Məhkəmə qərarları › İş №2(001)-1976/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1976/2021

21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1976/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Cavabdeh1 ilə 2014-cü ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından 2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçı gəlin kimi cavabdehin atasına məxsus olan Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 35 saylı evin 64 saylı mənzilinə köçərək cehiz əşyalarını da bu mənzilə gətirmişdir. Tərəflər bir neçə il bir yerdə yaşayandan sonra aralarında olan münasibətlər pozulmuş və birgə yaşamaları mümkün olmamışdır. Ona görə də iddiaçı cavabdehə qarşı nikahın pozulmasına, uşağın onun yanında saxlanmasına və aliment tələbinə dair iddia ərizəsi ilə 2020-ci ilin avqust ayında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehlər iddiaçını yaşadığı mənzildən çıxarmış, cehiz əşyalarını və paltarlarını ona qaytarmamışlar. Həmin əşyalar 468 manat dəyərində güzgülü kamoddan (Embawood Fiori qonaq dəsti), 259 manat dəyərində televizor altından (Embawood Fiori qonaq dəsti), 730 manat dəyərində üçqapılı vitrindən (Embawood Fiori qonaq dəsti), 340 manat dəyərində yemək masasından (Embawood Fiori qonaq dəsti), 360 manat dəyərində 6 ədəd dəri örtüklü stuldan (Embawood Fiori qonaq dəsti), 1200 manat dəyərində künc divanından (Embawood Pluton), 500 manat dəyərində 8 lampalı xrustal çilçıraqdan, 500 manat dəyərində ikinəfərlik çarpayıdan (Embawood Venesiya yataq dəsti), 800 manat dəyərində paltar dolabından (4 qapılı Embawood Venesiya yataq dəsti), 450 manat dəyərində güzgülü kamoddan (Embawood Venesiya yataq dəsti), 350 manat dəyərində uşaq beşiyindən, 100 manat dəyərində dəhliz dolabından (Embawood Aura dəhliz), 454 manat dəyərində Samsung Ue40eh5007kxeu Led markalı TV-dən, 509 manat dəyərində Samsung WF 1600wrw markalı paltaryuyandan, 549 manat dəyərində Vestel markalı qabyuyandan, 800 manat dəyərində İndesit markalı soyuducudan, 150 manat dəyərində Tefal markalı ətçəkən maşından, 100 manat dəyərində Sonashi markalı şirəçəkəndən, 60 manat dəyərində Sonashi markalı ütüdən, 40 manat dəyərində blenderdən, 15 manat dəyərində fındıqçəkəndən, 40 manat dəyərində qəhvə üyüdəndən, 200 manat dəyərində tozsorandan, 20 manat dəyərində elektrikli çaydandan, 120 manat dəyərində İtimat markalı elektrikli sobadan, 50 manat dəyərində mikserdən, 500 manat dəyərində Schafer markalı 60 parça yemək dəstindən, 600 manat dəyərində qaşıq, çəngəl, bıçaq dəstindən (sandıqda və adi), padnos dəstindən, 2000 manat dəyərində Bohema dəsti xrustal qablardan, 15 ədəd meyvə və qənd qabından, 12 ədəd xrustal stəkandan, 3 ədəd güldandan, suvenir saatdan, tort qabından, 3 ədəd fincan dəstindən, 3 ədəd bakal dəstindən, 250 manat dəyərində 15 ədəd qazan və tavalardan, 200 manat dəyərində 7 ədəd qəhvədan və çaynikdən, 150 manat dəyərində 50 ədəd mətbəx yemək qabından, 1000 manat dəyərində döşək və matrasdan (iki nəfərlik və uşaq), 300 manat dəyərində yorğan və ədyaldan, 150 manat dəyərində örtükdən, 150 manat dəyərində 15 ədəd yorğan və döşək üzündən, 1000 manat dəyərində pərdələrdən (qonaq və yataq otağı üçün, mətbəx jalyuzu), 300 manat dəyərində 2 ədəd xalçandan, 200 manat dəyərində 30 ədəd dəsmaldan, 2500 manat dəyərində geyimlərdən (şuba, 3 ədəd palto, çantalar, ayaqqabılar və digər geyim əşyaları) ibarətdir. İddianın təmini tədbiri barədə qərardad icra olunarkən iddia ərizəsində qeyd olunan əşyalardan 2 ədəd meyvə qabı və iddiaçıya məxsus şuba istisna olmaqla bütün əşyalar saxlanılması üçün iddiaçıya təhvil verilmişdir. Ona görə də cəmi 18464 manat dəyərində əmlakların, bu əmlaklar olmadıqda isə həmin əmlakların dəyərinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək nümayəndəsi və vəkili R.M.Sadıxzadənin izahatı ilə oxşar məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, birgə yaşadıqları müddətdə təxminən 2016-cı ilin əvvəllərində ona Cavabdeh1 və onun valideynlərinin iştirakı ilə Fantastic Furs firmasına məxsus süd rəngli şuba alınmışdır. Həmin vaxt o, şubanın qiymətinin 2000 manat olmasını bilmişdir. Şuba alınarkən ona həmin firmanın çantası da verilmiş, həmin şanta hal-hazırda da onun istifadəsindədir. O, şubanın və çantanın şəklini məhkəməyə təqdim edir. İcra məmuru qərardadı icra edərkən Orxanın xalası Rübabə şuba da bizə qalsın deyərək ona məxsus şuba cavabdehlər tərəfindən ona qaytarılmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2014-cü ildə nikaha daxil olmuş, birgə nikahlarından 2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçı yaşadıqları mənzildən getdikdən sonra 3-4 dəfə gəlib özünə və övladlarına məxsus bəzi əşyaları aparmışdır. O, iddia ərizəsində qeyd olunan əşyaların əksəriyyətini iddiaçıya qaytarmışdır. İddia ərizəsində qeyd olunan iki ədəd meyvə qabı onun yaşadığı evdə olmamış, birgə yaşadıqları müddət ərzində o, iddiaçıya şuba almamış, iddiaçının ümumiyyətlə şubası olmamışdır. Vestel markalı qabyuyan birgə nikah dövründə əldə olunsa da, o, həmin əşyanı da iddiaçıya verməyə razıdır. İddia ərizəsində göstərilən digər əşyaların o, iddiaçıya qaytarılmasına razıdır. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun oğlu Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra onun mülkiyyətində olan mənzildə yaşamışdır. O, özünə məxsus başqa mənzildə yaşadığından iddiaçının tələb etdiyi əşyalar barədə heç bir məlumatı yoxdur. Onlar birgə nikah dövründə İddiaçı şuba almamış, sonuncunun ümumiyyətlə şubası olmamışdır. Ona görə də iddia ərizəsinin ona münasibətdə təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Optimal Electronika MMC-nin 23.09.2019-cu il tarixli № 154875 saylı çatdırma qaiməsindən müəyyən olunur ki, müştəri İddiaçı 21.09.2019-cu il tarixdə 24 ay zəmanətlə aldığı 1 ədəd Vestel markalı qabyuyanı təhvil almışdır. Optimal Electronika MMC-nin 401651 saylı zəmanət talonundan müəyyən olunur ki, alıcı İddiaçı 23.09.2019-cu il tarixdə Optimal Live mağazasından Vestel markalı qabyuyan almışdır. Baku Electronics MMC-nin 24.09.2014-cü il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, X7 aldığı ümumi qiyməti 963 manat olan mallara görə 3 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 160 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Baku Electronics MMC-nin təhvil-təslim aktından müəyyən olunur ki, X7 1 ədəd dəyəri 454 manat olan Samsung Ue40eh5007kxeu markalı televizoru, 1 ədəd dəyəri 509 manat olan Samsung markalı paltaryuyanı təhvil almışdır. Embawood İnqilab mağazasının 01.10.2014-cü il tarixli KMO № 992 saylı qəbzindən müəyyən olunur ki, X1 mətbəx masası, Aura ayaqqabı dolabı üçün cəmi 440 manat ödəniş etmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsinin 03.02.2021-ci il tarixli aktının surətindən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1976/2021 saylı 21.01.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, Mir Cəlal küçəsi 35 saylı evin 64 saylı mənzilində olan İddiaçı məxsus icra sənədində qeyd olunan bütün əşya və əmlakların üzərinə həbs qoyulmuş, lakin şuba adlı geyim qeyd olunan əşyalar içərisində tapılmamışdır. Bu səbəbdən şuba geyimi istisna olmaqla məhkəmə qərardadında göstərilən bütün əşyaların üzərinə həbs qoyulmaqla saxlanılması üçüm İddiaçı təhvil verilmişdir. İddiaçı 03.02.2021-ci il tarixli iltizamından müəyyən olunur ki, ona Binəqədi Rayon Məhkəməsinin 2(001)-1976/2021 saylı 21.01.2021-ci il tarixli icra sənədində göstərilən əmlaklar və əşyalar, şuba istisna olmaqla, saxlanc üçün təhvil verilmiş, icra sənədində göstərilən əşyalar daşınarkən 3 ədəd boşqab sınmışdır. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, onun qızı İddiaçı nikahda olduğu müddətdə dəyəri 2000 manat olan şuba alınmışdır. 17.06.2020-ci il tarixdə o, qızı İddiaçı ilə birlikdə qızına və nəvəsinə məxsus əşyaları götürmək üçün Cavabdeh2 mənzilinə getmiş, həmin vaxt qızı şubasını da götürmək istəmiş, lakin qaynanası Rəfiqə xanım şubanı güvə yeməsini bildirib təmirə apardıqlarını demişdir. Şuba istisna olmaqla İddiaçı bütün əşyaları ona qaytarılmışdır. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, bacısı Y.E. Quliyevaya nikahda olduğu müddətdə şuba alınmış, nikahda olduğu müddətdə İddiaçı onlara gələrkən həmin şubanı bir neçə dəfə geyinmişdir. İddiaçı mənzildən çıxarkən özünə məxsus şubanı götürməmiş, tələb etdiyi əşyalar iddianın təmini tədbiri olaraq İddiaçı təhvil verilərkən onalar şubanın da qaytarılmasını tələb etmiş, lakin mənzildə olan Orxanın xalası Rübabə şubada bizə qalsın deyib həmin geyim əşyasını bacısına verməmişlər. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru məhkəmə qərarını icra etmək üçün gələrkən o, da bacısının mənzilində olmuşdur. Həmin vaxt bacısı oğlu Cavabdeh1 əşyaların əksəriyyətini İddiaçı qaytarmışdır. İddiaçı şubası olmamış və o, şubada bizə qalsın ifadəsini deməmişdir. Y.E. Quliyevanın bej rəngli paltosu, qara gödəkçəsi olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ididaçı Y.E. Quliyevanın iddia ərizəsində tələb etdiyi 2 ədəd meyvə qabı və Fantastic Furs firmasının istehsalı olan bir ədəd şuba istisna olunmaqla digər əşyaların Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılmasına dair tərəflər arasında mübahisə yoxdur. Belə ki, bu əşyalar iddianın təmini tədbiri olaraq üzərinə həbs qoyulmaqla saxlanılması üçün iddiaçıya təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1la birgə nikah dövründə Fantastic Furs firmasının istehsalı olan bir ədəd şuba alınsa da, bu geyim əşyası iddiaçıya qaytarılmamışdır. Cavabdehlər iddiaçıya şuba almadıqlarını bildirsələr də, etirazlarında istinad etdikləri halları sübuta yetirə bilməmiş, məhkəmə iclasında dindirilən şahid ifadələri, şubanın foto görüntüsü ilə iddiaçının şubasının olması və geri qaytarılmaması öz təsdiqini tapmışdır. Məhkəmə Cavabdeh1 vəsatəti ilə dindirilən şahid R.M.Mürşüdovanın ifadəsinə münasibət bildirib qeyd edir ki, bu şahidin ifadəsi məhkəmə iclasında tədqiq olunan digər sübutlarla zidiyyət təşkil etdiyindən mötəbər sübut növü olaraq qəbul edilə bilməz. İddiaçı Cavabdeh2 qarşı tələb irəli sürsə də iddia tələbində tələb etdiyi əşyaların bu cavabdehdə olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia ərizəsində tələb olunan 2 ədəd meyvə qabı istisna olmaqla bütün əşyalar, Fantastic Furs firmasının istehsalı olan bir ədəd şuba da daxil olmaqla, Cavabdeh1 alınaraq İddiaçı qaytarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 güzgülü kamod (Embawood Fiori qonaq dəsti), televizor altı (Embawood Fiori qonaq dəsti), üçqapılı vitrin (Embawood Fiori qonaq dəsti), yemək masası (Embawood Fiori qonaq dəsti), 6 ədəd dəri örtüklü stul (Embawood Fiori qonaq dəsti), künc divan (Embawood Pluton), 8 lampalı xrustal çilçıraq, ikinəfərlik çarpayı (Embawood Venesiya yataq dəsti), paltar dolabı (4 qapılı Embawood Venesiya yataq dəsti), güzgülü kamod (Embawood Venesiya yataq dəsti), uşaq beşiyi, dəhliz dolabı (Embawood Aura dəhliz), Samsung Ue40eh5007kxeu led markalı TV, Samsung WF 1600wrw markalı paltaryuyan, Vestel markalı qabyuyan, İndesit no frost markalı soyuducu, Tefal markalı ətçəkən maşın, Sonashi markalı şirəçəkən, Sonashi markalı ütü, blender, fındıqçəkən, qəhvəüyüdən, tozsoran, elektrikli çaydan, İtimat markalı elektrikli soban, mikser, Schafer markalı 60 parça yemək dəstin, qaşıq, çəngəl, bıçaq dəsti (sandıqda və adi), padnos dəsti, xrustal qablar (Bohema dəstinin), 13 ədəd meyvə və qənd qabı, 12 ədəd xrustal stəkanlar, 3 ədəd güldan, suvenir saat, tort qabı, 3 ədəd fincan dəsti, 3 ədəd bakal dəsti, 15 ədəd qazan və tavalar, 7 ədəd qəhvədan və çaynik, 50 ədəd mətbəx yemək qabı, döşək və matras (iki nəfərlik və uşaq), yorğan və ədyal, pokrıval, 15 ədəd yorğan və döşək üzü, pərdələr (qonaq və yataq otağı üçün, mətbəx jalyuzu), 2 ədəd xalça, 30 ədəd dəsmal, 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şuba, 3 ədəd palto, çantalar, ayaqqabılar və digər geyim əşyaları alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar