Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2067/2021 24.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, X1, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki ər-arvad münasibətlərindən doğulmuş xx xxxxxx 2014-cü il təvəllüdlü oğulları X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2012-ci ildə el-adəti ilə evlənmiş, lakin nikahları rəsmi qaydada qeyd olunmamışdır. Birgə faktiki ər-arvad münasibətlərindən xx xxxxxx 2014-cü il təvəllüdlü X7 doğulmuşdur. Həmin vaxt Rusiya Federasiyası, Voronej vilayəti, Levoberejnı rayonunda yaşamışlar. Onlar, Rusiya Federasiyası, Voronej vilayəti, Levoberejnı Rayon VVAQ Şöbəsinə atalığın müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş, nəticə də həmin VVAQ Şöbəsi tərəfindən Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X3 atası olması faktı müəyyən edilmiş, bu barədə atalığın müəyyən edilməsinə dair akt qeydiyyatı kitabında xx xxxxxx 2014-cü il tarixli, 11 saylı qeydiyyat aparılmış və ona atalığın müəyyən edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli, İ-Cİİ-551369 nömrəli şəhadətnamə verilmişdir. xx xxxxxx 2014-cü il təvəllüdlü X7 həmin vaxtdan onun himayəsində olmaqla birgə Bakı şəhərində yaşamışlar. Cavabdeh azyaşlı oğluna heç bir maddi yardım etməmişdir. Oğulları böyüdükcə də uşağa baxılması, təhsil və digər xərcləri artır, o isə heç bir yerdə işləmir. İşləməyən, aylıq qazancı (gəliri) olmayan tək ana üçün uşağın saxlanılması xərclərinin öhdəsindən gəlmək də getdikcə problemləşir. Halbuki, bir ata kimi cavabdehin də öz azyaşlı uşağına baxmaq və ona maddi yardım etmək vəzifəsi vardır. Buna görə də o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, xx xxxxxx 2014-cü il təvəllüdlü X5 saxlanılması üçün hər ay qanunla nəzərdə tutulmuş 175 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2014-cü il tarixdə Voronej şəhəri, Levoberejnıy rayonu ərazi VVAQ şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh - xx xxxxxx 2014-cü il tarixdə Rusiya, Voronej vilayəti, Voronej şəhərində anadan olmuş X4 “Mehtiyev” soyadını, “Hüseyn” adını, Nurəddinoviç ata adını verməklə atası müəyyən olunmuşdur. xx xxxxxx 2014-cü il tarixdə Voronej şəhəri, Levoberejnıy rayonu ərazi VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2014-cü il təvəllüdlü X5 atası X8, anası isə X10r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X9 anasının, yəni iddiaçının himayəsindədir. Hazırda iddiaçı cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini bildirərək, ondan hər ay 200 manat məbləğində aliment tutulmasını xahiş edir, cavabdeh isə iddianı qismən qəbul edərək, uşağı üçün 175 manat aliment ödəməyə razı olduğunu qeyd edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın yaşını, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minumumu məbləği ödəməyə razı olduğunu nəzərə alaraq belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X2na ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq X2na ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2067/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2067/2021
24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver