Məhkəmə qərarları › İş №2(001)-2075/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2075/2023

24.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2075/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilməsi Cavabdeh Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 25 oktyabr 2016-cı il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, mənzil 73, sahəsi 69.4 kv.m olan, 2 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2016-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 105.835 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da, cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 25-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 9.580 manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MTK ilə "xxxx" ASC arasında X2 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nın ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldirilmişdir. Cavabdeh, Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 105.835 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, mənzil 73, sahəsi 69.4 kv.m olan, 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025ci məhəllə, 2-ci bina, mənzil 73, sahəsi 69.4 kv.m olan, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin ABB tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, mənzil 73, sahəsi 69.4 kv.m olan, 1 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh (payçı) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış ********* nömrəli payçı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin “MTK”-ya ödənilməsini və həmçinin ’’Kristal Abşeron” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Mənzilin hesablaşma sahəsi 69.4 kv. m. təşkil edir. Mənzilin 1 kv.m. - 1 525 AZN olmaqla, ümumi dəyəri 105 835 AZN-dir Müqavilənin ilkin ödənişi 0 faiz , yəni 0 AZN. “Payçı” Müqavilə qiymətinin qalan 105 835 AZN-ə bərabər tutulan məbləğini, illik 10 faiz olmaqla, 240 aya “Payçı” “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK" "xxxx" ASC və "‘Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir. Cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. “Payçı” tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır (müqavilənin 1.1, 1.2, 2.1, 2.2, 2.3, 2.4, 4.2.7, 8.1, 8.11 bəndləri). "xxxx" ASC (borcverən) ilə Cavabdeh (borc alan) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli təminatlı kredit müqaviləsinin surətindən görünür ki, borc verən borcalana Borcalan ilə İddiaçı arasında imzalanmış 25 oktyabr 2016-cı il tarixli 459 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 105.835.00 (yüz beş min səkkiz yüz otuz beş ) manat məbləğində kreditin verilməsini öhdəsinə götürür, borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə (240 ay) və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri (illik 10%) Borc verənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə ilə müəyyən edilən öhdəliklərin icrasının təminat üsulu ipoteka və 491-xx-xx-2016 MA-Bİ nömrəli, 25 oktyabr 2016-cı il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün 25 oktyabr 2016-cı il tarixli 459 nömrəli İddiaçı və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri. Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan bina 2, blok 1, mərtəbə 10, ümumi sahəsi 69.4 kv.m. barət 2 otaqlı 73 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir (müqavilənin 2.2, 2.3, 4.1,15.8 bəndləri). "xxxx" ASC (borcverən) ilə Cavabdeh (borc alan) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli təminatlı kredit müqaviləsinə Əlavə 1-in surətindən görünür ki, borcalan 25 noyabr 2016-cı il tarixdən başlayaraq 25 sentyabr 2036-cı il tarixə qədər hər ay 1021,4 manat, sonuncu ay isə (25 oktyabr) 969,11 manat olmaqla aylıq ödənişlər etməlidir. "xxxx" ASC (borcverən), Cavabdeh (borcalan) və İddiaçı (zamin) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, kreditorla Borclu arasında bağlanmış 25 oktyabr 2016-ci il tarixli 491-xx-xx-2016-MA-Bİ nömrəli Kredit Müqaviləsinə əsasən 105,835.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar va daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 105.835.00 (yüz beş min səkkiz yüz otuz beş) manat, hesablanacaq faiz, cərimə faizləri (dəbbə pulu), həmçinin məhkəmə xərclərindən ibarətdir. "xxxx" ASC (borcverən), Cavabdeh (borcalan) və X3 (zamin) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, kreditorla Borclu arasında bağlanmış 25 oktyabr 2016-ci il tarixli 491-xx-xx-2016-MA-Bİ nömrəli Kredit Müqaviləsinə əsasən 105,835.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar va daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 105.835.00 (yüz beş min səkkiz yüz otuz beş) manat, hesablanacaq faiz, cərimə faizləri (dəbbə pulu), həmçinin məhkəmə xərclərindən ibarətdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 25 may 2021-ci il tarixli birgə faəliyyət haqqında Sazişin təsdiq edilmiş surətindən görünür ki, bu Sazişin predmetini MTK tərəfindən inşa olunan mənzillərin satış həcminin artırılması məqsədilə Bank tərəfindən maliyyələşdirmənin təmin edilməsi ilə bağlı Bankla MTK-nın qarşılıqlı əməkdaşlıq etməsinə dair şərtlər təşkil edir. "xxxx" ASC-nin İddiaçınə ünvanladığı 20 avqust 2021-ci il tarixli məktubdan görünür ki, 14 iyul 2021-ci il tarixinə İddiaçı "xxxx" ASC-də mənzil kreditlərinə görə girovda olan daşınmaz əmlaklar və fiziki şəxslərin adına olan əmanət hesabları barədə məlumatlar qoşma № 1 faylında diqqətə çatdırılır. İddiaçı Cavabdeh ünvanladığı 05 sentyabr 2022-ci il tarixli "xxxx" haqqında bildirişdən görünür ki, MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri rəsəbəsi, 5025-ci məhəllə ünvanında inşa edilmiş 2-ci bina, 73 nömrəli mənzilin sahibi Cavabdeh "xxxx"-na olan aylıq ödənişləri 10.289 (on min iki yüz səksən doqquz) manat olmaqla 835 gün gecikdirmişdir. “Payçı” müqaviləsinin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 ( iki ) ay müddətindən artıq gecikdirildiyi halda, "MTK" müqaviləni birtərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda "MTK" həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ "Payçı"-ya qaytarılır. “Payçı” tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. "xxxx" ASC-nin İddiaçınə ünvanladığı 20 dekabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, 25 oktyabr 2016-cı il tarixində, 491-xx-xx-2016-MA-Bİ saylı kredit müqaviləsinə əsasən Əbilova İxtibar qızına verilmiş kreditin təminatı olaraq ABB ASC ilə İddiaçı MTK arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği İddiaçı MTK-nın ABB ASCdə yerləşdirilmiş əmanətinə yönləndirilmişdir. "xxxx" ASC-nin İddiaçınə və Cavabdeh ünvanladığı 22 dekabr 2022-ci il tarixli "xxxx" haqqında bildirişdən görünür ki, Cavabdeh 5 (beş) iş günü müddətində Banka olan ödəniş cədvəli üzrə 9.580 manat məbləğində borcu ödəməsə, ABB borcu tələb etməklə 491-xx-xx-2016-MA-Bİ nömrəli nömrəli 25 oktyabr 2016-cı il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçınə müraciət edəcək, o isə öz növbəsində Alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, bina 2, blok 1, mərtəbə 10, mənzil 73, 69.4 kv.m, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. "xxxx" ASC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 25 oktyabr 2016-ci il tarixli 491-xx-xx-2016-MA-Bİ №-li Kredit Müqaviləsi üzrə 10 may 2023-cü il tarixinədək müştəri tərəfindən əsas borc 7773.64 manat, faiz borcu isə 59092.91 manat məbləğində vəsait ödənilmişdir. Hal-hazırda Cavabdeh ABB ASC “Binəqədi” filialı qarşısında 25 oktyabr 2016-ci il tarixli 491-xx-xx-2016-MA-Bİ №-li Kredit Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borc 98061.36 manat, faiz borcu 7011.06 manat, ümumi 105072.42 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MTK ilə Cavabdeh oğlu arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili almışdır. Həmin mənzilin ödənişi - 105.835 manat "xxxx" ASC ilə Cavabdeh arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli təminatlı kredit müqaviləsi əsasında ödənilmiş və sonuncu həmin kredit məbləğini (mənzilin dəyərini) 240 ay müddətinə, illik 10% faiz olmaq şərti ilə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin həmin tarixdə zaminlik müqavilələri də bağlanmış və zaminlər cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh bir müddət ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, nəticədə banka borcu yaranmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış payçı müqaviləsinin 4.2.7 və 8.11-ci bəndlərinə istinad edərək, həmin müqavilənin ləğv edilməsini, cavabdehin mübahisəli mənzildən çıxarılmasını və mübahisəli mənzilin boşaldılaraq iddiaçıya qaytarılmasını istəyir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmə hüququnu (subyektiv hüququ) tərəflər arasında bağlanmış Payçı müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən (payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda "MTK" "xxxx" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn "Payçı"-nın öhdəliklərini yerinə yetirməlidir) əldə etmişdir. Belə ki, cavabdeh 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli təminatlı kredit müqaviləsi üzrə öz öhdəliklərinin icrasını pozmuş, bank bu barədə MTK-ya bildiriş göndərmiş və bank MTK ilə bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləğini İddiaçı MTK-nın bankda yerləşdirilmiş əmanətinə yönləndirmişdir. Daha sonra məhkəmə qeyd edir ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Hazırkı mülki işdən görünür ki, iddiaçı cavabdeh ilə arasında bağlanmış payçı müqaviləsinin və "xxxx" ASC (borcverən) ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin tələblərinin cavabdeh tərəfindən pozulması səbəbindən payçı müqaviləsindən irəli gələn hüquqi münasibətlərin birtərəfli qaydada aradan qaldırılmasını, yəni ləğv edilməsini istəyir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda şərh edilən qərarında da göstərildiyi kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Buna əsasən, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir (MM 421.2 maddə). - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda; Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. İşin mübahisəsiz həqiqi faktiki hallarından göründüyü kimi, cavabdeh 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli təminatlı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, hazırda cavahdehin "xxxx" ASC-yə xx.xx.2023cü il tarixinə əsas borc üzrə 98061.36 manat, faiz borcu üzrə 7011.06 manat, ümumi 105072.42 manat borcu vardır. Həmin borca görə iddiaçı da zamin qismində bank qarşısında məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Bununla belə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda şərh edilən qərarında gəldiyi nəticəyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə, o cümlədən payçı müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməsi ilə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Bu konteksdə hər nə qədər iddiaçı iddiasında müqavilənin ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, qeyd edilənlər müqavilənin ləğv edilməsi barədə deyil, ləğv edilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Beləliklə, göründüyü kimi iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddiaçının digər tələbləri üzrə geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi həmin tələbdən törəmə digər tələblərin də (Cavabdeh Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması) əsaslı olduğunu göstərir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ********* saylı 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsi ləğv edilmiş hesab edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, 73 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ********* saylı 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçınə qaytarılsın. İddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar