarixli icarə müqavilələri mövcuddur ki, həmin müqavilələrə görə cavabdeh həmin sahələrdə sahibkarlıq fəaliyyətini həyata keçirir.” - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 may 2017ci il tarixli, 2(102)-2764/2017 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 8(011)- 241/2020 saylı qərardadından görünür ki, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmiş, təqdimatda həmin tarixə aliment borcunun 10505 manat təşkil etdiyi göstərilmişdir. Keçirilmiş məhkəmə iclasında borclu İddiaçı izahatında gözlərindən əməliyyat olunduğunu, 2-ci qrup əlil olduğunu və alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Həmin qərardadla təqdimat təmin edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli, 2(001)-11509/2017 saylı qətnaməsindən görünür ki, X1 Fərhunə Vəfa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın saxlanması üçün müəyyən edilmiş 500 manat sabit pul məbləğində alimentin azaldılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq minimum miqdarda sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, həmin qətnamə ilə iddia rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2017-ci il tarixli, 2(103)-11504/2017 saylı qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(001)- 1959/2019 saylı qətnaməsindən görünür ki, Gülmalıyev X2 Fərhunə Vəfa qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(103)-9949/2019 saylı qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(102)-154/2020 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv eidlərək iş yenidən apellyasiya baxışına qaytarılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(102)-2284/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(103)-3904/2020 saylı qətnaməsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. - 13 avqust 2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi 59 saylı evin 19 saylı mənzilini Cavabdeh bağışlamışdır. - MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi 59 saylı evin 19 saylı mənzili 10 sentyabr 2011-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. - 13 avqust 2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qarajı Cavabdeh bağışlamışdır. - İddiaçı məxsus əmək kitabçasının surətindən və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi tərəfindən verilmiş 12 aprel 2018-ci il tarixli, 47 nömrəli əmrdən görünür ki, o, 01 sentyabr 2006-cı il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində baş müdir vəzifəsinə keçirilmiş, 12 aprel 2018-ci il tarixdə QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. - "xxxx" QSC-nin təsisçisi E.Ə.Mirzəyev və baş mühasib S.P.Sanjak tərəfindən verilmiş 28 dekar 2021-ci il tarixli arayışda göstərilmişdir ki, 20 avqust 2013-cü il tarixdən "xxxx" QSC-nin sahibkarlıq fəaliyyəti, maliyyə-təsərrüfat və digər vergi tutulan əməliyyatları dayandırıldığından, İddiaçı əmək haqqı hesablanmamışdır. - Xətai rayon Məşğulluq Mərkəzinin 23 aprel 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı 23 aprel 2018-ci il tarixdən həmin mərkəzdə işaxtaran kimi qeydiyyata alınmışdır, adına heç bir əmək müqaviləsi aşkar olunmamışdır və işsizlik müavinatı almır. - “Sədərək” firmasının 13 dekabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı “Sədərək” Ticarət Mərkəzinin ərazisində VÖEN əsasında heç bir fərdi sahibkarlıq fəaliyyəti ilə məşbul olmur və onun adına sahibkarlıq müqavilələri mövcud deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 12 oktyabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 27 may 2017-ci il tarixdən 27 may 2022-ci il tarixədək dayandırılmışdır. - Dövlət Sosial Müdafiə Fondunun Xətai rayonu Xidmət Nümayəndəliyinin 21 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 2-ci qrup əlilliyə görə 31 oktyabr 2023-cü il tarixədək 259,78 manat əmək pensiyası alır. - Tibbi – Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, İddiaçı gözdən əlil kimi 2-ci qrup əlillik dərəcəsi verilmişdir. - Cavabdeh məxsus əmək kitabçasının surətindən görünür ki, 0, 06 iyun 2018ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyasında “Magistratura və Doktorantura” şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 06 iyun 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddiaya münasibətini aydınlaşdırıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. İş materiallarından görünür ki, Gülmalıyev X2 Fərhunə Vəfa qızına qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə 2017-ci, 2019-cu illərdə məhkəməyə müraciət etmişdir və həmin mülki işlər üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli, 2(001)-11504/2017 saylı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli, 2(102)-2486/2018 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsininin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli, 2(102)-2486/2018 saylı qərarı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(001)-1959/2019 saylı, Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(103)-9949/2019 saylı qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(102)-2284/2021 saylı qərarı mövcuddur. Həmin qərarların məzmunundan görünür ki, iddianın əsasını təşkil edən hallar ("xxxx" QSC –də işləməməsi, “Sədərək” firması ilə bağlanmış müqavilələrin ləğv olunması, gözdən əlil olmaqla 2-ci qrup əlil olması və s.) hazırkı mübahisənin də əsasını təşkil edir və qeyd olunan hallara qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən qiymət verilərək iddia rədd edilmişdir. Habelə, əvvəlki qətnamələrdə göstərilənlərdən fərqli hal olaraq hazırki iş materiallarından görünür ki, cavabdeh artıq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyasında “Magistratura və Doktorantura” şöbəsinin müdiri vəzifəsində işləmir, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, iddiaçı hazırki iddia ərizəsində tələbinin əsaslarından biri kimi cavabdehin bu vəzifədə işləməsini və aylıq 690 manat əmək haqqı aldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçının göstərdiyi səbəblər onu uşağını saxlamaq, saxlamadıqda isə aliment ödəmək vəzifəsindən azad etmir və uşağın maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi İddiaçı də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar