Məhkəmə qərarları › İş №2(001)-2106/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2106/2021

11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2106/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində saxladığı xx.xx.2019-cu il təvəllüdlü qızı X1 üçün bütün növ gəlirlərinin və qazancının 25 % -nin aliment qismində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. Evliliklərinin ilk vaxtlarında münasibətləri yaxşı olmuşdur. Sonradan cavabdeh evə maddi yardım göstərməmişdir. Uşağın qidalanmasında çətinlik çəkir. Uşaq azyaşlı olduğundan heç bir yerdə işləyə bilmir. Cavabdeh neft şirkətində mühəndis vəzifəsində işləyir. yüksək əmək haqqı alır. Bu qədər qazancın müqabilində cavabdeh nəinki ailəyə maddi yardım göstərmir, hətta uşağın saxlanması üçün aliment vermir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyin və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında ildirmişdir ki, bir evdə qalsalar da, iddiaçı 3 aydır ki, onu evə buraxmır. Ev Qaradağ rayonundadır və yoldaşının anasının adınadır. Sənədləri də gətirmişdir. O, birinci ailəsindən boşanmışdır. Həmin evlilikdən olan uşaqlarına 308 manat aliment ödəyir. Keçmiş yoldaşından 3 il əvvəl ayrılmışdır. İndiki nikahından 1 uşağı vardır. Onun pul kartı iddiaçıda olmuşdur. Alimentin ən aşağı həddi nə qədərdisə, həmin həddə müəyyən edin. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, AZ-İİ seriyalı, 306668 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 qızı arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4348№ ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə ”Nəzərov”, arvada “Nəzərova” soyadı verilmişdir. 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, AZ-İV seriyalı, 254908 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2019-cu il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1334 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı qızıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 MAY Neft və Qazçıxarma İdarəsi”-nin baş mühəndisi L.Ə.Mehtiyev və maş mühasib B.Ə.Fərəcov tərəfindən tərtib edilən 12/17 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 2020-ci il ürə əmək haqqı cəmi 31843,38 manat olmuşdur. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında İsmayıllı rayonu, Qalağah İƏB üzrə nümayəndəliyi tərəfindən qeydə alınan xx xxxxxx 2011-ci il tarixli 15 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. Mülki iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı xx xxxxxx 2018-ci il tarixdə nikaha daxil olmuşlar. Onlar arasında bağlanan nikah hal-hazırda qüvvədədir. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2019-cu il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehdən faktiki olaraq ayrı yaşadığını və azyaşlı uşağının onun himayəsində olduğunu bildirir. Bu səbəbdən uşağın saxlanması üçün cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. -78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Bundan əlavə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında xx xxxx 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən iddiaçı nikah münasibətlərinin pozulmamış olmasına baxmayaraq cavabdehdən aliment tələb etməkdə haqlıdır. Beləliklə, birgə nikahdan doğulmuş uşaq hal-hazırda iddiaçının, yəni ananın himayəsində olduğundan, cavabdehin müntəzəm gəlirə malik olduğu sübut olunduğundan məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmalıdır. İddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, alimentin miqdarı 1 illik ödəmənin məcmusu ilə 500 manatdan çox olduğuna görə (bu halda rüsum 30 manat təşkil edir) 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Aliment məbləği xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar