Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2055/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağı – xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 18 yaşına çatanadək saxlanmasına üçün cavabdehdən əmək haqqından hər ay 400 manat aliment pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Nikahlarından bir yetkinlik yaşına çatmamış uşaqları vardır: xx.xx.2020-ci il tarixdə anadan olmuş X3. Cavabdeh Turan Bankda xəzinə bölməsinin rəhbəri vəzifəsində çalışır. Aralarında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən cavabdeh 2024-cü ilin yanvar ayından etibarən birgə nikahdan olan övladları -– xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək maddi tələbatlarının ödənilməsi və saxlanılması üçün övladları üçün atası Cavabdeh tərəfindən könüllü şəkildə aliment məbləği olaraq hər ay 400 manat vəsaitin onun adına olan bank depozit hesabına ödənilməsi öhdəliyini götürmüşdür. Cavabdehlə aralarında barışıq sazişi olsa da bir yetkinlik yaşına çatmamış uşağın saxlanmasında ona heç bir maddi köməklik göstərmir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə mediasiya prosesində mediasiya təşkilatı vasitəsi ilə tərəflər İddiaçı (birinci tərəf) və Cavabdeh (ikinci tərəf) arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər, İddiaçı və Cavabdeh razılığa gəlirlər ki, 2024-cü ilin yanvar ayından etibarən birgə nikahdan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər maddi tələbatlarının ödənilməsi və saxlanılması üçün ata Cavabdeh tərəfindən könüllü şəkildə aliment məbləği olaraq hər ay – 400 manat vəsait İddiaçı adına olan bank depozit kart hesabına ödəniləcək. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.17-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, tərəflər arasında mediasiya prosesində hazırki mübahisə ilə bağlı barışıq sazişi bağlandığından iddiaçının hazırki tələbinə iddia icraatı qaydasında baxılmasına yol verilmir. Bu səbəbdən də, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçı tərəfindən həmin barışıq sazişinin könüllü şəkildə icra olunması qarşı tərəfdən tələb olunmalı, həmin barışıq sazişi könüllü icra olunmadığı halda isə xüsusi icraat qaydasında həmin sazişin təsdiq olunması üçün ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Həmçinin iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə xüsusi icraat qaydasında müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(001)-2055/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2055/2024
05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver