Məhkəmə qərarları › İş №2(001)-2099/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2099/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2099/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 28 mart 2011-ci il təvəllüdlü X5 adlı uşağın saxlanması üçün ondan cavabdehin xeyrinə alimentin tutulmasına dair öhdəliyinə xitam verilməsi, alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər 11 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 28 mart 2011-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh xeyrinə hər ay aylıq qazancının dörddə-bir hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuşdur. Sonradan Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)- 246/2021 saylı qətnaməsinə əsasən, X2 anasından alınaraq atasının himayəsinə verilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda uşaq iddiaçı ilə birgə yaşasa da, aliment qətnaməsi qüvvədə olduğundan iddiaçının qazancından cavabdehin hesabına tutmalar aparılmaqdadır. Buna görə də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş poçt vasitəsi ilə cavabdehin yaşayış ünvanına, habelə sms bildiriş vasitəsi ilə mobil telefonuna göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya yazılı münasibət bildirməmiş, habelə, məhkəmə iclasında iştirak etməməsi ilə bağlı üzrlü səbəblər barədə məhkəməni məlumatlandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2012-ci il tarixli, 2(011)- 3337/2012 saylı qətnaməsinə əsasən, 07 iyul 2012-ci il tarixdən başlayaraq 28 mart 2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə-bir hissəsi həcmində alimentin X1 xeyrinə tutulması, uşağın 3 yaşı tamam olana kimi İddiaçı hər ay 100 manat məbləğində pulun X1 xeyrinə tutulması qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 mart 2013-cü il tarixli, 2(001)- 283/2013 saylı qətnaməsinə əsasən, İddiaçı ilə X4 arasında 11 iyun 2010-cu il tarixdə qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş X2 anasının yanında qalması qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)- 246/2021 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 28 mart 2011-ci il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi və X2 İddiaçı yanında qalması müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, 2(001)-246/2021 saylı mülki iş üzrə 29 iyun 2021-ci il tarixdə çıxarılmış qətnamə 03 avqust 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Hazırki işin halları ilə sübut olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 28 mart 2011-ci il təvəllüdlü Emil adlı uşağın saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə alimentin tutulması qərara alınsa da, sonrada məhkəmə qətnaməsi ilə uşaq anasından alınaraq atasının himayəsinə verilmişdir. Belə olan halda həmin uşağın saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə alimentin tutulmasına heç bir əsas olmadığından, iddiaçının 28 mart 2011-ci il təvəllüdlü Emil adlı uşağın saxlanması üçün Cavabdeh qarşısında aliment öhdəliyinə xitam verilməli, aliment ləğv edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 mart 2011-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün İddiaçı Cavabdeh qarşısında aliment öhdəliyinə xitam verilsin, İddiaçı Cavabdeh xeyrinə alimentin tutulması ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar