Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2005/2021 22.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, Kreditor Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Kreditor Borclu qarşı borc tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycna Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığı halda məhkəmə əmri verilə bilər (həmin Məcəlləsinin 276.2.1-ci maddəsi (tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa) 29 iyun 2018-ci il tarixli 1222-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). Həmin Məcəllənin 279.2 və 279.2.1-ci maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığı halda məhkəmə əmri verilə bilər. Hazırki ərizə isə tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiqlənmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsaslanır. Belə olan halda, hazırki tələbə əmr icraatı qaydasında baxıla bilməz. Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli kredit müqavilələrinin 9-cu bəndinə əsasən “Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur”. Göründüyü kimi, müqavilələrdə mübahisəinin məhkəməyə qədər nizama salınması qaydası müəyyən edilmiş, lakin iddia ərizəsinə həmin qaydaya riayət edilməsinə dair sənəd də təqdim edilməmişdir. Halbuki, Həmin Məcəllənin Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda onu da qeyd etməyi zəruri hesab edirəm ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində göstərilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinəin birinci hissəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1 və 6.1.4-cü maddələrinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, tələbkar icra sənədi sayılan icra qeydinin verilməsi üçün borclunun olduğu yer üzrə notariusa da müraciət edə bilər. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Kreditor Borclu qarşı borc tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilməli, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora qaytarılmalı, kreditora onun hazırki tələbi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda kreditora izah olunmalıdır ki, o, icra sənədi sayılan icra qeydinin verilməsi üçün borclunun olduğu yer üzrə notariusa da müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Kreditor Borclu qarşı borc tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilsin, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora qaytarılsın. Kreditora izah olunsun ki, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə hazırki tələbi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət edə bilər. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Eyni zamanda kreditora izah olunsun ki, o, icra sənədi sayılan icra qeydinin verilməsi üçün borclunun olduğu yer üzrə notariusa da müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2005/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2005/2021
22.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver